İstedadlı, həssas, alicənab və xeyirxah dostum Frank Harrisə xırda bir ithaf



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix28.06.2018
ölçüsü0,56 Mb.
#52321
1   2   3   4   5   6   7   8   9   ...   26

kim gətirib? O qadını deyirəm, yasəmən rəngli donda olan qadını. İndicə sizin 

qardaşınızla otaqdan çıxdı. 

MEYBL ÇİLTERN. Oh! Hə, o qadın! Məncə, onu ledi Markbi gətirib. Niyə 

soruşursunuz ki? 

LORD QORİNQ. Heç. Elə-belə. Mən o qadını çoxdan idi görmürdüm. 

MEYBL ÇİLTERN. Nə mənasız səbəbdir! 

LORD QORİNQ. Bütün səbəblər mənasızdır. 

MEYBL ÇİLTERN. O qadın kimdir belə? 

LORD QORİNQ. Ooo! Gündüzlər dahi, gecələr isə gözəlçə! 

MEYBL ÇİLTERN. O qadın mənim heç xoşuma gəlmir! 

LORD QORİNQ. Bu, onu göstərir ki, sizin əla zövqünüz var! 

VİKONT DE NANJAK (yaxınlaşır). Ah, gənc ingilis xanımının çox zəngin 

zövqü var, elə deyil? Çox zəngin, sayı-hesabı olmayan bir zövq! 

LORD QORİNQ. Elə qəzetlərimiz də həmişə belə yazır! 

VİKONT DE NANJAK. Mən sizin ingilis qəzetlərini oxuyuram. Çox maraqlı 

çıxır. 


LORD QORİNQ. Deməli, əziz Nanjak, siz, yəqin, elə-belə oxuyursunuz, yalnız 

mənasını duyursunuz! 

VİKONT DE NANJAK. Mən çox istərdim ki, dərindən başa düşüm, amma ingilis 

dili müəllimim mənə qadağan edir. (Meybl Çilternə üzünü tutaraq) Madmazel, 

icazə verin sizi musiqi salonuna müşayiət edim. 

MEYBL ÇİLTERN (çox hirsli görkəm alır). Böyük məmnuniyyətlə, vikont! 

Böyük məmnuniyyətlə... (Lord Qorinqə sarı dönüb çəpəki baxır). Siz də musiqi 

salonuna gəlirsiniz? 

LORD QORİNQ. Əgər indi orada musiqi yoxdursa, gələrəm... 

MEYBL ÇİLTERN (acıqlı-acıqlı). Musiqi almancadır! Onsuz da, siz onu başa 

düşməyəcəksiniz. (Kəskin şəkildə dönüb vikontla zala gedir, lord Kaverşam 

oğlunun yanına gəlir.) 

LORD KAVERŞAM. Hə, ser! Neyləyirsən burada? Adətin üzrə vaxt öldürürsən, 

eləmi? Sən gərək indi yataqda olaydın! Yatmaq vaxtıdır! Belə gec yatmaq olmaz! 

Eşitmişəm, sən ötən gecə ledi Raffordun evində düz səhər saat dördə kimi rəqs 

eləmisən? 

LORD QORİNQ. Yox, ata, saat dördə on beş dəqiqə qalmışdı.  

LORD KAVERŞAM. Başa düşmürəm də! Sən indiki bu London cəmiyyətinə 

necə dözürsən? Kütlə yığıncağıdır! Heç nə barədə danışırlar! 

LORD QORİNQ. Mən də heç nə barədə danışmağı xoşlayıram, ata! Bu, yeganə 

seydir ki, bu barədə mən nəsə bilirəm. 

LORD KAVERŞAM. Sən, deyəsən, yalnız elə kef üçün yaşayırsan! 

LORD QORİNQ.  Ondan başqa nə var ki, yaşayasan, ata? Bəs nə üçün yaşayım, 

xoşbəxtlik üçün? Xoşbəxtlik qədər insanı qocaldan şey yoxdur. 




LORD KAVERŞAM. Sən qəlbsiz adamsan, ser! Sənin qəlbin yoxdur! 

LORD QORİNQ. Məncə, var, ata! Ooooo, axşamınız xeyir, ledi Bezildon! 

LEDİ BAZİLDON (gözəl qaşlarını qaldırır). Siz buradasınız? Mən heç bilmirdim 

ki, siz siyasi klublara gedirsiniz! 

LORD QORİNQ. Mən siyasi klubları çox sevirəm. Bu klublar yeganə yerdir ki

adamlar orada siyasətdən danışmırlar. 

LEDİ BAZİLDON. Mənsə siyasətdən danışmağı xoşalyıram. Bütün günü 

danışsam, yorulmaram. Amma siyasətçilərə qulaq asmaqdan zəhləm gedir. Başa 

düşmürəm ki, bu parlamentdə oturan bədbəxt adamlar öz bitməyən debatlarına 

necə dözürlər?!  

LORD QORİNQ. Onlar öz debatlarına qulaq asırlar ki, dözsünlər!? 

LEDİ BAZİLDON. Doğru deyirsiniz? 

LORD QORİNQ (daha ciddi tərzdə). Əlbəttə! Axı qulaq asmaq çox təhlükəli bir 

seydir! Qulaq assan, səni inandıra bilərlər! O adam ki özünü ağlın gücü ilə 

inandırmağa imkan verdi, deməli, çox ağılsız adamdır! 

LEDİ BAZİLDON. Ah! Bu kişilərdə çox şey var ki, mən indi-indi başa düşürəm! 

Əvvəllər heç bilmirdim. Qadınlarda da çox şey var ki, ərləri o şeyləri heç 

qiymətləndirə bilmir. 

MİSSİS MARÇMONT (ah çəkərək). Bizim ərlərimiz heç vaxt bizdə olan şeyləri  

qiymətləndirmirlər. Biz bundan ötrü də başqalarına müraciət etməli oluruq! 

LEDİ BEZİLDON (təsdiqləyir). Bəli, düz deyir, başqalarına! Həmişə başqalarına! 

LORD QORİNQ (gülür). Və bunu o qadınlar deyir ki, onların ərləri Londonun ən  

yaxşı ərləri kimi tanınmışlar, hə? 

MİSSİS MARÇMONT. Bax elə bədbəxtlik də bundadır! Biz buna dözə bilmirik! 

Mənim Recinaldım tamam ümidsiz bir comərddir. Hərdən elə dözülməz olur ki! 

Belə bir adamla tanış olmaq son dərəcə maraqsızdır! 

LORD QORİNQ. Necə böyük dəhşət! Əslində, biz bunu hamıya deməliyik! 

LEDİ BAZİLDON. Heç mənimkini demirsiniz? Mənim Bezildonum lap betərdir! 

Evdə oturmağı elə sevir ki, elə bil, subay oğlandır! 

MİSSİS MARÇMONT (ledi Bezildonun əlini sıxır). Yazıq Oliviyam! Biz səninlə 

nümunəvi ərlərə getmişik, indi də bax belə – altını çəkirik! 

LORD QORİNQ. Mən deyərdim ki, belə hallarda ərlər əzab çəkir. 

MİSSİS MARÇMONT (özünü təhqir edilmiş sayaraq dikəlir). Oh, yox, əzizim, 

elə deməyin! Onlar mümkün qədər xoşbəxt və razıdırlar. Amma əsl faciə budur 

ki, onlar bizə həddən artıq inanırlar! Hə, faciə elə bundadır! 

LEDİ BAZİLDON. Elədir, əsl faciə də budur! 

LORD QORİNQ. Bəlkə, elə bu, komediyadır, ledi Bezildon? 

LEDİ BAZİLDON. Nə dediniz, lord Qorinq? Komediya? Ayıb deyil? Belə niyə 

deyirsiniz? 



MİSSİS MARÇMONT. Məncə, lord Qorinq, həmişəki kimi, düşmən 

düşərgəsindədir; bayaq mən gördüm ki, o qadınla, missis ÇİVLİlə söhbət edirdi... 

LORD QORİNQ. Missis ÇİVLİ gözəl qadındır! 

LEDİ BAZİLDON (gərgin vəziyyətdə). Xahiş edirəm, bizim yanımızda başqa 

qadınları tərifləməyin! Heç olmasa, gözləyəydiniz! Macal verin, biz tərifləyəydik 

də! 


LORD QORİNQ. Mən gözlədim! 

MİSSİS MARÇMONT. Onu görməyəcəksiniz! Biz o qadını tərifləmək belə 

istəmirik! Mənə söylədilər ki, o qadın bazar ertəsi operada olub və orada şam 

yeməyi zamanı  Tommi Rafforda deyib ki, London cəmiyyəti başdan-ayağa 

kuklalardan və zövqsüz adamlardan ibarətdir. 

LORD QORİNQ. Düz deyir. Kişilər hamısı zövqsüz, qadınlar isə kukla kimi çox 

gözəldirlər. Elə deyil məgər? 

MİSSİS MARÇMONT (bir qədər susduqdan sonra). Ooo! Yəni düşünürsünüz ki, 

missis ÇİVLİ bunu demək istəyib? 

LORD QORİNQ. Əlbəttə və məncə, bu, yetərincə lap ağıllı bir məzəmmətdir!  

 

Meybl Çiltern daxil olur. O da söhbətə qoşulur. 



 

MEYBL ÇİLTERN. Siz niyə missis ÇİVLİ barədə danışırsınız? Sən bir işə bax, 

hamı ondan danışır! Lord Qorinq deyir ki... hə, siz onun barəsində nə dediniz, 

lord Qorinq? Ah, hə, yadıma düşdü, deyir, o qadın gündüzlər dahidir, gecələr isə 

gözəlçə! 

LEDİ BAZİLDON. Necə dəhşətli bir uyğunsuzluq var! Çox süni görünür! 

MİSSİS MARÇMONT (xəyala dalaraq). Mən dahilərə baxmağı, qəşəng kişilərə 

qulaq asmağı xoşlayıram. 

LORD QORİNQ. Ah! Missis Marçmont, bu artıq ədəbsizlikdir axı! 

MİSSİS MARÇMONT (çox məmnun halda işıq saçır). Mən şadam ki, siz mənə 

bunu dediniz. Marçmontla düz yeddi ildir ailə qurmuşuq, o, heç vaxt mənə 

ədəbsiz deməyib. Kişilər çox diqqətsiz olurlar! 

LEDİ BAZİLDON (qadına sarı dönərək). Mən həmişə demişəm, əzizim Marqaret, 

siz Londonun ən ədəbsiz qadınısınız. 

MİSSİS MARÇMONT. Ah! Düz deyirsiniz, Oliviya, siz axı mənə həmişə 

lütfkarlıq göstərmisiniz. 

MEYBL ÇİLTERN. Deyin görüm, əgər qadın yemək istəyirsə, bu da 

ədəbsizlikdir? Mən bərk acmışam. Lord Qorinq, siz məni şam süfrəsinə müşayiət 

edərsinizmi? 

LORD QORİNQ. Məmnuniyyətlə, miss Meybl! (Birgə gedirlər.) 

MEYBL ÇİLTERN. Mənim sizə heç sözüm yoxdur! Bütün axşamı mənimlə heç 

bir kəlmə belə söhbət kəsmədiniz! 




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə