İsmayıl Qarayev



Yüklə 0,54 Mb.

səhifə5/23
tarix01.07.2018
ölçüsü0,54 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   23

 

14 


 Ər dağının başı həmişə dumanlı, çənli olurdu. Yorğun, gəzərki 

buludlar həmişə onun çiyninə qonur, onun çiynində dincəlirdi. Ər dağı 

uzaqları görmürdü. Üstünə qar yorğanı örtüləndə bilirdi ki, qış gəlib. 

Başında qalan bircə papaq qar da əriyəndə bilirdi ki, yay hələ getməyib. 

At kişnərtisi, qoyun-quzu mələşməsi eşidəndə bilirdi ki, yazdır, camaat 

yaylağa çıxıb. Bu səslər Ər dağını sevindirirdi, onun təklik tənhalıq 

dərdini unutdururdu. Ellər Ər dağının sinəsində dəyə qurandan sonra o 

da öz bulaqlarını gündüz güldürür, gecələr isə bu irmaqlara layla oxudur, 

qonaqlarını şirin – şirin yatırardı. Ər dağı dumanın, çənin şehini, yağışın, 

qarın suyunu gilə-gilə öz torpağına hopdurur, süzür, duruldur, dərin 

qatlarının arasında bir dəryaça yaradırdı. Axı, o, quraq keçən illər 

görmüşdü. Elə illər ki, onun başına bircə duman da dolanmamış, onun 

çiyninə bircə bulud da yatmamışdı. Yaz otu, yaz gül-çiçəyi bircə 

həftənin içində saralıb solmuş, onu aran dağlarına bənzətmişdi. Bulaqları 

bircə ayda qurumuşdu. Sürülər onda bənd olmamış, onun sinəsində 

alaçıqlar qurulmamışdı, ellər köç-köç olub başı qarlı, sərin bulaqlı 

yaylaqlara yollanmışdı. Ər dağının gözü qorxmuşdu, həmin dəryaçanı 

ildən – ilə böyüdür, onun suyunu quraq illərə saxlayırdı. Dəryaçanın 

ağzını "vaxt açacaq, aləm od tutub yansa da, külə dönsə də öz ətəklərini 

yaşıllaşdıracaq, güneylərində ətirli güllər bitirəcəkdi". Aradan illər 

keçdi. Qar üstündən qar yağdıran qış bu dəfə Ər dağına səpələnti qar 

ələdi. Küləklər uladı, Ər dağının başında qasırğalar oynadı, bu səpələnti 

qarı da sovurub apardı. Yaz gəldi, ellər dağa köçdü, göylər bircə dəfə də 

guruldamadı, karvan buludlar ətəklərini yığıb Ər dağının başına 

topalaşdı, aşağılara bircə damcı da yağış düşmədi. Ər dağının üç bulağı 

vardı. Ona elə gəldi ki, bu bulaqların suyu azlıq edəcək, ellər, obalar 

onun sinəsindən köçüb qaçacaqlar, beş bulaq gözü də açdı, bulaqların 

suyunu artırdı. Lakin ömründə heç eşitmədiyi bir fəryad eşitdi. Elə bildi 

yay onun o yan – bu yanını yandıra-yandıra gəlir, bu fəryad da dərələrin, 

düzlərin fəryadıdır. Ər dağı qorxdu. Elə bildi bu yanğın onun ətəklərini 

də ağzına alacaq, eli-obanı qaçıracaq, o, yenə tək qalacaq. Ər dağı on 

bulaq gözü də açdı, hər bulağa bir çay suyu qədər su buraxdı. Yenə 

fəryad eşitdi, bulaqların suyunu bir az da artırdı. Fəryad kəsildi. Ər dağı 

bunun əvəzində bir çay gurultusu eşitdi. Sevindi ki, təkcə onun ətəkləri 

yamyaşıl olmayacaq, təkcə onun sinəsi gül yanında gül bitirməyəcək

həm də aran düzləri bu bol sudan doyunca içəcək, bağ-bağatlarda quşlar 

ayasından tutulacaq, daşlar, qayalar da göyərəcəkdir. Çayın gurultusu, 

nəriltisi artıqca Ər dağı fərəhləndi, başındakı buludların suyunu süzüb 




 

15 


dəryaçaya yığdı, dəryaçanı bir az da böyütdü, dəryaçanı bir az da 

dərinləşdirdi. Düşündü ki, il-ildən pis gələ bilər. Düşündü ki, bu çayın 

suyunu indiki halda saxlamalıdır. Qoy aranın "yandım", – "yandım" 

deyən fəryadını eşitməsin. Susuzluqdan çat-çat olan düzlərin naləsini 

eşitməsin. …El arana köçdü. Bir də yaz gəldi.Ər dağı at kişnərtisi, 

qoyun-quzu mələşməsi eşitmədi. Darıxdı. Elə bildi ellər obalar ondan 

gözəl dağ tapıblar, ora köçüblər. Başındakı buludları qovdu. Uzaqdakı, 

yaxındakı dağlara baxdı. Dağların heç birində qoyun-quzu sürüsü, at 

ilxısı, köç alaçığı görmədi. Qüssələndi. Düşündü ki, yəqin, arana bəla üz 

verib. Fikirləşdi ki, onun qonaqları heç vaxt aranda bu qədər 

ləngiməyiblər, yəqin onların yolunu bir dərd kəsib, onların yolunu bir 

ələm bağlayıb. Ər dağı arana boylandı. Bulaqların axıb bir dərədə 

qovuşduğunu, çayın öz dərəsinə sığışmadığını, aşıb-daşdığını çölləri 

düzləri öz ağzına aldığını gördü. Çay körpüləri dağıtmışdı. Bu ağacı 

kökündən qoparıb o ağaca vurmuşdu. Qayaları uçururdu. Dağları 

qabağına qatıb top kimi diyirləyir, evlərə çırpır, evləri uçururdu. Qoyun-

quzu sürülərini qurd kimi bölükləmiş, pərən-pərən salmışdı. Atlar 

kişnəşir, itlər ulaşır, uşaqlar ağlaşırdı. Ata – analar uşaqlarını güc-bəla 

ilə götürüb təpələrin başına dırmaşırdılar. Ər dağı utandı, bulaqların 

gözünü tez bağladı. Çayın suyu yavaş – yavaş azaldı, sonra büsbütün 

kəsildi. Ellər, obalar yenə yaylağa köçdülər. Ər dağı o vaxtdan başına 

bulud qonmağa, çən-duman çökməyə qoymur. Onları həmişə öz 

ətəklərində saxlayır. O, indi hər yanı yaxşı görür. Bilir ki, baxmaq yüz 

səsə qulaq asmaqdan, inanmaqdan sərfəlidir.  

 

 

 



QOVAĞIN GÜLÜŞÜ  

 

 Dağın döşündə iki palıd vardı. İkisi də bir boyda, bir görkəmdə 



idi. Onlar bir-birini ötməyə-ötməyə böyümüşdülər. Bu palıdda neçə 

budaq vardısa, o biri də o qədər qol-qanad açmışdı. Onların başı ayrı 

olsa da , kökləri bir idi. Yeməklərini, içməklərini tən bölürdülər. Gecələr 

bir yatır, gündüzlər bir oyanırdılar. Güləndə bir gülür, kədərlənəndə bir 

qəmlənirdilər. Qasırğalarla bir döyüşürdülər. Tufan sağdan əsəndə 

soldakı palıd öz dostuna dayaq durur, qasırğa soldan əsəndə sağdakı 

palıd onu əyilməyə, sınmağa qoymurdu. Bir gecə dağlarda ildırımlar 

oynadı, göylərin gurultusu hər yanı lərzəyə gətirdi. Tufan uladı. Meşələr 




 

16 


şaqqıldadı. Ağaclar ayrım-ayrım olur, tufanın zərbindən çat-çat olub 

çiliklənir, qayalıqlara çırpılır, qınqıllıqlar aşağı dığırlanırdı. Tufan 

kolları kökündən qoparıb hara gəldi qovurdu. Yeri lay-lay sökür torpağı 

qat-qat qoparıb daşları qumları göydə döyüşdürür, fəryad qoparırdı.  

Palıdlar bir-birinə söykənib tufanla döyüşəndə bir haray eşitdilər:  

– Ay aman kömək eləyin! Ölürəm məni tufanın əlindən alın!..  

Palıdlar tufanın bir qovaq şivini qaldırıb yerə çırpa-çırpa 

gətirdiyini gördülər. Qovaq şivinə yazıqları gəldi. Onu tez tutdular, 

araya aldılar. Tufan dönə-dönə hücum çəkdi, şivi palıdların daldasından 

qapıb aparmağa çalışdı, lakin gücü çatmadı, qoşun toplayıb haçansa 

qayıdacağını söyləyib getdi. Qovağa yiyə çıxdıqlarına görə bu qisası 

palıdlarda qoymayacağını bildirib getdi. Ağzı köpüklənə-köpüklənə 

haykırıb, palıdları yamanca hədəlyib getdi. Palıdlar köklərini bir az da 

dərinə uzatdılar. Onların kökləri yerin təkindən qarmaqlar təki yapışdı. 

Qovaq şivinin də kökünə yer verdilər, o da gündən-gündən kök atıb 

böyüməyə başladı. Aradan bir yay ötdü. Yavda palıdları qorxuzub gedən 

tufanın uzaqdan sürətlə gəldiyini duydular. Tufanın zəhmi qovaq şivini 

titrədirdi. O uçuna-uçuna deyirdi:  

– Yaman qorxuram. Palıdlar ona ürək-dirək verdilər:  

– Qorxma, daha sən böyümüsən, sənə gücü çatmaz.  

Qovaq şivi sevindi:  

– Doğrudanmı mənə bir şey edə bilməz? Palıdlar öz yaxşılıqları, öz 

köməkləri ilə onu utandırmaq istəmədilər. Qovaq şivinin körpə gücünü, 

körpə hünərini onun öz gözündə dağ kimi böyütdülər.  

– Sən ayaqları təzəcə yer tutan dünənki uşaq deyilsən, kökünü 

torpaqdan hər tufan üzə bilməz, qorxma! Qovaq şivi şadlandı, güldü. 

Tufanın nərə çəkib gələn zərbindən şivin xəbəri olmadı. Palıdlar səhərə 

qədər vuruşdu, döyüşdü, tufanın qovaq şivindən bircə yarpaq da qoparıb 

aparmasına imkan vermədilər. Tufan kəsəndən sonra qovaq şivi güldü, 

palıdlara dedi:  

– Tufanın boş hay-küyü varmış. Palıdlar səhərə kimi nələr 

çəkdiklərini bildirdmədilər. Neçə yerdən yaralandıqlarını, neçə qol-

budaq itirdiklərini göstərmədilər. Öz aralarında pıçıldaşdılar ki, 

cavandır, hörmətimizi dilimizə gətirməyək, qovaq şivinə xəcalət verərik, 

xəcalət onu kövrəkləşdirər, kövrək-kövrək ağaclar da onu tez əyilən, tez 

sınan olurlar. Vaxt gələr qovaq şivi əməlli-başlı böyüyər, tufanla təkcə 

əlbəyaxa olar, onda bizim onu necə qoruduğmuzu anlayar: qədrimizi 

bilər, yaxşılığımızı unutmaz. Aradan bir payız da ötdü. Qış öz qar 






Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə