İsmayıl Qarayev



Yüklə 458,19 Kb.
Pdf görüntüsü
səhifə16/23
tarix01.07.2018
ölçüsü458,19 Kb.
#52847
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

 

47 


bir qartal qılıncı. O tərəflərdən gəlmə yan-yaxa köynəyi vardı. Bu 

köynək təkcə onun əynində idi. Göy sətindən idi. Ağ sədəf düymələri 

vardı, kürəkləri qulac yarım olardı, taxta onatılanı vardı, şaldan qalfe 

şalvarı vardı, boğazlı çəkməsi vardı, çarttağan, boğazlı çəkmə də təkcə 

onda idi. Cavan olsa da, alnını bu yandan o yana kəsən tək bircə qarış 

arx köbəsinə oxşardı. Adama hansı alçaqlıqdan baxsa, deyirdin 

göydədir, quzğundur, bu saat çalıb götürəcək. Komsomolçuların içində 

təkcə onda onaçılan vardı, sonra qaçaqların qısqısı əllərini yandan 

üzləyənlərin fitfasıyla ki bərk gəldi, hamısı yaraqlandı. Gecələr kəndin 

keşiyini çəkirdilər, gündüzlər sürüləriynən gəzirdilər ki, çapğınçılar 

çapıb aparmasınlar. Bəy adı olmamış, amma bəy kimi bir şey olan 

birinin uzun bir tövləsi vardı, bura onların yatacaq yerləri idi, 

yığışırdılar, Ağalar hər kəsin yükünü öz boynuna qoyurdu. 

Komsomolçular üzdə idilər, çoxalırdılar. Kəndin tək-tək evi məhləsi 

vardı ki, ordan komsomolçu çıxmasın. Yığıncaqlarına bəzən qocaları da 

çağırırdılar. Bir gün iclaslarına indi dalvəlini sürüyən bu molla İzzəddin 

də gəldi. Molla məktəbini Bərdədə təzə qurtarmışdı, xəd qoydurmuşdu. 

Gödək qapqara saqqalı vardı. Boynu kələm özəyi kimi ağ idi. Cəhrə 

topu kimi yupyumru idi. Ləstik arxalığını geyinib kəndin arxasından 

qəbiristanlığa doğru gedə-gedə "əssəlah" çəkəndə qamrov səsi adamın 

yatılı tüklərini də bitirirdi. Pal-paltardan iynə təki keçirirdi. Bizim kənd 

belə səs eşitməmişdi, qəsidələri, mərsiyələri ağladırdı hamını. 

Kəndimizin beş-altı qır-qırıntı mollası vardı, onlar ağızlarını açanda ciy-

ciy ciyildədirdilər, adam ya gərək qulağını uzadıb onların ağızlarına 

çatdıraydı, ya da gərək ağsaqqal qarasaqqalları cığnaya- cığnaya gedib 

onların çənələrinini altını kəsdirəydi ki Quran səsi eşidəydi. Bu ciy-

ciylər gələn ortaya çıxan gündən İzəddinin əl-ayağını yeməyə 

başlamışdılar. Ara qarışandan sonra ölü götürməyə çıxmırdılar, 

deyirdilər bildiyimizi yanılmışıq, bu da elə-belə deyilmirdi, qulaqlarına 

çatmışdı ki, təzə hökumət dinsizdir, allahsızdı, mollalardan haqq-

hesabını yaxın yerlərdə çürüdəcək, saqqallarını ülübüd, qırxdırıb 

başlarına saman torbası taxacaq, özlərini də kotana-xışa qoşdurub yer 

əkdirəcək. Amma İzəddin mollalığını yerə qoymurdu. Caamat ölü 

namazına duranda deyirdi, camaat Qurani şəriətimiz buyurub ki, Allah 

ikidir, biri yerdəki, biri də göydəki; yerdəki Allah hökumətdir; hökumət 

– Allahın qoyduğu qərar, qəsəmdən çıxan mənim də düşmənimdir… 

Hardansa söz çıxmışdı ki, molla İzəddin şorgözdür, kiminsə əhli-əyalına 

pis baxıb, topuğuna baxıb, əndamına baxıb, sinəsinə baxıb. İncəsinin 




 

48 


irəli-gerili yırğalanmasına baxıb, içini arıtlayıb, maydan görmüş ayqır 

kimi eləyib, eləyər də, niyə eləməsin! Bir oturumda beş-on adamın 

yemini-yeməyini aşırır. Müftə müsəlləhcə azdan-çoxdan yalan-yanlışdan 

nə qırıldadırsa, onu da haqq alır. Bizim söhbətin təzə şıdırğalanan 

vədəsində molla İzəddin də komsomol yığıncağına gəldi, gəlib oturdu 

həmincə tövlədə. Tövlə çox yekə idi, beş yüz adam yığsan dolmazdı. 

Komsomolçular bir başa yığılmışdılar, bu vədə stol-stul hardaydı, 

oturmağa da, yazmağa da çanaq qoymuşdular. Ağalar onaçılanı yanına 

döyə-döyə çart-çart gəlib keçdi başa, oturanları gözdən keçirdi, birdən 

şığıyıb molla İzəddinin ki kürəyini necə xışmaladı, götürdü, deyərdin 

qarğa qurbağa çalıb götürdü, qapıdan çölə atdı. "Vızıt"!…BB! – dedi. 

Bu "BB" də onun "Bas bayıra"sı idi,sonra bilindi ki, yazıq molla 

İzəddinin şorgözlüyü, zadı yoxmuş, bu yamamanı ona cic-ciylər 

vurublarmış… İclasın şirin yerində carçı gəldi ki, Ağaları qonşu kəndə 

çağırırlar, mərkəzdən böyük gözləyir. O, qonşu kəndə də yol bir qonşu 

kənddən keçirdi. Aradakı kəndə girəndə gördük bəzəkli toy arabası, 

gəlin də, yengələr də içində saxlanıb, kişili-arvadlı camaat dayanıb, 

sükuta gediblər. Zurnaçılar da bu yanda quruyub qalıblar. Ağalar 

soruşdu: – Toydu? Dedilər:  

– Toydu. Dedi:  

– Bə niyə dayanmısınız? Bu kəndə o kəndə köçürdürsünüz? Bir 

neçə papaqlı kişi başı yırğalandı. Ağalar bir də xəbər aldı:  

– Bə kimi gözlüyürsünüz? Boyun-boya verənlərin ən qocası 

qabağa yeriyib irəlidən də, geridən də qorxa-qorxa dedi ki, başına 

dönüm, bəy qoymur.  

– Niyə?  

– Deyir o qızı mən öz qardaşım oğluna alacam.  

– Hazıra yaraq, bişmişə qonaq olmaq istəyir?  

– Hə, başına dönüm.  

– Hanı o bəy deyilən zalım?  

– Mərəkənin lap arxasında dayanmış çox atlı, göy çuxalı, buxara 

papaqlı kişi o yandan xırıltılı səslə: – Mənəm, – dedi, – mənəm! Ağalar 

şapalağını onaçılana vurub çappıldatdı.  

– Beynini göyə sovuraram, ən yekə tikəni qulağın boyda edərəm. 

Ağalar atdan endi, girdi meydana, ləzgi hənzi çaldırdı, o ki, var oynadı. 

Sonra da atın belinə qalxıb göyə iki güllə atdı:  

– Sürün, getsin! – Dedi:  



 

49 


– Sürün! Toy köçünü o biri kəndə aparıb, salmayınca 

qayıtmayın… Bizim üst tərəfimizdəkilərin hamısı erməni kəndləridir. 

Bizimkilərdən eləsi tapılmaz ki, o kəndlərdən 3-4 dostluq kirvəsi 

olmasın. Dədə-baba kirvəsi. Torpaqlarımız qulaq-qulağadır. Suyumuz 

onlardan keçir. Onlarbizim, biz də onların xeyir-şərinə gedirik, bir-

birimizə xeyrimiz də dəyir, ziyanımız da, inciklik zad olmur, orada. 

Ağaların bir yeznəsi var. Adı Həsəndir, 80-ı keçib, dişini dəyişib, dişi 

quzu gətirib təzəlikcə. Bundan sonra 50-60-ı ötürəcək arxaya. Çünki 

qorğa yeyir, küt qazmağı yeyir, ar salanın ximircəyini gəmirtləyir. 

Qalıq-quluğu da dümdüzdür. Elə bil çəpər payasıdır. O, vədələrdə böyük 

oğluna balaca toy eləyirdi. Mağar zad qurulmuşdu, qazanlar asılmışdı, 

yuxa bir ucda yayılırdı. Amma hələlik gəlib-gedən yox idi, bizim kəndin 

adətincə caamatın ayfağı buraya gün– günortadan dönəndən sonra 

açılacaqdı. Biz çöldə, odun kötüklərinin üstündə oturmuşduq. Həsənin 

dostu Samson kişi də bizim yanımızda idi. İçki-miçki də təzə-təzə dəbə 

düşürdü.Həsən kişi kötüyün mişarlanmış başına süfrə sərdi, 3- 4 şiş 

kabab, yarım şüşə də cöcə arağı gətirdi. 1-2 dəfə "mübarək-mübarək"lə 

gurulbaotdılar. 3-cü sağlığı Həsən dedi, dedi, Samsonun sağlığına içək. 

Samsonda Həsəni 5-6 qatar təriflədi. Ağalar fikir verib gördü ki, 

kirvənin sözlərinin hamsı ağac atıb götürmədir, seçməsi yoxdur, 

soruşdu:  

– Samson kirvə, Həsən necə adamdır?  

– Samson əlinin birini qaldırıb səsini ucaltdı:  

– Adamdır da.  

– Axı, necə?  

– Samson yenə başdan getdi. Cavab verdi:  

– Ala, adamdır da… Ağalar işığını gizlədə-gizlədə danışan 

kirvədən əl çəkmədi:  

– Nə təhər? – Yaxşı adamdır. Ancaq qohum yaxşı da aparandır, 

e…  


Ağalar özü qəsdən bığını qaçırtdı ki, Samson oxunu atıb, yayını 

gizlətməsin. Həm də Həsənin bütün işlərini bilib öyünən qohum sifəti ilə 

qımışdı.  

– Hancarı e… Samson kirvə başladı ki, qara, bunun otardığı ferma 

subaylarının binəsi ilə bizim anadonuzların binəsi qonşu oldu. Dərənin 

bu döşündə bu idi, o döşündə də Sərkis. Sərkis bir vaxt baxıb görür, ara 

nə, coşqalar gözünə az dəyir. Sayır, altımışdan çoxu çatmır. Gözünə 

döndüyüm bu Həsən hamısını meşoğa, curcuna salıb, o biri kəndlərdə 




Yüklə 458,19 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə