Istehsalatda bedbext hadiseler haqqinda arq 999- iiiq



Yüklə 124,16 Kb.
Pdf görüntüsü
tarix16.11.2017
ölçüsü124,16 Kb.
#10638


 

 

İ

stehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə 

ə

mək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında 

 

AZƏRBAYCAN   RESPUBLİKASININ  

Q  A  N  U  N  U 

 

 

Bu Qanun Azərbaycan Respublikasında istehsalatda bədbəxt hadisələr və peşə 

xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta 

sahəsində  münasibətləri  tənzimləyir,  bu  münasibətlərin  hüquqi,  iqtisadi  və  təşkilati 

ə

saslarını müəyyən edir.  



 

 

Maddə 1. İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində 

                            peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta 

                  haqqında qanunvericilik 

 

İ

stehsalatda  bədbəxt  hadisələr  və  peşə  xəstəlikləri  nəticəsində  peşə  əmək 



qabiliyyətinin  itirilməsi  hallarından  icbari  sığorta  haqqında  Azərbaycan 

Respublikasının  qanunvericiliyi  Azərbaycan  Respublikasının  Konstitusiyasından, 

Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsindən,  Azərbaycan  Respublikasının 

Ə

mək  Məcəlləsindən,  “Sığorta  fəaliyyəti  haqqında”  Azərbaycan  Respublikasının 



Qanunundan, bu Qanundan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq 

müqavilələrdən və digər normativ hüquqi aktlardan ibarətdir. 



 

Maddə 2. Əsas anlayışlar 

 

2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 

2.0.1.  istehsalatda

 

bədbəxt  hadisələr  və  peşə  xəstəlikləri  nəticəsində  peşə 



ə

mək  qabiliyyətinin  itirilməsi  hallarından  icbari  sığorta  (bundan  sonra  –  icbari 

sığorta)  – istehsalatda

 

bədbəxt hadisələr və  peşə xəstəlikləri nəticəsində peşə  əmək 



qabiliyyətinin  itirilməsi  hallarından  sığorta  olunanların  həyatına  və  sağlamlığına 

dəyən  zərər  nəticəsində onların  peşə  əmək  qabiliyyətinin itirilməsi  və  ya  ölümü  ilə 

bağlı sığorta ödənişinin verilməsini nəzərdə tutan sığorta sinfidir; 

2.0.2.  istehsalatda  bədbəxt  hadisələr  və  peşə  xəstəlikləri  nəticəsində  peşə 

ə

mək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi (bundan sonra - 




 

icbari  sığorta  müqaviləsi)  -  icbari  sığortanın  təmin  edilməsi  üçün  sığortalının 



müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta hadisəsi nəticəsində sığortaçının 

sığorta ödənişini həyata keçirmək öhdəliyini nəzərdə tutan yazılı razılaşma; 

2.0.3.  sığorta  olunan  -  xeyrinə  icbari  sığorta  müqaviləsi  bağlanılan  və  bu 

Qanunla müəyyən olunmuş hallarda sığorta ödənişi almaq hüququ olan bu Qanunun 

3-cü maddəsində göstərilən şəxslər; 

2.0.4.  sığortalı  –  sığorta  olunanın  xeyrinə  icbari  sığorta  müqaviləsi  bağlayan 

Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  hüquqi  və  fiziki  şəxslər,  dövlət 

orqanları; 

2.0.5.  sığortaçı  –  Azərbaycan  Respublikasında  həyat  sığortası  sahəsi  üzrə 

sığorta  fəaliyyətini  həyata  keçirmək  üçün  lisenziyaya  malik  olan  və  istehsalatda 

bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi 

hallarından  icbari  sığorta  növünü  aparmağa,  həmçinin  qanunvericiliklə  müəyyən 

olunmuş hallarda annuitet sığortası aparmağa müvafiq icazə almış yerli hüquqi şəxs; 

2.0.6.  faydalanan  şəxs  -  bu  Qanuna  uyğun  olaraq  sığorta  müqaviləsindən 

faydalanan (sığorta ödənişi almaq hüququ olan) şəxs; 

2.0.7.  annuitet  müqaviləsi  -  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada 

müvafiq  icazə  almış  sığortaçı  və  faydalanan  şəxs  arasında  bağlanılan,  həmin 

faydalanan  şəxsin  xeyrinə  dövri  sığorta  ödənişinin  həyata  keçirilməsini  nəzərdə 

tutan sığorta müqaviləsi; 

2.0.8. müqavilə ili - icbari sığorta müqaviləsinin qüvvədə olduğu birinci il və 

həmin müqavilənin qüvvədə olduğu bütün dövr ərzində tamam olan hər növbəti il; 

2.0.9.  istehsalat  -  fiziki  şəxsin  işləri,  xidmətləri  (bundan  sonra  -  əmək 

funksiyalarını) haqqı ödənilməklə yerinə yetirdiyi iş yeri; 

2.0.10.  istehsalatda  bədbəxt  hadisə  -  əmək  funksiyalarını  yerinə  yetirərkən 

xeyrinə  icbari  sığorta  müqaviləsi  bağlanılmalı  olan  şəxsin  bədən  üzvlərinin, 

toxumalarının zədələnməsi ilə

 

sağlamlığının qəflətən və kəskin pozulması halı; 



2.0.11.  peşə  xəstəliyi  –  əlverişsiz  və  zərərli  istehsalat  amillərinin  sığorta 

olunanın orqanizminə təsiri nəticəsində baş verən xroniki və ya kəskin xəstəlik; 

2.0.12.  sığorta  hadisəsi  -  icbari  sığorta  müqaviləsinin  qüvvədə  olduğu  dövr 

ə

rzində istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın 



peşə  əmək  qabiliyyətinin  itirilməsi,  yaxud  ölümü  ilə  əlaqədar  bu  Qanuna  görə 

sığorta ödənişinin faydalanan şəxsə ödənilməsi üçün əsas olan hal; 

2.0.13.  sığorta  ödənişi  -  sığorta  hadisəsi  baş  verdikdə,  sığorta  olunanın  peşə 

ə

mək  qabiliyyətinin  itirilməsi  və  ya  ölümü  ilə  bağlı  maddi  itkilərin  bərpası 



məqsədilə faydalanan şəxsə verilən pul təzminatı; 

2.0.14. sığorta haqqı - icbari sığorta müqaviləsi üzrə risklərin qəbul edilməsi 

müqabilində sığortalı tərəfindən sığortaçıya ödənilməli olan pul məbləği; 

2.0.15.  sığorta  məbləği  –  icbari  sığorta  müqaviləsi  üzrə  sığortaçının 

öhdəliyinin son həddi;  

2.0.16.  annuitet  haqqı  -  bu  Qanuna  uyğun  olaraq  annuitet  müqaviləsi 

bağlanıldığı  hallarda  faydalanan  şəxsə  dövri  sığorta  ödənişlərinin  ödənilməsi 

öhdəliyi müqabilində annuitet müqaviləsi üzrə sığortaçıya ödənilən pul məbləği; 




 

2.0.17.  sığorta  tarifi  -  icbari  sığorta  müqaviləsi  üzrə  sığorta  haqqının 



hesablanması  üçün  bu  Qanuna  uyğun  olaraq  müəyyən  olunan  əmək  haqqı  fonduna 

tətbiq olunan faiz dərəcəsi; 

2.0.18.  peşə  riskinin  dərəcəsi  -  əmək  funksiyalarını  yerinə  yetirərkən  peşə 

ə

mək  qabiliyyətinin  itirilməsi  və  ya  ölüm  ehtimalının  iqtisadi  fəaliyyət  növləri  və 



sığorta olunanların kateqoriyaları üzrə səviyyəsi; 

2.0.19.  sığorta  olunanların  kateqoriyaları  -  sığorta  olunanların  istehsalatda 

yerinə  yetirilən  əmək  funksiyalarının  xarakterinə  görə  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən müəyyən olunmuş qaydada bölgüsü; 

2.0.20.  peşə  əmək  qabiliyyəti  -  müəyyən  ixtisasa  uyğun  olaraq  əmək 

funksiyalarını müəyyən edilmiş həcmdə və keyfiyyətlə yerinə yetirmək bacarığı; 

2.0.21. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi - sığorta olunanın sığorta 

hadisəsi baş verənədək malik olduğu peşə əmək qabiliyyətinin davamlı itirilməsinin 

faizlə ifadəsi. 

 

Maddə 3. Sığorta olunanlar 

 

3.1.  Aşağıdakı  şəxslər  bu  Qanunun  əsasında  bağlanılan  icbari  sığorta 

müqaviləsi üzrə icbari sığorta olunmalıdırlar: 

3.1.1.  hüquqi  şəxslə  və  ya  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə 

məşğul olan fiziki şəxslə qanunvericiliyə uyğun olaraq bağlanılmış əmək müqaviləsi 

və  ya  mülki-hüquqi

 

müqavilə  əsasında



 

ə

mək  funksiyalarını  yerinə  yetirən  şəxslər, 



dövlət  orqanında  çalışan  dövlət  qulluqçuları  və  digər  işçilər  (hərbi  və  ya  xüsusi 

rütbəsi olan şəxslər istisna olmaqla); 

3.1.2.  azadlığın  məhdudlaşdırılması  növündə  cəzaya  məhkum  olunmuş  və 

işləyən şəxslər; 

3.1.3. məcburi dövlət sosial sığortasına cəlb olunması nəzərdə tutulan seçkili 

ödənişli  vəzifələrdə  işləyənlər  (Azərbaycan  Respublikası  Milli  Məclisinin 

deputatları  və  Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  deputatları  istisna 

olmaqla); 

3.1.4. istehsalat təcrübəsi (təlimi) keçən tələbə və şagirdlər; 

3.1.5. müəssisələrdə işə cəlb edilən hərbi qulluqçular; 

3.1.6.  təbii  fəlakətlərin  qarşısının  alınmasına  və  nəticələrinin  aradan 

qaldırılmasına,  habelə  hərbi  və  fövqəladə  vəziyyət  rejimində  işlərin  yerinə 

yetirilməsinə cəlb edilən şəxslər; 

3.1.7.  fərdi  qaydada  sahibkarlıq  və  əmək  fəaliyyəti  ilə  məşğul  olan  fiziki 

şə

xslər.  


3.2.  Bu  Qanun  qanunvericiliyə  uyğun  olaraq  Azərbaycan  Respublikasında 

ə

mək  fəaliyyəti  ilə  məşğul  olan  əcnəbilərə  və  vətəndaşlığı  olmayan  şəxslərə  də 



(“Sosial  sığorta  haqqında”  Azərbaycan  Respublikasının  Qanununa  uyğun  olaraq 

məcburi  dövlət  sosial  sığortasına  cəlb  olunmayan  əcnəbilər  istisna  olmaqla)  şamil 

olunur. 

 

 

 



 



Maddə 4. Sığortalılar 



 

4.0.  Bu  Qanuna  əsasən  aşağıdakılar  icbari  sığorta  müqaviləsi  bağlamaq 

vəzifəsi daşıyırlar: 

4.0.1.  Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  mülkiyyət  və  təşkilati-

hüquqi  formasından  asılı  olmayaraq,  Azərbaycan  Respublikasının  və  ya  xarici 

dövlətin  qanunvericiliyinə  uyğun  olaraq  yaradılmış  hüquqi  şəxs  statusunda  olan 

müəssisə, idarə və təşkilatlar, onların filial və nümayəndəlikləri; 

4.0.2. dövlət orqanları; 

4.0.3.  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  fiziki 

şə

xslər; 



4.0.4. seçkili orqanlar; 

4.0.5.  fərdi  qaydada  sahibkarlıq  və  əmək  fəaliyyəti  ilə  məşğul  olan  fiziki 

şə

xslər.  


 

Maddə 5. Faydalanan şəxslər 

 

5.0. Aşağıdakı şəxslər bu Qanuna əsasən faydalanan şəxs sayılırlar: 

5.0.1. sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanlar; 

5.0.2.  sığorta  hadisəsi  nəticəsində  sığorta  olunanın  öldüyü  halda  aşağıdakı 

şə

xslər: 


5.0.2.1.  sığorta  olunanın  himayəsində  olmuş  və  ya  onun  öldüyü  günədək 

ondan  dolanacaq  təminatı  almaq  hüququna  malik  olmuş  əmək  qabiliyyəti  olmayan 

şə

xslər; 


5.0.2.2. sığorta olunanın ölümündən sonra doğulmuş uşağı; 

5.0.2.3.  sığorta  olunanın  himayəsində  olmuş  və  onun  on  dörd  yaşına 

çatmamış,  yaxud  bu  yaşa  çatsa  da,  tibb  orqanlarının  rəyinə  əsasən  sağlamlıq 

vəziyyətinə  görə  başqasının  qulluğuna  ehtiyacı  olan  uşaqlarına,  nəvələrinə, 

qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və əmək qabiliyyətindən asılı 

olmayaraq işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü; 

5.0.2.4. sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il 

ə

rzində əmək qabiliyyətini itirmiş şəxslər. 



 

Maddə 6. Sığorta olunanın hüquq və vəzifələri 

 

6.1. Sığorta olunanın aşağıdakı hüquqları vardır: 

6.1.1. qanunvericiliklə müəyyən edilmiş qaydada istehsalatdan

 

ayrılmadan və 



ya  istehsalatdan  ayrılmaqla,  təhlükəsiz  əmək  metodlarına,  əməyin  mühafizəsi 

qaydalarına və təlimatlarına dair ödənişsiz təlim keçmək; 

6.1.2.  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  sığortalının  hesabına  ilkin 

və vaxtaşırı icbari tibbi müayinələrdən keçmək; 

6.1.3.  sığortalıdan  və  sığortaçıdan  icbari  sığorta  ilə  bağlı  hüquqları  və 

vəzifələri barədə ödənişsiz məlumat almaq; 

6.1.4. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 

6.2. Sığorta olunanın aşağıdakı vəzifələri vardır: 




 

6.2.1. əməyin mühafizəsi qaydalarına və əməyin mühafizəsinə dair təlimatlara 



riayət etmək; 

6.2.2. əmək müqaviləsində və ya mülki-hüquqi

 

müqavilədə nəzərdə tutulmuş 



vəzifələrini yerinə yetirmək; 

6.2.3.  icbari  sığorta  müqaviləsində  göstərilmiş  məlumatların  dəyişməsi 

haqqında, belə halların yarandığı tarixdən 10 iş günündən gec olmayaraq sığortalıya 

məlumat vermək; 

6.2.4. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

 

Maddə 7. Sığortalının hüquq və vəzifələri 



 

7.1. Sığortalının aşağıdakı hüquqları vardır: 

7.1.1.  icbari  sığorta  müqaviləsinin  bağlanması  üçün  sığortaçını  bu  Qanunun 

11.2-ci maddəsində göstərilən tələbləri nəzərə alaraq sərbəst seçmək; 

7.1.2. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada 

istehsalatda baş verən bədbəxt hadisələrin təhqiqatında iştirak etmək; 

7.1.3.  sığorta  hadisəsinin  baş  verdiyi  halda  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən müəyyən edilmiş qaydada sığorta olunanın müayinə olunmasında şəxsən 

və ya nümayəndəsi vasitəsilə iştirak etmək; 

7.1.4.  özünün,  habelə  sığorta  olunanların  hüquq  və  qanuni  mənafelərini 

müdafiə etmək; 

7.1.5. sığortaçıdan icbari sığortanın şərtlərinin, icbari sığorta müqaviləsi üzrə 

hüquq və vəzifələrin izah edilməsini tələb etmək; 

7.1.6. sığorta ödənişinin həyata keçirilməsindən imtina və ya onun məbləğinin 

azaldılması  haqqında  sığortaçının  qərarından  qanunvericiliklə  nəzərdə  tutulmuş 

qaydada şikayət etmək; 

7.1.7. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 

7.2. Sığortalının aşağıdakı vəzifələri vardır: 

7.2.1.  bu  Qanunla  müəyyən  edilmiş  qaydada  sığortaçı  ilə  icbari  sığorta 

müqaviləsi bağlamaq; 

7.2.2.  icbari  sığorta  müqaviləsi  ilə  müəyyən  edilmiş  məbləğdə,  qaydada  və 

müddətlərdə sığorta haqqını sığortaçıya ödəmək; 

7.2.3.  sığorta  olunanların  kateqoriyalarında  və  peşə  riski  dərəcəsində 

dəyişikliklər edildikdə, onların kateqoriyalarında dəyişikliklərin edildiyi andan 10 iş 

günü müddətində sığortaçını bu barədə məlumatlandırmaq; 

7.2.4.  sığorta  hadisələrinin  baş  verməsinin  qarşısının  alınması  sahəsində 

tədbirlər  həyata  keçirmək,  habelə  qanunvericiliyə  uyğun  olaraq  təhlükəsiz  əmək 

şə

raitini təmin etmək;  



7.2.5.  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş  qaydada 

sığorta hadisələrinin araşdırılmasını təmin etmək; 

7.2.6. sığorta hadisəsinin baş verməsi tarixindən 3 iş günü ərzində sığortaçıya 

bu barədə məlumat vermək; 

7.2.7.  sığorta  haqqının  hesablanmasına  və  ödənilməsinə,  sığorta  ödənişinin 

təyin edilməsinə əsas verən, icbari sığortanın həyata keçirilməsi üçün zəruri olan və 

ə

ldə edilməsi özündən asılı olan digər sənədləri sığortaçıya təqdim etmək; 




 

7.2.8.  qanunvericiliklə  müəyyən  edilmiş  müddətdə  və  qaydada  sığorta 



olunanın  ilkin  tibbi  müayinədən  və  vaxtaşırı  icbari  tibbi  müayinədən  keçirilməsini 

təmin etmək; 

7.2.9.  yenidən  təşkil  olunması,  ləğv  edilməsi  və  ya  fəaliyyətinə  xitam 

verilməsi barədə sığortaçıya dərhal məlumat vermək; 

7.2.10.  sığorta  hadisələrinin  baş  verməsinin  qarşısının  alınması  və  onların 

araşdırılmasının  nəticələri  üzrə  müvafiq  icra  hakimiyyəti  orqanının  qərarlarını  və 

göstərişlərini yerinə yetirmək; 

7.2.11.  sığorta  olunanlara  onların  hüquq  və  vəzifələrini,  habelə  icbari 

sığortanın şərtləri və qaydalarını izah etmək; 

7.2.12. sığorta haqlarının hesablanmasının və köçürülməsinin düzgün uçotunu 

aparmaq,  sığorta  ödənişi  üçün  əsas  olan  sənədlərin  qorunub  saxlanmasını  təmin 

etmək, sığortaçıya sığorta müqaviləsində müəyyən edilmiş qaydada məlumat təqdim 

etmək; 

7.2.13.  sığorta  hadisəsindən  irəli  gələn  itkilərin  azaldılması  üçün  tədbirlər 



görmək; 

7.2.14. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

7.3.  Bu  Qanunla  sığorta  etdirmək  vəzifəsi  daşıyan  sığortalı  həmin  vəzifəni 

yerinə  yetirmədikdə  və  ya  icbari  sığorta  müqaviləsini  qanunvericiliklə  nəzərdə 

tutulmuş  şərtlərlə  müqayisədə  sığorta  olunanın  vəziyyətini  pisləşdirən  şərtlərlə 

bağladıqda,  sığorta  hadisəsinin  baş  verdiyi  halda  bu  Qanuna  uyğun  olaraq  xeyrinə 

sığorta  müqaviləsi  bağlanmalı  şəxslər  qarşısında  azı  bu  Qanunla  müəyyən  edilmiş 

sığorta təminatı həcmində öhdəlik daşıyır. 



 

Maddə 8. Faydalanan şəxsin hüquq və vəzifələri 

 

8.1. Faydalanan şəxsin aşağıdakı hüquqları vardır: 

8.1.1.  bu  Qanunla  müəyyən  olunmuş  qaydada  və  şərtlərlə  sığorta  ödənişini 

almaq; 


8.1.2. bu Qanuna uyğun olaraq annuitet müqaviləsi bağlamaq üçün sığortaçını 

sərbəst seçmək; 

8.1.3. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada 

sığorta hadisəsinin araşdırılmasında şəxsən, həmçinin müvafiq həmkarlar ittifaqının 

nümayəndəsi ilə birlikdə iştirak etmək; 

8.1.4.  sığorta  hadisəsinin  araşdırılmasının  nəticələri  ilə  razılaşmadığı  halda 

qanunvericiliyə uyğun olaraq şikayət etmək; 

8.1.5. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 

8.2. Faydalanan şəxsin aşağıdakı vəzifələri vardır: 

8.2.1.  bu  Qanunun  18.6-cı  maddəsində  nəzərdə  tutulan  sənədləri  sığortaçıya 

təqdim etmək; 

8.2.2.  icbari  sığorta  müqaviləsində  və  ya  annuitet  müqaviləsində  göstərilmiş 

məlumatların dəyişməsi haqqında, habelə sığorta ödənişinin məbləğinin dəyişməsinə 

və  ya  bu  ödənişi  almaq  hüququnun  itirilməsinə  səbəb  ola  bilən  hallar  barədə  belə 

halların  yarandığı  tarixdən  10  iş  günündən  gec  olmayaraq  sığortaçıya  məlumat 

vermək; 



 

8.2.3.  6  aydan  gec  olmamaq  şərti  ilə  annuitet  müqaviləsi  üzrə  sığortaçını 



həmin  müqaviləyə  xitam  verilməsi  barədə  niyyəti  haqqında  yazılı  şəkildə  xəbərdar 

etmək; 


8.2.4. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

 

Maddə 9. Sığortaçının hüquq və vəzifələri 

 

9.1. Sığortaçının aşağıdakı hüquqları vardır: 

9.1.1. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada 

sığorta hadisələrinin araşdırılmasında iştirak etmək; 

9.1.2.  sığorta  hadisəsi  nəticəsində  zərər  çəkmiş  sığorta  olunanın  peşə  əmək 

qabiliyyətinin itirilməsinin müəyyənləşdirilməsi məqsədilə müvafiq icra hakimiyyəti 

orqanı  tərəfindən  aparılan  müayinədə  iştirak  etmək,  belə  müayinənin  nəticələri  ilə 

bağlı qərarla razı olmadıqda həmin qərarı qanunvericiliyə uyğun olaraq məhkəmədə 

mübahisələndirmək, yeni müayinənin keçirilməsini tələb etmək; 

9.1.3.  icbari  sığorta  müqaviləsi  bağlandığı  zaman  sığorta  riskinin 

qiymətləndirilməsi  üçün  həmin  müqavilənin  tərəfi  qismində  çıxış  edən  sığortalının 

istehsalat şəraitinin araşdırılması tədbirlərini həyata keçirmək, bu məqsədlə müstəqil 

ekspertləri cəlb etmək; 

9.1.4.  sığorta  hadisələri  üzrə  məlumatı  əldə  etmək,  yoxlamaq  və  zəruri 

hallarda səlahiyyətli dövlət orqanlarına sorğular vermək; 

9.1.5.  sığortalılardan,  sığorta  olunanlardan  və  faydalanan  şəxslərdən  sığorta 

hadisəsi ilə əlaqədar bu Qanuna uyğun olaraq zəruri sənədləri tələb etmək;  

9.1.6.  sığorta  hadisələrinin  baş  verməsinin  qarşısının  alınması  ilə  bağlı 

tövsiyələr vermək; 

9.1.7.  qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda  sığorta  ödənişini  həyata 

keçirməkdən imtina etmək; 

9.1.8. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 

9.2. Sığortaçının aşağıdakı vəzifələri vardır: 

9.2.1.  sığorta  haqlarının  vaxtında  və  tam  məbləğdə  hesablanıb  ödənilməsinə 

nəzarət etmək; 

9.2.2.  sığorta  ödənişinin  bu  Qanunla  müəyyən  edilmiş  qaydada  və  müddətdə 

verilməsini təmin etmək; 

9.2.3.  sığorta  ödənişinin  həyata  keçirilməsindən  imtina  haqqında  qərar  qəbul 

etdiyi  halda  sığorta  olunana  və  faydalanan  şəxsə  imtinanın  səbəbləri  barədə 

ə

saslandırılmış yazılı bildiriş göndərmək; 



9.2.4. qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

 

Maddə 10. Sığorta hadisəsinin müəyyən olunması 

 

10.0.  Bu  Qanuna  əsasən  sığorta  hadisəsi  aşağıdakılar  əsasında  müəyyən 

olunur: 

10.0.1.  istehsalatda

 

bədbəxt  hadisə  haqqında  qanunvericiliklə  müəyyən 



edilmiş  formada  tərtib  olunmuş  akt,  yaxud  xeyrinə  icbari  sığorta  müqaviləsi 


 

bağlanılmalı  şəxslə  bağlı  istehsalatda



 

bədbəxt  hadisənin  baş  verməsi  barədə 

məhkəmə qərarı; 

10.0.2. müvafiq icra hakimiyyəti orqanının istehsalatda

 

bədbəxt hadisə və ya 



peşə  xəstəliyi  nəticəsində  sığorta  olunanın  peşə  əmək  qabiliyyətinin  itirilməsi 

dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə. 

 

Maddə 11. İcbari sığorta müqaviləsi 

 

11.1.  İcbari  sığorta  müqaviləsi  yalnız  həyat  sığortası  sahəsi  üzrə  sığorta 

fəaliyyətinin  həyata  keçirilməsinə  hüquq  verən  lisenziyaya  və  istehsalatda

 

bədbəxt 



hadisələr  və  peşə  xəstəlikləri  nəticəsində  peşə  əmək  qabiliyyətinin  itirilməsi 

hallarından icbari sığorta növü üzrə fəaliyyətin həyata keçirilməsinə sığorta nəzarəti 

orqanının verdiyi icazəyə malik olan sığortaçı tərəfindən bağlanıla bilər. 

11.2.  Sığortalı  bu  Qanunun  11.1-ci  maddəsində  göstərilən  tələbləri  nəzərə 

alaraq  sığortaçını  seçməkdə  sərbəstdir.  Qanunvericilikdə  nəzərdə  tutulmuş  hallar 

istisna  olmaqla,  sığortaçı  icbari  sığorta  müqaviləsini  bağlamaqdan  imtina  edə 

bilməz.  

11.3.  İcbari  sığorta  müqaviləsi  sığortalının  yazılı  müraciəti  əsasında  yazılı 

formada  bağlanılır.  İcbari  sığorta  müqaviləsinin  məzmunu  və  forması  müvafiq icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

11.4.  İcbari  sığorta  müqaviləsi  sığorta  olunanın  və  ya  faydalanan  şəxsin 

vəziyyətini  qanunvericiliklə  müəyyən  olunmuş  şərtlərlə  müqayisədə  pisləşdirirsə, 

sığortaçı  sığorta  olunan  və  ya  faydalanan  şəxs  qarşısında  bu  Qanunla  müəyyən 

olunmuş sığorta təminatı həcmində öhdəlik daşıyır. 

11.5. İcbari sığorta müqaviləsi müddətsiz bağlanılır.  

11.6.  İcbari  sığorta  müqaviləsi  Azərbaycan  Respublikasının  Mülki 

Məcəlləsində nəzərdə tutulmuş qaydada qüvvəyə minir. 

11.7. İcbari sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir: 

11.7.1. müqavilə ilinin sonuna azı 30 gün qalmış icbari sığorta müqaviləsinə 

xitam verilməsi barədə sığortaçının xəbərdar edilməsi şərti ilə sığortalının təşəbbüsü 

ə

sasında; 



11.7.2.  qanunvericiliyə  uyğun  olaraq  sığortalı  ləğv  edildikdə  və  ya  onun 

fəaliyyətinə xitam verildikdə; 

11.7.3.  sığortalının  sığorta  olunanla  bağlamış  olduğu  əmək  müqaviləsinə, 

yaxud  mülki-hüquqi  müqaviləyə  xitam  verildiyi  halda,  həmin  sığorta  olunana 

münasibətdə;  

11.7.4. qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 

11.8. İcbari sığorta müqaviləsinə xitam verilməsi sığortaçını faydalanan şəxsə 

həmin müqavilənin qüvvədə olduğu dövr ərzində baş vermiş sığorta hadisələri üzrə 

sığorta ödənişini vermək öhdəliyindən azad etmir. 

11.9.  Əqdlərin  etibarsızlığının  qanunvericilikdə  nəzərdə  tutulmuş  əsasları  ilə 

yanaşı,  icbari  sığorta  müqaviləsi  aşağıdakı  hallarda  da  bağlandığı  andan  etibarsız 

sayılır: 

11.9.1.  sığorta  müqaviləsi  sığortaçının  və  ya  sığortalının  adından  müqavilə 

bağlamağa səlahiyyəti olmayan şəxslərlə bağlandıqda; 




 

11.9.2. bu Qanunda nəzərdə tutulmayan və sığortalının vəziyyətini pisləşdirən 



ə

lavə şərtlər sığorta müqaviləsinə daxil edildikdə həmin şərtlərə münasibətdə; 

11.9.3.  sığorta  fəaliyyəti  ilə  məşğul  olmaq  hüququ  olmayan  və  ya  müvafiq 

sığorta  növünü  aparmağa  icazəsi  olmayan  şəxs  sığortaçı  qismində  müvafiq  sığorta 

müqaviləsini bağladıqda (bu halda ödənilmiş sığorta haqları tam həcmdə sığortalıya 

qaytarılır). 



 

Maddə 12. Annuitet müqaviləsi 

 

12.1. Bu Qanunun 16.3-cü maddəsinə əsasən birdəfəlik sığorta ödənişi almış 

faydalanan  şəxs  annuitet  müqaviləsi  bağlamaq  hüququ  olan  sığortaçı  ilə  annuitet 

müqaviləsi bağlaya bilər. 

12.2.  Annuitet  müqaviləsinin  məzmunu  və  forması,  onun  bağlanılması, 

dəyişdirilməsi  və  ona  xitam  verilməsi  qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən müəyyən edilir. 

 

Maddə 13. Sığorta tarifi 

 

13.1.  Peşə  riskinin  dərəcəsindən  və  sığorta  olunanların  kateqoriyalarından 

asılı  olaraq  fərqləndirilən  sığorta  tarifləri  2  faizdən  artıq  olmamaq  şərtilə  müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

13.2. Sığorta tarifləri hər təqvim ili üçün müəyyən olunur. 

13.3.  Növbəti  təqvim  ili  üçün  sığorta  tarifləri  cari  ilin  dekabr  ayının  1-dək 

müəyyən olunmalıdır. 

 

Maddə 14. Sığorta haqqı və sığorta məbləği 

 

14.1. Sığorta haqqı bu Qanuna uyğun olaraq xeyrinə icbari sığorta müqaviləsi 

bağlanılmalı  olan  şəxslərin  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən 

olunmuş  qaydada  hesablanan  bir  illik  əmək  haqqı  fondunun  sığorta  tarifinə  hasili 

ə

sasında müəyyən edilir. 



14.2.  Sığorta  haqqı  sığortalı  tərəfindən  sığortaçıya  müqavilə  ilinin  əvvəlində 

icbari  sığorta  müqaviləsində  nəzərdə  tutulmuş  qaydada  hissə-hissə  və  ya  birdəfəlik 

ödənilir. 

14.3.  İcbari  sığorta  müqaviləsinin  qüvvədə  olduğu  müddət  ərzində  sığorta 

olunanların  kateqoriyalarında  və  peşə  riski  dərəcəsində,  həmçinin  əmək  haqqı 

fondunda  dəyişikliklər  baş  verərsə,  sığorta  haqqı  bu  dəyişikliklərin  tarixindən 

müvafiq  müqavilə  ilinin  başa  çatmasına  qədər  qalmış  vaxta  mütənasib  şəkildə 

yenidən hesablanmalıdır.  

14.4.  Bu  Qanunun  məqsədləri  üçün  icbari  sığorta  müqaviləsi  üzrə  sığorta 

məbləğinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən 

müəyyən edilir. 

 

 

 



 

10 


Maddə 15. Annuitet haqqı 

 

Annuitet  haqqının  məbləğinin  hesablanması  qaydaları  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən aktuar prinsiplər gözlənilməklə müəyyən olunur. 

 

Maddə 16. Sığorta ödənişi 

 

16.1.  Bu  Qanuna  uyğun  olaraq  faydalanan  şəxslərə  aşağıdakı  sığorta 



ödənişləri verilə bilər:  

16.1.1. aylıq sığorta ödənişi; 

16.1.2. birdəfəlik sığorta ödənişi;  

16.1.3. əlavə sığorta ödənişi.  

16.2. Aylıq sığorta ödənişi sığorta hadisəsi baş verdikdə sığorta olunanın peşə 

ə

mək  qabiliyyətinin  itirilməsi  ilə  bağlı  itirilmiş  aylıq  əmək  haqqı  əvəzində 



faydalanan şəxsə verilən pul təzminatıdır. 

16.3. Birdəfəlik sığorta ödənişi bu Qanunla müəyyən olunmuş qaydada aylıq 

sığorta ödənişi məbləğlərinin cəm halda birdəfəlik ödənilməsidir. Birdəfəlik sığorta 

ödənişi aşağıdakı hallarda verilir: 

16.3.1.  sığorta  hadisəsi  nəticəsində  zərər  çəkmiş  sığorta  olunana  əlillik 

növbəti müayinə müddəti göstərilmədən təyin edildikdə;  

16.3.2. sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda. 

16.4.  Əlavə  sığorta  ödənişi  sığorta  hadisəsi  nəticəsində  zərər  çəkmiş  sığorta 

olunana  müalicəyə,  əlavə  qidalanmaya,  dərman  alınmasına,  protezləşdirməyə, 

başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə 

edilməsinə,  başqa  peşəyə  hazırlanmaya  çəkdiyi  xərclərinin  əvəzinin  ödənilməsinə 

görə verilən pul təzminatıdır. 

 

Maddə 17. Sığorta ödənişi məbləğlərinin hesablanması 

 

17.1.  Aylıq  sığorta  ödənişinin  məbləği  sığorta  hadisəsi  nəticəsində  zərər 



çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətini itirdiyi tarixdən əvvəl malik olduğu 

orta  aylıq  əmək  haqqının  həmin  sığorta  hadisəsi  nəticəsində  itirilmiş  peşə  əmək 

qabiliyyətinin faizi miqdarında müəyyən edilir.  

17.2.  Bu  Qanunun  17.1-ci  maddəsində  nəzərdə  tutulmuş  orta  aylıq  əmək 

haqqı  miqdarının  hesablanması qaydası  müvafiq  icra hakimiyyəti orqanı tərəfindən 

müəyyən edilir.  

17.3.  Aylıq  sığorta  ödənişi  məbləğinin  hesablanması  zamanı  sığorta  hadisəsi 

nəticəsində  zərər  çəkmiş  sığorta  olunanın  orta  aylıq  əmək  haqqı  barədə  lazımi 

sənədləri  əldə  etmək mümkün  olmadıqda aylıq  sığorta ödənişinin  məbləği  müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən iqtisadiyyatın müvafiq sahəsində lazım olan dövr 

üçün müəyyən edilmiş orta aylıq əmək haqqı əsasında hesablanır. 

17.4.  Birdəfəlik  sığorta  ödənişinin  məbləği  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən müəyyən olunmuş qaydada hesablanır.  

17.5.  Əlavə  sığorta  ödənişi  məbləğinin  hesablanması  qaydası  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 



 

11 


17.6.  Sığortaçı  öz  müstəqil  qərarına  əsasən  bu  Qanunla  müəyyən  olunmuş 

sığorta məbləğlərinə üstəlik sığorta ödənişi ödəyə bilər. 

 

Maddə 18. Sığorta ödənişinin verilməsi qaydası 

 

18.1.  İcbari  sığorta  müqaviləsi  üzrə  aylıq  sığorta  ödənişi  sığorta  hadisəsi 

nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin 

müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi gündən verilir. 

18.2.  Annuitet  müqaviləsi  üzrə  sığorta  ödənişi  sığorta  olunana  müvafiq  icra 

hakimiyyəti  orqanı  tərəfindən  müddətsiz  əlillik  müəyyən  edilən  gündən,  sığorta 

hadisəsi  ölümlə  nəticələndiyi  halda  isə  sığorta  olunanın  vəfat  etdiyi  gündən,  lakin 

faydalanan şəxsin həmin ödənişi almaq hüququnu əldə etdiyi gündən tez olmayaraq 

verilir. 

18.3.  Birdəfəlik  sığorta  ödənişi  icbari  sığorta  müqaviləsi  və  ya  annuitet 

müqaviləsi üzrə faydalanan şəxslə sığortaçı arasında razılaşmaya əsasən bu Qanunun 

17.4-cü maddəsinə uyğun olaraq verilir. 

18.4.  Əlavə  sığorta  ödənişi  müvafiq  icra  hakimiyyəti  orqanının  qərarında 

müəyyən olunmuş tarixdən və müddət ərzində verilir. 

18.5.  Əlavə  sığorta  ödənişi  sığorta  hadisəsi  nəticəsində  zərər  çəkmiş  sığorta 

olunanın  həmin  ödənişə  aid  yardım  və  qulluq  növlərinə  möhtac  olduğu  və  bunları 

pulsuz almaq hüququnun qanunvericilikdə nəzərdə tutulmadığı halda verilir.  

18.6. Sığorta ödənişinin təyin edilməsi sığortaçı tərəfindən faydalanan şəxsin 

tələbinə  və  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  olunmuş  siyahıda 

göstərilən sənədlərə əsasən həyata keçirilir. 

18.7. Sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa 

olunması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.  

18.8.  Sığortaçı  sığorta  ödənişi  təyin  etmək  üçün  bu  Qanunun  18.6-cı 

maddəsində göstərilən sənədlərdən əlavə digər sənəd tələb edə bilməz.  

18.9.  Sığorta  ödənişini  almaq  üçün  sığorta  tələbi  və  müvafiq  sənədlərin 

təqdim  edildiyi  tarixdən  10  iş  günü  ərzində  (sığorta  olunan  öldükdə  isə  2  iş  günü 

ə

rzində)  sığortaçı  sığorta  ödənişinin  verilib-verilməməsi  barədə  qərar  çıxarır  və  bu 



barədə faydalanan şəxsə rəsmi məlumat verir. 

18.10.  Sığortaçı  bu  Qanunun  9.1.2-ci  maddəsinə  uyğun  olaraq  müvafiq  icra 

hakimiyyəti  orqanının  aparılmış  müayinənin  nəticələri  barədə  qərarı  ilə  razı 

olmadıqda  həmin  qərarı  qanunvericiliyə  uyğun  olaraq  mübahisələndirmək  və  yeni 

müayinənin  keçirilməsini  tələb  etmək  niyyəti  barədə  bu  Qanunun  18.9-cu 

maddəsində  nəzərdə  tutulmuş  müddət  ərzində  faydalanan  şəxsə  rəsmi  məlumat 

verməlidir. 

18.11.  Faydalanan  şəxs  sığorta  tələbini  sığorta  ödənişini  almaq  hüququ 

yarandıqdan  sonra  üç  ildən  gec  təqdim  etdikdə  sığorta  ödənişi  bu  tələbin  verildiyi 

tarixdən əvvəlki üç il üçün ödənilir. Bu müraciət üç il ərzində edildikdə isə, sığorta 

ödənişi bu hüququn yarandığı gündən etibarən bütün dövrə şamil edilir. 

 

 



 


 

12 


Maddə 19. Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən 

                   edilməsi qaydası 

 

19.1.  Sığorta  hadisəsi  nəticəsində  zərər  çəkmiş  sığorta  olunanın  peşə  əmək 

qabiliyyətinin  itirilməsi  dərəcəsinin  müəyyənləşdirilməsi  məqsədilə  müayinə 

edilməsi  sığorta  olunanın,  sığortalının  və  ya  sığortaçının  müraciəti,  yaxud 

qanunvericiliyə əsasən məhkəmənin qərarı əsasında müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən həyata keçirilir.  

19.2.  Sığorta  hadisəsi  nəticəsində  zərər  çəkmiş  sığorta  olunanın  peşə  əmək 

qabiliyyətinin  itirilməsi  dərəcəsinin  müəyyənləşdirilməsi,  o  cümlədən  həmin 

məqsədlə  ilkin  və  təkrar  müayinə  edilməsi  qaydası  qanunvericiliklə  müəyyən 

olunur. 


 

Maddə 20. Sığorta ödənişindən imtinanın əsasları 

 

20.0.  Sığortaçı  aşağıdakı  hallarda  sığorta  ödənişinin  verilməsindən  imtina 

edir: 

20.0.1.  sığorta  hadisəsi  sığorta  olunanın  həmin  hadisənin  baş  verməsinə 



yönəldilmiş qəsdən etdiyi hərəkətlərinin nəticəsi olduqda; 

 

20.0.2.  sığorta  hadisəsi  sığorta  olunanın  əmək  funksiyalarını  icra  edərkən 



alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələrin 

təsirindən sərxoş vəziyyətdə olması halında baş verdikdə; 

20.0.3.  Azərbaycan  Respublikasının  sığorta  qanunvericiliyinə  uyğun  olaraq 

sığorta ödənişindən imtinanın digər ümumi əsasları mövcud olduqda. 



 

Maddə 21.  İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri 

                    nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından 

                    icbari sığorta sahəsində dövlət nəzarəti 

 

21.1. Sığortaçıların icbari sığorta üzrə fəaliyyətinə dövlət nəzarəti Azərbaycan 

Respublikasının  sığorta  qanunvericiliyinə  uyğun  olaraq  sığorta  nəzarəti  orqanı 

tərəfindən həyata keçirilir. 

21.2.  Sığortalılar  tərəfindən  bədbəxt  hadisələrin  və  peşə  xəstəliklərinin 

azaldılması  üzrə  qabaqlayıcı  tədbirlərin  görülməsi  və  əməyin  mühafizəsi  üzrə 

vəzifələrin  yerinə  yetirilməsi  üzərində  qanunvericiliyə  uyğun  olaraq  dövlət 

nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 

21.3.  Sığortalılar  tərəfindən  istehsalat  zədələri  və  peşə  xəstəlikləri  üzrə  baş 

vermiş  hadisələrin  uçotunun  aparılması  qaydaları  müvafiq  icra  hakimiyyəti  orqanı 

tərəfindən müəyyən edilir. 

 

Maddə 22. Mübahisələrin həlli 

 

Bu  Qanundan  irəli  gələn  mübahisələr  qanunvericiliklə  müəyyən  edilmiş 

qaydada, o cümlədən məhkəmə qaydasında həll edilir. 



 

13 


 

Maddə 23. Qanunun pozulmasına görə məsuliyyət 

 

Bu  Qanunun  pozulmasına  görə  sığortaçılar,  sığortalılar,  sığorta  olunanlar  və 

faydalanan şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.  

 

                                                                                                                 



                                                                                                  

                                

                İlham Əliyev 

    Azərbaycan Respublikasının Prezidenti 

                                                                                                                                  

                                                                                                                                   

Bakı şəhəri, 11 may 2010-cu il 



 999-IIIQ 

 

 

Yüklə 124,16 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə