A Z Ə R B A Y C A N
İ Q T İ S A D İ
İ S L A H A T L A R
İ C M A L I
İ y u n 2 0 1 7
2
İSTEHSAL FƏALİYYƏTİ SAHƏSİNDƏ VERGİTUTMA
MƏQSƏDLƏRİ ÜÇÜN GƏLİRLƏRİN VƏ XƏRCLƏRİN
UÇOTUNUN APARILMASI QAYDASI
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən
imzalanmış 2017-ci il 16 iyun tarixli müvafiq Fərmana əsasən
“İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin
və xərclərin uçotunun aparılması Qaydası” təsdiq edilmişdir.
3
Bu Qayda Azərbaycan Respublikası Vergi
Məcəlləsinin 130.1-1-ci maddəsinə əsasən
hazırlanmışdır və istehsal fəaliyyəti sahəsində
vergitutma məqsədləri üçün gəlirlərin və
xərclərin uçotunun aparılması ilə bağlı
münasibətləri tənzimləməkdədir. Bu Qaydanın
məqsədi istehsal sahəsində fəaliyyət göstərən
vergi ödəyicilərinin gəlirlərinin və xərclərinin
müəyyən edilməsi ilə bağlı malların mədaxilinin
və məxaricinin sənədləşdirilməsini, habelə
bu sahədə şəffaflığın, uçot və hesabatlılığın
artırılmasını təmin etmək səciyyəsi daşıyır.
Fərmana əsasən, bu Qaydada istifadə olunan
əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
•
təhtəlhesab şəxs – inzibati-təsərrüfat
fəaliyyəti və əməliyyatlar üzrə hesablaşmaları,
o cümlədən mal və xidmətlərin alışını həyata
keçirən şəxs;
•
kommersiya (satış) təmsilçisi – hazır
məhsulların sifarişçilərə çatdırılması ilə bağlı
sahibkarı təmsil edən və onun adından müqavilə
bağlayan şəxs;
•
istehsal fəaliyyəti – maddi nemətlər
yaratmağa yönəldilmiş fəaliyyət prosesi;
•
əsas istehsal sahəsi – müəssisənin
(fərdi sahibkarın) sahibkarlıq fəaliyyətinin əsas
məqsədi hesab edilən məhsulların istehsalının
başa çatdırıldığı istehsal sahəsi;
•
köməkçi istehsal sahəsi – müəssisənin
(fərdi sahibkarın) sahibkarlıq fəaliyyətinin
əsas məqsədi hesab edilən məhsulların
komponentlərinin (yarımfabrikatlarının) istehsal
olunduğu, habelə onların istehsalı ilə bağlı işlərin
görüldüyü və xidmətlərin göstərildiyi istehsal
sahəsi;
•
istehsal ehtiyatı – istehsal prosesində
istifadə olunan mal-material.
Bu Qaydada istifadə olunan digər anlayışlar
Azərbaycan Respublikasının Vergi Məcəlləsi,
Azərbaycan
Respublikasının
Gömrük
Məcəlləsi, “Mühasibat uçotu haqqında”
Azərbaycan Respublikasının Qanunu və
Azərbaycan Respublikasının digər qanunları ilə
müəyyənləşdirilmiş mənaları ifadə edir.
Gəlir və xərclərin uçotunun aparılması
Təsdiq edilmiş Qaydaya əsasən, Azərbaycan
Respublikasının Vergi Məcəlləsinə uyğun
olaraq, istehsal sahəsində fəaliyyət göstərən
vergi ödəyiciləri gəlirlərinin və xərclərinin
vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa,
həmin Məcəlləyə əsasən tətbiq edilən uçot
metodundan asılı olaraq, gəlirlərini və xərclərini
onların əldə edildiyi və ya çəkildiyi müvafiq
hesabat dövrlərinə aid etməyə və bu fəaliyyətlə
bağlı bütün əməliyyatların başlanmasını,
gedişini və başa çatmasını müəyyənləşdirməyə
imkan verən uçot aparılmasını təmin etməyə
borcludurlar.
Bununla yanaşı, istehsal sahəsində fəaliyyət
göstərən vergi ödəyiciləri mühasibat uçotunun,
gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin,
o cümlədən əmtəə-material ehtiyatlarının
uçotunun aparılması, habelə uçot sənədlərinin
tərtib edilməsi və saxlanması ilə bağlı
Azərbaycan Respublikasının Vergi Məcəlləsi
və “Mühasibat uçotu haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
vəzifələri, habelə onlara uyğun qəbul edilmiş
4
digər qanunvericilik aktlarının tələblərini yerinə
yetirməyə borcludurlar.
İstehsal sahəsində istehsal ehtiyatlarının
mədaxilinin sənədləşdirilməsi
•
İstehsal sahəsində fəaliyyət göstərən vergi
ödəyicilərinin bu fəaliyyətin həyata keçirilməsi
üçün vergi orqanlarında uçotda olan şəxslərdən,
o cümlədən malsatan və podratçılardan satın
alınan istehsal ehtiyatları aşağıdakı qaydada
sənədləşdirilir:
�
istehsal sahəsində fəaliyyət göstərən
vergi ödəyiciləri istehsal ehtiyatlarını əlavə dəyər
vergisinin (ƏDV-nin) məqsədləri üçün qeydiyyata
alınmayan vergi ödəyicilərindən aldıqda, bu
malların alışına dair Azərbaycan Respublikasının
Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaimə-
faktura və ya elektron qaimə-faktura tələb edilir
və belə malların anbara təhvil verilməsi “İstehsal
ehtiyatlarının təhvil-qəbul aktı” ilə sənədləşdirilir;
�
istehsal sahəsində fəaliyyət göstərən
vergi ödəyiciləri istehsal ehtiyatlarını ƏDV-
nin məqsədləri üçün qeydiyyata alınmış vergi
ödəyicilərindən aldıqda, bu malların alışına dair
qaimə-faktura və ya elektron qaimə-faktura ilə
yanaşı, elektron vergi hesab-fakturasının da
verilməsi tələb edilir və belə malların anbara
təhvil verilməsi “İstehsal ehtiyatlarının təhvil-
qəbul aktı” ilə sənədləşdirilir.
•
İstehsal ehtiyatları vergi orqanında
uçotda olmayan şəxslərdən alındıqda, “İstehsal
ehtiyatlarının alış aktı” tərtib edilir. “İstehsal
ehtiyatlarının alış aktı”nda satıcının şəxsiyyətini
təsdiq edən sənədin məlumatlarının (FİN,
seriyası və nömrəsi) göstərilməsi mütləqdir. Belə
istehsal ehtiyatlarının anbara təhvil verilməsi
“İstehsal ehtiyatlarının təhvil-qəbul aktı” ilə
sənədləşdirilir.
•
Vergi ödəyicisi istehsal ehtiyatlarını
təhtəlhesab şəxs vasitəsilə aldıqda, təhtəlhesab
şəxsə vəkalətnamə (etibarnamə) verir. İstehsal
ehtiyatlarının alışı zamanı təhtəlhesab şəxs
satıcıya vəkalətnamə (etibarnamə) təqdim
etdikdən sonra satıcı vəkalətnamə (etibarnamə)
verən vergi ödəyicisinin adına sənədləşdirilmiş
istehsal ehtiyatlarının satışına dair qaimə-
fakturanı və ya elektron qaimə-fakturanı, yaxud
elektron vergi hesab-fakturasını təhtəlhesab
şəxsə təqdim edir. Təhtəlhesab şəxsin istehsal
ehtiyatlarını anbara və ya istehsal sahəsinə təhvil
verməsi “İstehsal ehtiyatlarının təhvil-qəbul aktı”
ilə sənədləşdirilir.
•
İdxal olunan istehsal ehtiyatlarının anbara
və ya istehsal sahələrinə mədaxili alış dəyərini
təsdiq edən sənəd və istehsal ehtiyatlarının
anbara və ya istehsal sahələrinə təhvil verilməsi
ilə bağlı tərtib olunan “İstehsal ehtiyatlarının
təhvil-qəbul aktı” ilə sənədləşdirilir. İdxal olunan
istehsal ehtiyatları uçota alınarkən həmin
istehsal ehtiyatlarının idxalına dair gömrük
bəyannamələri, faktura (invoys) və istehsal
ehtiyatlarının satın alınmasına dair müqavilə
əsas götürülür. Həmin sənədlərə idxal olunan
istehsal ehtiyatlarının daşınmasına dair müqavilə,
gömrük təmsilçiliyi birbaşa, yaxud dolayı yolla
həyata keçirildikdə – müvafiq səlahiyyətin
verilməsini təsdiq edən sənəd, əmtəə-nəqliyyat
qaiməsi, gömrük ödənişlərinin ödənilməsini və
ya gömrük borcuna görə təminatın verilməsini
təsdiq edən sənədlər əlavə edilir. İdxal olunan
istehsal ehtiyatları uçot sənədlərində qeydiyyata
alınarkən həmin istehsal ehtiyatlarının alış
qiymətinin (faktura qiyməti), nəqliyyat xərclərinin,
istehsal ehtiyatlarının yüklənmə, boşaldılma,
5
yenidən yüklənmə və sığorta xərclərinin cəmi
nəzərə alınır.
•
İstehsal sahəsində fəaliyyət göstərən
vergi ödəyicisinə məxsus istehsal ehtiyatlarının
təsərrüfatdaxili (anbardan-anbara) hərəkəti
“İstehsal
ehtiyatlarının
təsərrüfatdaxili
yerdəyişməsi qaimə-fakturası” ilə sənədləşdirilir.
İstehsal fəaliyyəti göstərən vergi ödəyicisinin
bu fəaliyyətlə yanaşı, topdan və ya pərakəndə
satış fəaliyyəti üzrə təsərrüfat subyektləri
(obyektləri) mövcud olduqda, həmin təsərrüfat
subyektlərindən (obyektlərdən) malların (hazır
məhsulların) istehsal fəaliyyətində istifadə üçün
götürülməsi və ya qaytarılması “Malların (hazır
məhsulların)
təsərrüfatdaxili
yerdəyişməsi
qaimə-fakturası” ilə sənədləşdirilir.
•
İstehsal ehtiyatlarının anbara mədaxilinin
uçotu məsul şəxslər, malların adları (növləri,
partiyaları və s.), miqdarı və ya digər kəmiyyət
göstəriciləri və saxlanma yerləri üzrə aparılır.
İstehsal ehtiyatlarının əsas və köməkçi istehsal
sahələrinə buraxılışının sənədləşdirilməsi
•
Əsas və köməkçi istehsalat sahələrinə
istehsal ehtiyatları istehsal sahəsinə məsul
şəxsin (texnoloq, baş mühəndis, istehsal
sahəsinin rəhbəri) sifarişi (tələbi) əsasında
buraxılır. Sifariş (tələb) məsul şəxs (texnoloq, baş
mühəndis, istehsal sahəsinin rəhbəri) tərəfindən
imzalanmış və müəssisə rəhbəri (fərdi sahibkar)
və ya onların səlahiyyətli nümayəndələri
tərəfindən təsdiq edilmiş normativlər əsasında
tərtib edilir. Bu zaman məsul şəxs tərəfindən
“İstehsal ehtiyatlarının buraxılışı tələbnaməsi”
tərtib edilir. Həmin tələbnamə məsul şəxs
(texnoloq, baş mühəndis və ya istehsal sahəsinin
rəhbəri) tərəfindən təsdiq edilməklə istehsal
ehtiyatları anbarına təqdim edilir.
•
İstehsal ehtiyatları anbarının məsul şəxsi
tərəfindən alınmış tələbnamə əsasında istehsal
ehtiyatları hazırlanır və “İstehsal ehtiyatlarının
istehsala buraxılışı qaimə-fakturası” tərtib
edilərək istehsal ehtiyatları sifarişçiyə (məhsul
istehsalı üçün texnoloqa, hazır məhsulun
qablaşdırılması üçün isə sex rəisinə (müavinə)
təqdim edilir.
•
Əsas istehsal sahəsinin məsul şəxsi
tərəfindən hazır məhsulun istehsalı üçün tələb
olunan köməkçi istehsalat məhsullarından ötrü
yazılı sifariş tərtib edilir və həmin sifariş məsul
şəxslər tərəfindən (texnoloq, baş mühəndis,
istehsal sahəsinin rəhbəri) təsdiq edilir.
•
Sifariş əsasında istehsal edilmiş
məhsullar köməkçi istehsal sahəsinin məsul
şəxsi tərəfindən “Köməkçi istehsal məhsullarının
əsas istehsala buraxılışı qaimə-fakturası” tərtib
edilərək əsas istehsal sahəsinə buraxılır.
•
Vergi ödəyicisinə məxsus anbarlar və
ya obyektlər (təsərrüfat subyektləri) məhsul
istehsalı fəaliyyəti üzrə obyektin (təsərrüfat
subyektinin) hüdudlarından kənarda yerləşdikdə
və hazır məhsulların daşınması nəqliyyat
vasitəsilə həyata keçirildikdə, həmin nəqliyyat
vasitəsinə əlavə olaraq “Yük avtonəqliyyatı üçün
yol vərəqi” verilir.
Hazır məhsulların anbara mədaxilinin
sənədləşdirilməsi
•
İstehsalı başa çatmış hazır məhsullar
bu məhsullar üçün nəzərdə tutulmuş anbarlara
təhvil verilir. Bu zaman istehsal sahəsinin məsul
şəxsi (sex rəisi (müavini) və s.) tərəfindən istehsal
olunmuş hazır məhsullar “Hazır məhsulların
təhvil-qəbul aktı” ilə anbarın məsul
6
şəxsinə təhvil verilir.
•
“Hazır məhsulların təhvil-qəbul aktı”nda
məhsullar kəmiyyət ifadəsində əks olunur.
•
Anbara təhvil verilmiş hazır məhsullarla
bağlı hesabat ayı bitdikdən sonra faktiki istehsal
xərcləri əsasında qiymətləndirilmiş dəyərlə
uçota alınır.
•
Məhsulların istehsalı zamanı zay olmuş
məhsullarla bağlı istehsal sahəsinin məsul
şəxsi (sex rəisi (müavini) və s.) tərəfindən “Zay
məhsullara dair akt” tərtib edilir.
•
Düzəldilməsi mümkün olan və ya material
ehtiyatı kimi istifadə edilə bilən zay məhsullar
“Zay məhsulların təhvil-qəbul aktı” ilə anbarın
məsul şəxsinə verilir.
•
Hazır məhsulların itməsi, əskik gəlməsi,
xarab olması, zay olması və oğurlanması
“İtmiş, əskik gəlmiş, xarab və ya zay olmuş və
oğurlanmış mallar barədə akt”la sənədləşdirilir.
Həmin akt vergi ödəyicisinin (və ya onun
səlahiyyətli nümayəndəsinin), məsul şəxsin və
malları anbara təhvil verən şəxsin imzaları ilə
təsdiqlənir.
Hazır məhsulların satışının sənədləşdirilməsi
•
Müəssisədə və ya fərdi sahibkar
tərəfindən istehsal edilmiş hazır məhsullar
anbardan alıcıların sifarişi əsasında Azərbaycan
Respublikasının Vergi Məcəlləsi ilə müəyyən
edilmiş qaydada qaimə-faktura və ya elektron
qaimə-faktura tərtib edilməklə sifarişçilərə
göndərilir.
•
Hazır məhsulun istehsalçısı ƏDV
qeydiyyatında olduğu halda sifarişçiyə qaimə-
faktura və ya elektron qaimə-faktura ilə yanaşı,
elektron vergi hesab-fakturası da təqdim edir.
•
Vergi ödəyicisinə hazır məhsullar
təhtəlhesab şəxs vasitəsilə göndərildikdə,
təhtəlhesab şəxsdən vəkalətnamə (etibarnamə)
tələb edilir. Hazır məhsulların alışı zamanı
təhtəlhesab şəxs tərəfindən satıcıya vəkalətnamə
(etibarnamə) təqdim edildikdən sonra satıcı
(istehsalçı) vəkalətnamə (etibarnamə) verən
vergi ödəyicisinin adına sənədləşdirilmiş hazır
məhsulların satışına dair qaimə-fakturanı və ya
elektron qaimə-fakturanı, yaxud elektron vergi
hesab-fakturasını təhtəlhesab şəxsə təqdim
edir.
•
İstehsalçı istehsal etdiyi hazır məhsulların
özünə məxsus təsərrüfat subyektləri (obyektlər)
vasitəsilə satışını həyata keçirdikdə, həmin
məhsulların bu təsərrüfat subyektlərinə
(obyektlərə) göndərilməsi “Hazır məhsulların
təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”
ilə sənədləşdirilir.
•
Malların itməsi, əskik gəlməsi və xarab və
ya zay olması fövqəladə hallar nəticəsində baş
verdikdə, aidiyyəti dövlət orqanlarının verdikləri
arayışlar əsasında həmin mallar məsul şəxslərin
hesabından silinə bilər. Bu zaman “Fövqəladə
hallarda malların itməsi, əskik gəlməsi və xarab
və ya zay olması barədə akt” tərtib olunur.
İstehsal fəaliyyəti ilə məşğul olan vergi
ödəyicisinin gəlirlərinin və xərclərinin
müəyyən edilməsi
•
İstehsal fəaliyyəti ilə məşğul olan vergi
ödəyicisinin istehsal etdiyi hazır məhsulun bu
Qaydada nəzərdə tutulan sənədləşdirilmiş
7
məlumatlar əsasında alıcılara təqdim edilməsi
üzrə dövriyyə bu fəaliyyəti həyata keçirən şəxsin
gəlirlərinə aid edilir.
•
Vergitutma
məqsədləri
üçün
gəlirin əldə edilmə vaxtı Azərbaycan
Respublikası Vergi Məcəlləsinin 132-ci
və 135-ci maddələri ilə müəyyən olunur.
•
İstehsal fəaliyyəti ilə məşğul olan
vergi ödəyicisi tərəfindən təqdim edilmiş
hazır məhsulların satışı üzrə məsrəflər, o
cümlədən yerinə yetirilən iş və göstərilən
xidmətlərlə əlaqədar birbaşa məsrəflər, köməkçi
istehsalatların xərcləri, əsas istehsala xidmət
və onun idarə edilməsi ilə bağlı dolayı xərclər,
zayolmadan əmələgələn itkilər və s. bu fəaliyyəti
həyata keçirən şəxsin xərclərinə aid edilir. Yerinə
yetirilən iş və göstərilən xidmətlərlə əlaqədar
birbaşa məsrəflərə əsas istehsalda olan əsas
vəsaitlərin amortizasiyası, əsas istehsalatla
bağlı qeyri-maddi aktivlərin amortizasiyası, əsas
istehsalatda istifadə edilmiş istehsal ehtiyatları,
öz istehsalının yarımfabrikatları, icarə haqqı,
kommunal xidmətlər və s. aid edilir.
•
Vergitutma məqsədləri üçün xərclərin
çəkilmə vaxtı Azərbaycan Respublikası Vergi
Məcəlləsinin 133-cü və 136-cı maddələri ilə
müəyyən olunur.
•
İstehsal edilmiş hazır məhsullar üzrə
fərdi uçot aparılmadıqda, gəlirdən çıxılan hazır
məhsulların dəyəri Azərbaycan Respublikası
Vergi Məcəlləsinin 139.4-cü maddəsinə uyğun
olaraq orta maya dəyəri ilə müəyyən edilir.
İstehsal fəaliyyəti ilə məşğul olan vergi
ödəyicisinin anbarlarında mal qalığının
müəyyən edilməsi
Təsdiq edilmiş Qaydaya əsasən, istehsal
fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin
anbarlarında malların qalığı hər bir anbar üzrə
ayrılıqda inventarizasiya aparılmaqla müəyyən
edilir.
O cümlədən, məsul şəxslərin maddi
məsuliyyətində
qalan
malların
miqdarı
müəyyənləşdirilərkən, bu Qayda ilə müəyyən
edilmiş mədaxil və məxaric sənədləri əsasında
malların mühasibat uçotu üzrə qalıqları
inventarizasiya nəticəsində aşkar edilən faktiki
qalıqlarla tutuşdurulur və nəticəsindən asılı
olaraq, malların uçotunda düzəlişlər edilir.
Yekun olaraq burada onu da qeyd etmək yerinə
düşər ki, bu Qayda çərçivəsində nəzərdə
tutulmuş qaimə-faktura, “İstehsal ehtiyatlarının
təhvil-qəbul aktı”, “İstehsal ehtiyatlarının alış
aktı”, “İstehsal ehtiyatlarının təsərrüfatdaxili
yerdəyişməsi qaimə-fakturası” və “Malların
(hazır məhsulların) təsərrüfatdaxili yerdəyişməsi
qaimə-fakturası”,
“İstehsal
ehtiyatlarının
buraxılışı tələbnaməsi”, “İstehsal ehtiyatlarının
istehsala buraxılışı qaimə-fakturası”, “Köməkçi
istehsal məhsullarının əsas istehsala buraxılışı
qaimə-fakturası”, “Yük avtonəqliyyatı üçün
yol vərəqi”, “Zay məhsullara dair akt”, “Zay
məhsulların təhvil-qəbul aktı”, “İtmiş, əskik
gəlmiş, xarab və ya zay olmuş və oğurlanmış
mallar barədə akt”, “Hazır məhsulların
təsərrüfatdaxili yerdəyişməsi qaimə-fakturası”
və “Fövqəladə hallarda malların itməsi, əskik
gəlməsi və xarab və ya zay olması barədə
akt” ciddi hesabat blanklarıdır və onların
formasının təsdiq edilməsi sözügedən Fərmana
əsasən Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi tərəfindən həyata keçirilməsi nəzərdə
tutulmuşdur.
8
Dostları ilə paylaş: |