İsmayıl Qarayev



Yüklə 458,19 Kb.
Pdf görüntüsü
səhifə8/23
tarix01.07.2018
ölçüsü458,19 Kb.
#52847
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

 

23 


harasında necə tərpəniş var, necə yeriş var, necə yürüş, necə qaçış var. 

Bilərdi ki, hansı çalxantının səmti hayanadır, hayanı tutacaq, hayanı 

vuracaqdır. Bilərdi ki, hansı sel hansı dağdan qalxıb, hansı dərə aşağı 

axmağa başlayıb, hansı düzü, hansı aranı öz ağzına alacaqdır. Qorxu 

gözlənəndə ayıları meşələrə dağıdardı, hərəsini bir ağacın dibinə 

düzərdi. Düşmən qoşunu görünəndə, ayılar öz işlərini bilirdilər, hərəsi 

bir yoğun budaq sınldırıb çiyninə alacaqdı, yeri gələndə 

budayacaqdı,yeri gələndə salve atacaqdı. Ayılar belə döyüşlərdən çox 

çıxmışdılar. Qalanın yan-yörəsinləki meşələri görənlər bilirdilər ki, 

buralarda vuruş gedib, sahani gedib, bu ağaclar da ona görə yaralıdır, bu 

budaqlar da ona görə ayrım-ayrımdır.  

Tülkünün iki oğlu, iki qızı vardı. Oğlunun birinə canavarın qızını 

almışdı, qızının birini canavarın oğluna vermişdi. Tülkünün də, 

canavarın da bir oğlu, bir qızı hələ subay idi.  

Bir gün qarğalar səfərdən tez döndülər, özü də onların bu xəbəri 

özgə xəbər idi: onlar uzaq bir məmləkətdə "aya çıxma, mən çıxım", 

"günə çıxma, mən çıxım" deyən bir qız görmüşdülər. Gündüz günəşin 

ondan utandığını, tez-tez buludlarda gizləndiyini görmüşdülər. 

Görmüşdülər ki, güllər, çiçəklər bu qızın gözəlliyindən xəcalət çəkirlər, 

öz gözəlliklərini, öz ətirlərini götürüb hərəsi bir kolda, hərəsi bir çətirdə 

gizləyir. Görmüşdülər ki, çəmənlik bu qızın həsrətinə dözməyib saralır, 

küləklərin qanadı o diyarda qırılıb qalıb, meh o qızı görmək üçün 

günlərlə dərələrdə yatıb, ağacların yarpaqlarına qonub intizarla 

pıçıldayıb. Göylərdən səda gəlmişdi ki, o kəndin üstündə ay doğmur, ay 

görünmür, ulduzlar uzaqlara çəkilib boylanır, bu qızın haləsi, ziyası o 

kəndin üstünü alan qara buludları da nura boyayır. Eşitmişdilər ki, 

göylərin göy mələkləri hər gecə o kəndin ağaclarına qonur, ona görə də 

o kəndə qış gəlmir, ağaclar bir yandan çiçək açır, bir yandan meyvəsi 

dərilir, kəndin çayları, irmaqları hər gecə cənnət mahnısı oxuyur, 

mələklər nəğmə deyir, yerlə göyün arası açılır, yerlə göyün arasında da 

mələklər süzür, mələklər oxuyur. Eşitmişdilər ki, o qız hara getsə 

cənnətə dönür, o qız hara ayaq bassa, gül bitir, o qızın qədəmləri dəyən 

çöllərdən dirilik çeşmələri çıxır. Eşitmişdilər ki, o qızın məmləkətinə 

heç bir düşmən qoşunu yaxın gedə bilmir, gedən kimi duz yerlər də dağa 

dönür, od-alov püskürür, qoşunu yandırıb külə döndərir. Tülkü qara 

qarğalara tapşırdı ki, daha heç yerdə, heç kimin yanında qarıldamasınlar, 

bu gizli sözü ağızlarına alıb bir də danışmasınlar. O, bu xəbəri şirə, 

canavara danışa bilməzdi. Çünki onların ikisi də tülküdən hökmlü, 




 

24 


zəhmli idilər. Tülkü onların sözünü döndərə bilməzdi, onlar bu 

bəxtiyarlığı onun əlindən çox asanca alardılar. Tülkü ayrı fənd işlətdi: 

bir axşam şirin hüzuruna getdi. Şahın taxtının yanında dizin-dizin 

süründü. Əllərini sinəsinə qoyub başını dönə-dönə endirdi, təzim etdi, 

yalan bir xəcalətdən ət tökə-tökə dillənldi:  

– Şahım, bir qələt eləmişəm, heç bilmirəm günahımdan 

keçəcəksinizmi? Şir başını dala atıb nərildədi: – Nə günah, nə qələt?… 

Yoxsa, yatıb yuxuya qalmısınız, düşmən qoşunu qalaya doluşub? Tulkü 

tər tökə-tökə irişdi:  

– Xeyr, şahım!… Şir taxtından qalxdı, bağırdı:  

– Bə nə?.. Bundan betər bir günah?… Tülkü boynunu əydi, başını 

bir çiyninə yazıq-yazıq yatırtdı: – Xeyr, şahım!.. Şir bir addım irəli atdı, 

bir qolunu göyə qaldırdı, əlini kəfəsini tülkünün başına çırpmaq istədi, 

lakin qolunu qeyzlə endirib yanına saldı:  

 

– Bə nə ?.. Tülkü səsini nazildib iynənin ulduzundan keçirdi:  



– Şahım, bayaq dilim dolaşdı, dedim ki, bir qələt eləmişəm, hələ 

ortada heç bir şey yoxdur, olasıdır. İstədim biləm nə məsləhət 

görərsiniz… Şir geri çəkilib taxtında oturdu:  

– Niyə? Tülkü bir az da əzilib-büzüldü: bir yumub beş tökə-tökə 

açıldı:  

– Kiçik oğlumun başına hava gəlib. Allah heç kimə övlad dərdi 

göstərməsin. Yandırır bizi, tüstümüzü təpəmizdən çıxarır. Şirin qaşları 

endi, onun da gözləri yaşardı. Amma yenə də öz vəfalı vəzirinə ürək-

dirək verməyi unutmadı:  

– Allah min dərd verib, min bir dərman. Darıxma, arıları 

çağıraram, hər çiçəkdən bir damcı şirə çəkərlər, oğlun da olar sapsağ, 

anadangəlmə!.. Bəyəm biz ölmüşük ki, sənin oğlunun dərdinə çarə 

tapılmaya?!.. Tülkü zoqquldadı. Sinəsi atdım-atdım atlandı. Gözünün 

yaşı yerə ələndi:  

– Kaş xəstələnəydi!.. Belə olsa nə vardı ki!… Bunun dərdi ayrı 

dərddi, şahım, deyiləsi deyil. Şir əllərini taxtın yanlarına verib qabardı:  

– Yəni elə bir şey olar ki, dünyada bizim gücümüz çatmaya?!. 

Tülkü səsini qıra-qıra zarıdı:  

– Bir çaqqalın qızını istəyir. Şirin qaşları çatıldı:  

– Çaqqılın?..  

Tülkü hönkürdü:  



 

25 


– Neyləyim, balamdır, başını öz əlimlə kəsə bilmirəm, deyirəm 

atası atamızın, anası anamızın tayı deyil, bizi gülünc yeri eləmə. Deyir, 

mənə onu almasınız, özümü öldürəcəyəm, dizinizi döyə-döyə, saçınızı 

yola-yola qalacaqsınız. Deyir şir əminin oğlu belə bir sevdaya düşsə – o 

belə bir bəlanın nə olduğunu yaxşı bilir – oğlunu könül xəstəsi eləməzdi. 

Şir dərdli-dərdli gülümsündü, təəsüflə başını yırğaladı. Tülkü nə 

dediyini yaxşı bilirdi, axı şir də bir pələngin qızını sevmişdi. Atası aman 

verməmişdi. Şir o vaxtdan arzu-kam yanıqlısı idi. Həsrəti gözlərində 

saralmışdı, intizarı bəbəklərində solmuşdu. O günlər yadına düşəndə 

şirin gözlərindəki həsrət, intizar hönkür-hönkür ağlayırdı. Şir kövrək bir 

səslə dilləndi:  

– Göz tutan gözəl olar. Tülkü, get toya hazırlaş. Tülkü qalxıb şirin 

ayaqlarını qucaqladı, duz kimi yaladı. O, bir gecə həmin kəndə qoşun 

göndərdi. Ayılar kəndi dövrəyə aldılar. Kəndə bir ins-cinsi girib-

çıxmağa qoymadılar. Səhər tezdən ora qara qarğalar uçdu, həmin evin 

üstündən fırlandı, qarıldaşdı, qızın yerini nişan verdilər. Bir dəstə ayı 

qızı hop götürüb kəcavəyə qoydu, qalaya gətirdi. Tülkü qırx gün, qırx 

gecə toy vurdurdu. Toydan az sonra bir istədi qara qarğaları başlı-başına 

buraxsın, ayılara: "Gedin, kef eləyin, lazım olsanız çağırtdıraram", – 

desin. Özü də külfətini götürüb bir gecənin qaranlığında aradan çıxsın, 

bir dağın döşündə məskən salsın. Şir ona neynəyə bilərdi? Dünyanın 

qoşunu axıb gəlsə yanıb kösövə, külə dönməzdimi? Axı onun üzünün 

nuru ilə hər bir bəlanı uzaqlarda çürüdən, özünə öz istədiklərinə yaxın 

gəlməyə qoymayan gəlini vardı. Amma Tülkü belə eləmədi, bu işin 

axırının xeyir-şərini gözlədi. Sonra da üstünə öz-özünə gələn bəlanın 

görünməyən yollarına baxa bilmədi, bəlanı qurdalamağı, oyadıb – 

oynatmağı, qala üzərinə tez gətirtməyi, gəlinin necə bir gəlin olduğunu 

yəqin etməyi, onun ayağının sayəsinin öz evinə düşüb-düşmədiyini 

sınaqdan keçirməyi fikirləşdi. Qara qarğaları qalanı neçə dəfə dağıtmaq 

istəyən fillər diyarına göndərdi. Tapşırdı ki, ora çatanda dilinizi, 

donunuzu dəyişin, bir paranız ala qarğaya, bir paranız da sağsağana 

dönsün. Ala qarğaya dönənlər göylərdə uçsun, şığısın, az-az qarıldasın, 

sağsağana dönənlər ağaclara qonsun,budaqdan-budağa keçsin, 

yarpaqları dimdikləsin. Qabaqca sağsağanlar danışsın, sonra da ala 

qarğalar. Sözünüz bir-birinə düz gəlsin. Deyin ki, ey fillər padşahı, şir 

ayıların hərəsinə bir sapan verib, onların atdıqları hər daş hansı birinzin 

boş böyrünə dəysə, deşib o yana keçəcək. Qoşunun bir yarısının əlində 

ütülüb dəmirə döndərilmiş pərdilər var, hansınızın başına ensə, para-para 




Yüklə 458,19 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə