İstedadlı, həssas, alicənab və xeyirxah dostum Frank Harrisə xırda bir ithaf



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix28.06.2018
ölçüsü0,56 Mb.
#52321
1   2   3   4   5   6   7   8   9   ...   26

MİSSİS ÇİVLİ. Əlbəttə. 

SER ROBERT ÇİLTERN. Məncə, sizi başa düşmədim... Nə demək istəyirsiniz? 

MİSSİS ÇİVLİ (özünü divana söykəyib ser Robertə baxır). Çox təəssüf edirəm. 

Mən Vyanadan bura gəldim ki, siz məni necə lazımdır başa düşəsiniz. 

SER ROBERT ÇİLTERN. Başa düşmürəm sizi! 

MİSSİS ÇİVLİ (daha mülayim tonla). Əziz Robert, axı siz işgüzar adamsınız! 

Qiymətinizi deyin, məncə, sizi satın almaq mümkündür. Bizim dövrdə hər kəsi 

almaq olar. Amma bəziləri çox bahadır – məsələn, mən. Lakin siz, mənə elə gəlir 

çox da baha qiymət deməyəcəksiniz. 

SER ROBERT ÇİLTERN (acıqla durur). İcazə versəniz, sizin faytonu çağırardım. 

Missis ÇİVLİ, siz xaricdə çox qalmısınız, görünür, indi siz, sadəcə olaraq, ingilis 

centlmeni ilə nə danışdığınızı anlamırsınız. 

MİSSİS ÇİVLİ (yelpiyini ona toxunduraraq saxlayır, yelpiyi eləcə saxlayıb 

danışır). Mən kiminlə danışdığımı yaxşı bilirəm və bunu da bilirəm ki, siz dövlət 

sirrini hansısa birja alverçisinə satmaqla uğurlarınızın əsasını qoymusunuz. 

SER ROBERT ÇİLTERN (dodağını dişləyir). Bu nə deməkdir? 

MİSSİS ÇİVLİ (ayağa durur və düz müsahibinin üzünə baxır). O deməkdir ki, 

mən sizin var-dövlətinizin və karyeranızın əsl mənbəyini bilirəm; bir də... sizin 

məktubunuz da mənim əlimdədir. 

SER ROBERT ÇİLTERN. Hansı məktub? 

MİSSİS ÇİVLİ (həqarətlə). Sizin baron Arnheymə lord Radleyin köməkçisi 

olarkən yazdığınız məktub! Məktubda barona deyirsiniz ki, Süveyş kanalının 

səhmlərini alsın. Bu məktub isə hökumətin Süveyş kanalı səhmlərini almaq 

qərarından üç gün əvvəl yazılıb. 

SER ROBERT ÇİLTERN (boğuq səslə). Yalandır, düz deyil! 

MİSSİS ÇİVLİ. Siz elə bilirdiniz məktub məhv olub gedib? Nə yaman 

sadəlövhsünüz! Məktub məndədir. 

SER ROBERT ÇİLTERN. Bu, sadəcə, alver idi, bir şey deyildi ki! Büdcə hələ 

Ümumilər Palatasından keçməyib. Onu keçirməyə də bilərlər, təsdiq etməzlər, 

vəssalam. 

MİSSİS ÇİVLİ. Bu, fırıldaq idi, ser Robert! Gəlin hər şeyi öz adıyla çağıraq. Bu, 

işimizi asanlaşdırar. Və indi isə mən bu məktubu sizə satmaq istəyirəm; əvəzində 

siz gərək açıq-aşkar Argentina layihəsini müdafiə edəsiniz. Siz bir kanalla 

varlandınız. İndi də mənə və dostlarıma kömək eməlisiniz ki, biz də o biri kanalla 

varlanaq. 

SER ROBERT ÇİLTERN. Sizin təklifiniz... bu ki alçaqlıqdır... mən buna alçaqlıq 

deyirəm! 

MİSSİS ÇİVLİ. Ooo, yox, bu olmadı! Ser Robert, bu, həyatın bir oyunudur, biz 

onu gec, ya tez oynamalıyıq!  

SER ROBERT ÇİLTERN. Mən sizin xahişinizi yerinə yetirə bilmərəm. 




MİSSİS ÇİVLİ. Yəni deyirsiniz, siz bunu edə bilməzsiniz, hə? Bilirsiniz ki, siz 

uçurumun bir addımlığındasınız? Şərtləri siz diktə etmirsiniz. Siz şərtləri qəbul 

etməlisiniz. Tutaq ki, imtina etdiniz... 

SER ROBERT ÇİLTERN. Onda nə olar? 

MİSSİS ÇİVLİ. Əzizim ser Robert, onda bilirsiniz nə olacaq? Siz məhv 

olacaqsınız, vəssalam!  Yadınızda saxlayın! Sizin bu ingilis puritanizmi sizi gör 

hara gətirib çıxarıb! Qədimdə heç kəs bir az da olsa, qonşusundan özünü yaxşı 

göstərməyə çalışmazdı. Əslində, qonşudan daha yaxşı görünmək meşşanlıq və pis 

tərbiyə sayılardı. İndi isə hər biriniz əxlaq dəlisi olmusunuz mənimçün. Hər kəs 

təmizlik, satılmazlıq, namusluluq, daha nə bilim yeddi cür ləyaqətli məziyyət 

sahibi olmalıdır. Bəs nəticəsi hanı, hə? Siz hamınız ağac çəlikləri kimi bir-

birinizin dalınca yıxılacaqsınız. Heç bir il keçmir, İngiltərədə kimsə yox olur. 

Əvvəllər qalmaqallar adama daha çox şan gətirərdi; adamla daha çox 

maraqlanardılar. İndi qalmaqal insanı məhv edir. Sizinki də heç yaxşı olmayacaq. 

Sizi məhv edəcək. Əgər bilsələr ki siz cavanlığınızda, nazirin köməkçisi 

olduğunuz vaxtlarda külli miqdarda pul alıb dövlət sirrini vermisiniz və bu da 

sizin var-dövlətinizin və karyeranızın əsasını qoyub, onda vay halınıza. Siz 

ictimaiyyətdən qaçıb gizlənə bilməyəcəksiniz. Bütün bunlardan sonra, ser Robert, 

siz hansı ixtiyarla öz gələcəyinizi məhv edirsiniz ki? Yaxşısı budur, elə 

düşməninizlə diplomatik saziş bağlayın, qurtarıb getsin! İndki halda mən sizin 

düşməninizəm. Sizdən də güclüyəm. Böyük ordu mənim tərəfimdədir. Sizin, 

əlbəttə ki, yüksək vəzifəniz var. Bu da sizin həssas yerinizdir. Siz onu müdafiə 

etmək qabiliyyətində deyilsiniz. Mən isə hücumdayam. Qeyd edim ki, mən sizə 

moizə də oxumuram. Mən sizə iltifat göstərdim, sizi bağışladım; mənə sağ ol 

deyin. Keçmişdə siz çox bic, həm də əxlaqsız bir hərəkət etmisiniz, bu da sizə çox 

fayda gətirib. Nə istəyirdiniz, onları da almısınız: var-dövlət, vəzifə, cəmiyyətdə 

mövqe. İndi isə bunun əvəzini ödəmək vaxtı çatıb. Gec-tez hər şey üçün cavab 

verməli olursan. Həyat bunun üstündə qurulub. İndi siz ödəməlisiniz. Buradan 

getməmiş siz mənə söz verməlisiniz ki, hesabatı geri götürəcəksiniz və 

parlamentdə layihənin lehinə danışacaqsınız. 

SER ROBERT ÇİLTERN. Siz mümkün olmayan şey tələb edirsiniz. 

MİSSİS ÇİVLİ. Siz bunu mümkün etməlisiniz. Axı bundan başqa çıxış yolunuz 

da yoxdur. Ser Robert, bilirsiniz də ingilis qəzetləri necədir! Təsəvvür edin ki, bu 

evi tərk edən kimi faytonu dərhal qəzetlərdən birinin ofisinə sürdürəcəyəm, bu 

məktubu onlara verəcək, sonra da qalmaqal barədə danışacağam. Görün onlar nə 

qədər sevinəcək! Sizi necə böyük məmnuniyyətlə palçığa batıracaq, sonra da 

söyəcəklər, bir sözlə, yıxıb-sürüyəcəklər. Üz qabığında hansısa yoğunlaşmış 

müxbir özündənrazı halda məqalə yazacaq, sizi rüsvay edəcək! 

SER ROBERT ÇİLTERN. Susun, yetər! İstəyirsiniz mən hesabatı geri götürüm 

və parlamentdə də qısaca çıxış edib deyim ki, layihənin gələcəyi var, hə?  




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə