İstedadlı, həssas, alicənab və xeyirxah dostum Frank Harrisə xırda bir ithaf



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix28.06.2018
ölçüsü0,56 Mb.
#52321
1   2   3   4   5   6   7   8   9   ...   26

sualıma cavab verəsiniz: siz optimist adamsınız, ya pessimist? Axı indi yalnız bu 

iki məzhəb dəbə minib… 

MİSSİS ÇİVLİ. Nə ondanam, nə də bundan! Optimizm ürəkdən gələn qəhqəhə ilə 

başlayır, pessimizm isə mavi eynəklərlə bitir. Bundan əlavə, bunların hər ikisi 

pozadan başqa bir şey deyil! 

SER ROBERT ÇİLTERN. Siz təbii qalmaq istəyirsiniz? 

MİSSİS ÇİVLİ. Hərdən. Lakin bu poza çox çətindir, çox davam gətirə bilməzsən! 

SER ROBERT ÇİLTERN. Bəs belə bir nəzəriyyə barədə bizim indi tez-tez 

eşitdiyimiz psixoloji roman müəllifləri nə deyərdilər, görəsən? 

MİSSİS ÇİVLİ. Ah! Qadınların gücü bundadır ki, onu psixologiya ilə izah edə 

bilməzsən. Kişiləri analiz eləmək olar, qadınları isə… onlara gərək pərəstiş 

edəsən, çox sevəsən… 

SER ROBERT ÇİLTERN. Deməli, siz düşünürsünüz ki, elm qadın problemi 

qarşısında acizdir? 

MİSSİS ÇİVLİ. Elm heç vaxt qeyri-reallığın öhdəsindən gələ bilməz. Buna görə 

də bu dünyada elmin gələcəyi yoxdur. 

SER ROBERT ÇİLTERN. Sizcə, qadınlar irrasionaldırlar, yəni qeyri-reallığı 

təmsil edirlər? 

MİSSİS ÇİVLİ. Bəli… yalnız yaxşı geyinən qadınlar. 

SER ROBERT ÇİLTERN (nəzakətlə təzim edərək). Burada mən sizinlə razı 

deyiləm. Xahiş edirəm, əyləşəsiniz. Hə, indi mənə deyin görüm, sizi o gözəl 

Vyananı tərk edib bizim bu dumanlı Londona gəlməyə nə vadar etdi? Bəlkə də, 

bu, nəzakətsiz sualdır? 

MİSSİS ÇİVLİ. Nəzakətsiz suallar olmur, nəzakətsiz cavablar olur. 

SER ROBERT ÇİLTERN. Hər halda, mənim üçün maraqlıdır: gəlişiniz siyasi 

xarakter daşıyır, yoxsa bu bir əyləncə həvəsidir? 

MİSSİS ÇİVLİ. Siyasət mənim yeganə əyləncəmdir. Görürsünüz də, indi qırx 

yaşa qədər qadını yoldan çıxarmağa icazə verilmir, yaxud qadın qırx beş yaşa 

çatmamış onu romantik olmağa qoymurlar; bax belə… biz yazıq qadınlar, 

otuzyaşlı qadınları deyirəm, nə ilə məşğul olaq? Buna görə də bizə qalır yalnız 

siyasət və yaxud da xeyriyyəçilik işləri ilə məşğul olmaq… Amma deyim ki, 

xeyriyyəçilik öz əziz-xələf adamlarını zinhara gətirməyi xoşlayan qadından ötrü, 

sadəcə, sonuncu sığınacaqdır.  Mən siyasətə üstünlük verirəm. Məncə, bu daha… 

necə deyim… yaraşıqlıdır!  

SER ROBERT ÇİLTERN.  Siyasət xeyirli sahədir! Karyera üçün də əlverişlidir. 

MİSSİS ÇİVLİ. Hərdən! Bəzən isə qumar oyunudur, ser Robert! Bəzən də 

görürsən ki, siyasət çox darıxdırıcı olur. 

SER ROBERT ÇİLTERN. Bəs siz siyasətdə bunlardan hansını tapmısınız? 

MİSSİS ÇİVLİ. Mən? Hər üçünün qarışığını. (Yelpiyini əlindən salır.) 

SER ROBERT ÇİLTERN. İcazə verin! (Yelpiyi yerdən qaldırır və qadına uzadır.) 




MİSSİS ÇİVLİ. Təşəkkür edirəm. 

SER ROBERT ÇİLTERN. Amma siz mənim əsas sualıma cavab vermədiniz. Hər 

halda, nə üçün birdən-birə Londona gəlməyi qərara aldınız və bizi bu şərəfə layiq 

bildiniz? Mövsüm, demək olar ki, qurtarmaq üzrədir… 

MİSSİS ÇİVLİ. Oh! London mövsümü məni maraqlandırmır! Çox, necə deyim

izdivaclı-nikahlı bir mövsümünüz var! Burada qadınlar ya tilovunu atıb ər tutur, 

ya da ərlərindən qaçıb gizlənirlər. Mən sizi görmək istəyirdim. Doğru deyirəm. 

Bilirsiniz də qadın marağı nə deməkdir… Demək olar ki, kişilərinki kimidir. 

Doğrusu, sizi nə üçün görmək istəyirdim? Sizdən bir şey xahiş etmək istəyirəm. 

SER ROBERT ÇİLTERN. Ümidvaram ki, bu, balaca bir şey deyil, missis ÇİVLİ! 

Çünki təcrübəmə görə, bilirəm ki, xırda xahişləri yerinə yetirmək çox çətin olur. 

MİSSİS ÇİVLİ (bir qədər fikirləşəndən sonra). Yox, düşünmürəm ki, bu bir xırda 

işdir. 

SER ROBERT ÇİLTERN. Buna çox şadam. Xahiş edirəm, deyin, nə məsələdir? 



MİSSİS ÇİVLİ. Sonra deyərəm. (Qalxır.) Olarmı sizin bu gözəl evinizi gəzim? 

Eşitmişəm. gözəl şəkil qalereyanız var? Zavallı baron Arnheym mənə deyirdi 

ki… Baronu xatırlayırsınızmı?.. deyirdi, sizin kolleksiyanızda Koronun1 

əsrarəngiz peyzajları  var! 

SER ROBERT ÇİLTERN. (az qala, nəzərəçarpacaq dərəcədə diksinərək.) Siz 

Baron Arnheymi yaxşı tanıyırdınız? 

MİSSİS ÇİVLİ (gülərək). Çox yaxından. Bəs siz? 

SER ROBERT ÇİLTERN. Bir vaxtlar tanıyırdım. 

MİSSİS ÇİVLİ. Çox gözəl insan idi, elə deyilmi? 

SER ROBERT ÇİLTERN (bir qədər pauzadan sonra). Elədir, demək olar ki, hər 

cəhətdən gözəl adam idi. 

MİSSİS ÇİVLİ. Heyif ki, o, memuarlarını yazmadı. Yazsaydı, çox maraqlı olardı! 

SER ROBERT ÇİLTERN. Düzdür. O da qədim yunanlar kimiydi, səyahətlərdə 

olmuşdu, adamları və şəhərləri yaxşı tanıyırdı. 

MİSSİS ÇİVLİ. Həm də axı onun Penelopa1 kimi evdə gözləyən ağır bir yükü də 

yox idi! 

MEYSON (bildirir). Lord Qorinq! 

 

Lord Qorinq daxil olur. Onun otuz dörd yaşı var. Amma həmişə deyir ki, daha 



cavandır. Üzündə heç bir ifadə yoxdur. Ədəb-ərkan maskası taxıb, elə bil. O 

ağıllıdır, lakin özü belə düşünməyi xoşlamır. Qüsursuz modabazdır; kim ona 

romantik desə, hirslənə bilər. O, həyatı bir oyun sanır, adamlarla münasibətləri 

normaldır. Anlaşılmaz olmasından xoşlanır. Bu keyfiyyət, elə bil, onu 

başqalarından bir pillə yuxarıda qoyur.  

 



SER ROBERT ÇİLTERN. Axşamınız xeyir, mənim əzizim Artur! Missis ÇİVLİ, 

icazə verin, lord Qorinqi sizə təqdim edim. Londonda ən avara bir adam! 

MİSSİS ÇİVLİ. Mən lord Qorinqlə artıq görüşmüşəm. 

LORD QORİNQ (təzim edərək). Heç düşünməzdim ki, siz məni yadda 

saxlamısınız, missis ÇİVLİ! 

MİSSİS ÇİVLİ. Mənim gözəl yaddaşım var. Amma yalnız istədiyim şeyləri 

yadda saxlayıram. Hə, siz hələ evlənməmisiniz? 

LORD QORİNQ.  Məncə... hələ yox! 

MİSSİS ÇİVLİ. Necə də romantiksiniz! 

LORD QORİNQ. Oh! Mən əsla romantik deyiləm. Hələ qocalmamışam. 

Romantikanı özümdən yaşca böyüklərə buraxıram! 

SER ROBERT ÇİLTERN.  Missis ÇİVLİ, lord Qorinq öz Boodle2 klubunun tipik 

məhsuludur! 

MİSSİS ÇİVLİ. Bu klub onu qəbul etdiyinə sevinməlidir. 

LORD QORİNQ. Siz Londonda çox qalacaqsınız? 

MİSSİS ÇİVLİ. Müəyyən mənada havadan asılıdır. Bir az da buradakı 

yeməklərdən, bir qədər də ser Robertdən... 

SER ROBERT ÇİLTERN. Ümid edirəm ki, siz bizi Avropa müharibəsinə düçar 

etmək istəmirsiniz, eləmi? 

MİSSİS ÇİVLİ. Hələlik buna bir təhlükə yoxdur! (Lord Qorinqə istehzalı bir 

təbəssüm atır, sonra da ser Robert Çilternin müşayiəti ilə zaldan çıxır.) 

 

Lord Qorinq tələsmədən Meybl Çilternə yaxınlaşır. 



 

MEYBL ÇİLTERN. Siz çox gecikirsiniz! 

LORD QORİNQ. Mənimçün darıxmışdınız? 

MEYBL ÇİLTERN. Çoooxxx! 

LORD QORİNQ. Heyif, bilməmişəm, yoxsa daha çox ləngiyərdim... Xoşlayıram 

kimsə mənimçün darıxsın... 

MEYBL ÇİLTERN. Nə eqoist adamsınız! 

LORD QORİNQ. Hə, mən çox xudbinəm! 

MEYBL ÇİLTERN. Lord Qorinq, siz həmişə mənə pis cəhətlərinizi deyirsiniz... 

LORD QORİNQ. Mən hələ onların yarısını demişəm, miss Meybl! 

MEYBL ÇİLTERN. O biri cəhətləriniz də çox pisdir? 

LORD QORİNQ. Lap dəhşətdir! Mən gecələr onlar barədə düşünəndə dərhal 

yuxuya gedirəm. 

MEYBL ÇİLTERN. Nə olar, sizin pis cəhətləriniz mənim xoşuma gəlir. Heç mən 

istəmirəm ki, siz onları düzəldəsiniz. 

LORD QORİNQ. Siz necə də nəcibsiniz! Amma siz elə həmişə nəcibsiniz! Yeri 

gəlmişkən, miss Meybl, sizə bir sual vermək istəyirəm: bu missis ÇİVLİi buraya 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə