İstehlakçıların hüquqlarının müdafiəsi haqqında



Yüklə 188,74 Kb.
Pdf görüntüsü
səhifə6/8
tarix05.04.2018
ölçüsü188,74 Kb.
#36013
1   2   3   4   5   6   7   8

4. Satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın 

verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb 

olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ 

vardır.  

5. Məcburi sertifikasiya edilməli olan, lakin uyğunluq sertifikatı olmayan məhsulun 

reklamı qadağandır.  

6. Haqsız reklam olunan malın (işin, xidmətin) alınması nəticəsində istehlakçıya vurulan 

zərər təqsirkar şəxslər tərəfindən tam həcmdə ödənilməlidir.  

7. Mal (iş, xidmət) haqqında yanlış və ya yarımçıq məlumat, yaxud haqsız reklam 

nəticəsində dəyən zərəri ödəmək barəsində istehlakçının tələblərinə baxılarkən onun əldə 

etdiyi malın (işin, xidmətin) xassələrinə və xarakteristikasına dair xüsusi biliyinin 

olmaması ehtimalı əsas götürülməlidir.  

8. Dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq 

üçün şərait yaradır.  



Madd

ə

 14. Ticar

ə

t v

ə

 

başqa xidmə

t növl

ə

ri sah

ə

l

ə

rind

ə

 

istehlakçıların 

hüquqları 

 

1. Bütün vətəndaşlar ticarət və başqa xidmət növləri sahəsində tələbatlarının 

ödənilməsində bərabər hüquqa malikdir.  

Qanunvericilik aktlarında nəzərdə tutulmuş hallardan başqa, istehlakçıların hüquqlarına 

üstünlük verilməsinə, birbaşa və ya dolayısı ilə hər hansı şəkildə məhdudlaşdırılmasına 

yol verilmir. Sosial müdafiəyə ehtiyacı olan vətəndaşların ayrı-ayrı qruplarına ticarət və 

digər xidmət növləri sahəsində Azərbaycan Respublikasının qanunvericilik aktları ilə 

müəyyən edilmiş qaydada güzəştlər və üstünlüklər verilə bilər.  

2. İstehlakçı, satıcının (icraçının) iş rejimini nəzərə almaqla, özü üçün əlverişli olan 

vaxtda sərbəst mal və xidmət seçmək hüququna malikdir. 

İstehlakçıya sərbəst mal və xidmət seçməkdə hər cür köməklik göstərmək satıcının 

(icraçının) borcudur. 

İstehlakçını keyfiyyətsiz və ya ona lazım olmayan çeşidli mal almağa və xidmət 

göstərilməsinə məcbur etmək qadağan edilir. 

3. Satıcı (icraçı), istehlakçıya öz müəssisəsinin adı, mənsubiyyəti və iş rejimi barədə 

düzgün və başa düşülən məlumat verməlidir. 

4. İstehlakçı aldığı malların keyfiyyətini, komplektliyini, ölçüsünü, çəkisini və qiymətini 

yoxlamaq, malların düzgün və təhlükəsiz istifadəsini nümayiş etdirmək hüququna 

malikdir. Belə hallarda satıcı, istehlakçının tələbi ilə ona nəzarət-ölçü cihazlarını, malın 



qiyməti haqqında sənədləri təqdim etməlidir. Zəmanət müddətində malın keyfiyyətinin 

itməsi səbəblərini müəyyən etmək lazım gəldiyi halda satıcı istehlakçının yazılı ərizəsini 

aldıqdan sonra 3 gün ərzində bu malı ekspertizaya göndərməlidir. Ekspertiza satıcının 

hesabına aparılır. 

5. İstehlakçı satıcının süni surətdə yaratdığı dəstdən ona lazım olan malı almaq hüququna 

malikdir. 

6. Ticarət və digər xidmət növləri müəssisələrində istehlakçının hüquqları pozularsa

satıcı (icraçı) və bu müəssisələrin işçiləri qanunvericiliklə müəyyən olunmuş qaydada 

məsuliyyət daşıyırlar.  

Madd

ə

 

15. İstehlakçının tə

l

ə

bl

ə

rini öd

ə

m

ə

y

ə

n ma

lın lazımi keyfiyyə

tli 

mala d

əyişdirmə

k hüququ  

1. Lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə 

istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, 

istehlakçının onu alındığı yerdə uyğun mala dəyişdirmək hüququ vardır. 

İstehlakçı malın alınma günü sayılmamaq şərti ilə, 14 gün ərzində həmin malı lazımi 

keyfiyyətli mala dəyişdirmək hüququna malikdir. Pərakəndə satılan malın dəyişdirilməsi 



üçün satıcı tərəfindən daha uzun müddət elan edilə bilər. 

İstehlakçı tərəfindən əldə edilmiş lazımi keyfiyyətli mal istifadə olunmayıbsa və onun 

əmtəə görünüşü, istehlak xassələri, plombu, yarlığı, həmçinin, mal və yaxud kassa qəbzi 

və ya ona mal ilə birlikdə verilmiş digər sənədləri saxlanılıbsa, bu hallarda o dəyişdirilə 

bilər. 

Bu maddədə göstərilmiş əsaslar üzrə dəyişdirilməli olmayan malların siyahısı 



Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. 

2. Malı dəyişdirmə anında, satışda uyğun mal yoxdursa, istehlakçı dəyəri yenidən 

hesablamaqla istənilən başqa bir malı almaq və ya qaytarılan malın dəyəri məbləğində 

pulu geri götürmək ya da satışa uyğun mal gələn kimi onu dəyişdirmək hüququna 

malikdir. Satıcı malın satışa daxil olduğu gün malın dəyişdirilməsini tələb edən 

istehlakçıya məlumat verməlidir. 



Madd

ə

 

16. İstehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə

 

şə

rtl

ə

rinin 

etibarsızlığı 

 

Qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını 

məhdudlaşdıran müqavilə şərtləri etibarsız sayılır. İstehlakçının hüquqlarını 

məhdudlaşdıran müqavilə şərtlərinin tətbiqi nəticəsində istehlakçıya zərər dəyibsə, onlar 

təqsirkar şəxs tərəfindən tam həcmdə ödənilməlidir. 



Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə