İsmayıl Qarayev



Yüklə 458,19 Kb.
Pdf görüntüsü
səhifə6/23
tarix01.07.2018
ölçüsü458,19 Kb.
#52847
1   2   3   4   5   6   7   8   9   ...   23

 

17 


papağını dağların başına qoydu, ağ saqqalını dağların döşünə sərdi. 

Qovaq şivi yenə uçundu, yenə titrədi:  

– Üşüyürəm… Qış bura nə tez gəldi… Arana qar gec yağardı, tez 

əriyərdi. Aranın qarı yupyumşaq olardı. Buranınkı isə buz kimidir, üst-

üstə yağır, deyəsən, yaz gəlməyincə əriməyəcək. Mən bu qışa necə 

dözəcəyəm, mən bu qışdan necə çıxacağam?… Palıdlar ona yenə ürək-

dirək verdilər: – Dağın qışının da sənə gücü çatmaz, qorxma. Palıdlar 

baş-başa verdilər, qovaq şivini qardan, çovğundan qorudular. Qışın necə 

keçdiyindən onun xəbəri olmadı. Yaz gələndə ağ papağını dağların lap 

uca başında güclə saxlayan qışa baxıb güldü: – Dağların qışı nə fərsiz 

imiş…  

Arandakı dostarımı çağıracam, köçüb bura gəlsinlər… Palıdlar öz 



yaxşılıqlarını yenə dillərinə gətirmədilər. Dedilər qovaq şivini 

utandırmayaq. Utanın başı aşağı olur, tez böyüyə, tez boy ata bilmir. 

Dedilər xətrinə dəyməyək, elə bilər özümüzü şirin an satırıq, küsdürərik, 

bizdən uzaqlaşar, təklənər, onda tufan onu tez sındırar, şaxta onu tez 

dondurar, tez qurudar. Dedilər hələ cavandır, bənd olmayaq, yekələr, 

bizim yaxşılığımızı özü başa düşər. Neçə qış ötdü, neçə payız keçdi. 

Qovaq şivinin üstündə yüzlərlə tufan, boran, çovğun oynadı. Bunların 

hamısına palıdlar sinə gərdi. Bunların hər ağrı-acısını yalnız palıdlar 

bildilər. Palıdlar şaxtaların qılınc yaralarına, tufanların ox sızıltılarına 

dözdülər, qovaq şivinə görə necə ağradaqlarını ona bildirmədilər. Bir də 

yaz gələndə qovaq yan-yörəsinə boylandı, aşağı baxdı. Palıdları nə qədər 

alçaqda gördü. Gördü ki, palıdların boynu qısıqdır, qol-qanadları qırıq-

qırıqdır, çat-çatdır. Gördü ki, gövdəsinin qabığı qopuq-qopuq, sovuq-

sovuqdur, zədəlidir. Qovaq palıdların görkəminə güldü. Ağzını göylərə 

tutub güldü. Uğundu, başı çiyninə düşdü, qaqqıltısı yenə kəsilmədi. 

Onun səsi dağlara, qayalara çatdı, dağlar, qayalar da qaqqanaq çəkdi. 

Palıdlar onlara həm özü gülən, həm də dağları güldürən qovağa altdan 

yuxarı baxdılar. Cavankən utandırıb kövrəlmək istəmədikləri, 

böyüyəndə hər şeyi anlayacağını güman etdikləri qovağın bu lovğa 

gülüşü, bu rişxəndli qəh-qəhi onların ürəyini göynətdi. Qədirbilməz 

qovağın üzünə ürək ağrısı ilə boylandılar. Qovaq onların baxışındakı 

əzabı duymadı, bir də qaqqıladadı:  

– Bu neçə ildə qışı başımda saxlayan mən, tufanı uca boyumla 

parçalayan mən, hər zərbəni alan da, sizə gələn hər bəlanı qaytaran da 

mən, nə üçün o haldasınız, ay yalandan "mənəm, mənəm" – hay-küyçü 

deyən dağ palıdları?… Elə quruca diliniz varmış. Qovaq bir də 




 

18 


qaqqıldadı. Palıdlar dillənmədilər. Ürəklərində dedilər, eybi yoxdur, özü 

yekəlsə də, ağlı hələ artmayıb, bənd olmayaq. Tufan qovağın kinayəli 

gülüşünü eşidib gəldi. Dağların başında qılınc oynada-oynada gəldi. 

Palıdların dillənməyi qovağı hirsləndirdi:  

– Burdan uzaqlaşın, hara istəyirsiniz gedin, tufanla özüm tək 

döyüşəcəyəm. Yoxsa sonra yenə də deyəcəksiniz qovağı tufandan biz 

qoruyub saxladıq. Palıdlar kənara çəkildilər. Tufan uğuldayırdı. Qovağı 

əyirdi, iki qatlayırdı, budaqlarını qırıqlayıb yerə tökür, yarpaqlarını göyə 

sovururdu. Qovaq yenə haray çəkir, fəryad qoparırdı, – köməyə palıdları 

çağırırdı:  

– Məni bunun əlindən alın!.. Ölürəm, qoymayın.  

 

 



KAM DAĞI  

 

 Kam meşəsində Kam dağı vardı. Bu dağın başı göylərə çatırdı. 



Yamacları uçqunlarla, yarğanlarla dolu idi. Göy guruldayanda, şimşəklər 

çaxanda bu dağın sıldırımlarında odlar, qığılcımlar oynayırdı, bu dağın 

qayaları çat-çat olurdu, qırıq-qırıq qopurdu, meşələrə dığırlanırdı, 

ağacları qırırdı, yıxırdı. Kam dağında bircə ot da bitmirdi, çünki onu 

qışda şaxtalar, tufanlar dondurur, yayda günəşin istisi qovurğa kimi 

qovururdu. Qış gecələrində Kamın iniltisi eşidilirdi:  

– Soyuqdan ölürəm, yazığam, qoymayın. Mənə paltar verin, mənə 

geyim-keçim verin…  

Yay günlərində Kamın fəryadı qopurdu:  

– İsti məni yandırır, mənə bir dəstə bulud verin, mənə rəhminiz 

gəlsin… Kamın hər gün, hər gecə eşidilən fəryadı dünyaya yayıldı. 

Bulaqlar, çaylar danışdılar. Sözləşdilər ki, hər çay, hər bulaq bircə qətrə 

su versin, topa – topa duman – çən yaratsınlar, Kam dağının iniltisi, 

fəryadı onların ürəyini bir də sızıldatmasın, onların qəlbini bir də 

göynətməsin… Çənlər, dumanlar Kam dağına axın-axın gəldilər. Günün 

qabağını tutdular. Kamın yamaclarında güllər, çiçəklər bitirdilər, Kamın 

sərt, sıldırım qayaları da yaşıl otlardan don geyindi. Kam razılıqla dindi, 

xəcalət çəkə-çəkə danışdı:  

– Çox sağ ol, a çən, a duman!.. Heç bilmirəm sizin bu 

yaxşılığınızdan necə çıxacam. Çənlə duman Kamı utandırmamaqdan 

ötrü dil-ağız elədi: Çaylara, bulaqlara "sağ ol" – dedi, hərəmiz onların 

bir qətrəsiyik, bizi onlar göndəriblər, biz onların sözünü yerinə yetiriik. 




 

19 


Kam yenə yalvardı, yenə inildədi: – Nə olar, mənə siz də bir yaxşılıq 

eləyin, qoy bu yaxşılıq da sizin özünüzünkü olsun. Çən soruşdu: – Necə 

yaxşılıq? Duman xəbər aldı:  

– Necə hörmət? Kam qısıla – qısıla dindi:  

– Siz də hərəniz bir zərrə, bir qətrə uçurun, başımın üstündə dulud 

yaradın. Bu bulud məni gündən qoruyacaq, bu bulud məni yanmağa 

qoymayacaq. Axı bir azdan payız küləkləri əsəcək, sizi pərən-pərən 

salacaq, siz bir də bura gələn yaza kimi ayaq basa bilməyəcəksiniz… 

Çənlə duman dillənmədilər. Axı onlar öz çaylarından, öz bulaqlarından 

icazə almamışdılar. Kam onların susduğunu görüb qorxdu, elə bildi 

"yox" – deyəcəklər, "biz bunu bacarmırıq" – söyləyəcəklər, ona görə də 

tez dilləndi:  

– Bircə dəstə bulud!… Bircə dəstə bulud!… Bircə dəstə bulud 

versəniz, mən özüm öz başımı dolandıraram, sizi hər yaz, hər payız 

havayı əzaba, əziyyətə salmaram. Çən dumana pıçıldadı:  

– Düz demirmi?  

Duman astadan söylədi:  

– Yaxşı fikirləşib, gəl, onun sözünü yerə salmayaq. Nə çox yanan 

dağ biz, də gedib onların harayına çatarıq, əzabımızın biri də az olar. 

Çənlə dumanın hərəsi də göylərə min-min, milyon-milyon qətrə uçurdu. 

Bir koma boz bulud yarandı. Öz aralarında danışdılar ki, bu bulud 

yuxalır, Günəş onu cuna kimi nazildəcək, əridib itirəcəkdir, gəl bu 

buludun rəngi qapqara qaralana kimi göylərə zərrə uçuraq. Çənlə duman 

əriyə-əriyə kiçildikcə bulud yekəldi, qaraldı, Kam dağının üstündə 

nəhəng çətir kimi açıldı. Çənlə duman arana sarı süründü, onlar 

bulaqlara, çaylara qarışmağa getdilər. Aradan bir yay, bir payız ötdü. Qış 

gəldi. Bulaqların, çayların üzü buzla örtüldü. Soyuq küləklər əsdi, qar 

çovğunu başladı. Bulaqlar çaylara pıçıldadılar: – Görəsən, Kam dağının 

halı necədir? Çaylar bulaqlara ürək-dirək verdilər:  

– Deyəsən, kefi kökdür, şirin-şirin yatır. Bulaqlar narahat oldular:  

– Kefi saz olsa, belə çox yatmazdı, səsi gələrdi, bəlkə şaxta onu 

yenə dondurub? Çaylar üzlərindəki buzları sındırdılar, çağladılar. Kam 

dağını səslədilər:  

– Səsimizi eşidirsənmi? Kam dağının qaqqıltısı gəldi:  

– Daha mənim dərdimi çəkməyin, güllü yapıncıma bürünmüşəm 

dincəlirəm. Çox sağ olun, heç belə can rahatlığı görməmişdim, heç belə 

könül xoşluğu duymamışdım. Qış da ötdü, yenə yaz gəldi. Yenə Kam 



Yüklə 458,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə