İsmayıl Qarayev



Yüklə 458,19 Kb.
Pdf görüntüsü
səhifə12/23
tarix01.07.2018
ölçüsü458,19 Kb.
#52847
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

 

35 


yerə atıldı. Kamil əmini qucaqlayıb öpmək istədi. Sonra bir qədər özünü 

toxtatdı. Əlini cibinə salıb pul kisəsini çıxardı. Kamil əmi onun əlini 

saxlayaraq dedi:  

– Xan, başına dönüm, mənə heç nə lazım deyil. Ancaq bir xahişim 

var. Nökərinizin də bir qulbeçəsi olub, icazə ver külfətimi bağın 

ayağındakı komaya toplayıb orda yaşayım. Bu mənim üçün ən böyük 

bəxşiş olar. Xan bir qədər duruxub:  

– İcazə verdim, – dedi. Yeddi gün, yeddi gecə xanın evində toy– 

bayram oldu. Çaldılar, oynadılar, yedilər-içdilər. Ancaq ən böyük 

bayram Kamil əminin idi. O öz ailəsini ilk dəfə idi ki, başına toplamışdı. 

Xan bağının ayağındakı kiçik daxmanın çırağı daha gur yanırdı. O, 

daxmadan ilk dəfə idi ki, körpə səsi, ana laylası eşidilirdi. Kamil əminin 

uçmağa qanadı yox idi. Aradan bir ay keçmiş Xanın evində yenə şadlıq 

başlandı. Uşağa ad qoydu keçirirdilər. Çox götür-qoydan sonra Xanın 

oğlunun adını Qüdrət qoydular. Axşam xan bağçada gəzəndə Kamil əmi 

güllərə su verirdi. O, qorxa-qorxa xana yaxınlaşdı. Ona bir dəstə tər 

çiçək təqdim etdi. Uşağın ad gününü təbrik etdi. Xan ondan razı qaldı. 

Kamil əmi xanın keyfini kök görüb cəsarətə gəldi.  

– Xan sağ olsun, – dedi. Əgər icazə versəydiniz qulbeçənizin adını 

ağamız Qüdrətin adına yaraşdırıb qoyardıq. Xan Kamil əmiyə tərs-tərs 

baxıb soruşdu:  

– Məsələn, necə yaraşdırardın?  

– Məsələn, Qüdrət ağa, sonra, sonra… Qulbeçənizin adını Qürbət 

qoyardım. Qüdrət və Qürbət. Kamil əmi elə bildi ki, xan bu addan 

sevinəcək və ona xalat verəcək. Ancaq belə olmadı. Xan yaman 

qəzəbləndi. Hirsindən bığlarını əsdirə-əsdirə Kamil əminin verdiyi 

çiçəkləri onun üstünə atıb uzaqlaşdı. Kamil əmi ad qoymaq məsələsini 

dediyinə də peşiman oldu. Bütün gecəni fikrindən yata bilmədi. Hətta bir 

neçə gün qorxusundan xanın gözünə görünmədi. Oğlunun adını isə 

Tapdıq qoydu. Ay keçdi, il dolandı Qüdrətlə Tapdıq yaşa doldu. Bu 

uşaqlar bir-birini çox az görürdülər. Xan onlara bir yerdə oynamağa belə 

icazə vermirdi. Bir də xan oğlu Qüdrətin heç Tapdıqla oynamağa belə 

vaxtı yox idi. Onun günləri dayələrin çiynində, zınqırovlu faytonların 

yumşaq oturacaqlarında keçirdi. Tapdıq isə atasından ayrılmırdı. Günün, 

yağışın altında olurdu. Güllə-çiçəklə oynamaqdan doymurdu. Qüdrətlə 

Tapdıq bir ildə, bir ayda, bir gündə doğulsalar da bir boyda, bir çəkidə 

deyildilər. Qüdrət enli kürək, yekəqarın, ətli, əndamlı idi. Tapdıq isə 

arıq, uzun idi. Qüdrətin iri alma yanaqları həmişə qırmızı olardı. 




 

36 


Tapdığın gündən yanmış yanaqları mis kimi qaraya çalırdı. Bir gün Xan 

öz oğlunu at belində görüb qürrələndi. Axşam bir güləş məclisinin 

düzəldilməsini əmr etdi. Kəndlərində Qüdrət yaşda olan oğlanları yarışa 

çağırdılar. Böyük mağar quruldu, zurnaçılar çaldı. Xan taxta əyləşib 

güləşə böyük maraqla tamaşa etdi. Qüdrət özü yaşda olan oğlanların 

arxasını bir göz qırpımında yerə qoyurdu. Xan baxıb ləzzət alırdı. Çox 

uşaqlar Qüdrətin zorba bədənindən qorxub yarış meydanını tərk 

edirdilər. Bu zaman Xanın qəh-qəhələri ətrafı bürüyürdü. Həmin gecə 

axırda növbə Tapdığa çatanda Kamil əmini qüssə bürüdü. O, qorxurdu 

ki, Tapdıq Qüdrəti yıxsa Xan qəzəblənə bilər, oğluna bir xətər yetirər. 

Onları ev-eşiyindən qovar. Qüdrət güləşə böyük arxayınçılıqla girişdi. 

Tapdığın qurşağından yapışıb yuxarı qaldırmaq istədi. Ancaq qaldıra 

bilmədi. Tapdığın ayaqları elə bil yerə mıxlanmışdı. O, əllərini aşağı 

sürüşdürüb Tapdığın qıçlarından yapışıb onu arxaya qanırdı. Tapdıq 

fürsət tapıb əllərini onun belinə saldı. Qüdrətin başı Tapdığın qarnına 

dirəndi, ayaqları göydə oynadı. Məclisdən qəh-qəhə qopdu. Xan bərk 

qəzəbləndi. Kamil əminin gözləri Xanda idi. Tapdıq öz rəqibini bu 

vəziyyətdə bir qədər saxlayıb yordu. Qüdrət zorla onun əlindən çıxdı. 

Bir qədər özünü toplayıb yenidən hücuma keçdi. Ancaq yenə Tapdığa 

güc gələ bilmədi. Güləşin vaxtı tamam oldu. Xanın naiblərindən biri 

ortaya çıxıb elan etdi ki, yarış qırx gün təxirə salınır. Həmin günün 

səhərindən Qüdrətin yeməkləri dəyişdirildi. Onun qulluqçularının sayı 

artırılırdı. O, yatan otağa kimsə, buraxılmadı. Bütün günü yeyib yatdı. 

Tapdıq isə adəti üzrə sübh tezdən durur, atası ilə Xan bağına yollanırdı. 

O, da atası ilə bərabər bel götürüb ağacların dibini belləyir, güllərə, 

çiçəklərə, su verirdi. Bəzən isə iş çox olanda evə gəlməyə də vaxt 

tapmırdılar. Belə hallarda ata bala ayranla çörək yeyirdilər. Günlər 

keçdikcə Qüdrət daha da ətə-qana gəlir, Tapdıq isə günəşdən yanıb 

qaralır. Əzələləri daha da möhkəmlənirdi. Qırx gün tezliklə başa çatdı. 

Axşam mağarın işıqları yandırıldı. Xan taxtda əyləşdi, əyanlar yerlərini 

tutdu. Zurnaçılar zildən çaldılar. Güləş başlandı. Xanın qaşları 

çatılmışdı. Yenə Kamil əminin gözləri Xanda, ürəyi sək-səkədə idi. 

Yenə birinci hücuma keçən Qüdrət oldu. Onlar bu dəfə qol-qola tutuşub 

qoç kimi baş-başa gəldilər. Bir-birlərini irəli-geri aparıb, əvvəlki 

yerlərində dayandılar. Tapdıq qollarını birdən-birə öz rəqibinin 

qollarından elə surətlə çəkdi ki, Qüdrət davam gətirə bilməyib öz 

müvazinətini itirdi. Fürsəti əldən verməyən Tapdıq onun belindən 

yapışıb bir göz qırpımında yerə vurdu. Qüdrət arxası üstə düşmüşdü. 




 

37 


Tapdıq asanlıqla dizini onun sinəsinə qoyub dayana bilərdi. Ancaq o, 

belə etmədi. Arxası üstə düşən Qüdrəti yerdən qaldırıb:  

– Ağa, bağışla, – dedi. Qüdrət pərt olmamaq üçün Tapdıq öz 

rəqibinin əlindən tutub yuxarı qaldırdı. Məclisə sükut çökdü. Heç kəs 

xanın qorxusundan əl çalmadı. Xan qəzəblə məclisi süzüb getdi. Hamı 

dağıldı. O, gecə hamı şirin yuxu yatdı. Təkcə Kamil əminin yerinə od 

töküldü, yuxusu ərşə çəkildi. Ona elə gəldi ki, Xan səhər onu çağırıb 

işdən qovacaq. Ancaq xoşbəxtlikdən belə olmadı. Xan səhər onu yanına 

çağırıb soruşur:  

– Kamil kişi bir məni başa sal görüm axı sən oğluna bu qırx gündə 

necə baxmısan, nə yedirtmisən? Bağban əmi baş əyib:  

– Xan sağ olsun, – dedi, – bizim ayran çörəkdən başqa bir ruzimiz 

olmur – dedi. Nökərinizin gücü zəhmətdə, yer belləməkdədir. İstəsəniz 

Qüdrət ağanı da zəhmətə alışdıraram. Xan qəzəblə gözlərini ağardaraq:  

– Bir o qalmışdı! – dedi. Kamil əmi səsini çıxarmadı. Kütbaş Xan 

bilmirdi ki, iş, zəhmət canın cövhəridir. "Payız yarpaqları" silsiləsindən  

 

QARTAL  


 

 Ala qarğa yüz il ömür sürmüşdü. Yüz illik qorxulu gündüzlərdən, 

xan kefi çəkdiyi gecələrdən keçmişdi. Hər fəsil ona bir həftə, hər il də 

bir ay kimi gödək görünmüşdü. Dünyada heç bir arzu – kamı 

qalmamışdı. Dünyanın çox yarısındakı yel əsəndə beşik təki yırğalanan 

çinarların papaq başında yuva quran qarğaların hamısı onun törəmələri 

idi. İldə bir dəfə dəstə – dəstə uçub öz əcdadlarının yanına gəlirdilər. 

Qarıltısı dünyanın üzünü tutan bir məclis qururdular. Dağ döşündəki 

bircə kopal meşədəki yarpaqlardan da çox olan bu nəvə-nəticələr 

gətirirdilər, kötükcələrin hərəsi ona bir pay gətirirdi. Hər pay da 

dünyanın bir dadı, bir tamı, bir nübarı. Bəzisi də cənnətlərdən, cənnət 

şirəli, cənnət sulu, hər xilqətə dirilik, ölməzlik bəxş edən cənnət 

meyvələri gətirirdilər. Ala qarğa alçaqdan, ağaclar altından uça-uça, 

xəlvət-xəlvət yem axtarmırdı, öz törəmələrinin onun görüşünə gələndə 

gətirdiklərinin çoxu quruyub qaxa, qaxaca dönə-dönə bu ildən o ilə qalır, 

bir az da şirinləşir, bərəkətlənirdi. O öz canında hələ də qocalıq 

heysizliyi duymurdu, qarlı qışı, şaxtalı, sazaqlı günləri yenə də üstündə 

ölümlər oynayan yuvada keçirirdi. Ancaq axır vaxtlar ürəyinə bir dərd 

düşmüşdü yüz illik ömründə başını bircə dəfə də qaldırıb baxmadığı 

göylərə tez-tez boylanırdı. Çünki göylərin göy dərinliyində bir qartal 




Yüklə 458,19 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə