İsmayıl Qarayev



Yüklə 458,19 Kb.
Pdf görüntüsü
səhifə4/23
tarix01.07.2018
ölçüsü458,19 Kb.
#52847
1   2   3   4   5   6   7   8   9   ...   23

 

11 


gördü, qaranlığını qavqardı. Yavaşısaydı, bilirdi ki, ona nə toy tutacayıq. 

Xansuvar kişi əllərini dizlərinin arasına aldı, sıxdıqca sıxdı, ləngərlənə-

ləngərlənə pıçıldadı: – Belə de… Belə de…  

 

 



TUT AĞACI  

 

 Köç yolunun üstündə bir Tut ağacı vardı. Şır-şır bulağın başında 



bitmişdi. Yaz olanda budaqlarına göy yarpaqlar düzüm-düzüm 

düzülürdü. Yayın qızmarında, çöllərdə ilğımlar tövşəyəndə, hava təndir 

alovu kimi adamın üz-gözünü yandıranda yolçular öz atlarını bu ağacın 

altına çəkər, bu ağacın kölgəsində dincələrdilər. Şır-şırın sərin suyundan 

içib iştahlanar, çörək yeyib – yatar, gün batandan, axşamın qara sərini 

çöllərə, yollara səriləndən sonra yollarına davam edərdilər. Ağacdan 

ayrılanda deyərdilər:  

– Salamat qal!…  

Şır-şır bulaq şaqqıldayıb gülərdi:  

– Mənə niyə "sağ ol" demirsiniz? Axı, o ağacı yarpaqladan 

mənəm. Axı, o ağacın altına sizin üstündə dincəldiyiniz yaşıl xalını 

sərən mənəm.  

Tut ağacının budaqları yırğalandı:  

– Bulaq düz deyir. Yarpaqlar şappıldaşır, əl çalar, budaqların 

dediklərini alqışlardılar. Yolçular şır-şır bulaqla da salamatlaşırdılar:  

– Sağ-salamat qal!… Bulaq yenə qəh-qəhə çəkərdi:  

– Ağaca bir də "sağ ol" deyin. Çünki o olmasaydı, məni hamı 

görməzdi, məni hamı tanımazdı. Yolçular sevinərdilər:  

– Bu nə ağıllı, nə kamallı bulaqdır!…  

Tut ağacının budaqları bir-birinə çırpılar, səslənərdi:  

– Yox, yox… Bulağa minnətdar olun, axı, məni o özü bitirib, o özü 

böyüdüb, ellərə o özü göstəribdir. Bu canı mənə şır-şır verib, indi sizi 

sərinlədən nəfəsi mənə şır-şır bəxş edibdir. Ömrüm bulağındır, şır-şırın 

ucaltdığı ən uca zirvəmi onun ayaqları altına endirməyə həmişə hazıram. 

Yolçular bulaqla ağacın dostluğuna heyran qalardılar. – Sağ olun, 

salamat qalın, – deyərdilər. Hər gedib gələndə bir sarmaşığı öz atlarının 

dirnaqları altında əzişdirərdilər. Sarmaşıq səsini çıxarmazdı. Ürəyində 

deyinərdi, yolçuları hədələyərdi: "Siz yerdəkini saymırsınız. Siz 

aşağıdakına baxmırsınız. Siz alçaqdakını görmürsünüz. Vaxt gələr, mən 

də qalxaram. Tut ağacının ən hündür başından da qəlbidə duraram. Onda 




 

12 


məni də görərsiniz, onda mənə də həsəd apararsınız, onda mənim də 

böyüklüyümə məətəl qalar, aşağıdan yuxarı boylanarsınız". Sarmaşıq 

şır-şırın başına, Tut ağacının kölgəsinə gələnlərin, atlarının dırnaqları 

altında əzilə-əzilə bulağa sarı uzandı. Hər yazda bircə qarış yaxınlaşa-

yaxınlaşa kök atdı. İyirmi ildən sonra şır-şıra çatdı. Şır-şır onu görən 

kimi qışqırdı: – Get, burdan! Sarmaşıq yalvarmağa başladı:  

– Ay şır-şır, mənə yazığın gəlsin. Hər yayda yanıb külə 

dönmüşəm, ölmüşəm, bir də yazda dirilmişəm. Hamı ömründə bircə 

dəfə ölür. Bu ölümlər məni təngə gətirib. Ya məni elə öldür ki, heç bir 

də dirilməyim, ya da mənə elə bir ömr ver ki, bir müddət əzabsız 

yaşayım. Şır-şır qəh-qəh çəkdi:  

– Onu görməzsən!.. Əlim-ayağım sənə dəyməmiş burdan uzaqlaş! 

Sənin necə zat olduğunu çoxdan bilirəm. Üz verəndə astar da 

istəyənsən!… Sarmaşıq ağladı dil tökdü, şır-şırın ürəyini yumşalda 

bilmədi. Tut ağacına üz tutdu: – Mən yaz-yay çiçək açacam, hüsnünü 

rənglərlə bəzəyəcəm. Yolçular səni min, milyon ləçəkli, hər ləçəyin də 

bir rəngə çalan özün boyda yekə bir gülə bənzədəcəklər. Küləklər səndə 

ətirlənəcək, sənin təravətini ellərə yayacaqdır. Şır-şır şaqqıldadı: – 

Yalandır. Tut, ona inanma! Özünə y er eləmək istəyir. Sən özünü bu 

başdan şirin satanın o başkı acılığını görməmisən. Sarmaşıq hönkür-

hönkür ağladı: – Tut qardaş, sənə köynək olacam, səni qışda çovğundan 

qoruyacam, üşüməyə qoymayacam. Naxələf çıxsam, sən məni küləklərə 

yoldurarsan. Bulaq qardaş, məndə əyrilik görsən, su verməzsən, məni 

qurudarsan. And içirəm ki, sizin yaxşılığınızı heç vaxt unutmayacam. 

Başım göylərə çatsa da, elə biləcəm həmişə sizin qədəmlərinizin 

altındadır. Tut ağacının yarpaqları uçundu, pıçıldadı: – Bulaq qardaş, 

daha bu yalvarışa dözə bilmirəm. Sarmaşıq ürəyimi göynətdi. Qoy biz 

də birini böyüdək, boya-başa çatdıraq. Qoy deməsinlər ki, şır-şırla Tut 

təkcə özləri üçün yaşayırlar. Sarmaşıq nanəcib çıxsa, onu rədd eləməyə 

nə var ki… Kökü üzdə olur, su verməsən, quruyacaq. Qışda ağarmış 

saça dönür, bircə dəfə silkələnsəm, qırıq-qırıq olacaq, yerə töküləcək. 

Pirinə təpik atsa, bildiyimizi elərik.  

Şır-şır dillənmədi. Dostunun sözünü yerə salmadı. Ürəyində dedi: 

"Dostum, sən rəhmdilsən, eşitdiyin hər sözə inanırsan, hamıya kömək 

eləmək istəyirsən. Amma sənin bu ürəyi yumşaqlığın bizim başımıza 

çox bəlalar açacaq… Sən bilmirsən ki, dilə-felə uyanlar bircə 

peşimançılığın min əzabında qovrulurlar". Aradan üç bahar keçdi. 

Sarmaşıq Tut ağacının hər budağına bir qol atdı. Bu bir qol min şaxə 




 

13 


açdı. Hər yarpağın üstünə bir çiçək, on yarpaq düzdü. Sarmaşıq Tutu 

başdan-ayağa örtdü, ağac görünmədi. Onun şahmar ilan kimi qalxan 

başları Tutun ən uca zirvəsindən qəlbidə dayandı, ağacın üzə çıxmaq 

istəyən başlarına sarıldı, boğdu, boğdu, bu başları əyib aşağı yatırtdı. 

Yolçular bulaq başına, ağac kölgəsinə bir də gəldilər. Tut ağacını 

görmədilər. Tut ağacına sarındıqca sarınmış, min-min çiçək açmış, ətrini 

ətrafa yaymış sarmaşığa baxıb heyran qaldılar. Biri dedi: – Sarmaşığın 

hünərinə bax!… Mən heç belə Sarmaşıq görməmişdim. Digəri pıçıldadı: 

– Bunun yerində bir Tut ağacı vardı, onun heç belə kölgəsi də yox idi. 

Onun heç belə ətri, heç belə çətiri də yox idi. Şır – şırdan ovuc-ovuc su 

içdilər. Biri dedi:  

– Su da müşk-ənbər qoxuyur, əhsən bu Sarmaşığın qüdrətinə!.. 

Digəri pıçıldadı: – Bulağın suyu da min rəngə çalır, əhsən bu sarmaşığın 

hikmətinə!.. Sarmaşıq qürrələndi. Sevincdən hər çiçəyi bir dəfə oynadı, 

hər ləçəyi bir dəfə əl çaldı, hər yarpağı bir dəfə qaqqıldadı. Sarmaşıq 

yolçulara eşitdirdi: – Siz bir də gələndə görəcəksiniz ki, mən 

buludlardan yapışmışam. İstəsəniz, yayın tüğyanında qar yağdıracam. 

Yolunuz bir də burdan düşəndə görəcəksiniz ki, göylərə dirənmişəm, 

ucaların ucasıyam, alilərin alisiyəm. Yolçular dedilər: – Təki... Təki… 

Sarmaşıq!.. Sağ ol, sarmaşıq!.. Yolçular getdilər.  

Şır-şırın kürlüyü tutdu, şır-şır şırıldadı: – Dost, eşitdinmi? Sənə 

sarmaşıb qalxan səni saymadı. Tut ağacı dillənmədi. Şır-şır hirsli-hirsli 

şaqqıldadı: – Mən quruyacam! – Qoy o, susuz qalsın, ölsün. Tut 

ağacından yenə səs-səmir çıxmadı. Sarmaşıq rişxəndlə güldü: – Tut 

ağacının hər budağında min köküm var. Sən məni öldürə bilməyəcəksən. 

Mən Tutla birgə yaşayacam. Tutla birgə öləcəm. Şır-şır inanmadı, elə 

bildi sarmaşıq indi də ona kələk gəlir. Şır-şır qurudu.  

Tut ağacı baxıb gördü ki, sarmaşıq onun canına, qanına keçibdir, 

kökü onun ürəyinə çatıbdır; Dünən ilan dili çıxarıb yalvaran, ona 

sarmaşıb göylərə qalxan, bu gün allahlıq iddiasındadır. Gördü ki, onu 

qoparıb ata bilməyəcəkdir, tufanlı bir yay gecəsində kökündən qopub 

yerə yıxıldı. Yıxıldı ki, özgənin hesabına ucalmaq istəyənlərə nərdivan 

olmasın.  

 

 



ÇAYIN SON HARAYI  

 



Yüklə 458,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə