İsrafil İsmayılov azərbaycan nefti XX əsrdə



Yüklə 425,17 Kb.
Pdf görüntüsü
səhifə1/14
tarix15.03.2018
ölçüsü425,17 Kb.
#31600
  1   2   3   4   5   6   7   8   9   ...   14


İsrafil  İsmayılov

AZƏRBAYCAN  NEFTİ 

XX  ƏSRDƏ

(hərbi-siyasi baxış)

Azərbaycan  Respublikası  Prezidentinin 

işlər İdarəsi 

.

PREZİDENT KİTABXANASI

Bakı - 2007


İsmayılov  İsrafil  Zakir  oğlu.  AZƏRBAYCA? 

NEFTİ  XX Ə SR D Ə   (hərbi-siyasi baxış).  Bakı.

030


ISB №5  89-96-8-0-91-1


İLHAM   ƏLİYEV

Azərbaycan  Respublikası  Dövlət  Neft  Şirkətinin  birinci 

vitse-prezidenti  (1994-cü  ilin  mayından),  Azərbaycan 

Respublikasının  Baş  Naziri  (2003-cü  ilin 4 avqustundan), 



AZƏRBAYCAN RESPUBLİKASININ 

PREZİDENTİ 

(2003-cü  ilin 



15 

oktyabrından)




G İ R İ Ş

Azərbaycan nefti dünya siyasətində mövzusunun geniş 

planda  işlənməsinin  vacibliyi  ilk  dəfə  ulu  öndər  Heydər 

Əliyev tərəfindən tövsiyə edilmişdir və  onun  1994-cü ilin əv­

vəlində verdiyi  tapşırığa əsasən Azərbaycanda  1994-cü ildən 

başlayaraq  nəşr  edilmiş  «Azərbaycan  nefti  dünya  siyasətin­

də»  adlı  beşcildlik  əsər  vətənimiz  Azərbaycana  böyük  sevgi 

hissi ilə yazılmışdır.

«Azərbaycan  nefti dünya siyasətində» adlı bu kitabın I 

cildində  «Oxuculara»  adlı  bölmədə  deyilir  ki,  «Müstəqil 

Azərbaycan Respublikasının milli sərvəti olan neft ölkə iqti­

sadiyyatının  inkişafına  təsir  göstərməklə  yanaşı,  həm  də 

mühüm siyasi əhəmiyyət kəsb edir».

Dünya  miqyaslı  dövlət  xadimi  Heydər  Əliyevin  neft 

diplomatiyasında  yürütdüyü  uğurlu  siyasi  strategiya  Azər­

baycanın  inkişaf etmiş  dövlətlər  sırasına  çıxması  üçün  çox 

böyük  perspektivlər  açmışdır.  Amerika  Birləşmiş  Ştatları  və 

Azərbaycan  Prezidetləri  arasında  1997-ci  ildə və  sonrakı  il­

lərdə  olmuş görüşlər zamanı imzalanmış çoxsaylı sənədlərdə 

müdafiə  və  hərbi  əlaqələr  sahəsində,  energetikanın  inkişafı 

ilə  bağlı  dialoqlar  yaranmış  və müvafiq  siyasi  tədbirlər  işlə­

nib hazırlanmışdır.

Azərbaycan  nefti  və  xüsusilə  onun  əsas  tərkib  hissəsi 

olan  Abşeron  yarımadasının  nefti  haqqında  Azərbaycanın 

alim  və  mütəxəssisləri  kifayət  qədər  tədqiqatlar  aparmış  və 

kitablar  yazmışlar,  və  çoxlu  kitablar  nəşr  olunmuşdur.  La­

kin  bu  neftin  XX  əsr  çərçivəsində  beynəlxalq  aləmdə  siyasi 

və  xüsusilə  hərbi  -   siyasi  rolu  və  əhəmiyyəti  haqqında  əsər­

lər  yox  dərəcəsindədir.  Mərkəzi  kitabxanalarda  adları  çəki­

lən  R.İ.Berzinin,  «Мировая  борьба  за  нефть»  (M. 1922)  ki­

tabım,  F.Delezinin  «Neft»  (fransız  dilindən tərcümə,  Mosk­

va,  1923) kitabını hətta tapmaq çox çətindir.

Abşeronda  ən  zəngin  neft  yataqları  Balaxanı,  Sabun­

çu,  Ramana,  Suraxanı,  Bibiheybət,  Binəqədi,  Qaraçuxur,

5



Lökbatan, Puta-Quşxana və Qalada yerləşirdi.

Azərbaycanın  əraziləri  də  dünyada  mühüm neft  çıxar­

ma  mənbəyi  kimi məşhurdur.  Hələ  1901-ci  ildə dünyada  çı­

xarılmış  20  milyon  tondan  bir  qədər  artıq  neftin  yarıdan 

çoxu  Azərbaycanın  Abşeron-arxipelaqının  payına  düşürdü. 

Abşeronda  çıxarılan  neft  dünyada  ən  yüksək  keyfiyyətli 

neftlərdən biri kimi qəbul edilmişdir.

Azərbaycanda  Xəzər  dənizində  ilk  dəniz  neft  quyusu 

1925-ci  ildə  qazılmışdır.  Dünyada  məşhur  olan  Neft  Daşla­

rında  isə  ilk  neft  şəhəri  yaradılmasına  1949-cu  ildə  başlan­

mışdır.

1837-ci  ildə  Bakı ətrafındakı  Balaxanı  adlanan  sahədə 



ilk  sadə neft  ayırma  zavodu,  1861-ci  ildə isə  Suraxanıda  sə­

nayeçi  Kokorev  tərəfindən  məşhur  rus  alimi  D.İ.Mendele- 

yevin köməyi ilə kerosin zavodu tikilmişdir.

Bakıda  ilk  neft  emalı  zavodunu  1863-cü  ildə  bakılı 

texnik  Cahangir  Məlikov  tikdirmişdir.  1868-ci  ildə  Bakıda 

23  kiçik  neftayırma  zavodu  var  idi.  1873-cü  ildə  bakılı  tex­

nik  A.Təbrizov  neftin  fasiləsiz emalı  prosesini  işləyib  hazır­

lamışdır.  1875-ci ildə  Bakıda  neft  emalı  müəssisələrinin  sayı 

62-yə çatmışdı.

XIX  əsrin  sonuna  yaxın  (1894-cü  il)  Azərbaycanda 

neft  istehsalı  340  milyon  pula,  yəni  ABŞ-dakı  səviyyəyə 

çatmışdı və  1901-ci il ərəfəsində Azərbaycan neft hasilatında 

dünyada birinci yerə çıxdı.

Azərbaycan  Prezidenti  İlham  Əliyev  «Azərbaycanın 

Kaspi  nefti»  adlı  böyükhəcmli  əsərində  yazır:  «Azərbayca­

nın  əraziləri  onun  qeostrateji,  coğrafi,  hərbi-siyasi  vəziyyə­

tinə,  təbii sərvətlərin müxtəlifliyinə və vəsaitləri üzrə ehtiyat­

larının  tükənməzliyinə  görə  minilliklər  ərzində  dünyanın 

görkəmli  mədəniyyətlərinin,  iri  etnosların,  son  əsrlərdə  isə 

dünyanın ən iri dövlətlərinin diqqət mərkəzindədir».1 Əsərin 

III  bölməsi  «Xəzəryanı  regionda  geostrateji  aspektlər»  ad-

1 Ильгам Алиев.  Каспийская нефть Азербайджана. Москва, 2003, 

с.549.

6

Janır  və  bəhs  etdiyiniz  mövzu  üçün  xüsusi  əhəmiyyət  kəsb 



edir.

Bakıda  1863-cü  ildə  olmuş  məşhur  rus  alimi 

D.t.Mendeleyev  özünün  «Бакинское  нефтяное  дело»  adlı 

kitabında (1886-cı il) yazmışdı:  «Bakıda  gördüklərim və öy­

rəndiklərim  məndə  belə  bir  fikir  oyadır  ki,  Rusiyamn  mər­

kəzində  zavodlar  yaradılması  barədə  daha  ucadan  və  daha 

təkidlə  danışmaq  hər  şeydən  mühümdür -  bunun  vaxtı  çat­

mışdır».1

Bakı  nefti  Rusiyanın  ehtiyacını  ödədiyi  üçün  1883-cü 

ildən  başlayaraq  Amerikadan  Rusiyaya  ağ neft  gətirilməsi 

dayandırılmışdı.

Azərbaycan  Xalq  Cümhuriyyəti  dövründə (1918-1920) 

beynəlxalq  konfranslarda  iştirak  etmək  üçün  yaradılmış 

dövlət  komissiyasının  (sədri  Əlimərdan  bəy  Topçubaşov 

olmuşdur)  üzvü  Miryaqub  Mehdizadə,  siyasi  mühacir  ola­

raq  Türkiyədə  yaşadığı  dövrdə,  1928-ci  ildə  İstanbulda 

«Beynəlmiləl  siyasətdə  petrol»  adlı  əsərini  çap  etdirdi.  Hə­

min  kitaba  Məhəmməd Əmin Rəsulzadənin yazdığı  «Bir-iki 

söz»  adlı  təqdimatda  deyilir:  «Hürriyyət  və  istiqlal  mücadi- 

ləsinə  əzm  edən  Azərbaycan  xalqı  bu  böyük  nemətin  ancaq 

millətin  kəndi  fədakarlığı  və  əzmi  nəticəsində əldə ediləcəyi­

ni  bilməz  deyildir...Xəzərin  köpürən  dalğaları  qəhrəman 

azəri gənclərinin qanı ilə əlvan olmuşdur....əvət Azərbaycan 

istiqlalı  uğrunda  qanlı,  fəqət  şanlı  mücadilə  davam  edir... 

Azərbaycan  xaricə  ehtiyac  göstərmədən  kəndi  iqtisadi  im­

kanları  və  müstəqil  bir həyat yaşamaq  istedadında  bulunan 

müstəsna məmləkətlərdəndir...

Petrol,  cahan  siyasətinin  ən  müasir  amili  olan  bu  axar 

altun,  bu  gün  Azərbaycanın  talesizliyinin  mövcudi  olmuşsa 

da,  yarın,  digər  bir  şəraitdə,  səadət  və  rifahını  təminə  nami­

zəddir.

Ümumi  cahan  petrol  hasilatında  Azərbaycan  Ameri­



kadan sonra ikinci mövqeyi tutmaqdadır.  Bu münasibətlə o,

1 Bax. Azərbaycan nefti dünya siyasətində. I cild, Bakı,  1997, s.159.

7



Yüklə 425,17 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə