İsmayıl Qarayev



Yüklə 458,19 Kb.
Pdf görüntüsü
səhifə7/23
tarix01.07.2018
ölçüsü458,19 Kb.
#52847
1   2   3   4   5   6   7   8   9   10   ...   23

 

20 


dağından səs-soraq eşidilmədi. Yenə bulaqların, çayların nigarançılığı 

başlandı: Bulaqlar çaylardan xəbər aldılar:  

– Kam niyə susur, yoxsa qışdan salamat çıxmayıb? Çaylar 

bulaqlara ürək-dirək vermək istədilər, lakin dillərindən var gəlmədi, 

çünki çayların özləri də Kamın xəta-bəladan uzaq olmadığını 

fikirləşirdilər:  

– Bəlkə çox sevindiyi üçün tez yata bilməyib, ona görə də hələ 

oyanmayıb? Susdular. Xeyli düşündülər. Çayın biri çox dözə bilmədi, 

bir dərədən düzə, düzəngaha çıxdı. Kamı çağırdı:  

– Ey Kam, necəsən? Kam dillənmədi. Bulaqların, çayların təşvişi 

artdı, hamısı bir yerə yığışdı, bir yerdə qovuşdu, səslərini qoşalaşdırıb 

Kamı harayladılar: Ey Kam, hardasan? Ey Kam, bizə niyə cavab 

vermirsən, axı sənin dərdini çəkirik, bizi bu intizardan niyə 

qurtarmırsan? Kamı çox çağırdılar, Kamdan səs çıxmadı. Çox baxdılar, 

Kamı görmədilər. Həmin qara bulud yaman yekəlmişdi, Kamı başdan 

ayağa bürümüşdü, Kamın bəzi yamacları, bəzi sıldırımları güclə 

görünürdü. Çaylar bulaqlara dedilər:  

– Siz Kama bir az yaxınsınız, carçı göndərin, bir xəbər gətirsin. 

Axı Kam bu qədər yatmazdı… Bulağın biri yaylıq boyda çən göndərdi. 

Carçı çən Kamın yamacına çatanda gurultu qopdu. Çən yamaca döndü, 

bulağa:  

– Üşüyürəm,  

– dedi,  

– yaman soyuqdur. Bulaq onu cəsarətləndirdi:  

– Yaz buludunun nə soyuğu olacaq, qorxma, irəli get!… Çən yenə 

yaylıq kimi açıldı, Kamın yamacına doğru süründü. Qara bulud bu dəfə 

elə nərildəyib guruldadı ki, çaylar da titrədi, Kamdan daşlar-qayalar 

qopub çənin yüstünə yeridi, çəni əzdi, çəni özünə dolayıb dibsiz 

uçqunlara, dərələrə apardı. Çaylar da, bulaqlar da çarçı çənin harayını 

eşitdilər: Yazıqsınız, gəlməyin, gəlməyin!… Çaylar da, bulud belə iş 

görməz, çünki o, bunların qətrəsindən yaranıb, o öz yaradanına qənim 

kəsilməz  

– fikirləşdi. Çünki həmin zirvəni buluda bulaqlar verib, çaylar 

verib. Çünki buludu o ucalığa, o yüksəkliyə bulaqlar, çaylar qaldırıb, 

onlara dönük çıxsa yenə də Kam çıxar. Fikrləşir ki, zərrəmizi ona 

əmanət vermişik, indi qətrələrimizi ondan almaq, özümüzə qaytarmaq 

istəyirik. Çaylar da bulaqlar da fikirləşirdilər ki, gecədən xeyli keçənə 

kimi gözləsinlər, Kam dağı o vaxta kimi oyaq qalmayacaq, o yatandan 




 

21 


sonra buludla xəlvətcə məsləhətləşmək üçün bir çən göndərsinlər. 

Fikirləşdilər ki, indi buludun da gözü yolda, qulağı səsdədir. Gecə yarı 

olanda bir kəlağay çən yola saldılar, tapşırdılar ki, kirimişcə get, özü də 

ora çatanda sürünmə, göylərə qalx, Buludla göylərdə görüş, qoy Kam 

dağının sənə əli çatmasın. Kəlağay çən Kamın yamacına çatana kimi 

yerlə süründü, çünki bərk külək əsmirdi, o, ağaclardan tuta-tuta getməsə 

onu aparırdı. Göyə yönələndə yenə gurultu qopdu, şimşəklər oynadı, 

şimşəklər kəlağay çəni qızıl xəncərlər təki doğradı. Hər yanda çənin 

harayı eşidildi:  

– Yandım, qoymayın!.. Öldüm, qoymayın!.. Çaylar, buludlar yenə 

elə bildilər onların başına bu tərs oyunu açan, çəni buluda qovuşmağa 

qoymayan Kam dağıdır. Buludu çağırdılar: – Geri qayıt!.. Bu çağırış 

onların dodaqlarından qopan kimi əvvəlkilərdən güclü bir gurultu hər 

yanı lərzəyə saldı, çayların, bulaqların səsini batırdı. Çaylar öz gur 

səslərini bir də işə saldılar:  

– Bulud, geri qayıt!.. Bu dəfəki gurultu əvvəlkilərdən də güclü 

oldu. Kam dağı elə bil dağıldı, daş, qaya, uçqunu başlandı, daşlar, 

qayalar çaxnaşma-çaxnaşma dərələrə dığırlandılar, bulaqların gözünə, 

çayların yatağına doldular. Bulaqların da, çayların da səsi bir müddət 

çıxmadı. Aradan xeyli keçəndən sonra pıçıldaşdılar:  

– Çay, dinmə, danışma, qoy külək kəssin, Kamın üstünə çən-

duman qoşunu göndərək.  

– Bulaq, belə yaxşıdır, qoy bizim çən-duman qoşunumuz Kamın 

üstünü birdən alsın, buludu geri qaytarsın. Yaxşılığımızı bilməyənə niyə 

pislik eləməyək? Qoy Kamı yayda yenə gün yandırsın, qışda şaxta 

dondursun, qədrimizi onda bilər. Külək səhərə yaxın kəsdi. Çaylar, 

bulaqlar çən-duman qoşunu düzəltdilər, nizama düzdülər, Kam dağının 

üstünə göndərdilər. Çən-duman qoşunu dağı dövrəyə aldı. Qoşun 

yamaclarla, uçqunlarla yuxarı süründükcə qara bulud da yavaş-yavaş 

göyə qalxdı. Çaylar sevindilər. Bulaqlar şadlandılar, şirin-şirin güldülər. 

Sevindilər ki, Kam dağı qorxur, buludun əlindən çıxacağını bilib, ona 

görə də buludu başına qaldırır. Birdən yenə gurultu qopdu, yenə 

şimşəklər oynadı, yenə daş-qaya seli başlandı. Çən-duman qoşununun 

üstünə əvvəlcə yağış ələndi, sonra iri dolular töküldü. Qoşunu bir 

yandan çapdı, doğradı, bir yandan daş-qaya seli apardı, bir yandan da 

dolu döydü, yağış əritdi, qoşunun izi-tozu da qalmadı. Çaylar, bulaqlar 

yenə bir inilti eşitdilər:  



 

22 


– Mən sizin yanınızda xəcalətəm. Bulud mənə göz veir işıq vermir. 

Günəş üzünə həsrət qalmışam, həm də, həm də… Kam dağı sözünün 

dalını demədi. Çaylar da, bulaqlar da bildilər ki, Kamın dərdi böyükdür, 

sözü çoxdur. Demək istəyir ki, siz bu qara buludu zirvəmdən endirməyə 

çalışdıqca o məni qaya – qaya sökür, daş – daş parçalayır, sinəmi odlu 

şimşəklərlə yandırır, üstümə ildırımlar atır. Demək istəyir ki, mən sizin 

xətrinizdən keçmirəm, bir bulud nədir ki, ona gücüm çatmaya!.. 

Qorxuram axırda məni "naxələf" adlandırasınız. Mən istəmirəm belə 

buludu! Bir yaxşılıq ki məni öldürməyə çalışacaq, neynirəm onu!.. Mən 

bu qara buludun qanadından tutub yerə çırparam. Elə çırparam ki, 

dağım-dağım olar, siz məndən küsməzsiniz ki?.. Çaylar çağladı:  

– Heç vaxt incimərik! Bulaqlar şırıldadı:  

– Quş kimi göylərə uçurduğumuz, zirvələr verdiyimiz qara 

buludun ömrünə heç zaman heyfslənmərik, çünki o dönük çıxdı, sizə də, 

bizə də qəsd elədi.  

 

 



QALA  

 

 Şirin qalası vardı. Bu qala ona atasından, atasına da babasından 



qalmışdı. Atası son nəfəsində öz oğluna demişdi ki, sən bu qalanın içini 

qoru, qala səni çöldən qoruyacaq. İçi düz olan qalanı çölün əyrisi yıxa 

bilməz, dağıda bilməz, belə qala çox yaşayar, çox yaşadar. Belə qala 

alınmaz, belə qalanın yiyəsi heç vaxt basılmaz.  

Şir öz atasının öyüd-nəsihətinə ürəyində gülmüşdü: "Qalanı 

içəridən də qoruyarlarmı? Qala içəridən qorunacaqdısa, niyə qurulurdu? 

Qala döyüşdən, vuruşdan sonra dincəlmək, bəd ayaqda qaçıb 

daldalanmaq, döş-döşə gələ bilmədiyin düşməni yaxına buraxıb başına 

daş-qaya yağdırmaq, hamısını bax beləcə, kündə kimi yastılamaq 

üçündür. Atam heç vaxt belə başsız-ayaqsız söz danışmazdı, yəqin, onu 

azarın, ölümün hilləti çaşdırıb"..xətrinə niyə dəyim, üzünə niyə qayıdım, 

niyə ağ olum? Qocalıb, çox qocalıb, can çəkişməsi də onu bir yanldan 

çaşdırıb, borcum kişini eşitməkdir, sözünə qulaq asmaqdır, vəsiyyətini 

yerinə yetirməyə gələndə – öz işimdir, o harda olacaq ki, mənim əhdə 

xilaf çıxdığımı görə, inciyə?.." Qala vəziri canavar idi. Qalanın içi ona 

tapşırılmışdı. Çöl vəziri tülkü idi. Tülkünün bir sürü qara qarğası vardı. 

Gündüzlər bu qara qarğalar diyar-diyar səpələnərdilər, oba-oba 

gəzərdilər. Hər yerin xəbərini gətirərdilər. Tülkü də bilirdi ki, dünyanın 




Yüklə 458,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə