İstedadlı, həssas, alicənab və xeyirxah dostum Frank Harrisə xırda bir ithaf



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix28.06.2018
ölçüsü0,56 Mb.
#52321
1   2   3   4   5   6   7   8   9   ...   26

LORD KAVERŞAM. Hm! Bəs Qorinq bunlardan hansıdır: gözəl sarsaq, yoxsa 

parlaq lunatik? 

MEYBL ÇİLTERN (ciddiyyətlə). Hələlik lord Qorinqi xüsusi kateqoriyaya aid 

etmək məcburiyyətində qalmışam. Amma o, sürətlə inkişaf edir. 

LORD KAVERŞAM. Hansı tərəfə inkişaf edir? 

MEYBL ÇİLTERN (yüngülcə əyilərək). Çox güman ki, bu yaxınlarda bunu sizə 

deyəcəyəm, lord Kaverşam… 

MEYSON (qonaqların gəldiyini elan edir). Ledi Markbi! Missis ÇİVLİ! 

 

Ledi Markbi və missis ÇİVLİ daxil olurlar. Ledi Markbi xoşagəlimli yaşlı bir 



qadındır, cəmiyyət arasında tanınır, ağ saçlarını səliqə ilə “à la marquise” 

formasında düzəltdirib, əynində gözəl krujevası var; onu müşayiət edən missis 

ÇİVLİ arıq, uzun qadındır, quru, qırmızı rəngdə boyanmış dodaqları onun ağbəniz 

çöhrəsini, elə bil, ikiyə bölüb; sarışın saçları, qartal burnu, uzun boynu var; boz- 

yaşıl, narahat gözləri var. Günçiçəyi paltarının üstündə brilyant qaşlar var, səhləb 

çiçəyinə bənzəyir, adamda maraq oyadır. Qadının bütün hərəkətləri gözəl görünür 

və ümumilikdə o, incəsənət əsəridir, lakin bu əsərdə həddən artıq çox məktəbin 

təsirlərinin izləri görünür. 

 

LEDİ MARKBİ. Əzizim  Gertruda! Axşamınız xeyir olsun! Sizin 



qonaqpərvərliyiniz və lütfkarlığınızdan istifadə edib mən öz rəfiqəm missis 

ÇİVLİi də buraya gətirmişəm. Sizin kimi gözəl qadınlar bir-birinizi gərək ki 

tanısınlar! 

LEDİ ÇİLTERN (mülayim təbəssümlə missis ÇİVLİə sarı gedir, sonra qəflətən 

dayanır, amiranə təzim edir). Məncə, biz haradasa görüşmüşük missis ÇİVLİlə. 

Onun ikinci dəfə ərə getdiyini bilmirdim. 

LEDİ MARKBİ (mehribancasına). Ah, bizim günlərdə qadınlar daha tez-tez ərə 

getməyə başlayıblar, elə deyilmi? İndi bu bir dəbdir. (Hersoginya Meriboroya 

üzünü tutur.) Axşamınız xeyir, əziz hersoginya, hersoq necədir? Kəmağıllığı hələ 

də var? Hə, belə də olmalıydı… elə onun mərhum atası da ağıldan zəif 

idi…Nəsildən-nəslə söhbəti var e! Elə deyil? 

MİSSİS ÇİVLİ (yelpiyini yellədə-yellədə). Ledi Çiltern, doğrudan, biz sizinlə 

görüşmüşük? Yadıma sala bilmirəm harada… Mən uzun müddət idi İngiltərədə 

deyildim… 

LEDİ ÇİLTERN. Missis ÇİVLİ, biz məktəbdə bir yerdə oxumuşuq. 

MİSSİS ÇİVLİ (ucadan). Doğrudan? Mən tamam məktəb illərimi unutmuşam. 

Bircə onu deyə bilərəm ki, o illər acı xatirələr kimi yaddaşımda qalıb. 

LEDİ ÇİLTERN (soyuq tərzdə). Bu, məni heç də təəccübləndirmir! 

MİSSİS ÇİVLİ (qılıqla). Ledi Çiltern, bəri başdan deyim ki, sizin ərinizlə tanış 

olmağı səbirsizliklə gözləyirəm. O, xarici işlər nazirliyinə gedəndən Vyanada 




ancaq ondan danışırlar. Qəzetlər hətta onun soyadını düzgün yazmağı öyrənib. 

Təkcə bu, elə onun şöhrətindən xəbər verir. 

LEDİ ÇİLTERN. Missis ÇİVLİ, düşünmürəm ki, sizinlə mənim ərim arasında 

nəsə ümumi oxşar cəhətlər olsun! (Uzaqlaşır.) 

VİKONT DE NANJAK. Ah! Əziz madam, nə gözəl sürpriz! Mən sizi Berlindən 

sonra görməmişdim! 

MİSSİS ÇİVLİ.  Elədir, sonuncu dəfə Berlində görüşmüşük, vikont! Düz beş il 

keçib! 


VİKONT DE NANJAK. O vaxtdan bəri siz daha da cavanlaşmış, gözəlləşmisiniz. 

Buna necə nail olmusunuz? 

MİSSİS ÇİVLİ. Sizin kimi qəşəng adamlarla danışmağı hər zaman özüm üçün bir 

prinsip etdiyimə görə, vikont! 

VİKONT DE NANJAK. Ah! Siz məni yoldan çıxarırsınız! Buna burada belə 

deyirlər: siz mənim üstümə yağ sürtürsünüz! 

MİSSİS ÇİVLİ. Doğrudan, burada belə deyirlər? Ah, necə pis sözdür! 

VİKONT DE NANJAK.  Bunların çox maraqlı dili var. Hesab edirəm ki, bu 

ifadəli və ibarəli dil daha geniş yayılmağa layiqdir. 

 

Ser Robert Çiltern daxil olur. Qırx yaşı olsa da, cavan görünür. Üzü təmiz 



qırxılıb, qara gözləri, qara saçları var. Üz cizgiləri aydın görünür. Lakin 

xoşagəlimli deyil. Çox adam ona hörmətlə yanaşır. Qüsursuz maneraları var, 

təkəbbürlü əlamətləri də görünür. Adama elə gəlir ki, o, həyatda hansı uğurlara 

nail olmaq lazım olduğunu yaxşı dərk edir və bununla qürur duyur. Əsəbi adam 

təsiri bağışlayır, yorğun görünür. Möhkəm ağız cizgiləri ilə dümdüz çənəsi 

arasında heyrətedici bir kontrast var; dərin və romantik ifadəli gözləri adama nəsə 

deyir. Onun xarici görkəmindəki bu ziddiyyətlər adamda onun daxili aləmi barədə 

də şübhələr yaradır: düşünürsən ki, bu adamın içində və çölündə ehtiraslar və ağıl, 

fikir və hisslər ayrı-ayrılıqda yaşayır; onlardan hər biri zorla qapadılıb, iradənin 

əmrini gözləyir. Zərif burun pərələri, arıq, solğun əlləri, sivri barmaqları da 

əsəbdən xəbər verir. Onu koloritli adam adlandırmaq da düzgün olmazdı. 

Ümumilər Palatasında koloritlik ola bilməz. Lakin Van Deyk1 böyük 

məmnuniyyətlə bu adamın başının şəklini çəkərdi. 

 

SER ROBERT ÇİLTERN. Ledi Markbi, axşamınız xeyir! Güman edirəm ki, ser 



Conu da özünüzlə gətirmisiniz, buradadır? 

LEDİ MARKBİ. Oh! Mən sizə ərimdən daha qəşəng adamlar gətirmişəm. Ser 

Con siyasətlə ciddi məşğul olandan çox dözülməz olub. Həqiqətən də, sizin 

Ümumilər Palatası nə qədər faydalı olmağa çalışırsa, bir o qədər də ziyan verir. 




SER ROBERT ÇİLTERN. Məncə, yox, ledi Markbi! Bütün hallarda biz 

əlimizdən gələni edirik ki, mümkün qədər vaxtımızı daha çox boş-boşuna 

öldürək; hə, kimdir o gətirdiyiniz qəşəng qonaqlar?  

LEDİ MARKBİ. Missis ÇİVLİ! Mənə elə gəlir ki, o, Dorsetşir ÇİVLİlərindən 

biridir. Amma dəqiq bilmirəm; indi ailələr o qədər qarışıq olub ki! Görürsən, 

tanıdığın nəsildən olan adam axırda gəlib olur tamam başqa birisi! 

SER ROBERT ÇİLTERN. Missis ÇİVLİ? Mən bu adı eşitmişəm, deyəsən! 

LEDİ MARKBİ. O, Vyanadan təzə gəlib. 

SER ROBERT ÇİLTERN. Belə de! Məncə, artıq bilirəm kimdən danışırsınız! 

LEDİ MARKBİ. Oh! Əlbəttə! O, hər yerdə olur, çoxlu dostu var; onlar haqqında 

elə maraqlı şeylər danışır ki! Mən gələn qış mütləq Vyanaya gedəcəyəm! Ümid 

edirəm ki, bizim səfirliyimizdə yaxşı aşpaz var, eləmi? 

SER ROBERT ÇİLTERN. Əgər olmasa, bizə xəbər verin, səfiri geri çağıraq! 

Zəhmət olmasa, mənə missis ÇİVLİi göstərin. Mən bu qadını görmək istəyirəm. 

LEDİ MARKBİ. Gəlin sizi tanış edim. (missis ÇİVLİə sarı dönərək) Əzizim, ser 

Robert Çiltern sizinlə tanış olmaq üçün sinov gedir! 

SER ROBERT ÇİLTERN (təzim edir). Füsunkar missis ÇİVLİlə tanış olmaq 

üçün hər kəsin ürəyi gedir. Vyanadakı attaşemiz elə yalnız sizin barənizdə yazır 

bizə. 

MİSSİS ÇİVLİ. Təşəkkür edirəm, ser Robert. Komplimentlə başlayan tanışlıq 



mütləq möhkəm dostluğa çevrilir. Çünki başlanğıc, özül düzgün qurulur. Bundan 

başqa, sən demə, biz ledi Çilternlə də bir-birimizi çoxdan tanıyırmışıq! 

SER ROBERT ÇİLTERN. Doğrudan? 

MİSSİS ÇİVLİ. Əlbəttə. Elə indicə xanımınız mənə xatırlatdı ki, biz məktəbdə bir 

yerdə oxumuşuq. İndi yadıma düşür, tamam xatırladım. O, həmişə yaxşı 

davranışa görə mükafat alardı. Hə, hə, çox yaxşı yadıma düşür: o, əla davranışına 

görə mükafat alardı. 

SER ROBERT ÇİLTERN (gülür). Bəs siz, missis ÇİVLİ, hansı mükafat 

almısınız?  

MİSSİS ÇİVLİ. Eh! Mənim mükafatlarım bir qədər gec olub! Güman etmirəm ki, 

onlar yaxşı davranışdan ötrü idi! Unutmuşam! 

SER ROBERT ÇİLTERN. Əminəm ki, onlar nəsə gözəlliyə görə olub! 

MİSSİS ÇİVLİ. Bilmirəm qadınlar gözəl olduqlarına görə mükafat alır, ya yox? 

Amma düşünürəm ki, buna görə onlar həmişə cəzalandırılırlar. O qədər gözəl 

qadınlar tanıyıram, onlar vaxtından əvvəl dəridən-qabıqdan çıxırlar ki, kavalerləri 

yalnız onlara baxsın, xəyanət etməsinlər. Bax sizin bu London gözəlçələrinin 

əzabkeş və üzücü sifətlərini görəndə bundan başqa izah tapmıram. 

SER ROBERT ÇİLTERN. Çox hüznlü fəlsəfədir! Missis ÇİVLİ, başa düşürəm 

ki, sizin izahatınıza təsnifat verməyə cürət edirəm… Amma xahiş edirəm bir 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə