İsmayıl Qarayev



Yüklə 458,19 Kb.
Pdf görüntüsü
səhifə22/23
tarix01.07.2018
ölçüsü458,19 Kb.
#52847
1   ...   15   16   17   18   19   20   21   22   23

 

65 


Qəmər xala da evdən tez koridora çıxdılar. Qəmər xala, qonşunun 

qapısını Novruzdan tez itələdi. Arvadını yataqda boğan kişinin 

yaxasından yapışdı. Arvadı onun əlindən alıb kişiyə bir şillə vurdu.  

– Ağılsız! Niyə öldürürsən! Yaşamaq istəmirsən, qanun var, qayda 

var. Onu öldürəndə elə bilirsən səni sağ qoyacaq… Arvad da, kişi də 

əllərini əllərinə vurub elə bərkdən, elə ürəkdən gülüşdülər ki, Qəmər 

xala sözünün dalını deyə bilmədi. O, bu qəribə adamların üzünə baxa-

baxa qaldı. Qəmər xalanın qonşusu – teatr institutunun tələbələri dövlət 

imtahanına hazırlaşırmışlar.  

 

 



SEVDİYİM QIZ  

 

 Onu birinci dəfə bağda gördüm. Altına qəzet sərib skamyada 



oturaraq əlindəki qalın kitabı acgözlüklə oxuyurdu. Kürəyini dala 

söykədiyindən göyçək girdə ağ sifətini, çatma qaşlarını vərəqəni 

çevirəndə baş sətirlərə uzun kirpikləri altından zillənən mavi gözlərini 

aydınca gördüm. Qalın şabalıdı saçları üzünün, qabarıq sinəsindən 

aşıraraq ağ koftasınınətəklərindən sürüşüb yaşıl yubkasının üstündə 

yatağan ilan kimi qıvrılan yoğun hörükləri mütənasib gərdəninin 

gözəlliyini daha da artırırdı. Ömrümdə heç bu cürə qənirsiz gözəl 

görməmişdim. Gözlərimi ondan çəkə bilmirdim. Bəlkə mənə elə gəlirdi. 

Yox, səhv etmirdim. Mən öz zövqümdən halı idim, məni hər gözəllik 

sehirləyə bilməzdi. Bağda oturanların hamısı ona baxırdı. Oğlanları 

demirəm, hələ qızların özləri də heyran-heyran onu süzürdülər. Göz 

qoyurdum, arvadı ilə gəzməyə gələn kişilərin də bəzisinin oğrun-oğrun 

ona tərəf boylandıqlarını görürdüm.  

– Çox baxma, gözlərin xarab olar – deyə dostum Kamil məni 

dümsükləyib getməyə tələsdirdi – Parıltısı gözlərini qamaşdırmamış dur! 

On dəqiqə qalıb. Özüm də bilmədən:  

– Getmirəm – dedim. Kamil əlini-əlinə vurub ucadan güldü.  

– Elə gözəl qızı çoxdan behləmiş olarlar, dur! Özünü havayı yerə 

oda yandırma. O, qolumdan yapışıb məni qaldırmağa çalışdı. Özünə 

məxsus istehzalı bir ibarə ilə əlini boğazına çəkdi.  

– Bu mən ölum dur! Birdən Məcnun olub çöllərə, Kərəm olub 

ellərə düşər, Fərhad olub dağları dələrsən. Kamil bu sözləri elə bərkdən 

dedi ki, qızın eşitməsindən ehtiyat etdim. Əlbəttə, onun mənim fikrimi 



 

66 


başa düşməsi yaxşı idi. Ancaq bu tərzdə yox. Kamilin deyişi sataşmaq 

kimi çıxdı. Mən hər şeyi unudub:  

– Rədd ol, getmirəm! – dedim – Qanmırsan? Kamillə qonşu 

olmaqdan başqa da dost idik. İkimiz də bir zavodda işləyirdik. Bu vaxta 

kimi bir-birimizin üstünə qabarmamış, çox səmimi dolanmış, aramızda 

incimək, küsmək halları olmamışdı. İşə də, gəzməyə də, bir gedib bir 

qayıtdığımızdan, geyimimizin, boy-buxunumuzun bir olmasından 

çoxları bizi "Cüt dovşan" adlandırırdı. Həmişə olduğu kimi bu axşam 

tərəfi də bilet almış, kino başlananadək vaxtımızı keçirməyə bağa 

gəzməyə gəlmişdik. Kamil bu üzü məndə birinci dəfə gördüyündən 

təəccüblə düz gözlərimin içinə baxdı. Biletləri üstümə ataraq incik halda 

məni tərk etdi. Onun küsüb getməsi vecimə gəlmədi. Hələ özümün bir 

az da yüngülləşdiyimi, çəkinəçəkli qalmadığımı, qol qanadımın 

açıldığını hiss etdim. Gedib qızın yanında oturmaq, onunla söhbətə 

girişmək istədim. Ayağa qalxdım. Oğurluğa gedən uşaq kimi ona sarı 

irəlilədim. Hamının əyyaşa baxan kimi məni süzdüklərini görüb dala 

qayıtdım. Yerimdə oturdum. Dayanmağa səbrim çatmırdı. Mənə elə 

gəlirdi ki, bu saat birisi böyürdən çıxacaq, ədəblə icazə alıb tanış olacaq, 

qızı əlimdən çıxaracaqdır. Yenə də yerimdən durdum. Lakin ona 

yaxınlaşmağa məndə cürət harda idi. Titrəyirdim. Dişlərimi bir-birinə 

sıxıb çənəmi şaqqıldamaqdan güclə saxlayırdım. Ürəyim də elə 

döyünürdü ki, elə bil sinəmin altında dördnala atlı çapırdı. Mən təbdən-

təbə düşür, pencər kimi sıxılırdım. Amma qız mənim keçirdiyim halı 

duymurdu. Yəqin ki, arif qız olsaydı gözlərini kitabdan ayırıb mənə 

baxsaydı sarsıldığımı görərdi. Qaranlıq qarışıb işıqlar yananda o altına 

sərdiyi qəzeti səliqə ilə qatladı, kitabı qoltuğuna vurub arxayın-arxayın 

önümdən keçdi. Mən onun dalısınca düşdüm. Addımlarımı yeyinlətdim. 

Ona çatmağa məndə cürət harda idi. O, küçənin o birisi tərəfinə 

adlayanda aradan keçən tramvay onu mənim gözlərimdən yayındırdı. 

Küçələrdən əl-ayaq çəkilənə kimi o həndəvərlərdə fırlandım. O gecə onu 

bir də görə bilmədim. Evimizə üz tutmaq istəmirdim. Sanki 

saymamazlıq edib itirdiyim ürəyimi dördgözlə axtarır, onsuz evə 

dönməyi, bircə addım atmağı müşkül sanırdım. İşdən çıxandan sonra hər 

gün oraya ayaq açdım. Gah o oturduğu skamyaya baş vurdum, gah da 

onun qeybə çəkildiyi səmtdə dolaşdım. Beş-altı gün onu görə bilmədim. 

İstirahət günlərinin birində lap tezdən evimizdən çıxdım. Fikirləşdim ki, 

o necə olsa bazara, mağazaya, kinoya gedəcək. Görən kimi qabaqlayar, 

dərdimi bir təhər danışaram. Qızla tanış olmağı çətin bir iş bilmirdim. 




 

67 


Kamil sevdiyi qızın arxasınca günlərlə sürünüb bir söz deyə bilmədiyini 

söyləyəndə ona gülürdüm: "Madam birini sevirsən tərəddüd etmək, 

kölgə kimi qızın arxasınca düşmək nə lazım. De, tutar qatıq, tutmaz 

ayran. Desə səni sevmirəm, de xoş gəldin, mənim də heç səni görən 

gözüm yoxdur". İndi o axşam nitqimin tutulduğunu yadıma salır, Kamili 

haqlı hesab eləyir, öz-özümü danlayırdım: "Məni asıb kəsən yox idi ki, 

niyə ürəyimi açmadım. Özgə zaman dilimin üstündə dil bitir, danışanda 

başqasına macal vermirəm, o gecə ona bir söz deməyə mənim hünərim 

çatmadı". "Səni sevmirəm desə halım necə olar?" – deyə düşünəndə isə 

canımın yeri darıxırdı. Qeyri-iradi yerimdə tərpənir, büzüşürdüm. 

Gözlərim də, ürəyim də, qəlbim də onu axtarırdı. Bəzən onun silueti 

gözlərimin qabağında cilvələnir, endikirdim. Lakin bunun xəyalım 

olduğunu dərk edəndə süstəlir, tərləyirdim. Hədəfindən qaçırdığı şikarı 

axtaran ovçu kimi günorta olanacan oralarda gəzindim. Döyükə-döyükə 

o tərəf bu tərəfə baxmaqdan boynumun əzələləri ağrıdı. Axırda həm 

bağda oturub dincimi almağa, həm də həsrət gözlərmi onun havalanıb 

yoxa çıxdığı tərəfə zilləməyə gəldim. Onu o günkü yerdə oturmuş 

görəndə məəttəl qaldım. O yanımdan necə keçib getmişdi ki, mən 

görməmişdim. Yavaş-yavaş ora addımladım. Ayaqlarım iradəmə tabe 

olmurdu. Onsuz da məndə şüurdan əsər-əlamət qalmamışdı. Sanki 

qılçalarım sürütmə çəkilirdi. Qız oğru pişik kimi asta-asta gəldiyimi 

görüb mənə soyuq bir nəzər saldı. Sonra dodaqları qaçdı. Ağ sədəf 

dişləri göründü, yanaqları çökəldi. Mən cürətlənib salam verdim və: – 

Kaş ürəyim yaxamdan asılmış olaydı – dedim. Oturdum. O həyacanıma 

əsla əhəmiyyət vermədi. Kürəyini dala söykəyərək sinəsini qabağa verib 

məğrur bir görkəmlə nəzərlərini yenə kitabın üstünə qaytardı. Mən yeri 

gəlmişkən çərənləməyə başladım. – Ürəklər görünmədiyinə görə qızlar 

oğlanların gündüzkü hərəkət və sözlərini gecələr mənalandırır, ələyib 

ələkdən keçirir, bir cavab verənə kimi onlarınkını onlara verirlər. Bəzən 

elə olur ki, onu varlığı qədər sevən oğlanın da iztirab və həyacanına 

etinasız yanaşır, yamanca insafsızlıq edirlər. Görəsən, qızlar niyə buz 

təbiətli olurlar? Özüm qəsdən təmtəraqlı cümlələr işlədirdim ki, qoy o, 

məni elə belə adamlara oxşatmasın. Məntiqi mənada səlis və rəvan 

danışıqlardan qızların xoşhallandıqlarını bir neçə dəfə müşahidə etmiş, 

mübahisə doğuran ikibaşlı sualların qızla oğlanın tanış olmasında xeyirli 

olduğunu müəyyənləşdirmişdim.  

– Dünyada o adam xoşbəxtdir ki, onun gözəl hüsnü, göyçək qəddi-

qaməti var. Vay mənim kimi yöndəmsizlərin halına, çirkinlərin axırı 




Yüklə 458,19 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə