İsmayıl Qarayev



Yüklə 458,19 Kb.
Pdf görüntüsü
səhifə19/23
tarix01.07.2018
ölçüsü458,19 Kb.
#52847
1   ...   15   16   17   18   19   20   21   22   23

 

56 


– Əmi, bir dayan, bəri zəhmət çək, yerimdən qalxa bilmirəm. 

Cəbrayıl qayıdır.  

– Nə deyirsən? Sözünü tez de, tələsirəm.  

– İnsafın olsun, çörəkdi, bir az ucuz sat, ikisini almaq istəyirəm.  

– Başın haqqı qəpiyinə söz ola bilməz.  

– Əmi, bizim yerdə heç çörək satmırlar. Çörək nə mətah şeydir ki

qiymətini göyə qaldırırsan. Bahaçılıq etmə. – Sözüm sözdür. Hümmət 

öz-özünə pıçıldayır: "Nə mən xasiyyətdə adamdır!?" Hümmət əlacsız 

qalıb on tümənə iki çörək alır, onları acgözlüklə yeyir. Bu çörəklər 

Hümmətin dizlərini bərkidir, gözlərini işıqlandırır, on tümənin əldən 

çıxdığına təəsüflənsə də, ölümdən qurtardığına sevinirdi. Hümmət o 

möcüzəli düzlərdən keçib özünü bir çay, bulaq qırağına çatdıra bilmədi. 

Yavan yediyi iki çörək onu içəridən yandırırdı. O içməyə su axtarırdı. 

Hümmətin gözləri dörd oldu. Az qala göylərdə də su axtarırdı. Hümmət 

bir gün bir gecə bu minvalla yol getdi. Nə kənd-kəsək, nə ins-cins, nə də 

su, sel, göl, gölməçə göründü. Hümmətin boğazı qurudu, dili ağzında 

kösöv kimi yandı. Natərslikdən hər addımbaşı bir kəndin bir irmağın 

beşiyi olan çöllər elə bil göyə uçmuşdu. Hümmətin qaysaqlanmış 

dodaqları çadar– çadar olmuş, yer kimi çat-çat olmuşdu. Dünən acından 

yeriyə bilməyən adam, bu gün susuzluqdan bihal oldu. Dünənki kimi isti 

günəş də onu bu yandan yandırıb yaxdı. Hümmət günün altında bihuş 

halda bir az oturdu. Sonra bir kölgə axtardı. Ətraf əl içi kimi dümdüz idi. 

Nə ağac, nə kölgəsi olan dağ, yarğan, nə də mağara vardı. Elə bil, 

xudavəndi-aləm bu yerləri xəlq eləyəndə hər şeyi yaddan çıxarmışdı. 

Hümmət axşamçağı kölgə tapıb günəşdən yayına bilməyəcəyini yəqin 

etsə də, ümidini kəsmir, beli əzilmiş ilan kimi ətrafda gizlənib, 

butarlanmaq üçün bir sığınacaq axtarır. Lakin tapa bilmir, qılçaları 

qatlanıb açılmır. Gözlərinə il qaranlığı çökür. Özündən gedib yerə 

yıxılır. O bu bayğınlıq içində nədənsə tirəyir, qorxudan sıçrayıb oturur. 

Ətrafa boylanır, intəhasız çöllərin günbatan tərəfindən ona sarı qaçışan 

itə oxşar beş– altı canlının qaçışdığını görür. Hümmətə elə gəlir ki, onlar 

ağ canavarlardır, bu saat yetişib onu parçalayacaqlar. Hümmət qalxıb 

qaçmağa başlayır. Canavarlar isə onun dalınca düşür. Anlar ötür, 

canavarlarla Hümmətin arasındakı məsafə daralır. Hümmət heç bir çıxış 

yolu görmür, ömrünün son dəqiqələrini yaşadığını düşünüb onun başına 

tükənməz bəlalar gətirən tamahkar arvadını söyür. Bu saat əlinə düşə 

onu dişi-dırnağı ilə parçalayacağına and içir. Ac canavarlar onun üstünə 

atılmaq istəyəndə Hümmətin ayaqları yerdən üzülür, onu nəhəng bir 




 

57 


qartal dimdiyinə alıb göyə qaldırır. Canavarlar ağızlarını göyə tutub 

ulaşır zingildəşirlər. Qartal onu dağların, dərələrin üstündən keçirib 

kimsəsiz bir çöldə dimdiyindən yerə qoyur, özü də tezcə qeybə çəkilir. 

Hümmət bu möcüzəyə mat qalır, susuzluğunu unudur, gündoğana üz 

tutub yeriməyə başlayır. Dizləri yenidən tutulur, içəridən yandığını 

duyub o yan– bu yana boylanaraq su axtarır, göylərə yalvarışla baxır onu 

canavarlardan xilas edən qartalı çağırır.  

– Ey allahın mərhəmətli qulu, gəl məni bir Bulağın üstünə apar, 

ciyərim yanır, ölürəm. Qartal görünür, havada dövrə vurub yerə enir, dil 

açıb Hümmətə deyir:  

– Cəzandır, çəkməlisən. Hümmət ibadət edirmiş kimi dizləri üstə 

düşüb yalvarır:  

– Allahın eşqinə, məni bu susuzluq ölümündən xilas et. Qartalı 

hardansa zahir olan əlvan bir pərdə bürüyür. Bu örtüyün içindən qartalın 

səsi eşidilir:  

– Allahın əmrinə xilaf çıxa bilmərəm. Hümmət gözlərini yumub 

açanda rəngli pərdənin havalanıb göylərə qalxdığını görür, əllərini onun 

dalınca uzadıb zəhərli bir səslə deyir: – Ey aqil Allah, məni məhv 

etməkdirmi fikrin? Göylərdən səs gəlir:  

– Asi düşmə, xudavəndi-aləm qəhr eləyər. Hümmət ağlayır, onun 

dizləri ixtiyarsız halda qatlanır; başı ağırlaşır, o üzü üstə yerə sərilir. Bu 

zaman özünü başqa şəklə salmış Cəbrayıl əlində kuzə haray-həşir 

qoparır:  

– Ay su alan, ay, su alan! Hümmət bir təhər ayağa qalxır. – Ay, su 

satan sənə atam, anam qurban, mənə su ver, ölürəm, yanıram. Cəbrayıl 

pulsuz verməyəcəyini söyləyir. Onlar qiymət üstündə əvvəlki kimi çənə-

boğaz eləmir.  

– Bir doyumluq suyu on tümənə satıram.  

– Su savabdır qardaş, suyu da satarlarmı?  

– Neynim – deyə Cəbrayıl çarəsizliklə çiyinlərini atır – arvadıma 

darayı parçadan paltarlıq almalıyam. Almasam o məndən boşanacaq. 

Mən də onu çox istəyirəm. Nə yolla olur-olsun pul qazanıb onu zər-ziba 

ilə bəzəyəcəm, ancaq məndən üz döndərib atası evinə getməyinə imkan 

verməyəcəm. Hümmət öz-özünə deyir: "Bu nə axmaq adamdır. Kişi də 

öz arvadından ötrü özünü hörmətsiz edərmi?! Nə çoxdur arvad! Bu 

olmasın, o olsun! Bu da arvad sözünə baxmaqda mənim tayımdır. İkimiz 

də bir qəbrə qoyulası adamlarıq".  



 

58 


– Əmi, almırsansa gedirəm. Hümmət çarəsiz qalıb on tümən pul 

verib kuzəni başına çəkir, suyu son damcısınadək içir. Cəbrayıl gözdən 

itəndən sonra yoluna davam edir. Neçə çöllərdən keçir, neçə dağlardan-

dərələrdən aşır, gəlib qalın bir meşəliyə çatır. O meşəyə girməyə, 

meşədən keçib getməyə qorxur. Vahimələnir, cinlər yığnağına 

düşəcəyindən ehtiyat eləyib yolunu dəyişir. Ancaq hara yan çevirirsə, 

qarşısına meşə çıxır, Hümmət axar-baxarlı olan, göz işlədikcə işləyən bir 

güzangah tapa bilmir. O, o tərəf, bu tərəfə o qədər vurnuxur ki, taqəti 

tükənir, yorulub əldən düşür, başının altına yastı bir daş qoyub yatır. Bir 

saat yuxulayandan sonra qarnından qalxan sancıdan oyanır. O yan-bu 

yana çevrilə bilmir, dizlərini qarnına yığıb zarıyır, allahdan müddət 

istəyir. Axşamacan sancı içində qovrulur, öldüm deyib "öldüm" eşidir. 

Kişinin harayına yetişən olmur, ona nə göylər mərhəmət eləyir, nə də 

yerlər. Get-gedə vəziyyəti ağırlaşır. Hümmətin qarnı partlayası, dağılası 

olur. Hərarəti qalxır, o bayğınlıq içində sayıqlamağa başlayır. 

Sayıqlamalarının çoxu keçmiş günlərin unudulmaz xatirələri olur. 

Köməyə atasını, anasını çağırır, dost-tanışını haraylayır. Lakin onların 

əvəzində yanında onu bu müsibətlərə düçar eləyən arvadı Gülpərini 

görür. Hümmət hirsini boğa bilmir, tərpənmək iqtidarında olmadığını 

unudub dikəlir, arvadına bir şillə vurur. Əli daşa dəyib ağrıyanda onun 

hafizəsi aydınlaşır, sayıqladığını başa düşür, arvadından heyfini ala 

bilməmiş öləcəyini güman edib təəsüflənir. Azarının şiddət eləyən 

vaxtında Hümmətin bircə arzusu vardı: arvadını kötəkləyə bilsəydi qəbr 

evinə imansız-dinsiz getməz, orda rahat yatardı. Hümmətin huşu özünə 

qayıdanda qarnındakı sancı elə şiddətləşdi ki, elə bil onun bağırsaqlarını 

korkəsməz bıçaqla doğrayırdılar. Sancı tutub buraxanacan o dırnaqları 

ilə yeri qaşıyır, nəfəsi, ufultusu ilə torpağı sovururdu. Hümmətin bu 

halında əynində ağ xələt bir həkim valid oldu. Bu Cəbrayıl idi. O 

çiynindən dərman-dava ilə dolu olan balaca sandıqça asmışdı.  

– Ay təbib, ölürəm – deyə Hümmət onu səslədi. Allah eşqinə, məni 

bu bəladan qurtar.  

– Mən pulsuz şəfa vermirəm. Hümmət əvvəlki kimi çərənçilik 

eləmir, cibindən on tüməni həsrətlə çıxarıb həkimə uzadır: – Al, bu, 

sənin zəhmət haqqın. Amma, səni and verirəm o gözə görünməzə, 

Allaha, məni bu azardan azad et. Cəbrayıl Hümmtə imalə eləyir, əlini 

onun qarnına toxundurur.  

– Qalx, qorxma, get meşədə nəqay elə. Hümmət özünü güclə 

meşənin qalın yerinə salır, az vaxtdan sonra sancısının kəsdiyinə əmin 




Yüklə 458,19 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə