İstehlakçıların hüquqlarının müdafiəsi haqqında



Yüklə 188,74 Kb.
Pdf görüntüsü
səhifə7/8
tarix05.04.2018
ölçüsü188,74 Kb.
#36013
1   2   3   4   5   6   7   8

İstehsalçı (icraçı, satıcı) istehsalat və ya ticarət fəaliyyətində tutduğu vəzifə 

üstünlüklərindən istifadə edərək istehlakçıya zərər vurduqda istehlakçı ona vurulmuş 

zərərin ödənilməsi hüququna malikdir. 

III f

əsil. İstehlakçıların hüquqlarının müdafiə

si 

Madd

ə

 17. Ticar

ə

t v

ə

 

başqa xidmə

t növl

əri haqqında qaydalar 

 

Ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları 

Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar 

«İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa 



və digər qanunvericilik aktlarına zidd olmamalıdır. 

Ticarət, məişət və digər növ xidmətlərin göstərilməsi zamanı müştərilərlə 

hesablaşmaların aparılması, habelə vergilərin və dövlət orqanları tərəfindən göstərilən 

xidmətlərə (işlərə) görə dövlət rüsumlarının və haqlarının ödənilməsi üçün müvafiq POS-

terminallar quraşdırılmalıdır. 

POS-terminallar quraşdırılacaq obyektlərin müəyyənləşdirilməsi meyarları, ərazilər üzrə 

POS-terminalların mərhələlərlə tətbiqi qaydası və cədvəli müvafiq icra hakimiyyəti 

orqanı tərəfindən müəyyən edilir. 

Bu maddənin ikinci hissəsində nəzərdə tutulan POS-terminalların quraşdırılmaması 

Qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. 

Madd

ə

 

18. İstehlakçıların hüquqlarının müdafiə

si üzr

ə

 dövl

ə

t siyas

ə

ti

  

18.0. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, 

işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə 

özündə aşağıdakı tələbləri ehtiva edir: 

18.0.1. istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən 

yeyinti məhsullarının və dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, 

saxlanmasının və satış şəraitinin sanitar-gigiyenik, ekoloji, texniki, təhlükəsizlik 

standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini; 

18.0.2. malların (xidmətlərin, işlərin) bəzi növlərinin istehsalına, idxalına və 

satışına xüsusi razılıq (lisenziya) verilməsini; 

18.0.3. məcburi sertifikatlaşdırılmalı olan malların (xidmətlərin, işlərin) 

müəyyənləşdirilməsi və onlara uyğunluq sertifikatının və (və ya) uyğunluq 

nişanlarının verilməsini; 

18.0.4. dərman vasitələrinin satışı, tibbi xidmətlərin göstərilməsi ilə məşğul olan 

şəxslərin müvafiq tibbi təhsilinin olmasına nəzarəti


18.0.5. malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq 

müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar 

verməklə, yaxud yolverilməz reklam vasitəsilə satıcılar və (və ya) reklamçılar 

tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınmasını; 

18.0.6. həcmi müvafiq qaydada müəyyənləşdirilərək təsdiq olunmuş maddi və 

mənəvi zərərin satıcı tərəfindən (istehsalçı, idxalçı, reklamçı) alıcıya 

(istehlakçıya) ödənilməsini; 

18.0.7. insanların sağlamlığı, ətraf mühit üçün təhlükəli olan malların 

(xidmətlərin, işlərin) istehsalının, idxalının və satışının qadağan olunmasını; 

18.0.8. istehlakçıların hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən 

beynəlxalq təşkilatlarla əməkdaşlığı, ictimai birliklərin fəaliyyəti üçün müvafiq 

şəraitin yaradılmasını. 

Madd

ə

 

19. İstehlakçıların hüquqlarının və

 

qanuni maraqlarının dövlə



müdafi

ə

si

  

19.1. Malların (xidmətlərin, işlərin) istehlakçılarının hüquqlarının və qanuni 

maraqlarının dövlət müdafiəsi ticarət, ictimai iaşə, məişət və digər xidmət normalarına 

və qaydalarına riayət olunmasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən nəzarət 

formasında həyata keçirilir. 

19.2. İstehlakçıların hüquqlarının və qanuni maraqlarının qorunması funksiyalarını 

yerinə yetirən müvafiq icra hakimiyyəti orqanı: 

19.2.1. istehsal, idxal edilən və (və ya) satılan malların (xidmətlərin, işlərin) 

müvafiq standartların və texniki şərtlərin tələblərinə uyğunluğunu 

müəyyənləşdirir, onlara uyğunluq sertifikatları və (və ya) uyğunluq nişanları 

verir; 

19.2.2. məcburi sertifikatlaşdırılması tələb olunan malların (xidmətlərin, işlərin) 

siyahısını müəyyənləşdirir və onların sertifikatı olmadan satışının (icrasının) 

qarşısını alır və ticarət dövriyyəsindən çıxarır; 

19.2.3. müvafiq standartların, texniki şərtlərin tələblərinə cavab verməyən

insanların həyat və sağlamlığı, ətraf mühit üçün təhlükə yaradan malların 

(xidmətlərin, işlərin) istehsalının, idxalının və satışının qarşısını alır; 

19.2.4. mənşəyi məlum olmayan, yararlılıq müddəti ötmüş malların ticarət 

dövriyyəsindən çıxarılmamasına, onların satılmasına yol vermiş şəxslərin müvafiq 

qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə cəlb olunması üzrə tədbirlər 

görür; 


Yüklə 188,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə