İstehlakçıların hüquqlarının müdafiəsi haqqında



Yüklə 188,74 Kb.
Pdf görüntüsü
səhifə4/8
tarix05.04.2018
ölçüsü188,74 Kb.
#36013
1   2   3   4   5   6   7   8

Zəmanət müddəti işin (xidmətin) istehlakçı tərəfindən qəbul olunduğu gündən

istehlakçının təqsiri üzündən vaxtında qəbul olunmadıqda isə işin (xidmətin) icrası üçün 

müqavilədə müəyyən edilmiş müddətdən hesablanır. 

8. İcraçı, istehlakçıdan qəbul etdiyi əşyanı (materialı) itirdikdə, korladıqda, zədələdikdə 

istehlakçıya özünün keyfiyyətcə və qiymətcə oxşar əşyasını qaytarmalı (iş görməli və 

xidmət göstərməli), bu mümkün olmadıqda istehlakçının razılığı ilə əşyanın (materialın) 

dəyərini və dəymiş itkiləri ona bir aydan gec olmamaq şərti ilə ödəməlidir. 

9. İcraçı əşyanın (materialın) korlanmasına, zədələnməsinə gətirib çıxara bilən xüsusi 

xassələri barədə istehlakçını xəbərdar etməlidir. Elmi və texniki biliklərin səviyyəsi 

əşyanın (materialın) xüsusi xassələrini üzə çıxarmağa imkan vermədikdə belə icraçı 

məsuliyyətdən azad edilmir. 

İcraçının iş görmək və xidmət göstərmək üçün qəbul etdiyi əşyanın (materialın) dəyərini 

istehlakçı müqavilə bağlanarkən müəyyənləşdirir. 

10. İş görülməsində və xidmət göstərilməsində, istehlakçının həyatını, sağlamlığını və ya 

əmlakının təhlükəsizliyini təmin etməyən materialların, avadanlıqların, cihazların, 

alətlərin, qurğuların və başqa vasitələrin tətbiqi nəticəsində vətəndaşın həyatına, 

sağlamlığına və ya əmlakına zərər dəyərsə, icraçı onların xassələrini bilib-bilmədiyindən 

asılı olmayaraq məsuliyyət daşıyır. 



Madd

ə

 

10. İstehlakçıların malların (işlə

rin, xidm

ə

tl

ə

rin) t

ə

hlük

ə

siz 

olmasına hüquqları 

 

1. İstehlakçı qanunla nəzərdə tutulmuş hallarda malların, məmulatların və məlumat 

materiallarının nəzarət markası ilə markalanmasının təmin olunması hüququna malikdir. 

Malların, məmulatların və məlumat materiallarının nəzarət markası ilə markalanması 

həmin obyektlərin müəlliflik hüququ və əlaqəli hüquqlara əməl edilməklə hazırlandığını, 

satışı üçün müvafiq dövlət orqanından razılıq alınması tələb olunduqda belə razılığın 

alınmasını, həmin nüsxələri yaymaq hüququnun verildiyini təsdiq edir. 

Nəzarət markası ilə markalanma tələbi istehlakçıların təhrif edilməmiş və dəyişikliyə 

məruz qalmamış, müəyyən edilmiş əxlaqi və mənəvi dəyərlərə uyğun hazırlanmış 

mallardan, məmulatlardan və məlumat materiallarından istifadə hüququnun təmin 

edilməsinə xidmət edir. Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi 

qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

Aşağıdakıların nəzarət markası ilə markalanması tələb olunur: 

 



dərman vasitələri;  

 



audiovizual əsərin, fonoqramın, kompüter proqramının, məlumat 

toplusunun, kitabın nüsxələri və digər müəlliflik və əlaqəli hüquq 

obyektləri;  


 

dini təyinatlı ədəbiyyat (kağız və elektron daşıyıcılarında), audio və video 



materiallar, mal və məmulatlar və dini məzmunlu başqa məlumat 

materialları.  

Satıcı (istehsalçı, icraçı) istehlakçıya qanunla nəzərdə tutulmuş hallarda nəzarət markası 

ilə markalanmış malları, məmulatları və məlumat materiallarını verməlidir. Nəzarət 

markası ilə markalanmamış malların, məmulatların və məlumat materiallarının 

yayılmasını həyata keçirən şəxslər qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət 

daşıyırlar. 

2. İstehlakçı malların (işlərin, xidmətlərin) adi şəraitdə istifadə olunmasının, 

saxlanılmasının və daşınmasının, onun həyatı, sağlamlığı, eləcə də ətraf mühit üçün 

təhlükəsiz olmasının, həmçinin onun əmlakına ziyan vurulmamasının təmin olunması 

hüququna malikdir. 

Əgər istifadə edilməsi vətəndaşların həyatına, sağlamlığına və əmlakına, habelə, ətraf 

mühitə zərər vura bilən mala (işə, xidmətə) aid təhlükəsizlik tələblərini müəyyənləşdirən 

normativ sənəd yoxdursa, onda müvafiq icra hakimiyyəti orqanları belə normativ 

sənədlərin təxirəsalınmadan hazırlanmasını və qəbul edilməsini təmin etməli, icraçı 

tərəfindən malın istehsalını və satışını, işin görülməsini və xidmət göstərilməsini dərhal 

dayandırmalıdır. 



3. Müəyyən edilmiş vaxtdan artıq istifadə edilməsi, istehlakçıların həyatına, sağlamlığına, 

onların əmlakına və ya ətraf mühitə təhlükə kəsb edən və ya zərər vura bilən mallara 

(işlərə, xidmətlərə) xidmət müddəti (yararlılıq müddəti) müəyyən edilməlidir. 

İstehsalçı (icraçı) bu kimi malların təlimatlarında xidmət (yararlılıq) müddətlərini 

göstərməyə borcludur. 

4. Malın (işin, xidmətin) təhlükəsiz istifadə edilməsi və ya daşınması, saxlanılması üçün 

xüsusi qaydalara əməl olunması zəruridirsə, onda istehsalçı (icraçı) belə qaydaları 

müəyyənləşdirməli, satıcı (icraçı) isə bunları istehlakçının nəzərinə çatdırmalıdır. 

5. Qanunvericilik aktları ilə və ya digər normativ sənədlərdə vətəndaşların həyatı, 

sağlamlığı və əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən 

edildiyi mallar (işlər, xidmətlər), qüvvədə olan qanunvericiliyə əsasən məcburi 

sertifikasiyadan keçirilməlidir. Göstərilən tələblərə uyğunluğunu təsdiq edən sertifikat 

olmadıqda belə malları (o cümlədən xarici malları) Azərbaycan Respublikasında satmaq 

və istifadə etmək qadağandır. 

Belə malların Azərbaycan Respublikasının ərazisinə idxal edilməsinə razılıq üçün 

gömrük orqanlarına təqdim edilən, müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş və ya 

da tanınmış uyğunluq sertifikatı əsas verir. 



Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə