İstedadlı, həssas, alicənab və xeyirxah dostum Frank Harrisə xırda bir ithaf



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə9/26
tarix28.06.2018
ölçüsü0,56 Mb.
#52321
1   ...   5   6   7   8   9   10   11   12   ...   26

etmisən! Robert, de görüm, sənin həyatında da gizli bir şərəfsizlik, ya gizli bir 

rüsvayçılıq olubmu? Bu saat mənə de, elə indicə de! Yoxsa... 

SER ROBERT ÇİLTERN. Yoxsa nə?.. 

LEDİ ÇİLTERN (yavaşdan). Yoxsa... gərək biz ayrılaq... 

SER ROBERT ÇİLTERN. Ayrılaq? 

LEDİ ÇİLTERN. Hə, ayrılaq! Həmişəlik və əbədi! Belədə bizim hər ikimiz üçün 

yaxşı olar! 

SER ROBERT ÇİLTERN. Gertruda, mənim keçmiş həyatımda elə bir şey yoxdur 

ki, sən bilməyəsən. 

LEDİ ÇİLTERN. Mən bunu bilirdim, Robert, mən buna əmin idim. Lakin nə 

üçün sən bu gün belə dəhşətli şeylər danışırsan? Sən bu gün özünə oxşamırsan! 

Yaxşı, gəl bu barədə danışmayaq! Sən missis ÇİVLİə yazarsan ki, bu dələduz 

layihəni müdafiə etməyəcəksən, hə? Əgər sən ona söz vermisənsə, onda sözünü 

geri götür! Vəssalam! 

SER ROBERT ÇİLTERN. Mütləq gərək yazam? 

LEDİ ÇİLTERN. Başqa yol var bəyəm? 

SER ROBERT ÇİLTERN. Mən onunla görüşüb bunu ona deyə bilərəm. 

LEDİ ÇİLTERN. Sən onunla bir daha görüşməyəcəksən. Bir daha 

görüşməyəcəksən, onunla bir kəlmə belə danışmayacaqsan! O qadın sənin kimi 

adamla danışmağa belə layiq deyil! Elə bu saat götür ona yaz, indicə yaz ona! Elə 

yaz ki, o qadın başa düşsün: sənin qərarın dəyişməyəcək! 

SER ROBERT ÇİLTERN. Bu saat yazım, deməli... 

LEDİ ÇİLTERN. Hə, elə bu dəqiqə! 

SER ROBERT ÇİLTERN. Axı indi gecdir! Bir azdan on iki olacaq! 

LEDİ ÇİLTERN. Eybi yoxdur! Heç nə olmaz! O qadın elə bu saat bilməlidir ki, 

ünvanı səhv salıb! Sən belə alçaq hərəkətlər edə bilməzsən! Sən namuslu və düz 

adamsan! Gəl, bax bu stol arxasında otur, yaz! Yaz ki, o layihəni müdafiə 

etməkdən imtina edirsən! Çünki sən bunu şərəfsizlik sayırsan! Belə də yaz – 

şərəfsizlik! Yəqin, o qadın bu sözü anlayar! 

 

Ser Robert Çiltern oturub məktub yazır. Sonra yazdıqlarını oxuyur. 



 

SER ROBERT ÇİLTERN. Hə, belə daha yaxşı olar! (Zəngi basır.) İndi də qoyum 

konvertə! 

(Məktubu konvertə qoyur. Meyson içəri girir.) Meyson, bu məktubu təcili Klaric 

hotelinə aparın. Cavab lazım deyil.               

 

Meyson gedir. 



Ledi Çiltern əyilib ərini qucaqlayır.  

 



LEDİ ÇİLTERN. Robert, sevgi insanı müdrik edir. Mən hiss edirəm ki, bu gün 

səni nəsə dəhşətli bəladan qurtarmışam, sən hörmətdən düşə bilərdin. Mənə elə 

gəlir ki, sən öz qüdrətinə, öz qabiliyyətinə inanmırsan; başa düşmürsən ki, bizim 

siyasi həyatımızın havasının təmizlənməsində sənin nə qədər rolun olub; bütün 

bunlar sənin etibarlı, namuslu, təmənnasız olmağına görə baş verib; sənin hər 

zaman ciddi məqsədlərə və yüksək ideallara səylə xidmət göstərməyin hesabına 

mümkün olmuşdur.  Mən isə bunları başa düşürəm və buna görə də səni sevirəm, 

Robert!    

SER ROBERT ÇİLTERN. Məni sev, Gertruda, həmişəlik sev məni! 

LEDİ ÇİLTERN. Mən səni hər zaman sevəcəyəm, çünki sən mənim məhəbbətimə 

həmişə layiq olacaqsan. Axı pak və qüsursuz olan şeyi necə sevməmək olar! 

(Ərini öpür və zaldan çıxır.) 

 

Ser Robert Çiltern bir müddət otaqda var-gəl edir; sonra oturub üzünü əlləri ilə 



örtür. Eşikağası gəlir və lampaları söndürməyə başlayır. 

 

SER ROBERT ÇİLTERN (başını qaldırır). İşığı söndürün, Meyson! Söndürün 



işıqları! 

          

 Eşikağası lampaları söndürür. Otaq qaranlıqlaşır. Yalnız pilləkənin yuxarısından 

sallanmış çilçırağın işığı qalır, onun işığı “Məhəbbətin təntənəsi” qədimi divar 

xalçasının üstünə düşür. 

Pərdə. 


                       

İKİNCİ PƏRDƏ 

 

Ser Robert Çilternin qonaq otağı. Son dəbdə geyinən lord Qorinq kresloya 



yayxanıb. Ser Robert Çiltern buxarının qarşısında oturub, sobanın daş divarına 

söykənib. O, həyəcanlı və çox narahat görünür. Söhbət ərzində o, bir neçə dəfə 

durub otaqda var-gəl edir. 

 

LORD QORİNQ. Əzizim Robert, bu çox xoşagəlməz hadisədir. Çox xoşagəlməz 



hadisə! Gərək hər şeyi arvadınıza danışaydınız! Özgələrinin arvadlarından sirr 

əldə etmək bizim dövrün vacib təntənəsidir. Belə ki, klubda mənə həmişə bunu 

dazbaş adamlar deyirlər, axı onlar hər şeyi daha yaxşı bilirlər. Amma heç bir kişi 

gərək öz arvadından sirr saxlamasın. Onsuz da, arvad gec-tez hər şeyi biləcək. 

Qadınlar bu sarıdan çox həssasdırlar, yaxşı iy bilirlər. Onlar görünən şeylərdən 

savayı hər şeyi görürlər. 

SER ROBERT ÇİLTERN. Artur, mən arvadıma heç nə deyə bilmədim. Axı nə 

vaxt deyə bilərdim? Dünən gecə? Əgər desəydim, mən bitmişdim, gərək elə o saat 




ayrılaydıq. Mən dünyada yeganə sevdiyim və pərəstiş etdiyim qadını gərək 

itirəydim; o, mənim qəlbimdə sevgi yuvası quran yeganə qadındır. Yox, mən 

dünən gecə ona heç nə deyə bilməzdim. Bilirsiniz o, nə edərdi? Elə həmin dəqiqə 

məndən üz döndərib gedərdi. Mənə nifrət və həqarətlə baxardı... Dəhşətə gələrdi... 

LORD QORİNQ. Yəni ledi Çiltern bu qədər ləyaqətlidir, mükəmməl qadındır? 

SER ROBERT ÇİLTERN. Əlbəttə! Mənim arvadım çox mükəmməl və ləyaqətli 

qadındır! 

LORD QORİNQ (sol əlindəki əlcəyi çıxarır). Çox təəssüf! Əzizim, bağışlayın, 

mən bunu demək istəmirdim! Lakin əgər sizin dedikləriniz düzdürsə, onda mən 

həyatla bağlı ledi Çilternlə ciddi söhbət eləməli olacağam. 

SER ROBERT ÇİLTERN. Faydasızdır! 

LORD QORİNQ. Yoxlamaq olarmı? 

SER ROBERT ÇİLTERN. Əlbəttə, amma onun baxışlarını heç nə dəyişdirə 

bilməz! 


LORD QORİNQ. Olsun! Ən pis halda bu bir psixoloji eksperiment olacaq! 

SER ROBERT ÇİLTERN. Belə eksperimentlər çox təhlükəlidir! 

LORD QORİNQ. Əzizim, belə götürəndə hər şey təhlükəlidir! Belə olmasaydı, 

yaşamağın mənası da olmazdı… Bax belə! Hə, dostum, siz gərək ona hər şeyi lap 

çoxdan açıb söyləyəydiniz. 

SER ROBERT ÇİLTERN. Nə vaxt? Evlənmək ərəfəsində? Necə bilirsiniz, o, 

bütün bunları, yəni mənim var-dövlətimin haradan gəldiyini və mənim 

karyeramın necə qurulduğunu bilsəydi, mənə ərə gələrdi? O, adamların 

əksəriyyətinin rüsvayçılıq və şərəfsizlik adlandırdığı hərəkətlər barədə xəbər 

tutsaydı, heç mənə ərə gələrdimi? 

LORD QORİNQ (yavaşdan). Elədir, adamlar bu hərəkətləri elə belə də 

adlandırarlar! Buna şübhə də ola bilməz! 

SER ROBERT ÇİLTERN (dərdli). O adamlardır ki, onlar elə özləri də hər gün 

bundan da min dəfə pis hərəkətlər edirlər. O adamlar ki, mənim sirrim 

onlarınkının yanında toya getməlidir. 

LORD QORİNQ. Buna görə də onlar özgə sirlərinin faş edilməsinə sevinirlər. Bu, 

ictimaiyyətin diqqətini azdırır, yəni adamlar onların öz biabırçılıqlarını yaddan 

çıxarır, diqqət özgələrə yönəlir. 

SER ROBERT ÇİLTERN. Yaxşı, lap düzünə qalsa, axı mənim bu hərəkətim 

kimə bir pislik gətirib, hə? Heç kimə! 

LORD QORİNQ (gözlərini ona zilləyərək). Yalnız sizin özünüzə, Robert! 

SER ROBERT ÇİLTERN (bir anlıq susduqdan sonra). Yaxşı, bir şeyi deyim; 

məndə o zamankı hakimiyyətin görmək istədiyi tədbirlər barədə qeyri-rəsmi 

məlumatlar vardı. Mən onlardan istifadə eləmişəm. Bax bugünkü külli miqdarda 

var-dövlətlərin mənbəyi də elə bu qeyri-rəsmi məlumatlardır. Çox adi şeylərdir 

bunlar. 



Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə