İsmayıl Qarayev



Yüklə 458,19 Kb.
Pdf görüntüsü
səhifə23/23
tarix01.07.2018
ölçüsü458,19 Kb.
#52847
1   ...   15   16   17   18   19   20   21   22   23

 

68 


necə olacaq?! Mənim məqsədim onun özünü-özünə tərifləməklə yumşaq 

damarını tutmaq, güldürmək, yenidən suallar verib müqəddəməyə 

başlamaq idi.  

– Kin-küdurətli olmaq gözəl qızların özlərinə məlum olmasa da 

onlara yaraşmır. Son sözümün dalı ağzımdan üzülməmiş o tərpənən 

dodaqlarıma kinli göz yetirdi. Mənə elə gəldi ki, qalın dodaqlarımdan 

zəhləsi getdi. Sonra başdan-ayağa məni süzəndə, elə bildim, dar 

alnımdan, yastı burnumdan, enli sifətimi bir az da böyük göstərən yana 

daranmış yağlı qara telimdən xoşu gəlmədi. Amma deyəsən, son 

modada tikilmiş çil-çil pencək şalvarım da onun zövqünü oxşamadı. O, 

gözlərini üzərimdən ayırmamış mən yenə də fürsətdən istifadə etdim.  

– Elə o gecə yarıya kimi buralarda fırlandığımı demirəm, ondan 

sonra beş-altı gün də… Kaş dinib danışdığım yerdə dilim quruyaydı. O, 

özü gedənə kimi kənardaca durub ona tamaşa eləyəydim. Üçmərtəbəli 

binanın həyətinə girib gözdən itənə kimi nəzərlərimlə onu təqib etdim. 

Sanki ixtiyarsız halda sinəmdən oynayıb gedən ürəyimin arxasınca 

baxırdım. *** İşdən təzəcə gəlmişdim. Arxası üstə divana uzanıb 

qollarımı boynumun dalında çarpazlamış, gözlərimi tavana zilləmişdim. 

Boş-bekar olsaydım dərdim-çorum onun haqqında düşünmək, küçələrdə 

veyillənmək olardı. Yaxşı ki, işləyirdim. Özü də elə bir işdə ki bütün 

varlığımla onu sevirdim. Doğurdan da hər şeyi adama sevdiyi iş 

unutdura bilər. Gəmi təmiri zavodunda gəminin gövdəsini təşkil edən 

köhnə polad lövhələri təzəsilə əvəz edərək onları bir-birinə 

bərkitməkdən ötrü mənim hava çəkicim işə düşəndə məndə özgə həvəs 

oyanırdı. Onun Maksim pulemyotu kimi səslənməsi döyüş meydanını 

andırırdı. Közərmiş mıxları xəmir kimi yastılayıb istədiyim şəkilə 

salması məni bir daha özünə bağlayırdı. Anam gəlib başımın üstündə 

dayandı. Qırışmış barmaqları ilə başımın tüklərini qarışdırdı. – Ay oğul, 

yoxsa işdə kiminləsə dalaşırsan? Neçə gündür üzün bulud təki tutulub. 

Adam işdə olan qanqaralığı özü ilə evə gətirməz. Bir də sən hər şeylə 

təsirlənən bala deyildin, de görüm nolub Rəhim?! Mən uşaq kimi 

qılçalarımı qarnıma yığaraq üzümü divanın söykənəcəyinə çevirib 

mızıldandım:  

– Heç kimlə savaşmamışam. Zərrəbin, daşların arasında gizlənən 

cəvahirləri necə dəqiq göstərirsə, ana qəlbi övladın mənəvi aləmindəki 

dəyişikliyi tez duyub, ondan da aydın göstərir. Anam əlini başımdan 

çəkdi. – Qızdan cavab ala bilməmisən həəə? Daş qayaya rast gəlib – 

deyə məni çox utandırmamaqdan ötrü mətbəxə keçdi. Mən dik atıldım. 




 

69 


"Bunu anama Kamilmi söyləyib? Axı ondan sonra Kamillə uzaqdan – 

uzağa görüşsək də barışmamış, ağızbir olmamışıq. Bəs qızdan cavab ala 

bilmədiyimi anama kim söyləmiş olar?" Sonra öyrəndim ki, anam 

oturuşumdan, duruşumdan anlamamış, ürəyinə bir şey damdığı üçün 

Kamilin üstünə düşüb başıma gələn əhvalatı ondan xəbər alıbmış. Kamil 

isə bir dost kimi məni hər gün izləyirmiş. Anam mənə qız bəyəndirə 

bilməmişdi. Özünə gəlin eləmək istədiyi qızların haqqında Kamilin 

vasitəsilə məndən söz çəkməyə çalışmışdı. Mən isə hərəsinə bir nöqsan 

tapmışdım. – Xalidə necə?  

– Başı balaca, alnı dar, burnu gödək, gözləri böyükdür. Dovşana 

oxşayır.  

– Elmiraya ki sözün yoxdur.  

– Pis qız deyil, amma onda suyuşirinlik yoxdur. Nədənsə mənə 

yapışmır.  

– Qonşumuz Musulməni ki bir vaxt özün tərifləyirdin.  

– O, çox təmizkar, evdar qızdır. Amma məni görəndə əzilib-

büzülməsi xoşuma gəlmir. Kamil dilxor olar, səsinin ahəngini dəyişib 

mənə nəsihət verərdi. Sonulayan sona qalar, axırda ya kora, ya da keçələ 

rast gələr. Noldu bu qızlar xana-bəyə yaradı, keçəl Avaza yaramadı. 

Dostum axırda şəhadət barmağını dik tutar, qətiyyətlə deyərdi: – Ananı 

nəzərə al! Qoca arvaddır, ağırlaşıb, sənə nə vaxtacan qulluq eləsin. Mən 

ki uşaq deyildim, bilirdim ki, hər ananın birinci arzusu övladını boya-

başa çatdırmaqdır. İkinci arzusu nənə olmaq, nəvəsini öpmək, oxşamaq, 

layla çalmaq, beşiyin yanında şirin-şirin mürgüləməkdir. Anaların 

ürəklərinə yatan gəlinləri olanda əllərini-əllərinin üstünə qoyub xanımlıq 

iddiasına düşmədiklərini, quş təki evin içində fırfıra kimi fırlandıqlarını 

çox yaxşı anlayırdım. Amma nə etmək, məni o yaratmış olsa da, ona heç 

oxşamamışdım, vasvası idim. Anamın mənalı baxışları altında 

əzilməməyin xatirinə otaqdan çıxdım. "Bu gün hökmən cavab 

almalıyam" deyə ora yollandım. *** Qaranlıq qarışır, tramvaylar 

qığılcım səpələyir, troleybuslar fısıldayıb yeindən tərpənir, "boşdur" 

işarəsi olaraq kiçik yaşıl lampası aynanın dalında yanan taksilər bağın 

qabağında – adamların gur yerində sürətini yavaşıdıb ötür, müxtəlif 

rəngdə, müxtəlif biçimdə yay paltarlarına girmiş qız-oğlanlar, uşağının 

əlindən tutaraq pillələri asta-asta qalxan qadınlar, kişilər bağa axışır, 

budaqların arasından süzən elektrik işıqları ilə oynaşan yarpaqların xal-

xal kölgələrinin altından keçib gedirdilər. Meydançada uşaqların bəzisi 

qara alapaça atlı arabasını sürür, bəzisi bədənini oyan, bu yana əyə-əyə 




 

70 


təkərlərinə qırmızı yaşıl lentlər bağlanmış velisopedinin çarxını itələyir, 

bəzisi də qanadlarını yerə çırpan ördəyini arxasınca sürüyürdü. Mən 

bağın hər tərəfinə göz gəzdirdikdən sonra elə bir yerdə oturdum ki, 

üçmərtəbəli binadan çıxanların biri də nəzərimdən qaçmasın. Yaxşı ki, 

bu vaxtımda tanışlara rast gəlmirdim. Qarşıma çıxıb halımı xəbər alan 

olsa sözsüz köntöy cavablar verər, dilxor eləyib yola salardım. Elə bu 

zaman qızın ağ koftada, yaşıl yubkada küçə ilə baş aşağı getdiyini 

gördüm. Yeridikcə hörüklərinin ucları yanlarını döyürdü. Mən cəld 

küçəyə sıçradım. Özümü bərkitdim. O da, yavaş getmirdi. Harasa 

tələsirdi. Keçiddən adlayanda küçə hərəkəti qaydasını pozduğuna görə 

milisoner fit verib onu saxlamaq istədi. Lakin o əhəmiyyət vermədən 

yoluna davam etdi. Bir-birinin arxasınca aramsız şütüyən maşınlara 

istiqamət verməyə milisonerin başı qarışdığından o, xeyli uzaqlaşdı. 

Mən onun çiyninin bərabərindən bir az qabağa çıxıb özümü tanıdaraq – 

Axşamınız xeyir olsun – dedim. Məni görərkən səksəndi. Əlini ağzına 

tutdu. Zəhləsi getmiş kimi üz-gözünü turşutdu. Onu qabaqladım.  

– Xahiş edirəm bircə dəqiqə məni dinləyin. Bilirsinizmi nə qədər 

əzab çəkirəm. Gecələr yuxum ərşə çəkilir. Əlimi ürəyimin üstünə qoyub 

zarıdım. – Bax, ürəyim mənə rahatlıq vermir. Mən elə büzüşmüş, elə 

yazıq bir görkəm almışdım ki, kimliyindən asılı olmayaraq yalvarış kimi 

səslənən sözlərimə tələsmədən qulaq asar, rəhmə gələrdi. Ancaq o 

fırlanıb dala çevrildi və qaçmağa başladı. Mən onun arxasınca baxa-baxa 

qaldım. Mən belə insan görməmişdim. O, ağzından kirəmi istəyirdi? Nə 

üçün mənə bir cavab vermirdi? Mürəkkəb xarakterli bu qızın haqqında 

fikirlişə-fikirləşə üç mərtəbəli binanın yanına gəldim. Həyətdə yaşayan 

gözüm su içəsi bir adamı yanlayıb tanış olmağı, qızın barəsində ətraflı 

məlumat toplamağı qət etdim. Həyətə girənlərin və çıxanların şübhəli 

nəzərlərlə mənə baxdıqlarını görüb uzaqlaşdım. Çox keçmədi ki, qız 

yenə də küçəyə çıxdı. Ətrafa boylandı. O kimisə axtarırdı. Mənə elə 

gəldi ki, onu təqib etdiyimi, yolundan elədiymi nişanlısına, ya da 

qardaşına xəbər verib. Məni ona tanıtmaq istəyir. Odur ki, daha da uzağa 

çəkildim. Lakin mən səhv edirəmmiş. O hıçqıra-hıçqıra, gözlərinin 

yaşını silə-silə mənə yaxınlaşdı. Nəmli kirpiklərini qaldırıb məzlum-

məzlum üzümə baxdı. Üzr istəyirmiş kimi başını sinəsinə əydi. Zərfi 

ovcuma basaraq əllərilə üzünü örtüb hönkürdü. Ayaqlarını sürüyə-

sürüyə evlərinə döndü. Məni dəhşət bürüdü. Elə bir vəziyyət almışdım 

ki, adam güman eləmədiyi möcüzəyə rast gələndə yalnız bu hala düşə 



 

71 


bilər. Zərfi açdım, kaş heç açmayaydım… Sevdiyim qız həm kar, həm 

də lal imiş.  

 

 

BORC  



 

 İnstitutun qabağındakı meydançada müxtəlif markalı bir neçə taksi 

maşını dayanmışdı. Müştərilərin bol vaxtı olmadığından şoferlərin çağrış 

işarəsi axtaran gözləri o yandan-bu yana, bu yandan - o yana çevrilir, 

axşamın küləyi yayılan işıq selində axan insan izdihamında dolanırdım. 

Hətta bəzisi düşüb yerdə gəzinir, əski parçası ilə maşının aynalarını silir, 

lazım olmasa da özünə bir məşğuliyyət tapırdı. Lakin son növbədə 

dayanan "Volqa"nın şoferi Ağasəf, başını aynadan çölə çıxarıb fikirli 

halda papiros çəkir, gözlərini küçənin o tayında cərgələnmiş 

həmişəcavan ağaclarının birinin dibindən ayırmırdı. Orada sol əlini, 

balağı yer süpürən şalvarının cibinə soxmuş, sağ əlində isə təsbeh 

oynadan gödək bir oğlan dayanmışdı. Onun ağ köynəyi, qalaylanmış 

başı cəhənnəm qarası çəkilmiş üzünü çox bədrəng, dodaqlarından irəli 

çıxan donqar burnunu olduqca eybəcər şəkildə göstərirdi. Buna 

baxmayaraq oğlanın görkəmində yüksək dağları yaratmış adam iddiası 

vardı. Təkəbbürü yerə, ibarəsi göylərə sığışmırdı. Sanki göydən yerə 

zənbillə düşüb, bu aləmdə onun tayı-bərabəri yoxdur. Özündən uca, 

özündən canlı qızla elə bir əda ilə danışırdı ki, guya o, nadir bir inci, 

insanı arzuya çatdıran vahid bir cavahirdir; əgər qız onu itirsə, bütün 

zənginliklərdən məhrum olar. Qıza gəldikdə, hiss olunurdu ki, o, arxivə 

veriləsi bu oğlana qulaq asmaq istəmir, qulaqlarını Həzrət Süleyman 

tütəyi piləyənin əlindən götürüb qaçmağa çalışır. Hirslənsə də 

hərəkətlərində qabalığa yol vermir. Görünür oğlandan yaxşılıqla 

ötüşməyi hər şeydən üstün tuturdu. Dünyada insanlıqdan heç bir duz 

dadmayan oğlan isə qızın sağdan, soldan keçib getmək cəhdlərinin 

qarşısını öz bədənilə alır, çərənçiliyini qurtarmırdı. Ağasəf onların hər 

ikisini nəsil-nəcabətlə yox, necə bir şahid kimi, az-çox halı olduğu 

məsələyə görə tanıyırdı. Axı, on gün bundan qabaq, axşamın elə bu vaxtı 

oğlan qızın qabağını həmin yerdə yenə də kəsmişdi. Qız onda da oğlanı 

eşitmək istəmirdi. Oğlan gücündən istifadə edərək onun qolundan tutub 

saxlayır, özünə lazım olan cavabı almayınca qızdan əl çəkənə oxşamırdı. 

Qız birdən qaça-qaça gəlib Ağasəfin maşınına oturdu.  




 

72 


– Əmi, tez sür! Oğlan çatanacan Ağasəf düymələri basıb qapıları 

qıfılladı. O, özünü maşina yetirib qapını dartdısa da açılmadı. Maşın 

yerindən tərpənəndə aynadan qıza barmaq qıcadı.  

– Əlbət tutaram səni! Xeyli yol gedəndən sonra Ağasəf qızdan 

soruşdu:  

– A qızım, o nə deyir?  

– ………  

– Deyir razılıq ver, elçi göndərim? Ağasəf lampanı yandırıb 



maşınının içini işıqlandırmışdı. Qızın üzünü güzgüyə görürdü. Görürdü 

ki, o, atası yerində kişi ilə bu mövzuda söhbət etməyə çətinlik çəkir, 

utandığından başını gah bu, gah da o biri çiyninə əyir. "Bəli" sözünü də 

elə dedi ki, həyadan gözləri yaşardı.  

– Zəmanə uşağı deyilsən?! Desənə al payını, çağır Əhmədalı 

dayını!  

– Çoxdan demişəm. Ağasəfin səsi dəyişildi.  

– Hə - ə - ə …Qəribə qanmaza rast gəlmisən. Demək, deyir səni 

alacağam sən gəlməsən də? – Əmi, saxla!  

– Qızım, ehtiyatlı ol. Ondan xəta iyi gəlir. Qız minnətdarlıqla 

gülümsəyib daş pillələri qalxdı. O, sanki bu münasibətlə deyirdi: 

"Arxayın ol, əmi!" Qız, 68 nömrəli qapıdan içəri girəndən sonra Ağasəf 

maşını dala döndərdi. İndi oğlan qızın yolunu yenə kəsmşdi. 

Sorğularının cavabsız qaldığına hirslənmişdi. Yumurtası tərs gəlmiş 

toyuq kimi vurnuxur, əllərilə az qalırdı qızın dilindən bir söz qoparıb 

alsın. Qız da ki, dillənmir, çarəni ondan ehmalca uzaqlaşmaqda görürdü. 

Narahatlıqla boylanır, getmək üçün ayağını yerdən götürəndə oğlanın 

yumruqlanan əlləri, ağı çoxalıb, qarası kiçilən gözləri onun qətiyyətini 

itirir, onu dayandırırdı. Nəhayət o, oğlanın üzünə cəsarətlə dik baxıb 

nəsə dedi. Yəqin ki, oğlana heç xoş gəlməyən əvvəl söylədiyi cavabı 

təkrar etdi. Oğlan dala çəkilib ona solaxay bir sillə tutuzdurdu. Sillə 

tapança kimi açıldı. Qız, müvazinətini itirib ağaca dəydi. Özünü 

doğruldub əllərilə üzünü örtdü. Oğlan qaçıb Ağasəfin maşınına oturanda 

hərəkətdə olan izdiham dayandı. Adamların çoxu qızın başına komlaşdı. 

İşin mahiyyəti ağızdan-ağıza keçib bəlli olandan sonra hamı maşını 

araya almaq üçün dayanacağa tərpəndi. Lakin Ağasəf oğlanı aradan tez 

çıxartdı. Arxadan müxtəlif nidalar eşidildi.  

– Dayan!  

– Saxla!  

– Nömrəni yazmışıq, hara qaçsan tutulacaqsan!  




 

73 


– Şofer, onun haqq-hesabı sənlə çəkiləcək! Maşın oğlanı təhlükə 

yerindən uzaqlaşdırandan sonra o, əhənglə ağardılmış kələ-kötür qara 

daşa oxşar başını irəli uzadıb ağzını Ağasəfin qulağına dirədi:  

– Dönüm başuva sənin! Ağasəf papağın dalını qaldırdı.  

– Səni ilan ağzından qurbağanı alan kimi aldım. Sən öləsən , 

yoxsa, tükünü didəcəydilər.  

– Dönüm gözüvə! – Döyülənlə öldürülən ara yerində itər, adama 

yaxşılıq qalar. Kişini ələ vermək də kişilikdəndir bəyəm?! Oğlan az 

qaldı arxadan Ağasəfi qucaqlayıb öpsün.  

– Dönüm ey, dönüm yaradanuvun başına! Ağasəf, küçə hərəkəti 

qaydalarını tənzim edən svetoforların yolu bağlı olmasını göstərən 

qırmızı işıqlarını da vecinə almayıb keçidlərdən düz keçdi, döngələrədən 

tez buruldu, maşını buğanağa döndərib müştərisini ağ şəhərə çatdırdı.  

– Hara sürüm?  

– Günahımı yumaqçün kefin istəyən yerə sür! Ağasəf güldü.  

– Lap mən deyəndənsən. Kefcil, yaxşılığı başa düşən adamlarla 

varam də.  

– Uşaq olma, yeyicinikini Allah yetirəcək. Ağasəf uzun bir siqnal 

verib tormozu basdı. Maşını dala, qabağa yırğalanıb yerə mıxlandı. O 

dərhal yerə düşüb qapını açdı.  

– Düş! Maşın milis şöbəsinin qabağında dayanmışdı. Qapı ağzında 

duran iki nəfər milisioner bir şey duymuş kimi irəli yeridilər. – Ağasəf, 

gətirmisən? Ağasəf başının işarəsilə gətirmişəm dedi. Və bir əlini 

sinəsinə qoyub hörmətli müştərisi qarşısında təzim etdi. Digər əlilə ona 

milis şöbəsinin qapısını göstərdi. – Cənab, buyur! Oğlan qapıdan 

meydançaya vurulan top kimi Ağasəfə kəllə atdı. Ağasəf onun 

qabağından yana sərpdi. O, üzü üstə yerə sərildi. Çənəsinin kündəsi, 

burnu qabıqdan çıxdı. Qalxmağa macal tapmamış milisi onerlər onun 

üstünü aldılar. Oğlan qanadları əllərdə qalan xoruz kimi parpıladısa da 

milisonerlərə tabe olmaqdan qeyri çarəsi qalmadı.  

– Bir dəqiqə – deyə ayaqlarını yerə dirəyib onlardan nə üçünsə 

möhlət istədi. Milisionerlər ona imkan verdilər. O çevrilib Ağasəfə 

baxdı. Ağasəf onun qəzəb qığılcımları oynayan gözlərinə baxıb dedi:  

– Mənim kim və nəçi olmağımı soruşmaq istəyirsən? Bacoğlu, 

mən qızın heç nəyi deyiləm. Ancaq adamam. Bu da mənim insanlıq 

borcumdur. Ağasəf geri dönüb maşını işə salanda milisionerlər 

səslənişdilər.  

– Hara?  




 

74 


– Gedim qızı gətirim sonra. Maşın yarım çevrə yazıb gözdən itdi. 

Yüklə 458,19 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə