İsmayıl Qarayev



Yüklə 458,19 Kb.
Pdf görüntüsü
səhifə20/23
tarix01.07.2018
ölçüsü458,19 Kb.
#52847
1   ...   15   16   17   18   19   20   21   22   23

 

59 


olub əvvəlki yerinə qayıdır ki, gəlib Cəbrayıla üçcə kəlmə söz desin: 

Allah köməyin olsun! Lakin orada alapaça uzun yallı ceyran bir kəhərin 

dayandığını görüb təəcüblənir. Elə bilir onu qara basır, əllərini gözlərinə 

çəkir. Yox bu yuxu, röya deyildi, bir həqiqət idi. Atın qızılı lələkli 

qanadları vardı. O qanadlarını, qabırğalarını sıxmışdı, yerindəcə 

oynaqlayır, kişnəyir, fınxırıb dırnaqları ilə geriyə torpaq atırdı. Hümmət 

bu həqiqətə, həkimin ata çevrilməsinə inanmır, günahı öz qorxaqlığında, 

cəsarətsizliyində görüb həkimə alqış eləyir.  

– Həkim, Allahın kölgəsi sənin üstündən əskik olmasın, canım elə 

rahat, elə dinc oldu ki… At gülüb qanadlarını çırpır, dal ayaqları üstə 

qalxıb Hümmətə sarı gəlir və insan kimi dil açır:  

– Hümmət, gəl səni evinə aparım, mənə alqış eləmək lazım deyil, 

mənim borcum yorulub yolda qalanı mənzil başına çatdırmaqdır. 

Hümmət qorxub qaçmaq istəyir. At onun fikrini anlayıb israr edir:  

– Gəl, gəl, ay Allahın ağıldan şikəst bəndəsi, mən sənə yaxşılıqdan 

başqa heç bir pislik, yamanlıq etməyəcəm. Hümmət tərəddüd edir. At 

üçüncü dəfə dil açıb onu mütərədüdlikdən qurtarır.  

– Mən Allahın əmrilə gəlmişəm. Hümmət atın belinə qalxır. At 

tapşırır:  

– Yalmanımdan möhkəm yapış, gözlərini də yum, mən yel olub 

uçacam, ildırım olub çaxacam, eşitdiyim səs– küy, inilti-gurultu səni 

qorxutmasın. Eşitdiklərin mənim qanadlarımın səsi olacaq. Hümmət 

gözlərini yumur, atın yalına yapışır. At ayaqlarını yerə vurub, göyə 

qalxır. Hümmət gözlərini açıb aşağı baxır, başı gicəllənir, gözləri qaralır. 

Cismi-canını lərzə bürüyür. O gözlərini qapayıb atın yalmanından bərk-

bərk yapışır.  

– Sənə dedim gözlərini yum – deyə at ona ikinci dəfə xəbərdarlıq 

edir – Gözlərini bir də açsan ya qorxudan ürəyin dağılacaq, ya da yıxılıb 

parça-parça olacaqsan. Bir saatlıq uçuşdan sonra Hümmət küləyin, 

gurultunun kəsdiyini hiss edir, havanın isindiyini duyur, ancaq icazəsiz 

gözlərini açmır. – Bura haradır? Hümmət göz qapaqlarının arasından 

qorxa-qorxa baxanda özünü yerdə, öz bağlarının içində görür. At isə 

qeybə çəkilmişdi. Sevindiyindən dəli kimi olur, yüyürüb bağdakı hər 

ağacı qucaqlayıb öpür, həyətinin hər daşına, hər ağacına səcdə edir. 

Hümmət ibadət eləyəndə səhər idi. Hər yanda payız güllərinə bülbüllər 

səhər nəğməsi oxuyurdu. Göylərdən yerə nur çilənirdi. Hər yan işıqlı, 

ətirli idi. Cənnət havası yayılmış bağ behiştin bir guşəsi kimi öz 

rahiyəsilə Hümməti sehirləyir, əfsunlu təsirilə xumarlandırır, 




 

60 


nəşələndirirdi. Göylərlə yerin hikmətli kəraməti elə bil yalnız bu yerdə 

Hümmətin bağında bir-birinə qovuşub əsrarəngsiz bir cənnət guşəsi, 

bütövlükdə bir mənzərə yaratmışdı. Hümmət bu dəm xoşbəxt idi. O 

nəninki səfərin, ümumiyyətlə, ömrü boyu çəkdiyi bütün iztirabları bu 

məsudiyyətin qucağında tamamilə unutmuşdu. Sanki bəxtiyarlığın 

qapıları açılıb öz mərhəmətini onun başına, ətrafına çiləyirdi. Gülpəri 

ərini bağda görən kimi yüyürüb onun yanına gəldi.  

– Əşi, niyə belə gec qayıtdın? Hümmət arvadına kəc bir nəzər salır, 

dillənmir: Gülpəri hədələyici səslə xoruzlanır:  

– Ağzını açmamağa and içmisən?! Hümmət səsini çıxarmır. 

Gülpəri gileylənir.  

– Sən də allahdan pul alıb gətirən kişi olsaydı nə dərdim olardı! 

Hümmət yerindən cəld qalxır, arvadının biləyindən tutub onu arxasınca 

evə sürüyür. Gülpəri ömründə birinci dəfə gördüyü bu qabalıqdan 

dəhşətə gəlir. Axı, Hümmət ona heç zaman belə bir kobudluqla 

yanaşmamışdı. Hümmət bardaş qurub oturur. – Arvad mənə çörək ver, 

yeyim. Gülpəri qaş-qabağını sallayıb onun qabağına süfrə sərir, iki çörək 

və bir kasa qatıq gətirir. Hümmət çörəyi yeyib qurtarandan sonra deyir:  

– Bu on tümən. Arvad, su da gətir içim. Gülpəri parçı doldurub 

onun əlinə uzadır. Hümmət suyu içib pıçıldayır: – Bu da on tümən. 

Sonra əl aftafasını götürüb bayıra keçir, qayıdıb arvadı ilə üz-üzə 

dayanır: – Bax, bu da on tümən. Gülpəri qışqırır:  

– Demək, Allahdan pul almamış gəlmisən?! Mən neynirəm sənin 

kimi əri! Kül sənin kimi ərin başına ki,halvanı da uda bilmir. Gülpəri 

ağzına gələni ərinin üstünə yağdıra-yağdıra cehizlərini yır-yığış 

eləyir,qapıdan çıxıb getmək istəyəndə Hümmətin şilləsi onun üzündə 

açılır.  

– Hara gedirsən? Gülpəri o həlim, yumşaq təbiətli ərinin şiri-nər 

zabitəli adam olub qayıtmağından vəcdə gəlir, daha doğrusu, bu zəhmli 

adamın Hümmət olduğuna inanmır. Hümmətə diqqətlə baxır. Ərinin 

qığılcım səpilən ağıllı gözlərindəki nüfuz ərkəsöyün arvadı yenidən 

titrədir. O küncə qısılıb əllərilə üzünü örtür. Ona sarı təmkinlə və 

möhkəm addımlayan ərinin qətiyyətli səsinə əlini üzündən götürür

qulaqlarını açıb onun dediklərinə qulaq asır: – Allah bizə çox şey 

veribmiş, biz onun qədrini bilməmişik. Ağılsız tamahkardan, ağıllı kasıb 

yaxşıdır. ŞÜBHƏ Müstəcəb gəmidən zəng eləyib arvadı Rüsxarəyə 

bildirmişdi ki, bir saatdan sonra səfərə çıxacaqdır. Ancaq iş elə gətirdi 

ki, gəmi yük altında çox dayanmalı oldu. Üçüncü mexanik – "Təzə 




 

61 


evlənmisən, evə tərpən. Mən sənin əvəzinə növbədə dayanaram. Gəmi 8 

saat körpüdə dayanacaqdır",  

– deyə bildirdikdə, Müstəcəb tez-tələsik paltarlarını dəyişib, ikinci 

dəfə evə zəng vurub Rüsxarəni xəbərdar etmək istədi ki, bir yerə 

tərpənməsin. Axı bayaq Rüsxarə anasıgilə gedəcəyini söyləmişdi. Lakin 

kapitanın kiminləsə başladığı söhbətin çox uzun çəkəcəyini görüb 

Müstəcəb yolundan qalmadı. Müstəcəb tankerdə ikinci mexanik 

vəzifəsində işləyirdi. Özü demişkən həmişə dəmir-dümürlə 

əlləşdiyindən əzələləri möhkəmlənmiş, bədəni bərkiyib polada 

dönmüşdü. Dənizçilərə məxsus mis rəngli zəhmli sifətində, qətiyyətlə 

parlayan iri qumral gözlərində ağıllı bir ifadə gəzirdi. Müstəcəb zəngi 

basmadan özündə gəzdirdiyi ikinci açarla qapını açıb içəri girdi. Yataq 

otağının qapısı örtülməmişdi. Şifonerin qabağındakı yumşaq ev 

ayaqqabıları, dişlərində bir çəngə tük tutaraq tualet stolunun ayaqları 

altına düşmüş daraq, stulun sövkənəcəyinə atılmış xalat göstərirdi ki, 

Rüsxarə evdə yoxdur, harasa getmişdir. "Buna bax, gəlməyəcəyimi 

eşidən kimi, nə tez əkilib? Yəqin işi-peşəsi özünə sığal verib səhərdən 

axşamacan küçələri ölçməkdir". Müstəcəb əlindəki kağız bağlamanı 

divanın üstünə atıb qayınanasıgilə getmək istəyirdi ki, su şırıltısı eşidib 

dayandı. "Kranı da açıq qoyub. Yaxşı ki, gəldim, yoxsa su axıb evə 

dolardı". O, mətbəxə keçdi. Lakin hər şey yerli-yerində idi. Qaz, işıq 

söndürülmüşdü. Kranın əyri burnunda isə bircə damcı su görünürdü. 

Müstəcəb, yenə də koridora çıxdı. Şırıltı bir də eşidildi. Bu su haradan 

axır? Əlbət qonşunun bizim mətbəxdən keçən su kəmərinin şırıltısı imiş. 

Müstəcəb elə bu zaman hamamdan gələn kişi səsi eşitdi.  

– Saçını üzündən yığ.  

– Zəhrimara qalmış dayanır məgər, elə açılıb üzümə tökülür. İkinci 

səs qadın səsi idi. Müstəcəbə elə gəldi ki, o səs Rüsxarənin səsidir. 

Müstəcəbin canında can qalmadı. Yerində dondu. Dəhşət onu elə 

sarsıtmışdı ki, o, hamamdakıların danışıqlarını daha eşidə bilmədi. 

Pəhləvan cüssəli oğlan özünü saxlaya bilməyi üçün enli kürəyini güclə 

divara söykədi. Addımlayanda ayaqları altında yer titrəyən bu adamın 

tərpənməyə halı, iqtidarı qalmamışdı. Müstəcəb xəyalən yaxın-keçmişi 

xatırladı: …Rüsxarə ilə çəhrayı salonda oturub kinonun başlanmasını 

gözləyirdilər. İşıqlar yanıb-sönərək tamaşaçıları içəri çağırırdı. 

Müstəcəbgil orta sıraların birində əyləşmişdilər. Üzü bəri gələnlərin 

çoxu onları görürdü. Bəzisi dərin, bəzisi ötəri nəzər salıb yerinə 

otururdu. Lakin velyur drapından şlyapası, ağ köynəyi, yaşıl qalstuku, 




Yüklə 458,19 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə