İstedadlı, həssas, alicənab və xeyirxah dostum Frank Harrisə xırda bir ithaf



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə1/26
tarix28.06.2018
ölçüsü0,56 Mb.
#52321
  1   2   3   4   5   6   7   8   9   ...   26


İDEAL ƏR 

(Dördpərdəli komediya) 

  

İstedadlı, həssas, alicənab və xeyirxah dostum Frank Harrisə xırda bir ithaf 



 

 

İŞTİRAKÇILAR: 



Qraf Kaverşem – Qarter ordenli kavaler 

Vikont  lord Qorinq – onun oğlu 

Ser Robert Çiltern – baron, xarici işlər nazirinin müşaviri 

Vikont de Nanjak – Londonda fransız səfirliyinin attaşesi 

Mister Monford 

Meyson – ser Robert Çilternin eşikağası 

Fipps – lord Qorinqin eşikağası 

Ceyms, Harold – nökərlər 

Ledi Çiltern 

Ledi Markbi 

Qrafinya Bezildon 

Missis Marçmont 

Miss Meybl Çiltern – ser Robert Çilternin bacısı 

Missis ÇİVLİ 

 

 

 



 

Birinci pərdə. Ser Robert Çilternin Qrosvenor meydanındakı evi. Səkkizguşəli zal  

İkinci pərdə. Ser Robert Çilternin qonaq otağı 

Üçüncü pərdə. Lord Qorinqin Kurzon stritdəki evinin kitabxanası 

Dördüncü pərdə. İkinci pərdədəki şərait 

 

Hadisələr bizim günlərdə Londonda cərəyan edir. 



 

Pyesin bütün hadisələri 24 saat ərzində baş verir. 

      

 

BİRİNCİ PƏRDƏ 



 

Ser Robert Çilternin Qrosvenor meydanındakı evi. Səkkizguşəli zal. Otaq 

işıqlıdır, qonaqlarla doludur. Yuxarıda pilləkəndə ledi Çiltern durub. İyirmi yeddi 

yaşı olar. Gözəldir, klassik gözəlliyi olan bir qadın tipi. O, yuxarı qalxan 




qonaqları salamlayır. Tavandan pilləkənin üstüylə şamdanlı çilçıraq sallanır. 

Pilləkənin divarından XVIII əsr iri fransız xalçası asılıb; üstündə Buşernin 

“Məhəbbətin təntənəsi” təsvirləri var. Sağ tərəfdəki qapıdan zəif musiqi səsi gəlir, 

simli kvartet səsidir. Sol tərəfdəki qapılar o biri otaqlara açılır. Missis Marçmont 

və ledi Bezildon XVI Lüdovik üslublu divanda yan-yana oturublar. Hər ikisi çox 

qəşəngdir, incə və zərif görünür.  İncə cazibədarlıq onların maneralarına bir qədər 

də füsunkarlıq gətirir. Vatto bu vəziyyətdə onların portretlərini məmnuniyyətlə 

çəkərdi. 

 

MİSSİS MARÇMONT. Marqaret, bü gün Hartloksa gedəcəksiniz? 



LEDİ BAZİLDON. Yəqin ki! Bəs siz? 

MİSSİS MARÇMONT. Mən də gedəcəyəm. Onlar darıxdırıcı ziyafətlər verirlər,  

eləmi? 

LEDİ BAZİLDON. Daha deməyin, dəhşətdir! Özüm də məəttəl qalıram ki, mən 



ora niyə gedirəm. Heç anlaya bilmirəm: ümumiyyətlə, axı mən belə yerlərə nə 

üçün  gedirəm? 

MİSSİS MARÇMONT. Məsələn, mən bura gəlirəm ki, maraqlı və faydalı bir şey 

öyrənim. 

LEDİ BAZİLDON. Ah!  Mənim öyrənməkdən zəhləm gedir! 

MİSSİS MARÇMONT. Elə mənim də. Həm də axı belə yerlər adamı işgüzar 

dairələrlə bir səviyyədə qoyur, elə deyil? Lakin əziz Gertruda Çiltern həmişə deyir 

ki, guya, mənim gərək həyatda ciddi məqsədim olsun. Bura da onu tapmaq 

ümidiylə gəldim. 

LEDİ BAZİLDON (qonaqlara dəstəli gözlüyü ilə baxır). Axı mən burada həyatın 

ciddi məqsədi ola biləcək elə bir adam görmürəm. Bax, o cənab var e, məni stola 

dəvət edən, elə bütün günü mənə öz arvadından danışdı. 

MİSSİS MARÇMONT. Nə bayağı adammış! 

LEDİ BAZİLDON. Çox bayağı və duzsuz! Bəs sənin kavalerin nə danışırdı? 

MİSSİS MARÇMONT. Mənim haqqımda danışırdı. 

LEDİ BAZİLDON (süzgün-süzgün). Maraqlıydı sizə? 

MİSSİS MARÇMONT (başını bulayaraq). Bir damcı belə maraqlı deyildi. 

LEDİ BAZİLDON. Ah, əzizim Marqaret, biz sizinlə necə də əzabkeşik! 

MİSSİS MARÇMONT (durur). Bu, bizə necə də yaraşır, Oliviya! 

 

 



Hər ikisi durub musiqi çalınan zala tərəf gedir. Cavan attaşe, öz qalstukları və 

ingilispərəstliyi ilə tanınan vikont de Nanjak yaxınlaşır, yüngülvari təzim edir və 

söhbətə qoşulur. 

 

MEYSON (pilləkənin yuxarısından təzə qonaqların gəldiyini elan edir). Mister və 



ledi Ceyn Barford. Lord Kaverşam. 


 

Lord Kaverşam, görünür, yaşlı bir centlmendir, təxminən, yetmiş yaşı var; qırmızı 

lent və Qarter ordeni taxıb, lap köhnə liberalların bir tipidir, Lorensin 

rəsmlərindəki adamlara bənzəyir. 

 

LORD KAVERŞAM. Axşamınız xeyir, ledi Çiltern! Mənim avara oğlum hələ 



gəlməyib? 

LEDİ ÇİLTERN (gülür). Yox, lord Qorinq hələ gəlib çıxmayıb, deyəsən! 

MEYBL ÇİLTERN (lord Kaverşama yaxınlaşır). Nə üçün siz lord Qorinqə avara 

deyirsiniz? 

 

Meybl Çiltern alma ağacının çiçəkləri kimi ağ-çəhrayı rəngdə olan ingilis qadın 



gözəlliyinin mükəmməl nümunəsidir; ondan təzə-tər yaz güllərinin ətri gəlir. 

Saçlarından zər tökülür, elə bil, günəşin şüalarıdır, bərq vurur; xırda ağzında 

dodaqları azca aralıdır, uşaq kimi, elə bil, nəsə gözləyir. O, gəncliyinin və 

bakirəliyinin son dərəcə cazibədar amansızlıq, heyranedici ərköyünlük çağındadır. 

Sağlamdüşüncəli adamlar üçün o heç bir incəsənət əsərini xatırlatmır; lakin o, 

həqiqətən, Tanaqra heykəlciyinə bənzəyir: belə bir kompliment, yəqin ki, bu 

xanımın heç xoşuna gəlməzdi. 

 

LORD KAVERŞAM. Çünki o, avara həyat tərzi keçirir. 



MEYBL ÇİLTERN. Bunu necə dilinizə gətirirsiniz? Hər səhər saat onda mən 

görürəm ki, o, Haydparkda at sürür, həftədə üç dəfə operaya gedir, gündə, heç 

olmasa, yeddi dəfə paltarını dəyişir, demək olar ki, hər axşam ziyafətlərə gedir… 

Bunun harası avara həyat oldu? 

LORD KAVERŞAM (qadına baxır, gözlərində minnətdar bir təbəssüm var). Siz, 

doğrudan da, füsunkar gənc ledisiniz! 

MEYBL ÇİLTERN. Oh, lord Kaverşam, siz necə də mərhəmətli və 

nəzakətlisiniz! Xahiş edirəm bizə tez-tez gəlin. Bilirsiniz ki, biz hər çərşənbə evdə 

oluruq. Oh, orden sizə necə də yaraşır! 

LORD KAVERŞAM. Mən heç yerə getmirəm! Düzü, London cəmiyyətindən 

bezmişəm. Əgər məni öz şəxsi dərzimə təqdim etsələr, etiraz etmərəm; çünki o, 

həmişə bilir kimə səs vermək lazımdır. Amma heç vaxt arvadımın şlyapasını tikən 

dərzisinin stolunda oturmaram. Çünki ledi Kaverşamın bütün şlyapaları çox pis 

gündədir. 

MEYBL ÇİLTERN. Ah, belə deməyin, lord Kaverşam! London cəmiyyətinə nə 

olub axı, mən onu sevirəm! Düşünürəm ki, son zamanlar o, yaxşılığa doğru xeyli 

dəyişib. Məncə, indi bizim cəmiyyət gözəl sarsaqlardan və parlaq lunatiklərdən 

ibarətdir. Elə cəmiyyət bunlardan ibarət olmalıdır da! 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə