İsmayıl Qarayev



Yüklə 458,19 Kb.
Pdf görüntüsü
səhifə10/23
tarix01.07.2018
ölçüsü458,19 Kb.
#52847
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

 

29 


– Qibleyi-aləm sağ olsun, onlar pis niyyətlə gəlsələr, heç sənin 

çağırardılarmı?! O gündən dostlaşmadıqmı?! Yəqin, qonaq gəliblər. 

Şirin dili güclə açıldı:  

– Bəs onların səsi niyə elə çıxır? Tülkü şiri yenə arxayınlaşdırmağa 

çalışdı, gülümsənə-gülümsənə dedi:  

– Onların səsi yoğundur. Bir də ki, allahın qanmaz fillərindən tülkü 

nəzakəti, tülkü ədəbi gözləmək?… Geçikmə, şahim, elə bilərlər 

qonaqdan, qonaqlıqdan zəhləmiz gedir, kefin, ləzzətin nə olduğundan 

başımız çıxmır. Özləri qanmaz ola-ola bizə gülərlər, gedib o yan bu 

yanda danışar, bizi hər yerdə ağzıotlu heyvan kimi tanıdarlar. Şir 

ürəkləndi, geyinib-keçindi, fillərin qabağına çıxdı. Filin biri xortumunu 

şirin belinə doladı, çiyninə aldı, geri döndü, fil qoşunu onun arxasınca 

düzüldü. Şir çox çalışıb – çapaladı, filin xortumundan qurtara bilmədi. 

Onu fil padşahının hüzuruna apardılar. Padşah soruşdu:  

– Qonşu qonşuya xəyanət eləmək istəyər? Şir çaş-baş qaldı:  

– Nə qonşu, nə xəyanət? Fil padşahı güldü:  

– Sən gərgədən padşahı ilə dostlaşmışdın, qoşununuzu birləşdirib 

bizi qırmağa hazırlaşmışdın. Şir qışqırdı:  

– Bu yalanı sizə kim dedi? Fil padşahı hirsləndi:  

– Yalanı?  

– Bəli, yalanı!  

– Sənin ürəyin. Sənin vəzirin, sənin istəkli tülkün. Dünya Şirin 

başına dəyirman daşı kimi fırlandı. O, ayaq üstə dura bilmədi, yerə 

yıxıldı, kəsik-kəsik pıçıldadı:  

– Atam düz deyirmiş… Qalanı içəridən qoruyarlar. İçəridən 

qorunan qala necə möhkəm olarmış…necə alınmaz olarmış…  

 

 

DUZ – ÇÖRƏK  



 

 Kankan Musa neçə ağaya kəhriz qazmışdı, quyudan – quyuya 

lağım atmışdı, bir çayın suyu qədər dumduru su çıxarmışdı. Hamısını da 

yoldaşla, özü də qış aylarında, çünki qışda yerin altı isti olurdu, ürəyincə 

işləyirdi. İndi isə həm yay idi, həm də tək. Yoldaşsız dərinə gedə 

bilməzdi. Quyunu qazardı da, yerin təkindəki buzxana soyuqluğuna 

dözərdi də, ancaq torpağı quyudan çəkən, qırağa boşaldan lazım idi. 

Tərs ağanın tərs damarı tutmuşdu, deyirdi, nə olur-olsun, mənim 

kəhrizim iki aya kimi gurtagurt su verməlidir. Kankan Musa həm ağanın 



 

30 


sözündən çıxa bilməmişdi, həm də əlini bu işə "bulamasa" balaları ac 

qalardı.  

Kəhrizin quyu yerlərini manşırladı. Lap ayaqdakı quyu yerini xeyli 

qazdı. Bu quyu çox dərin olmayacaqdı. Su həmin quyudan keçib üzə 

çıxacaqdı. Bu quyudan aşağı gedə-gedə yerin üstünə çıxan, bir gödək 

lağım atılacaqdı. O lağımı da köməksiz açmağı gözü alardı. Gün od kimi 

şaxıyanda əllərini quyunun qıraqlarına verib qalxdı. Dörd ulğun çubuğu 

kəsib gətirdi. Yerə sancdı. Tərli üst köynəyini çubuqlara keçirib bircə 

adam sığışması kölgəlik düzəltdi. Xurcununu ulğunluqdan gətirib sufərə 

açdı. Şorla çörək yeməyə başladı. Gün vurub qurutmuş şorla çörək 

boğazından çətin keçirdi. Kürdəkdən balaca mis parça su süzüb içdi. 

Birdən gördü ki, ağsaqqal, başı ağ çalmalı, əyni ağ əbalı, əli ağ çəpikli, 

amma üz-gözü heybətli bir kişi gəlir, seyidə, dərvişə axşayır. Kankan 

Musa elə bildi onu qara basır. Axı bura ilan mələyən bir düzün başı idi, 

üst tərəfin ** təpəlik, kol-koslu dərəlik idi. Bu həndəvərdən yol-riz də 

keçmirdi. "Yəqin, azıb, uzaqdan məni görüb gəlib, indi səmt-soraq 

soruşacaq", – deyə düşündü. Ayağa qalxdı. Dərviş salam verdi. Kankan 

əllərini sinəsinə qoyub əyildi:  

– Əleyküm-salam. Oturun, bir tikə alllah verəndən yeyək. Dərviş 

də bir əlini sinəsinə sıxıb razılıq elədi: 

– Min bərəkət. Kankan yerində qovruldu:  

– Süfrə üstünə çıxasan, bir tikə dadmayasan?!.. Allaha da xoş 

getməz. Kankan kölgəliyi dərvişə verdi, özü gündə oturdu. Hər ikisi bir-

iki loğma yeyəndən sonra xəbər aldı:  

– Uğur olsun, belə hayandan hayana?  

 

 



TÜLKÜNÜN ŞAHLIĞI  

 

 Oğurluq tülkünün canını boğazına yığmışdı. Çox yerdə tələ 



qururdular ki, onu tutsunlar, öldürsünlər. Hələ quyruğu da dibdən qopub 

tələdə qalmışdı. Vıyıltılı qala güllələr qulaqlarını deşib keçmişdi. Qanıq 

itlər neçə dəfə dalınca salışıb nəfəsini kəsmişdilər. Tülkü istəyirdi 

gündüzlər gizlənib gecələr özünə yem axtarmasın. İstəyirdi gecələrin hər 

qaranlığında yatan bir ölümün üstünə kor kimi yeriyib getməsin. 

İstəyirdi hamı onu bir-birinə tanıdıb atıb, toyuq-cücələriniz dimdikləyib 

onun gözlərini çıxartsalar heç birinin xətrinə dəyməz. Tülkü öz tülkü 

xasiyyətini, tülkü görkəmini dəyişmək, hər yerdə qorxusuz-ürküsüz 




 

31 


gəzmək arzusunda idi. O, bir gecə özünə yem axtara-axtara gəlib hələ 

yuxudan oyanmamış bir şəhərin kənarına çıxdı. Baxdı ki, lülə 

dəmirlərdən çəpər çəkilmiş çox tikilili yekə həyətin bəri başında qabağı 

çardaqlı bir daxma var. Çardağın altında hərəsi bir rəngə çalan yeddi küp 

görünür. Çardağın dirəklərindən boyanmış ip kələfləri asılıb. Tülkü 

fikirləşdi ki, allah onunkunu vaxtında yetirib, o, yeddi küpün yeddisinə 

də girib çıxandan sonra daxmanın aynasının qabağında durdu, orda 

yeddi rəngə çalan bir canlı gördü. Əvvəlcə özünü tanımadı, sonra 

quyruğunun yoxluğundan, qulaqlarının şan-şan olmağından bildi ki, 

özüdür. Sevindi. Boyaqçı daxmasına sarı gediş-gəliş başlananda şəhərin 

o tərəfindəki meşəliyə doğru götürüldü. Tülkü meşəyə girən kimi 

ağacdələnlər ağacları tıqqıldadıb hamıya xəbər verdilər:  

– Ey meşə sakinləri, eşidin və agah olun ki, bizə tükü 

xoruzquyruğu çalan bir qonaq gəlib. Çaqqallar da o yanda 

vəkkildəşdilər:  

– Ey meşə sakinləri, eşidin və agah olun ki, bizim diyara dərisi göz 

qamaşdıran bir qərib təşrif gətirib. Canavarlar da bu yanda ulaşdılar:  

– Ey meşə sakinləri, eşidin və agah olun ki, bizim vətənə dünyanın 

göyçəyi bir səyyah gəlib. Qarğalar ağacların ən hündür budaqlarına 

qonub yırğalandılar:  

– Ey meşə sakinləri, eşidin və agah olun ki, bizim məmləkətə hansı 

diyardansa yüz sözünün biri də yerə salınmaz elçi həzrətləri qədəm 

basıb. Tülkülər də meşənin qıraq-bucaqlarında haray-həşir saldılar:  

– Ey meşə sakinləri, eşidin və agah olun ki, bizim səltənətə bir 

huri-qılman gəlib. Elə bil dünənki günlü yağışda baxdığımız 

göyqurşağından, göylərin o yeddi rəngli körpüsündən keçirmiş, həmin 

körpü sınıbmış, bu da bizim səltənətin hansı yiyəsizliyinəsə düşübmüş, 

biz görməmişik, xəbər tutmamışıq. Gəlin, tez gəlin, siz də baxın. Bunu 

görməmək, buna baxmamaq günahdır. Tülkü ürəyində sevindi: 

"Dünyanın ən bic, cüvəllağı tülküləri ki, məni tanımadılar, demək, 

papağımı yan qoyub gəzə bilərəm…" Meşəyə hay düşdü. Meşə sakinləri 

axın-axın gəldilər, tülkünü dövrəyə aldılar, ona hey baxdılar. Sonra 

ayılar bir kənara, canavarlar bir kənara, çaqqallar bir kənara çəkildilər. 

Qarğalar qarıldaşıb uçdular, uzaqdakı ağacın başına qondular. 

Torağayların, sərçələrin hamısı bir kolluğa doluşdular. Sığırçınlar bir 

gözəlliyə yığışdılar. Kirpilər yumaqlanıb bir çökəyə dığırlandılar. 

İlanlar, koramallar dəstələndilər, sürünə-sürünə xeyli aralandılar. Meşə 

ayıların, canavarların, çaqqalların dişlərinin çaqqıltısı ilə doldu. Quşların 




Yüklə 458,19 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə