İsmayıl Qarayev



Yüklə 458,19 Kb.
Pdf görüntüsü
səhifə14/23
tarix01.07.2018
ölçüsü458,19 Kb.
#52847
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

 

41 


qalmasın. Ala törəmələrin hərəsi bir tərəfə dağılışndan sonra Ala qarğa 

uçub meşənin hər ağacına bir dəfə qondu, haray çəkdi:  

– Mənim xanimanıma yaxın gəlin, öz gözlərinizlə görün ki, 

tanrının sirrinə əl aparmaq, tamahkarlıq eləyib lovğalanmaq, allahın 

qoyduğu həddi aşmaq olmazmış. Gəlin görün ki, beləsini xudavəndialəm 

nə günə salıb. Sərçələr, torağaylar, sağsağanlar çinarın əl – ətəyinə 

tökülmüşdülər. Sübh alatoranlığı öz boyaq günündə saxlayıb qaraldan 

daldalıqda, təzəlikdə qəribə bir canlı gördülər. Dimdiyi sağsağanın başı 

boyda, koğa kimi bir şah budağı yekəlikdə. Hər gözü hər yanı qayalı, 

üstü həmişə qara kölgəli gündüşməz göl irilikdə, göl dərinlikdə. Hərəsi 

kəmərdən asılanda qoburunun ucu dizləri döyən xəncərdən iri 

lələkləri… Gözlərini çevirib onlara baxanda ətraflarda bir qara qəzəb 

bağırırdı, bir kin qışqırırdı. Bu nifrət havanı boğub buraxırdı. Meşənin 

gözəlliyə yatmış, yarpaqlara qonmuş səssiz-səmirsiz yuxulu nəfəsi 

ağzını quş balası kimi göylərə açıb yumurdu, can verirdi. Bu qara 

gözlərdən yağan hiddət budaqların üstündən ildırım yeli təki keçirdi, hər 

budağın neçə yarpağı yolunurdu, hər budaq neçə dəfə əyilirdi, 

şaqqıldayırdı, bir-birini yaralayırdı, budaqların qan iyinə, ölüm 

qoxusuna necə göy mozalanlar uçub gəlirdilər. Sərçələr, torağaylar, 

sağsağanlar qorxub qaçmaq istədilər, Ala qarğa bunu bilmədi, Qartalın 

tora salınıb sarındığını görməsinlər deyə, onları yuxarı qaldırdı.  

– Mən bu səhər hey uçmaq, buludları da ötmək istəyirdim. Yaxşı 

ki, allahın mənə rəhmi gəlib: gecə yarı olardı, bir qıjıltı, sonra da tappıltı 

eşitdim. Baxıb gördüm ki, göylərdə dünən ağalıq eləyən Qartaldır. Demə 

allahın qoyduğu qanunu pozubmuş, çox hündürə qalxıbmış, tanrının 

sehrlərinə, sirlərinə yaxın gedibmiş, onun işləklərinə baxırmış, tanrı da 

öz yaratdığının bu şeytanlığını götürməyib, vurub quyunun-cəhənnəm 

quyusunun dibinə salmaq istəyib. Sonra mənim də niyyətimdən agah 

olub, qartalı görk üçün bizim məmləkətə salıb ki, qismətdən artıq 

yemək, görmək həvəsinə düşməyək, yoxsa bizim axırımız bununkundan 

da pis olar. Yüzümüz yığılsaq, bir qartal boyda olmarıq, allahın o tərs 

şilləsinə qartaldır ki dözüb, onun yerinə bizim birimiz olsaq, heç tikəmiz 

də, tükümüz də tapılmazdı. Gedin, başınızı aşağı salın, dolanın, 

gözümüz orda-burda olmasın. Tamahkarın son günü, son köçü belədir. 

Quşlar uğunub getdilər. Gün öz yatağından ağ ipək yorğanını yandıra-

yandıra qalxanda hər yandan ala törəmələr uçub gəlməyə başladılar. 

Meşə qarıltılarla, qırıltılarla doldu. Bir budağa neçə törəmə qondu, 

düzüm-düzüm oldular, hərəsi Qartala bir dimdik çalıb qalxdı, hərəsi 




 

42 


onun başına göylərdən yüz ağır söz atdı, hər biri bir daş ağırlığında, 

güllə açılıqda, xəncər itilikdə….  

Ala qarğa yerə endi. Törəmələrin ağsaqqalları, ağbirçəkləri öndə, 

cavanları-cahilləri ortada dayandılar. Ala qarğa məşvərətə başladı:  

– Babanızı öldürənə necə divan tutmaq istəyirsiniz? Hər 

ağsaqqalın, ağbirçəyin ağzından bir avaz qopdu: biri dedi ki, tükünü, 

lələklərini yolaq, buraxaq, qabaqdan qanlı kimi qış gəlir, qoy donub 

ölsün. Bundan əzablı ölüm olmaz. Biri də söylədi ki, yox, bu, qatilə, özü 

də bunun kimi qatilə yüngül cəzadır: gözlərini dimdikləyib kor eləyək

qoy dünya işığına həsrət qalsın. Dünyada yaşayasan, amma dünyada heç 

bir inli-cinli görməyəsən. Bu, diri-diri ölməkdir. Digər ağsaqqalların, 

ağbirçəklərin hərəsi də başqa cür istədi: "Qoy hər gün onun gözünün 

qabağında yeyək, içək, kef eləyək, bizə baxa-baxa canı çıxsın". "Ocaq 

qalayaq, ocağa ataq, diri-diri yansın…" Ala qarğa:  

– Çörək yeyəsən, acı süfrəyə qaçırmayasan – bu, günahdır, Allah 

götürməz. Tanrı belə insafsızlığı buyurmayıb. Onu diri-diri yandırmağın 

da ziyanı özümüzə dəyər: yanmış tük, ət, qan qoxusu meşədən yüz ilə də 

çəkilməz, boğazımızı tutar, başımızı ağrıdar.  

– Bəs bu düşmənə nə divan tutaq? – deyə cavan törəmələrin biri 

döşünü qabağa verdi.  

– Bəlkə başını sığallayaq, alnından öpək, deyək ki, bizim kimi bir 

sürü bambılıya haqq etmisən, hələ bu azdır, gərək çoxumuzu qıraydın?!.. 

Ala qarğa tədbiri bütün tədbirdən, məsləhətlərdən yaxşı başbilən kimi 

dindi: – Ona gündə bircə dəfə yemək verək. Doyumluq yox, azca. Qoy 

gözü yeməyin dalınca qalsın, öz gözü özünü yesin… Ancaq qanadlarını 

açmayaq, bağlı saxlayaq. Qartalın bundan böyük müsibəti olmaz. İndi, 

cavanlar, durmayın, bir kef məclisi qurun, bu şadgünümüzdə 

şənlənməliyik… *** Qartal yaman günə qalmışdı: ala törəmənin hərəsi 

bir dimdik çalıb ötürdü, hərəsi bir tükünü didib keçirdi. Bəzisi belinə 

minib gəzinir, başına qalxır, gözlərinin üstü aşağı məz atırdı, sonra da 

Qartalın halına gülürdü. Birdən də beş-altısı qəzəblənir, onun dik başına 

qonur, hündür başını əyib dimdiyini məzin içinə pərçimləyir: "Ye! Ye!"  

– deyib başını, boynunu təpiklərinin altına verib o ki var, 

təpikləyirdilər. Bəzən də hardansa siçan ölüsü tapırdılar, quyruğudan 

tutub sürüyə-sürüyə onun "süfrəsinə" gətirirdilər, üstünə duz səpirdilər 

ki, Qartal aclığa dözməyəcək, yeyəcək, sonra da onu susuzluq 

yandıracaq, yalvarıb su istəyəcək. Ala qarğa Qartalın başına gətirilən 

müsibətləri görürdü. Qartal dözümü, Qartal dəyanəti, Qartal qüruru onu 




 

43 


hirsləndirirdi: "Bu yaramaz niyə yalvarmır? Bəlkə səsi batıb, nitqi 

tutulub? Belə olmasa bu zülmə tab gətirməzdi. Yalvarıb-yaxarmağının 

da ona bir xeyri yoxdur, onu kimdir buraxan?! Məni gözdən salanı, 

göylərimdə ağalıq eləyəni göylərə buraxım ki, xırdaca-xırdaca sərçələr, 

torağaylar, oğru sağsağanlar məni yenə də heç bir canlı-cinli yerinə 

qoymasınlar?! Yox, buraxmaram, canı yerdə çıxacaq, göylərə baxa-baxa 

qalacaq, baxa-baxa da öləcək. Amma bizi allah yaratmış hesab 

eləməyənin belə gündə dil çıxarmağı kefdir. Bu keflə düz yüz il də artıq 

yaşamaq olar...." Ala qarğa yerə endi, ala törəmələrini danladı:  

– Bunun ağzını kim sarıyıb? Açın tez! Ağız – Qurandır! Quranla 

oynamaq olar?! Allah yaxşı ki, görməyib, yoxsa göylərdən üstümüzə od 

yağdırardı. Rədd olun, burdan, yaramazlar! Ala qarğa ala törəmələrini 

qovdu, qara miflərdən düzəldilmiş ipək bəndi-bağın üst-üst vurulan 

düyünlərini açdı, öz törəmələrinin cahilliyinə deyinə-deyinə gəzindi, 

siçan ölüsünü də quyruğundan tutub meşənin dərinliyinə tolazladı:  

– Bu qanmazları hey başa salıram ki, məni günaha batırmasınlar, 

yenə də şitliklərindən əl çəkmirlər. Ax!… Sizi görüm gülləyə rast 

gələsiniz. Bizim nəsil-nəcabətdə belə qansızlıq olmayıb, bu qırışmallar 

heç bilmirəm kimə oxşayıblar… Hələ bu ağzımla neçə dəfə tapşırmışam 

ki, o boyda allah da cəhənnəmə vasil elədiyinin dərdini-odunu soruşur, 

Qartaldan xəbər alın, bəlkə yerinə yetirə biləcəyimiz bir əhdi, bir diləyi 

var. Bu axmaqlar da gəlib söz soruşmaqdansa allahın heyvanının ağzını 

bağlayırlar. Bu, Qurana xor baxmaqdır, allah görməmiş olmaz.  

– Ala qarğa üzünü göylərə tutdu:  

– Xudavəndi aləm, özünə əyandır ki, bu bicdən əmələgəlmişlərin 

yaramazlığını indicə görmüşəm….  

Qartal Ala qarğanın fikrini başa düşmüşdü: bilirdi ki, Ala qarğa 

düşmən yalvarışından ləzzət almaq istəyir. Bilirdi ki, bu gücsüz özündən 

güclünün itaətini görmək, eşitmək, dünyada heç olmasa bir dəfə 

lovğalanmaq, kişilənmək istəyir. Qartal başını dik tutub gəzinən Ala 

qarğaya baxa-baxa ürəyində güldü: "Qartal səsi itmir, a qarğa! Qartal 

sözü, Qartal nəfəsi havada həmişə yaşayır. Ona görə ölməzdir ki, 

ölməz". Hava ilə həmişə qoşa gəzir, qoşa dolanır, ölməzliyə qovuşanlar 

heç vaxt ölmürlər. Qartal səsi Qartal zirvəsinə hər həftənin çaharşənbə 

axşamı baş çəkir, səslənir, ötür. Bu səsi bala qartallar eşidir. Bu səs  

– Qartal məğrurluğudur! Bu avaz  

– Qartal qürurudur. Bu səsdə, avazda ucalıq var, alilik var, paklıq 

var. Qartallar heç vaxt əsir alınmayıb, çünki düşmənsizdir, çünki heç 




Yüklə 458,19 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə