İsmayıl Qarayev



Yüklə 458,19 Kb.
Pdf görüntüsü
səhifə13/23
tarix01.07.2018
ölçüsü458,19 Kb.
#52847
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

 

38 


süzürdü. Bu qartal bəzən səmalarda yuva təki yayılan ağ, kündələnən 

qara buludların da üstünə keçirdi, buludların altında süzəndə işım-işım 

işıldayırdı, göylərin bacasından düşən bir kəmənd gündən ötəndə qılınc 

qanadları qırmızı, yaşıl parıltı saçırdı. Quşların hamısı ona baxırdı. Belə 

hallarda Ala qarğa yuvasında qanad çalıb qarıldayır, ətrafa səs salır, 

şığıyırdı ki, quşlar öz gözlərindən uzaq göylərə çəkilməsinlər, onu 

görsünlər ona baxsınlar. Lakin onun uçuşu heç bir quşun baxışını 

qartaldan döndərə blmirdi, bu gözlərdən göylərə millənən həsəd onun 

ürəyinin başından güllə təki keçirdi. Ala qarğanın ağrımayan ürəyi 

gündə neçə dəfə yaralanırdı, göynəyirdi. O neçə il qanad çalmışdı, 

göylərdəki bu ucalığı, bu bəxtiyarlığı hiss etməmişdi. Hər uçağanı, hər 

qaçağanı özündən aşağıda, özündən alçaqda görə-görə öyünmüşdü, 

qürurlanmışdı. Onun şığıdığını görən sərçələr havada seyrəlmişdi, 

özlərini kola-kosa vurmuşdular, torağaylar daşların dibinə qısılmışdılar, 

sağsağanlar qorxa-qorxa gizlənmişdilər. Qartal göylərdə peyda olan 

gündən onu saymırdılar, bu həmcinslərin hərəsi öz taylı-tayı ilə qartala 

baxa-baxa sevinirdilər, gülürdülər, Ala qarğanın süzdüyü ucalığa 

qanadlanır, hətta bir az yuxarı da qalxırdılar. Ala qarğa indi allahın 

sərçəsindən də, bircə hoppanış uçuşu olan torağaydan da aşağıda 

qalmışdı. Ala qarğa elə bilmişdi bu səma hörməti, səma ehtiramı onun 

böyüklük qiymətidir, onun yekəliyinə balacaların qorxu itaətidir. İndi 

anladı ki, gücsüz sandığı kiçiklər onun özünə yox, onun səmadakı 

ucalığına səcdə edirlərmiş, bu ucalığı uçağanların yüksəklik sonu 

sanırlarmış. Ala qarğa qırmızı günlə təzəcə qalaylanıb ağarmağa 

başlamış bir səhər çinarın haçasında tərsinə düşmüş topaq kimi görünən 

yuvasından çıxdı, lap zirvədəki sünbül budağa qalxdı. Dönə-dönə 

qarıldadı, öz "kiçiklərini" çağırdı ki, indi də mənə baxın, buludları özüm 

yarmamışam, özüm havalanıb gözdən itməmişəm, indi görün qartal 

nədir, Ala qarğa nə!.. O, buludlara çatmaq üçün axşama kimi dövrə 

vurur, amma mən ox təki süzəcəm, gözümüzü yumub açanda 

görəcəksiniz ordayam, bir də baxanda məni gözünüzdən itirəcəksiniz, 

ağlınıza ayrı şey gətirməyin, elə bilməyin ki, yoxa çıxmışam.  

Qarğa güldü:  

– Yox, canım, yox. Bir də görəcəksiniz bir koma bulud göylərdən 

yerə enir. Sanmayın ki, özbaşına gəlir. Onu daşıyıb yerə gətirən mən 

olacam. Hara getsən, gərək bir şey gətirəsən. Qartal kimi boş-boşuna 

uçmağın, axşam da əli ətəyindən uzun qayıtmağın yerdəkilərə nə 

xeyri!… Sərçələr, torağaylar, sağsağanlar ağacların uca zirvələrinə 




 

39 


qondular, tamaşaya dayandılar. Ala qarğa çırpınıb qanadlarını açdı, göyə 

qalxdı, xeyli milləndi, sonra elə bil bir boşluğa düşdü, bü boşluq onu 

yerə çəkdi. Qayaya çatar-çatmaz bir də çırpındı, qanadlarını tez-tez açıb-

yığdı, yenə də çox yüksəyə qalxa bilmədi, enib qayanın başına qondu. 

Xeyli dincələndən sonra öz yuvasına şığıdı. "Balacalara" üz tutdu:  

– Ucadan dünyanın hər yeri aydın görünür. Baxıb gördüm ki, 

nəvələrim mənə qonaq gəlirlər. Məni öz ev-eşiyimdə tapmasalar, 

gümana düşərlər: elə bilərlər hardasa ölüb qalmışam. Bu gün onlarla 

görüşüm, onları yola salım, sabah uçaram, lap göylərdə gecələyərəm, 

oradakı qırmızı buğdaları, üzü yumurtalı sarı təndir kökəsini dənləyib 

sizə gətirərəm. Əslində Ala qarğa göylərdə çox qalmağın çətinliyini başa 

düşmüşdü. Hiss etmişdi ki, göydə qanadla uçarlar, göylərə qanadlarla 

havalanarlar. Özü də o qanadlar ki, çox möhkəm olsun, çox uzun olsun, 

hər çırpıltısı ilə səni bir qat göyə qaldırsın, hər qalxımda dövrə vura-vura 

dincələsən, dəyirman daşına dönüb göyü "dən kimi yavaş-yavaş 

üyüdəsən, bu dən qurtaranda suyunu sovasan"; bir kimsəsiz dan 

zirvəsinin lal ətəklərinin karlığında, korluğunda uyuyub səhərin 

açılmasını gözləyəsən. Səhər yenə də hamını özünə baxdıra-baxdıra 

süzəsən. Bu qartal hardan peyda oldu, qəsdi Ala qarğanı gözdən 

salmaqdırmı? Məqsədi göylərin ağasını allahın yumaq sərçələrinə, 

qorxaq sağsağanlarına pay verməkdirmi? Bəs Ala qarğanın vədi necə 

olsun? Sabaha nə qalıb ki!…  

Sabah göylərə hansı qanadla qalxacaqdı? Gecə ikən buradan 

köçsünmü, yüz il ömür sürdüyü yurd-yuvasından didərginmi düşsün? 

Sərçələr, torağaylar, xəbərçi sağsağanlar onun dalınca gülməzdilərmi, 

nəvə-nəticələrinə deməzdilərmi "nənəzin gopu varmış?!" Bir dünya 

dolusu törəmələri bu biabırçılığı eşidəndə Ala qarğa öz böyüklüyünü 

itirməzdimi?! Ala qarğa fikirləşdi ki, özünü xəstəliyə vursun, sərçələrə 

desin ki azarlamışam, bu iş halım yaxşılaşana, əhvalım düzələnə qalsın. 

Bəs bu xəstəlik nə qədər çəkməli idi? Ya ölməli, ya da sağalıb "Əhdinə 

vəfa qılmalı" deyildimi?! Xəstələnməmişdi, demək, ölməyəcəkdi də! Bu 

yalanın, bu bicliyin kölgəsində nə qədər "dincəlsə də" bir gün düzlüyə, 

günə çıxmayacaqdımı?! Ala qarğanın öz hikkəsi öz dili öz başına bəla 

açmışdı. Yalandan öyünməsəydi, hünərsizliyi də bu aşkarlıqda 

bilinməzdi. Sərçə bir ağac boyu hündürlüyə güclə qalxır, onu qınamırlar 

ki!… Torağay yerdən yerə çəyirtgə kimi atlanır, onu lağa qoymurlar ki!.. 

Sağsağan özünü bu budaqdan o budağa ölüm-zülm çatdırır, ona 

gülmürlər ki!… Hamısı quşdur, hamısının qanadı var. Allahın verdiyi 




 

40 


qismətdən niyə də utanmalıdırlar? Özləri-özlərinə qanad-quyruq 

düzəltmirlər ki, hünərsiz, fərasətsiz adlanalar! Mən nahaqca özümdən 

çıxdım, dünyanı gəzək, ancaq geri qayıda bilmərəm düz məkanlı bir 

şirin yalandansa, bir evli, bir elli bir acı düzlük yaxşıymış…" Ala qarğa 

göyün üzü buludlanıb qaralmağa, yerə toranlıq toru atılmağa başlayanda 

birdən qaqqıldayıb güldü. Uzaq ellərdən qonaq gəlmiş ala törəmələrini 

çağırdı. Ala törəmələrin hərəsi bir budaqdan qalxıb Ala qarğanın başına 

toplaşdı. O:  

– Görürsünüzmü? – deyə onlara göylərdə süzən qartalı göstərdi.  

– Babanızı o öldürüb. Elə bilirdi bu düşmənçilikdən xəbərim 

yoxdur. Dünən gecə dağın başına qalxdım, onun üçtünə bir qaya 

dığırlamaq istədim. Qaya dığırlananda diri tərpənib qaçdı. Oyanmasa, 

qaya onu xıncım-xıncım eləyəcəkdi… Səhərdən bəri məni bax beləcə 

hərim-hərim hərləyir. Nə qədər ki yatmamışam, o mənə xətər yetirə 

bilməz. Yuxu da ölüm kimi şeydir, həmişə oyaq qalmaq olmaz ki… 

Haçansa yatacam. Onda fürsət tapıb üstümü ala bilər. Ala qarğa 

Qartaldan heyf almağın çəmini də öyrətdi. Ala törəmələrinin hərəsi 

özündən bir qara tük qopardı, tezcə bir tor toxudular, aparıb Qartal 

gecələyən dağın başına atdılar, özü də qaya yarıqlarında gizləndilər. 

Qartal, şər əməlli-başlı qarışandan sonra, yerə endi. O, dağın zirvəsinə 

qonan kimi Ala törəmələr torun bəndini-bağını çəkdilər. Qartal nə qədər 

çırpınsa da, göylərə dartınsa da, açıq qanadı onu bu tələdən qurtara 

bilmədi, çünki ayaqları tora düşmüşdü. Onu öz ağırlığı ilə çəkib yerə 

yapışdıran iyirmi-otuz ala törəmənin birləşən gücü meşəyə sürüklədi. 

Çinarın dibinə gətirdilər. Ala qarğa yuxarıdan, yuvadan tapşırdı:  

– Qanadlarını da, ağızını da bağlayın. Özünü də ağaca sarıyıb bəri 

gəlin.  

– Rişxəndlə güldü: – çox yorulub, qoyun hələ dincəlsin.  

– Xeyli susub kinli səsini eşitdirdi:  

– Aşını duzunu səhər verərik. Görər ki, bu boyda əsil-nəsilin 

babasını öldürənə nə cür toy tutarlar. Görər ki, buynuzsuz qoçun qisası 

buynuzluda qalmır. Sübh tezdən Ala qarğa ala törəmələrinin hərəsini bir 

diyara göndərdi:  

– Gedin ana-bacılarınızı, əmi-dayılarınızı, qançəkərlərimizi 

hamısını bir çağırın, qoy gəlib bu qanlının cəzasını özləri versinlər. Kin 

canda qalanda ürəyi ağrıdar. Qisas canda dirilə-dirilə gəzəndə ürəyi 

xəstələndirər. Qoy nəsil-nəcabətimizin birinin də ürəiyndə ağrı, nisgil 



Yüklə 458,19 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə