İsmayıl Qarayev



Yüklə 458,19 Kb.
Pdf görüntüsü
səhifə2/23
tarix01.07.2018
ölçüsü458,19 Kb.
#52847
1   2   3   4   5   6   7   8   9   ...   23

 

dincələsi bir ağaca döndü. Gecələr hər yarpağı bir pıçıltı dedi, düzün kar 



qulaqlarını açdı, gündüzlər hər budağı bir sığırçına oxşadı, uçundu, 

uçuna-uçuna mahnı oxudu, düzün kor gözlərini açdı. Küləklər dincini bu 

çinarın budaqlarında aldı,mehlər bu çinarın yarpaqlarında yatdı, 

yarpaqlarında uyudu. Düzün üstündəki göylər öz yaşıllığını bu çinarın 

yarpaqlarından aldı, buludlar öz ağlını bu çinarın gövdəsinə, budaqlarına 

oxşatdı. Çinar böyüdü, başı buludlara çatdı, hər qol-budağı bir yana 

uzanıb düzün bir yarısını tutdu. Çinarın altı yayda yaylağa döndü, qışda 

ovlağa. Çinarın altına gün işığı düşmədi, qar düşmədi, yağış düşmədi. 

Çinar hər isti-soyuğu, hər qarı, yağışı başında saxladı, qol-budaqlarında 

saxladı. Çovğuna düşüb haray çəkən, boğanaqda boğulub fəryad 

qoparan ağac toxumlarını onların əlindən aldı, öz isti torpağında gizlətdi, 

göylərdən aldığı suları yerə verdi, öz dibindən bir bulaq qaynatdı, o 

toxumları cücərtdi, yazdan – yaza böyütdü. Çinarın həndəvərində nə 

qədər ağac boy atdı, ucaldı. Çinarın yoğun gövdəsi yarpaq, budaq 

yaşıllığında itdi, görünmədi. Bu yaşıllığın eni-enə, uzunu uzuna getdi. 

Hərami düzünü bir meşəlik öz ağzına aldı, ildən-ilə böyüdü. Çinar öz 

dibini görmədi, öz dibində gedən pıçıltıları eşitmədi. Boyundan boy 

verdiklərinə inanmışdı. O, nə biləydi ki, ağacların hərəsinin ağzı bir söz 

deyir, hərəsi bir cür deyinir? O, nə biləydi ki, arxalanandan sonra arxaya 

baxmamaq düz deyil.  

Ağaclar qəzəbləndilər ki, payımıza şərik çıxıb, qismətimizin çox 

hissəsini o udub, ona görə də ucala bilmirik. Günümüzə ortaq olub, 

qarda, yağışda çimir, daranır, öz üst-başının kirini təpəmizə yağdırır. 

Qartallar ona qonur, quşlar onda oxuyur, biz isə çaqqal, tülkü, qurd-quş 

yuvası olmuşuq, oğru-əyri bizdə gizlənir, bizdə daldalanır. Çinar bir az 

da ucalsa, bir az da böyüsə, gündüz işığına həsrət qalacağıq, vaxtsız 

saralacağıq, vaxtsız solacağıq. Onun başı öz keyfinə qarışıb, dibindən 

xəbəri olmayacaq, gəlin köklərimizi köklərinə sarmaşdıraq, yavaş-yavaş 

qurudaq… Çinarın yarpağı vaxtsız töküldü, bədbinləşmədi, elə bildi ki, 

bu il havalar tez soyuyub, qış tez gələcək. Yan – yörəsindəki meşəliyə 

baxıb sevindi, çünki meşə göm-göy idi. Yaz gəldi, çinar yarpaqlaşmadı, 

qol-budaqları quruya-quruya bir az da ağardı. Çinar yenə də 

kədərlənmədi. Sevindi ki, həndəvərində yam-yaşıl meşəlik var, dumduru 

bulaq suyu var, meşəlikdə quşlar yaz mahnıları oxuyurlar. Yay gəldi, 

günəş öz odunu çinarın üstünə ələdi, o, qüssələnmədi, düşündü ki, nə 

yaxşı mən ucayam, bu istiləri mən saxlayıram, mən yanıram, körpə 

meşəliyin bir yarpağı da saralmır.  



 

Payız gəldi, acı küləklər çinarın bir budağını qırdı. Meşənin üstünə 



yıxdı, neçə ağacı yerlə-yeksan elədi. Çinar meşəni harayladı: - Payızın 

qurtarmağına hələ çox var, uzağa köçün, yoxsa tufanlar hər qol-

budağımı beş-onunuzun başına çırpacaq. Niyə vaxtsız öləsiniz?! Çinar 

meşənin hər budağından bir qaqqıltı, bir gülüş eşitdi, elə bildi səsi, 

sözləri onlara çatmayıb, bir də dilləndi: – Qabaqdan qış gəlir, 

dövrəmdən uzaqlaşın. Meşədən qəhqəhə qopdu, çinara elə gəldi ki, onu 

tək qoyub başqa yerə köçmək istəmirlər, ölsələr onunla birgə ölmək, 

qalsalar onunla birgə qalmaq istəyirlər, ucadan səsləndi: – Daha mən 

gedərgiyəm, çünki qocalmışam, amma siz cavansınız, sizin görməli 

günləriniz hələ qabaqdadır. Özünüzü qoruyun. Elə bu vaxt tufan qopdu

çinarı qol-qol, budaq-budaq sındırdı, meşənin başına çırpdı, sonra 

çinarın ağır gövdəsini yıxdı. Meşə toz-torpağa qarışdı. Yer üzündə onun 

nə bir çiliyi, nə də bir kötüyü qaldı, elə bil bu qədər ağacın hamısı yerin 

təkinə təpilmişdi, çinar isə qırıq-qırıq olsa da, Hərami düzündə onun 

yıxılı bir gövdəsi qalmışdı. Bu gövdə Hərami düzünün qaranlıq 

gecələrində hələ çox ağaracaqdı.  

 

 

DURNA QATARI 



 

 Bir ovçu varmış. Atdığı yayınmazmış. Tazısı quşu göydə 

qaparmış. Bu ovçu çox gəzməzmiş. Bir təpədə, dikdə oturarmış. Tazı 

özünü dərələrə, kolluqlara vurarmış, ovu uçurar, qaçırarmış, ovçu da 

güllə mənzilində uçan, qaçan ovu nişan alıb atarmış. Tazı güllə dəyəndə 

göylərə millənən, heydən kəsilənə kimi uçan, sonra yerə düşən turacları 

qapıb gətirərmiş. Tazı xınalı kəklikləri perikdirərmiş, onların gizləndiyi, 

daldalandığı yerləri ovçuya nişan verərmiş. Tazı dovşanları səksəndirib 

sinərmiş, tüfəng açılanda dovşanın üstünə atılarmış, yüngül yaralısını, 

qaçaraqdan qalmayanlarını koldan-kola qovarmış, zəhrini yararmış. 

Ovçu hər gün iki ov vurarmış. Birini öz tazısına yedirdərmiş. Çox zaman 

bişirib yedirdərmiş. Tazını öz evində yatırarmış. Tazıya taxt 

düzəltdiribmiş. Tazıya ortası çökək qalın döşək düzəltdiribmiş. Tazını 

həftədə bir dəfə çimdirirmiş. Axır vaxtlar ovçu evə gec qaydırmış. Çox 

zaman qaranlıq qarışandan sonra qayıdırmış. Çünki kəndin yan – 

yörəsindəki ovlar, quşlar didərgin düşüblərmiş, o biri kəndin çöllərində 

məskən salıblarmış.  



 

Ovçu dan atandan qonşu kəndin düzlərinə yollanırmış, tazısı gün 



batana kimi özünü ora-bura vurur, pisdən-yaxşıdan bir quş qaldırır, bir 

dovşan qaçırır, ovçunun gülləsinə tuş gətirirmiş. İndi pay tən yarı 

bölünürmüş. Həmişə bir ovu bütün yeyən tazı ac qalır, sahibindən incisə 

də qaçarağından qalmırmış, iy alıb özünü dərədən-dərəyə aşır, çöldən-

çölə şığıyırmış. Bir gün tazı səhərdən axşama kimi yer tutur, lakin bir 

quş da uçura bilmir. Ovçunun gülləsi tüfəngdə qalır. Ovçu əsəbiləşir, 

kola-kosa, dərəyə-təpəyə güllə atır. Atır ki, yerə yatıb görünməz olan 

ovları səksəndirsin, tüfəngin səsilə qorxuzub sıçratsın, qaldırsın, vursun. 

Atır ki, yurd – yuvalara girib görünməz olan ovları vahiməyə salsın. 

Çoparaqlandırsın, heç olmasa, birindən güllə keçirsin; heç olmasa, bircə 

ovla evə dönsün, evə əliboş qayıtmasın. Lakin tazının yüyürüb yortmağı 

hədər gedir. Ovçunun güllələri güllə mənzilinə ov çıxarmır. Ovçu kor-

peşiman halda evə yollanmaq istəyir. Bir də görür ki, göylə durnalar 

gedir. Görür ki, durnalar iki qatardır. İki qatarın ikisi də bir başçının 

dalınca düzülübdür, sıralanıbdır. Bu ovçu durna qatarına heç vaxt rast 

gəlməyibmiş. Amma eşidibmiş ki, durna qatarının hamısına güllə atanda 

olsa-olsa biri, ikisi düşür. Eşidibmiş ki, durna qatarının komuna güllə 

boşaltmaqdansa, təkcə başçısını nişan almaq, başçısını vurmaq lazımdır. 

Eşidibmiş ki, durnaların başçısı vurulanda durnalar sapı qırılmış 

muncuqlar kmi göydən, qatardan bir-bir qopub yerə tökülür. Ovçu 

dizinin birini yerə qoyur, altdan yuxarı nişan alır. Tazı zingildəyib göyə 

atılır, sonra ovçunun dizinin dibində yerə yatır. Göylərə, durna qatarına 

baxa-baxa yay kimi dartılır, sanki o da, güllənin dalınca göyə şığıyacaq, 

özünü durna qatarına çatdıracaq, bir neçə durnanı dişləri, dırnaqları ilə 

tutub yerə endirəcəkdi. Tüfəng şaqqıldayır, gurultu qopur, tazı göyə 

atılır, sevinclə zingildəyir. Göydən yerə enməyə başlayan başçını görüb 

ora-bura dazıyır. Ovçu da sevinir. Elə bilir ki, doğurdan da bircə güllə 

ilə iki qatar durnanı yerə endirəcəkdir, hər qatardan bir durnanın 

ayrıldığını, yerə enməkdə olan başçılarının dalınca aşağı şığıdıqlarını 

görəndə ovçu daha çox sevinir. Lakin bir də görür ki, qatardan ayrılan 

bu durnalar ox kimi süzüb özlərini başçılarına çatdırırdılar, hərəsi 

başçının bir qanadından tutdu. Öz başçılarını geri qaytardı, göylərə 

qaldırdılar. Ovçu görür ki, durnalar öz başçılarını başçı yerində, əvvəlki 

yerində uçura-uçura göylərə yüksəldilər, durna qatarları başçının 

arxasında əvvəlki kimi sıralandı. Ovçu görür ki, qatarlar sürətlə 

havalandı, qanad-qanad ağ buludlara qalxdı, güllə mənzilindən çox-çox 




Yüklə 458,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə