İstehlakçıların hüquqlarının müdafiəsi haqqında



Yüklə 188,74 Kb.
Pdf görüntüsü
səhifə3/8
tarix05.04.2018
ölçüsü188,74 Kb.
#36013
1   2   3   4   5   6   7   8

 

malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə, dəyəri 



yenidən hesablanma şərti ilə əvəz edilməsini;  

 



müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.  

2. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə və bu 

maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə 

borcludur. 

İri qabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya (icraçıya) qaytarılması və 

dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının (icraçının) hesabına həyata 

keçirilir. 

3. İstehlakçının malı dəyişmək tələbi, mal olduqda dərhal yerinə yetirilməli, zərurət 

olduqda onun keyfiyyəti, müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və 

ya tərəflər arasında razılaşdırılmış müddət ərzində dəyişdirilməlidir. 

İstehlakçının malı dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki 

ay müddətində ödənilməlidir. 

Göstərilən müddət ərzində malı dəyişdirmək mümkün olmadıqda, istehlakçı satıcı 

(istehsalçı) qarşısında bu maddənin birinci bəndinin ikinci, üçüncü, dördüncü və beşinci 

abzaslarında nəzərdə tutulmuş digər tələblərin yerinə yetirilməsini tələb edə bilər. 

4. Qüsurlu mal lazımi keyfiyyətli, eyni modelli (markalı, tipli və i.a.) mala 

dəyişdirilərkən qiymət dəyişərsə, istehlakçı qiymət fərqini ödəmir. 

Qüsurlu mal lazımi keyfiyyətli, eyni əlamətləri olan, lakin başqa modelli (markalı, tipli 

və i.a.) mala dəyişdirilərkən qiymətlər dəyişdikdə, malın dəyəri göstərilən malın alındığı 

vaxt qüvvədə olmuş qiymətlər əsas götürülməklə yenidən hesablanır. 

Müqavilə ləğv edildikdə, istehlakçı ilə hesablamalar mala qiymətlər artan hallarda eyni 

dərəcəli malların qiymətlərinin artması nəzərə alınmaqla, qiymətlər aşağı düşdükdə isə 

malın alındığı vaxt dəyəri əsas götürülməklə aparılır. 

5. İstehlakçıya keyfiyyətsiz ərzaq malı satılan halda, keyfiyyətsizlik malın yararlılıq 

müddəti ərzində aşkar olunubsa, satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli və ya 

malın dəyərinin məbləğini qaytarmalıdır. 

Belə hallarda istehlakçı ilə hesablaşma bu maddənin 4-cü bəndində göstərilən qaydada 

aparılır. 

6. İstehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 

gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. 




İstehlakçının tələbi ilə satıcı (icraçı) məişət texnikasının və nəqliyyat vasitələrinin təmir 

edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq (evinə çatdırmaqla) oxşar 

mal verməlidir. 

Təmir (dəyişdirmə), habelə malın qüsurlarının aradan qaldırıldığı və ya dəyişdirildiyi 

müddət üçün oxşar malı vermək tələbinin yerinə yetirilməsi (14 gün) ləngidildikdə satıcı 

(icraçı) istehlakçıya mal verməklə bir vaxtda, müəyyən edilmiş müddətin ötürüldüyü hər 

gün üçün ona malın satış qiymətinin bir faizi məbləğində dəbbə pulu ödəyir. 

7. İstehlakçının tələbinə, qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə 

isə texniki pasport və ya onu əvəz edən digər sənəd təqdim edildikdə baxılır. 

Satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd 

verməlidir. 

İstehlakçı ona verilən texniki pasportu və ya onu əvəz edən digər sənədi itirərsə, onların 

bərpası qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll edilir. 

8. İstehsalçı istehlakçının mala olan iddiasını aradan qaldırmaq üçün satıcının sərf etdiyi 

xərcləri ödəməlidir. 

9. Azərbaycan Respublikasından kənarda istehsal olunmuş və ya vasitəçilərdən alınmış 

mallar barəsində bu maddənin birinci bəndində müəyyən edilmiş tələblər satıcının 

hesabına ödənilir. 

10. Əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın 

qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü 

şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, 

istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmamalıdır. 

İstehlakçı malın keyfiyyətinin yoxlanmasında şəxsən, yaxud öz nümayəndəsi vasitəsilə 

iştirak etmək hüququna malikdir. 



Madd

ə

 

8. İş görülmə

si v

ə

 xidm

ə

t göst

ə

rilm

ə

si üçün müqavil

ə

 

bağlanmasında icraçının və

zif

ə

l

ə

ri  

Bazarda hökmran mövqe tutan istehsalçı və ya icraçı (onun nizamnamə fəaliyyətindən, 

yaxud istehsal imkanlarından kənara çıxdığını sübut etdiyi hallar istisna olmaqla) 

istehlakçı ilə işlərin icra edilməsi və xidmət göstərilməsi üçün qeyri-bərabər şərt təklif 



etmədən müqavilə bağlamağa borcludur. Bu halda o, öz istehsalat, yaxud digər təsərrüfat 

fəaliyyətini elə təşkil etməlidir ki, əhalinin ehtiyacları lazımi səviyyədə və fasiləsiz təmin 

edilsin. İcraçının əsassız olaraq, müqavilə bağlamaqdan imtina etməsi nəticəsində o

işlərin yerinə yetirilməməsindən və xidmətlərin göstərilməməsindən istehlakçıya dəyən 

ziyanın əvəzini ödəməyə borcludur. 



Madd

ə

 

9. İş görülmə

sin

ə

 v

ə

 xidm

ə

t göst

ə

rilm

ə

sin

ə

 dair müqavil

ə

l

ə

rin 

şə

rtl

ə

ri pozulark

ən istehlakçıların hüquqları 

 

1. İcraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında 

başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, 

istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ 

vardır. 

2. İşlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, 

yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün 

icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, 

müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının 

hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var. 

3. İcraçı müqavilənin şərtlərindən kənara çıxaraq, işi (xidməti) pisləşdirmişsə, yaxud işdə 

(xidmətdə) başqa qüsurlara yol vermişdirsə, istehlakçının istəyinə uyğun olaraq göstərilən 

qüsurların icraçının hesabına əvəzsiz olaraq müvafiq müddətdə aradan qaldırılmasını və 

ya işin (xidmətin) qüsurlarını öz vəsaitləri ilə aradan qaldırarkən çəkdiyi zəruri xərclərin 

ödənilməsini, yaxud işin (xidmətin) haqqının müvafiq surətdə azaldılmasını tələb etmək 

hüququ var. 

4. İstehlakçının materiallarından görülmüş işlərdə (xidmətlərdə) müqavilə şərtlərindən 

əhəmiyyətli kənaraçıxma və ya digər mühüm qüsurlar aşkar edilərsə, istehlakçının 

istəyinə uyğun olaraq, bu işlərin icraçının eyni cinsli və keyfiyyətli materialından 

hazırlanmasını, yaxud müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək 

hüququ vardır. 

5. Bu maddənin 2-ci bəndində göstərilmiş qüsurlar, müəyyən edilmiş müddətdə aradan 

qaldırılmadıqda, habelə işlərin (xidmətlərin) yerinə yetirilməsi ləngidildikdə, icraçı işin 

(xidmətin) qəbul edilməsi zamanı istehlakçıya gecikdirilmiş hər gün üçün işin və ya 

xidmətin dəyərinin (əgər dəyər ayrıca müəyyən edilməmişdirsə, sifarişin dəyərinin) bir 

faizi məbləğində dəbbə pulu ödəyir, bu şərtlə ki, müqavilədə dəbbə pulunun başqa 

məbləği nəzərdə tutulmuş olmasın. 

Öhdəliklərin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hallar üçün müəyyən edilmiş 

dəbbə pulunun (cərimənin, peniyanın) icraçı tərəfindən ödənilməsi və itkilərin əvəzinin 

verilməsi, onu öhdəlikləri yerinə yetirmək vəzifəsindən azad etmir. 

6. İcraçı görülmüş işlərdə və göstərilmiş xidmətlərdə qüsurların, istehlakçının təqsiri 

ucbatından əmələ gəldiyini sübut edərsə, buna görə məsuliyyət daşımır. 

7. İstehlakçının, bu maddənin 2-ci və 5-ci bəndlərində nəzərdə tutulmuş tələbləri işin 

(xidmətin) yerinə yetirilməsi gedişində istehlakçı tərəfindən qəbul edilməsi zamanı, 

habelə zəmanət müddəti ərzində, belə müddət olmadıqda isə bir il ərzində, qüsurlar aşkar 

edilərkən irəli sürülə bilər. 




Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə