İstehlakçıların hüquqlarının müdafiəsi haqqında



Yüklə 188,74 Kb.
Pdf görüntüsü
səhifə5/8
tarix05.04.2018
ölçüsü188,74 Kb.
#36013
1   2   3   4   5   6   7   8

Bu bənddə nəzərdə tutulmuş malların (işlərin, xidmətlərin) təhlükəsiz olması barədə 

tələblərin pozulmasına görə məsuliyyət, bu Qanunla və digər qanunvericilik aktları ilə 

müəyyən edilir. 

6. İstehlakçı malın (işin, xidmətin nəticələrinin) istifadəsi, daşınması və saxlanılması 

qaydalarına düzgün əməl etdikdə, lakin həmin mal (iş, xidmət) onun həyatına, 

sağlamlığına, əmlakına və ya ətraf mühitə zərər vurduqda və ya zərər vura bilərsə, 

istehsalçı (icraçı, satıcı) onun istehsalını (satışını) zərər vura bilən səbəblər aradan 

qaldırılanadək dayandırmalı, zəruri hallarda isə onun dövriyyədən çıxarılması və 

istehlakçıdan geri qaytarılması üçün tədbirlər görməlidir. 

Zərərin səbəblərini aradan qaldırmaq mümkün deyildirsə, istehsalçı (icraçı) belə malları 

(işləri, xidmətləri) istehsaldan çıxarmaqla, dövriyyədən yığmağa və istehlakçıdan geri 

almağa borcludur. İstehsalçı (icraçı) bu vəzifələrini yerinə yetirmədikdə malları (işləri, 

xidmətləri) istehsaldan çıxarmaq, dövriyyədən yığmaq və istehlakçılardan geri almaq 

haqqında qərarı müvafiq dövlət nəzarət orqanları öz səlahiyyətləri çərçivəsində qəbul 

etməlidirlər. Bu hərəkət nəticəsində ərzaq xammalı və məhsulları qidalanma üçün 

yararsız sayılarsa, onlar məhv və ya təkrar emal edilməlidirlər. 

Malların (işlərin, xidmətlərin) geri qaytarılması ilə əlaqədar istehlakçıya dəyən zərəri 

istehsalçı (icraçı) tam həcmdə ödəməlidir. 

7. Bu maddənin 4-cü və 5-ci bəndlərində müəyyən edilmiş tələblər pozulduqda, malların 

keyfiyyətinə dövlət nəzarətini həyata keçirən orqanların qərarı ilə istehsalçı (icraçı) 

həmin qaydalar pozulmaqla satılmış mallardan əldə etdiyi gəliri Dövlət büdcəsinə 

köçürür. 



8. Yeni (modernləşdirilmiş) mal (iş, xidmət) hazırlanarkən istehsalçı, vətəndaşların 

həyatının, sağlamlığının, əmlakının, həmçinin ətraf mühitin təhlükəsizliyi tələblərinə 

cavab verməsini təsdiq etmək və dövlət ekspertizasından keçirmək üçün, həmin malın 

normativ sənədlərini müvafiq orqana təqdim etməlidir. 



9. İstehsalçı (icraçı) malda (işdə, xidmətdə) ehtimal doğuracaq xətər (risk) və təhlükəsiz 

istifadəsi barədə beynəlxalq təcrübələrdə qəbul edilmiş işarələr vasitəsi ilə istehlakçıya 

məlumat verməyə borcludur. 

Madd

ə

 

11. Lazımi keyfiyyəti olmayan malın (işin, xidmətin) vurduğu 

z

ə

r

ə

r

ə

 gör

ə

 

ə

mlak m

ə

suliyy

ə

ti  

Malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində 

istehlakçının həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərər, qanunvericilikdə daha 

yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam 

ödənilməlidir. 



Malın, işin və ya xidmətin qüsurları nəticəsində əmlaka zərər vurulan hallarda bu qayda 

yalnız o şərtlə tətbiq edilir ki, keyfiyyətsiz məhsul digər əmlaka zərər vurmuş və həmin 

digər əmlak öz təyinatına görə əsasən istehlak məqsədi üçün istifadə edilmiş olsun. 

Madd

ə

 12. M

ə

n

əvi ziyanın ödə

nilm

ə

si  

İstehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən 

pozularsa istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən 

ziyanın dəyəri, qanunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən 

edilir. 

Madd

ə

 

13. İstehlakçıların mal (iş, xidmət) haqqında mə

lumat almaq 

hüququ  

1. Satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak 

xassələri ( ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, 

sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), 

əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, 

saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və 

düzgün məlumat verməlidir.  

Satıcı ( icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət 

növləri barəsində də dolğun və düzgün məlumat verməlidir. 

Azərbaycan Respublikasının ərazisində istehsal edilən, habelə ixrac edilən malların 

üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də 

olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki 

etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə 

yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır. 

Satıcı (icraçı) Azərbaycan Respublikasının ərazisində satdığı malların (işlərin, 

xidmətlərin) qiymətlərini yalnız manatla göstərməlidir. 

2. Bu maddənin 1-ci bəndində nəzərdə tutulmuş məlumat, mala əlavə olunan texniki 

sənədlər, habelə nişanlanma, hazırlanma və satış tarixinin göstərilməsi vasitəsilə və ya 

ayrı-ayrı xidmət sahələrində qəbul olunmuş başqa üsulla istehlakçının nəzərinə çatdırılır.  

3. İstehsal edilmiş malın üzərində istehsal və ya ticarət markası, əmtəə nişanı və ya 

coğrafi göstərici olmalıdır. İstehsal markasında istehsalçının (icraçının) adı, 

mənsubiyyəti, yeri və standartların (normativ sənədlərin) işarəsi göstərilir. Hazırlanmış 

mal istehsal markasına uyğun gəlməlidir. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin 

hazırladığı malın (işin, xidmətin) etiketi (yarlığı) olmalıdır. Etiketdə sahibkarlıq fəaliyyəti 

ilə məşğul olmaq hüququ verən sənədin nömrəsi, onu təsdiq edən orqanın adı, zəruri 

hallarda onun sertifikatlaşdırılması, xüsusi tələblərə cavab verən mallar (işlər, xidmətlər) 

üçün isə dövlət standartlarının nömrəsi haqqında məlumat verilməlidir.  



Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə