“İsrail-Fələstin münaqişəsi Oslo prosesindən sonra: yeni problemlər



Yüklə 0,82 Mb.
Pdf görüntüsü
səhifə2/32
tarix15.03.2018
ölçüsü0,82 Mb.
#31966
1   2   3   4   5   6   7   8   9   ...   32

 

 



 -  HƏMAS-ın  ideologiyasının  meydana  gəlməsində  ən  əhəmiyyətli  faktorlardan 

olan  Siyasi  İslam  anlayışının  müəyyənləşdirilməsi  və  HƏMAS  ideoloji  və  fikri 

quruluşunun əsasları araşdırılması 

    Tədqiqatın  obyekti  .  Tədqiqat  işinin  obyekti  rolunda  İsrail-Fələstin  münaqişəsi 

dinamikasında Soyuq müharibədən sonrakı dövr və probleminin həlli istiqamətində 

atılan addımlar çıxış edir.  

    Tədqiqatın  predmeti.Tədqiqat  işinin  predmeti    Bilavasitə  münaqişənin  inkişaf 

mərhələsinin  Oslo  sülh  danışıqları  dövrü  və  XXI  əsrdə  problemin  transformasiya 

olunduğu şərait və perspektiv həlli yollarıdır. 

       Ədəbiyyatın  təhlili.Tədqiqat  işində  politologiyanın  beynəlxalq  münasibətlər 

nəzəriyyəsinin beynəlxalq hüququn elmi-kateqorial aparatından istifadə edilmişdir. 

İsrail-Fələstin  münaqişəsi  Oslo  prosesindən  sonra:  yeni  problemlər  münaqişənin 

həlli  perspektivləri  mövzusunun  araşdırılmasında  azərbaycanlı  və  xarici 

tədqiqatçıların əsərləri və çoxsaylı  internet resursları təşkil etmişdir. 

    Elmi  yenilik.  İsrail-Fələstin  münaqişəsi  2001  –ci  il  11  sentyabr  terror 

hadisəsindən  sonra  ABŞ-ın  bütün  dünyaya  demokratiya  gətirmə  və  terrorla 

mübarizə  hərəkatı  real  mənada  münaqişənin  transformasiyasında  mühüm  rol 

oynadı. Dünya arenasında olan bir çox dövlətlərin demokratik seçki keçirməkdən 

aciz  olmasını  beynəlxalq  demokratiya  uğrunda  mübarizə  aparan  təşkilatlar 

vurğuladıqları  dövrdə  Yaxın  Şərqin  ən  qızğın  nöqtəsində  Fələstində  demokratik 

səsverə  nəticəsində  Avropa  Birliyi  və  ABŞ  tərəfindən  terror  təşkilatı  kimi  qəbul 

edilən  HƏMAS-ın  qalib  gəlməsi  Siyasi  islamın  yüksəlişi  və  İslami  Müqavimət 

Hərəkatının  qələbəsi  olaraq  qiymətləndirilməlidir.Məhz  bu  səbəblə  də  tədqiqat 

işində yenilik olaraq : 

- Mütəşəkkil Fələstin müqavimətinin ən əhəmiyyətli aktyorlarından olan əl-Fəth və 

FAT- haqqında da geniş araşdırma öz əksini tapıb.  




 

 



- HƏMAS-ın bir təşkilat kimi ortaya çıxışı, təşkilatın strateji zehniyyəti, siyasi və 

hərbi və maliyyə strukturu araşdırılmışdır.  

-1993-ci  ildən  başlayan  Fələstin-İsrail  Oslo  Görüşündə    HƏMAS  vətəndaşlara  

səslənişi  və  çağırışı  və  vətəndaşların  real  mənada  bu  çağırışa  cavab  verməsi 

incələnmişdir.  Yenə  bu  hissədə  Həmasın  Fələstində  2006-ci  ildə  keçirilən 

seçkilərdə  iqtidara  aparan  proses  və  seçim  nəticələri  araşdırılmaqdadır.  Nəticə 

hissəsində  isə  HƏMAS  iqtidarının  Fələstin-İsrail  qarşıdurmasına  təsirləri  ilə 

Fələstində HƏMAS iqtidarı sonunda Yaxın Şərqdə qalıcı bir sülhün təmin edilmə 

imkanları qiymətləndirilmişdir. 

 Tədqiqat  işinin  strukturu.  Tədqiqat    işi  girişdən,  səkkiz  paraqrafı  əhatə  edən  üç 

fəsildən, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir

   I  fəsildə  İsrail-Fələstin  münaqişəsinin  tarixi  kökləri  araşdırılmışdır.  Yaxın  Şərq 

regionunun tarixi, dini,iqtisadi, siyasi əhəmiyyəti təhlil edilmişdir. Bu zaman həm 

İsrail mövqeli, həm  də Ərəb meyilli müəlliflərin yanaşmaları dəyərləndirilmişdir. 

Araşdırma  zamanı  həm  yerli,  həm  də  dünya  mətbuatında  dərc  olunmuş 

informasiyalara əsaslanılmışdır. 

    II  fəsildə  SSRİ-nin  süqutundan  sonra  təkqütblü  dünyadakı  İsrail-Fələstin 

münaqişəsinin  yeni  mühitə  transformasiya  olunması  və  Oslo  sülh  danışıqları 

prosesi,  eləcə  də  Oslo  prosesindən  sonrakı  dövrdə  münaqişənin  dinamikası  əks 

araşdırılmışdır. 

    III fəsildə isə məhz qloballaşma mərhələsində, beynəlxalq hüquq və demokratik 

dəyərlər  fonunda  münaqişənin  daxili  aspektləri,Müsəlman  Müqavimət  Hərəkatı- 

Siyası İslam, bu ideologiya ilə iqtidara gələn HƏMAS təşkilatı araşdırlmışdır. 



 

 

 


 

 



I Fəsil. Münaqişənin tarixi kökləri, böyük güclərin Fələstin siyasəti 

1.1 

Yaxın Şərqin tarixi, dini, iqtisadi və geosiyasi əhəmiyyəti 

       Fələstin-İsrail  münaqişəsinin  mənşəyində,  məşhur    iki  düşmən  cəmiyyət 

arasında  yaşanan  tarixi  və  dini  uzlaşmazlıqlardan  qaynaqlanan  hadisələr  dayanır. 

Fikrimizcə  bu  düşüncə  doğru  deyil.  Dünya  tarixinə  baxıldığında  qonşu  bir  çox 

ölkələrin  arasında  düşmənçiliyin  yaşandığını  görə  bilərik,yaşanan  problemlər 

beynəlxalq  aktorların  və  cəmiyyətin  dəstəyi  hətta  bəzən  təzyiqi  ilə  problem  həll 

edilir,  həll  edə  bilmədiyi  vəziyyətlərdə  isə  var  olan  münaqişənin  ən  azından  isti 

qarşıdurma  mühitinə  çatmasına  maneə  törədilir.  Lakin  Fələstinlə  İsrail  arasında 

təxminən  bir  əsrdən  çox  zamandır  davam  edən  düşmənçilik,  münaqişə  hər  keçən 

gün  artaraq  davam  etməkdə,  beynəlxalq  aktyrlar  həll  üçün  təşəbbüs  ortaya 

qoymadığından beynəlxalq cəmiyyətin təzyiqi da müəyyən bir nöqtədə tıxanır. Bu 

baxımdan  Fələstin-İsrail  qarşıdurmasının  tarixi  müddətindən  əvvəl,  Fələstin  və 

İsrail  xalqları  arasında  olan  bu  düşmənçiliyin  mənşələrini  araşdırmaq 

lazımdır.Qarşıdurmanın  kökündə  Anti-semitizm  və  Sionizmin  çox  böyük  rolu 

vardır.  Anti-Semitizm,  Yəhudilərdə  travmatik  bir  təsir  yaradarkən

1

  Sionizm; 



Fələstinlilərə,  Yəhudilərin  tarixdə  yaşadıqları  acıları  yaşatmışdır.  Amma  Anti-

Semitizm,  Qərb  sivilizasiyasının  Yəhudilərə  uyğulamaları  ikən,  Sionizm, 

Fələstinliləri  hədəf  almışdır.  Bu  səbəbdən  Fələstinlilərin  bu  qarşıdurmada 

olmasının tək səbəbi bu torpaqlarda yaşamalarıdır.  



      Anti-Semitizm 

      Burada  ilk  olaraq  Anti-Semitizm  tərifi  üzərində  durulduktan  sonra, 

AntiSemitizmin  ortaya  çıxma  səbəbləri  araşdırılmaq  lazımdır.  Son  olaraq  Anti-

Semitizm'in qısaca tarixi üzərində durmaqla bu ifadəni araşdıraq. 



     

                                                           

1

 Armaoğlu, Fələstin Meselesi …, s. 5. 




Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə