İsmayıl Qarayev



Yüklə 458,19 Kb.
Pdf görüntüsü
səhifə17/23
tarix01.07.2018
ölçüsü458,19 Kb.
#52847
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

 

50 


adamları varmış, onlara satıbmış. Bizim Həsən belə Həsəndi, ara… 

Bunu tanımayana lənət! Elə bilirsən ürəyim istəyir bunu, o artivas haqqı, 

yox, qorxumdan deyirəm, birdən bu məzhəbsizin kefinə dəyərəm, 

qamımı qurudar. Həsən xıx-xıx xıxıldaya-xıxıldaya ləzzətlə güləndə 

Ağaların hər şilləsi onun üzündə tapança kimi açıldı. Döydü, nə döydü! 

Təpiklədi, nə təpiklədi! Döngəyə salma elədi! Ağız-burun, baş-göz 

qoymadı Həsəndə, oldu qanlı qaratuluq! Hərəmiz bir yandan dedik, əşşi, 

qoyaydın xeyir işini yola verib, qurtaraydı, neylərdin, sonra elərdin. 

Dedi, adamın dilini özününkü gödək eləyəndə dözmək olmur. Həsən 

oğurluğu o tərgidən tərgitdi. Tərgitdi deyəndə də düz çıxmır, ondan 

sonra gecələr yata bilmirmiş. Çıxıb çöldə-bayırda hərlənirmiş, hava 

işıqlaşanda gözünə çimir gəlirmiş. Bir gecə özünü görür ki, heç saxlaya 

bilmir, öz danasını öz damından çıxarıb, oğurluq mal kimi kəsir. 

Kolxozun bağında kəsir, ətini daşıyır, arvadı da Ağalardan qorxa-qorxa 

ora-bura yığıb üstünü basdırır. Baş-ayağını gətirəndə görür özlərinin ala 

danalarıdır,gulur, Həsən də gülür, o gülməknənə də Həsən tərgidir. 

Halalın halalı idi Ağalar, qorxmazın qorxmazı idi. Kişi idi, əsl kişi idi. 

Elə kişilər tək-tək olur. İndi Qırmızı saqqalın uşaqları şəklinə baxıb 

deyirdilər ki, bu kişini görmüşük. Qırmızı saqqal da bir kənd ola, adı 

özündən yekə, üçcə ev qalıb qazanın başında. Hərəsində də irili-xırdalı 

5-6 başı qapaqlı, başı yaylıqlı. O vaxt Ağaların da evi ordaydı, dava 

başlanandan, o gedəndən sonra köçdülər uşaqları bu kəndə. Bu kəndlə o 

kəndin arasında nə var ki! Bir dərədi olanı. Bu taydan baxanda o 

taydakının, o tay da baxanda bu taydakının gözünün kökü, ağzının içi 

görünür. Qırmızı saqqalın uşaqları şər qarışan vədə oynaqlaşa-oynaqlaşa 

qoyun-quzularını örüşdən gətirirlərmiş. Guya Ağalar da durubmuş kənd 

deyilənin baş girəcəyində. Rusa oxşadıblar. Deyiblər, ay rus bu nədi? 

Sataşıblar kişiyə, cüvəllağılar. Deyib, a bala, ruscası nədi bilmirəm. 

Ondan Sizin ayrı ayrım dilində onun adı quzuqulağıdır. Deyiblər, burda 

neynirsən? Deyib, kərpic kəsənəm, bu gecə burda yatım, sabah görüm 

kimə kərpic kəsəcəm. GətiriblƏr palazı, öz köhnə yurd yerinə salıb 

yatıb. Uşaqlar gəlib görüblər kərpc kəsənin canının yeri qalıb palazda, 

özü yoxdur. İndi baxırlar şəklinə, deyirlər, həmin kişidir, bahalı təzə 

ayaqqabı, təzə şalvar, pencək, hamısı da qara geyinmişdi, təkcə köynəyi 

ağ idi. Başında günnüyü, yekə hərrəməli, ortası qılıcyatımlı, yekə papağı 

var. O təzələrin üstdən, köhnə boz plaş geyinmişdi, bax bu şəkildəki 

paltarında idi, bu şəkli o paltarında çəkdirib. Saqqalı vardı, ağarmışdı, 

bığı da ağarmışdı, həmən bu şəkildəki kimicə… İnanırsan ki, uşağın 




 

51 


gözündən heç nə yayınmaz… Biri yalan desin, ikisi yalan desin. Hamısı 

belə deyir, amma bir şeyə də inanırsan ki, Ağalar kimi bir kişi öz elinə 

belə gəlib, elə qaytmazdı. Belə də deyilsə, bəs bu adam sağ ola-ola 

ömrünün otuz beş ilini niyə qürbət yerinə versin?  

 

 

ƏFSANƏ  



 

 Nuh əyyamında Hümmət adlı bir kişi varmış. O cavan ikən günəş 

nurlu, ulduz sevdalı, ay şəfəqli bir qızla evlənibmiş. Hümmət toy eləyib 

Gülpərini öz evinə gətirən kimi ömründən keçən günlərin iztirab, intizar, 

ümidsizlik dolu hər dəqiqəsində hər saniyəsində eşqin oduna yanmış, 

məhəbbət alovlarında qovrulmuşdu. O Gülpəriyə sahib olacağını 

bilirmiş, ancaq qızın müştərisi, yay-oxlu "qan-qan" deyən pərvanəsi o 

qədər çox imiş ki, Hümmət gəlini gərdəyin dalında görənəcən, qapını 

bağlayıb şamı sönüdərənəcən, daha doğrusu qızın nəfəsi, hərarəti 

təravətilə ürəyinin odunu söndürənəcən keşməkeşli fani dünyanın 

qəzavüqədərlərinin kama çatmamış onu məhv edəcəyindən qorxurmuş. 

Hümmət evlənəndən sonra arvadının bir sözünü iki eləmirmiş

Gülpərinin istək və arzusuna can-başla əməl edirmiş. Bir sözlə arvadı 

ona öl desə ölər, qal desə qalarmış. Hümmətin özünə görə malı, 

qoyunu,atı, ulağı varmış. Obada var-dövlətli adamlardan sayılırmış. 

Lakin arvadın hər sözünə baxdığı üçün onu "Nökər Hümmət" – deyə 

çağırırlarmış. Hümmət bəzən "kişilik" eləyib Gülpərinin sözünə 

əhəmiyyət vermək istəməyəndə arvadı onu boşanacağı ilə hədələyirmiş. 

Arvadın kişi üzərində hazır vəziyyətdə saxladığı ən kəsərli qılınc öz 

gözəlliyini və sevimli olub sevildiyini dərk etməsidir. Onların yersiz 

şıltaqlıqları və lüzumsuz amirəniliyi də bu cəhətlərdən doğur… Bir gün 

Gülpəri Hümmətə deyir:  

– Ay kişi, get allahdan otuz tümən pul istə, yaşıl darayı alıb özümə 

paltar tikəcəm.  

– Ay arvad, – deyə Hümmət Gülpərini dilə tutur inciməsinə 

inəyimizin birini satıb puluna hansı darayıdan desən ondan alardıq, əkin-

biçin məni gözləyir. Caamat taxıl-tirnəni, otu-ələfi çöllərdən içəri 

daşıyan vaxtı məni hara göndərirsən!? Bir sürü mal-qaramız var, 

qabaqdan yağı kimi qış gəlir, insafı arada gör, məni işimdən-gücümdən 

eləmə. Bir də ki, ağlın olsun, Allah kəndimizin üstündəki dağın başında 

olmur ki, yol yaxın ola, səhər gedib axşam qayıdıb gələm. Eşitmişəm ki, 



 

52 


Allah-təala yaratdığı öz bəndələri ilə "Turi-sinadə" kəlmələşir. "Turi-

sina"ya məğriblə məşriqin arası qədər yol var. Allah-təalanın 

mərhəmətinə, rəhminə, kəramətinə möhtac bəndələr ona dərdini deməyə 

gedəndə bir il yarıma ancaq qayıdır. Gəl daşı ətəyindən tök mən üzü 

qara bəndəni xudavəndialəmin dərgahına göndərmə. Gülpəri dediyindən 

dönmür. Hümmət çox deyir, o az eşidir. Axırda məsələ gəlib o yerə çıxır 

ki, arvad cer-cehizini yığışdırıb atası evinə köçməyə hazırlaşır. Hümmət 

tərs, inadkar arvadının əl-ayağına düşüb onu sabah tezdən yola 

düşəcəyinə inandırır. Gülpəri ərinə yol hazırlığı görür, iki xurcunu çörə 

yavanlıqla doldurub, onları səhər ertə Hümmətin çiyinlərinə aşırır və 

tapşırır:  

– Allahdan pul almamış qayıtma. Vermək istəməsə əl çəkmə, ərz 

elə ki, yerin, göyün yiyəsi arvadım üryandır, əlacım hər yandan kəsildi, 

sənin ətəyinə əl uzatmaqdan başqa çarəm qalmadı. Hümmət pərt olur. 

Nə qədər hirslənsə də Gülpərinin qəlbinə dəyməməyə çalışaraq həlim bir 

səslə dillənir:  

– Ay arvad, biz onu görmədiymizə baxma, o hər şeyi görür, bilir, 

mən allahın dərgahında necə yalan dınışım, onu necə aldadım. Allahı da 

aldatmaq olarmı?! O məni də, səni də bu günahım üçün cəhənnəm oduna 

yandırmazdımı?!  

– Rəhmətliyin oğlu – deyə Gülpəri ərinə acıqlanır. De ki, pula 

gedəsi bir şeyim yoxdur. İnəyi satmaq istəmədim. Onun da müştərisi 

qəssablar idi. İnəyin boğazına bıçaq çəkəcəydilər deyə satmadım. İndi 

işi deyib gəlmişəm, məni əliboş qaytarma, ya əlimi kəs, ya da ətəyini.  

– Yalan danışa bilmərəm, məşhər ayağında məni gürdə 

yandırırarlar. Düzünü danışacağam, kərəm eyləsə, verər, verməsə də 

ondan inciyən deyiləm. Gülpəri hirslənir, xurcunları dartıb Hümmətin 

çiyinlərindən yerə salır, deyinə-deyinə atası evinə üz tutur. Hümmət 

yazıq yenə yalvar-yaxarla arvadı evə qaytarıb, yola rəvan olur. "Turi-

sina"nı soraqlaya-soraqlaya düz üç ay yol gedir. Kimi ona düz yol 

göstərir, kimi əyri. Yol getməkdən, gündüzün istisindən, gecənin 

soyuğundan kişinin canı üzülür, nə yeriməyə taqəti qalır, nə də mənzil 

başına çatmağa ümidi. İstəyir geri qayıtsın, yaxındakı kəndlərin birində, 

dincini alıb evinə yollansın. Lakin Gülpərinin qəzəbli çöhrəsini gözünün 

qabağına gətirəndə fikrindən dönür, canını dişinə tutub dərələrdən keçib

dağlardan aşıb özünü Allahın dərgahına çatdırmağa can atır. Xülasə, çox 

uzaqdan uca bir dağ görür. "Turi – sina"dır – deyə sevinir. O, "Turi-

sina" dağını tanımırdı. Ancaq eşitmişdi ki, dünyada ondan uca dağ 




Yüklə 458,19 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə