İstehsalatda inhisarların müxtəlif formaları və onların fəaliyyəti



Yüklə 28,76 Kb.
tarix02.01.2018
ölçüsü28,76 Kb.
#19609
növüReferat

AZƏRBAYCAN DÖVLƏT İQTİSAD

UNİVERSİTETİ

REFERAT


FAKULTƏ :BİZNES İNZİBATÇILIĞI
KURS: 1
QRUP: 32
TƏLƏBƏ: FƏRƏCOV ANAR
FƏNN: MİKROİQTİSADİYYAT

MÖVZU: İstehsalatda inhisarların müxtəlif formaları.


İstehsal inhisarçılığı inhisarçılığın elə formasıdır ki, bu zaman hər hansı məhsulun istehsalının və realizəsinin əsas çəkisi məhdud miqdarda istehsalçının sərəncamına keçir. Buna müxtəlif yollarla nail olunur. Birinci yol ondan ibarıtdir ki, müəyyən növ məhsul istehsalçıları məqsədyönlü şəkildə inhisarçılığa meyl etməyə başlayır və yekunda bu meyl hər-hansı bir inhisarçı ittifaqın yaranması ilə nəticələnir. İkinci yol isə bunun əksinə olaraq kapitalın öz-özünə artması nəticəsində istehsalçı müəssisənin istehsal inhisarçılığına nail olmasından ibarıtdir. İnhisarçılığın nəzərdən keçirilən bu forması çox zaman iqtisadi inkişafın məntiqi nəticəsi kimi səciyyələnir.

İqtisadi ədəbiyyatda istehsalda inhisarçılığın mahiyyətini üç başlıca cəhətlə səciyyələndirirlər:

İstehsalın əhəmiyyətli hissəsinin təmərküzləşməsi sayəsində təsərrüfatın bir yaxud bir neçə sahəsində hökmranlığının təmin edilməsi;

Bazar qiymətlərini diktə etmək imkanına malik olması;

Yüksək inhisar mənfəətinin mənimsənilməsi.

İstehsalda inhisarlar müxtəlif formalarda fəaliyyət göstərirlər. Bu formalar aşağıdakılardır:



Kartel – bir qrup sahibkarın inhisarçı sazişi və uyğun birlik formasıdırş Bu bazarın inhisarlaşması haqqında əsas sövdələşmələrdən biridir. Bir qayda iolaraq, təsərrüfatın sahəsində, əsasən xammal mənbələrinin, satış bazarının bölüşdürülməsi, satışın, işə götürmənin şərtləri, ödəmələrin müddəti, inhisar qiymətlərinin müəyyənləşdirilməsi, patentlərin istifadəsi üzrə meydana gəlir. Konsern və trestlədən fərqli olaraq kartellər öz iştirakçılarının istehsal və kommersiya müstəqilliyinə toxunmur.

Kartellərin müvəffəqiyyətsizliyinə iki amil təsir edir :



Birinci: kartel qiyməti qaldıran zaman hər bir iştirakçı müəssənin marginal gəliri onun marginal xərclərini üstələyir. Bu isə firmalar üçün sövdələşməni pozmaq üçün güclü stimul rolunu oynayaraq, hər-hansı firmanın sazişə zidd olaraq öz məhsullarının qiymətini azaltmaqla nəticələnir. Sözsüz ki, göstərilən vəziyyətdə bu firmanın həm satış həcmi, həm də gəliri artmış olacaq. Ona görə də yaxşı kartel bu cür pozuntuları müəyyən edən və cəzalandıran effektiv mexanizmə malik olmalıdır.

İkinci: kartelin müvəffəqiyyətli digır formaları bu sahəyə daxil olmağa stimullaşdırır. Ona görə də, kartel uzunmüddətli dövr üçün özünə yüksək gəlir təmin etmək naminə rəqiblərin verilən sahəyə müdaxiləsini məhdudlaşdırmalıdır.

Kartellər çox zaman həm milli iqtisadiyyat, həm də beynəlxalq səviyyədə fəliyyət göstərirlər. Buna uyğun olaraq onları daxili, ixrac, idxal və beynəlxalq kartellərə bölürlər.

Kartellər bazar mexanizmlərini əngəlləyir və bununla da antiinhisar qanunvericiliyinin təsiri altına düşür. Lakin əksəriyyət ölkələrdə kartellərə qadağan qoyulmasına baxmayaraq, bəzi ölkələrdə onlar qanunla qorunur və məcburi qeydiyyata düşməlidir. Bir sıra hallarda dövlət onlardan tamamilə leqal şəkildə sənaye siyasətini həyata keçirmək üçün bir alət kimi istifadə edir. Belə ki, ikinci dünya müharibəsindən sonra Yaponiya hökməti sənayenin yenidən qurulması, materialların və dəstləşdiricilərin standartlaşması, xırda təchizatı firmalar arasında rəqabətin məhdudlaşdırılması, onların diversifikasiyası səviyyəsini azaltmaq və müasir texniki səviyyəyə keçmək məqsədilə “kartel rasionallaşdırılmasını” dəstəkləyirdi. 80-cı illərin əvvəllərində Yaponiyada hətta depressiv sahələrdə də belə, kartellərin yaradılması müsbət qarşılanırdı.

Sindikat: - inhisarçı ittifaqların təşkilati formalarından biridir. Karteldə olduğu kimi əsasən eyni sahənin müəssisələri arasında bağlanır. Lakin ondan fərqli olaraq, sindikat müəssisələrin arasında bağlanır. Lakin ondan fərqli olaraq, sindikat müəssisələrin kommersiya müstəqilliyini inkar edir, başqa sözlə iştirakçı müəssisələrin istehsal etmiş olduqları məhsulların satışı və həmin meəssisələrə xammalın alınması ilə məşğul olur. Eyni zamanda, iştirakçı müəssisələrin istehsal və hüquqi müstəqilliyi kommersiya müstəqilliyinin əksinə olaraq qalmaqda davam edir.

Üzvlərinin kommersiya fəliyyətini həyata keçirən sindikat öz işini vahid orqan – satış kontoru vasitəsilə görür. Satış kontorunun əsas vəzifəsi iştirakçı müəssisələr tərəfindən istehsal edilmiş bütün yekcins məhsulu toplamaq və onu müəyyənləşdirilmiş inhisar qiyməti üzrə satmaqdan ibarətdir. Bunula yanaşı satış kontoru verilən sifarişlərin yığılması, sonra isə onların müəyyənləşdirilmiş kvotalara uyğun olaraq iştirakçılar arasında bölüşdürülməsini də həyata keçirə bilər.

Beləliklə ticarət əməliyyatlarının təmərküzləşməsi sindikat üzvlərinə aşağı qiymətlərlə xammal almaq, yüksək qiymətlərlə məhsul satmaq, eləcə də, bazarda qiymətləri diktə etmək və əmtəə dempinqi həyata keçirmək imkanını verir.

Sindikatlar adətən səhmdar cəmiyyətlər şəklində əmələ gəlir. Onun üzvləri arasında ayrı-ayrı müəssisələrlə yanaşı nəhəng trestlər vəkonsernlər də ola bilər. Sindikat üzvləri tərəfindən istehsal olunmuş məhsul sindikatın mülkiyyəti olur.

Ən çox XX əsrin əvvələrində Rusiya, Almaniya və Fransada yayılmışdır. Daha sonra isə sindikatlar bir sahəvi inhisarçı ittifaq kimi əhəmiyyətini itirmiş və öz mövqelərini daha mürəkkəb və çevik formalara vermişdir.

Trest: - bir və ya bir neçə sahənin müəssisələrini özündə birləşdirən inhisarçı ittifaq forması.Yuxarıdakı formalardan fərqli olaraq trestin üzvü olmuş hər bir təsərrüfat subyekti özünün həm kommersiya, həm də istehsal müstəqilliyini itirir. Trestin əsas təşkilati-hüquqi forması sindikatda olduğu kimi səhmdar cəmiyyətdir.

Trestin başında idarə heyəti durur. O, iştirakçı müssisələrin maliyyə istehsal və ticarət fəalyyətinə mərkəzləşdirilmiş qaydada nəzarət edir. Eyni zamanda ittifaqa yeni üzvlərin qəbul edilməsi və ya iştirakçılardan kimin xaric edilməsi məsələləri də bu orqan tərəfindən həll edilir. Trestin hər bir iştirakçısı təqdim etdiyi kapitalın payına uyğun olaraq müəyyən miqdarda səhm paketi almaq, idarəetmədə iştirak və gəlirin müəyyən hissəsinə yiyələnmək hüququnu qazanır.

Qeyd olunduğu kimi trestlər həm eyni, həm də müxtəlif sahələrin müəssisələrini birləşdirməyə bilər. Eyni sahədə olduqda “üfüqi” trestləşmə, müxtəlif sahələrdə olduqda isə “şaquli” trestləşmə adlanır. “Şaquli” trestləşmə çox vaxt kombinatların meydana gəlməsi ilə nəticələnir.

Konsern: - vahid maliyyə nəzarəti altında olan və müxtəlif sahələri təmsil edən müəssisələrin könüllü inhisarçı ittifaq formasıdır. Maliyyə nəzarətinin bərqərar olması iri firmalar, çox vaxt konsernin başında duran holdinqlər tərəfindən səhmlərin alınması ilə həyata keçirilir.

Konsernin tərkibinə sənaye müəssisələrindən başqa, ticarət və nəqliyyat müəssisələri, banklar və digər maliyyə idarələri də daxil olur. Bununla da, konsrenlər bank və sənaye kapitalının birləşməsini əyani surətdə əks etdirirlər.

Konserndə dominant mövqe tutan müəssisənin xarakterindən asılı olaraq konsernləri sənaye, ticarət, bank və s. növlərə bölürlər. Ancaq bu cür bölgü şərti səciyyə daşıyır.

Şaquli inteqrasiya prinsipi üzrə qurulmuş konsernlər də vardır. Qapalı texnoloji zəncir formasında olan bu bank xammalın mərhələləri əhatə etməklə istehsal etmiş olduğu hazır məhsulların buraxılmasına kimi bütün texnoloji mərhələləri əhatə etməklə istehsal etmiş olduğu hazır məhsulları şəxsi satış, nəqliyyat və ticarət şəbəkəsi vaitəsilə istehlakçıya çatdırır. Ancaq sırf şaquli inteqrasiya prinsipinə uyğun meydana gəlmiş konsernlərin diversifikasiya olmuş konsernlərə nisbətən bazarda xüsusi çəkisi çox deyil. Diversifikasiya olmuş konsernləri həm də Konqlomerat adlandırırlar.

Tipik müasir konsernlər, öz növbəsində, istehsalın şaquli inteqrasiyası ilə diversifikasiya olmuş istehsalın hər ikisini özündə birləşdirir. Bu o deməkdir ki, onlar eyni zamanda iqtisadiyyatın müxtəlif sahələrində tam texnoloji dövriyyəyə məxsus olurlar.

Konsernə ümumi rəhbərliyi adətən idarə heyəti həyata keçirir. Onun tərkibinə iri səhm paketinə malik olan sahibkarlar daxil olur.

Müasir şəraitdə konsernlər daha da intensiv xarici bazara çıxır və beynəlxalq inhisarlara çevrilir.

Konqlomerat: - vahid maliyyə nəzarəti altında olan və bir-biri ilə nə sahəvi nə də texnoloji cəhətdən bağlı olmayan müəssisə, firma, bank idarələrinin birləşməsi nəticəsində meydana gələn inhisarçı birlik. Konqlomeratların əsas əmələ gəlmə yolları aşağıdakılardıR

♦ Birləşmə

♦Udulma

Konqlomeratların yaradılmasında əsas məqsəd kapitalın az rentabelli istehsallardan daha rentabelli istehsallara sürətli axınını təmin etmək və bunula da əldə ediləcək gəlirin tezləşdirilməsinə nail olmaqdan ibarətdir. Ona görə də konqlomeratların daxili strukturu davamlı olmayıb tez-tez dağılmağa düçar olur.



Konsorsium: - hər hansı bir irimiqyaslı layihənin birgə realizəsi haqqında müstəqil iştirakçıların müvəqqəti sazişi.

Ticarət sahəsində aradılan konsorsiumlar sifarişlər uğrunda mübarizə məqsədi ilə yaradılır. Maliyyə konsorsiumlarının iştirakçıları isə, öz nöxbəsində, çox vaxt istiqrazların yerləşdirilməsi və digər bu kimi əməliyyatların həyata keçirilməsi ilə məşğul olan banklardır. Bundan əlavə sənayə, tədqiqat və s. konsorsiumlar olur.

Sənaye konsorsiumları sənaye layihələrinin – müəssisələrin tikilməsini, neft-qaz kəmərlərinin çəkilməsini, faydalı qazıntıların mənimsənilməsini həyata keçirir. Hal hazırda Azərbaycanda bağlanmış neft müqavilələri əsasında neftin hasili və nəqli ilə bağlı Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və Şimali Abşeron Əməlyyat şirkəti yaradılmışdır.

İqtisadiyyatda inhisarçılğı əhatəliyi baxımından aşağıdakı kimi qruplaşdırmaq olar:



Təbii inhisarçılıq: - İstehasl miqyasının artıtılmasının böyük həcmdə qənaətə sahib olduğu hallarda mümkündür.Təbii inhisarçılıq təsərrüfat subyektləri arasında rəqabətin mümkün olmadığı sahələrdə də yaranır.Təbii inhisara ən parlaq nümunələr yaşayış məntəqələrinin su, elektrik enerjisi, təbii qaz, telefon xidməti ilə təmin edilməsidir. Şəhərin əhalisinin su ilə təmin etmək üçün müəssisə onun əhatə etdiyi bütün binaları birləşdirən su kəməri şəbəkəsini tikməlidir. Əgər bu xidmətin göstərilməsində rəqbət aparan iki və ya daha artıq müəssisə iştirak etsəydi, onda onların hər birisi ayrılıqda öz kəmərinin çəkilməsində daimi xərc çəkməlidir. Su təminatının xərcləri o vaxt minimal olur ki, bütün su bazarına ancaq bir müəssisə xidmət etsin. Lakin müasir şəraitdə ETT inkişafı ilə əlaqədar olaraq sahədə bir firmanın mövcudluğu ilə bağlı olan xərclərə qənaət kriterisi müəyyən təshihlərə məruz qalır.

Ədəbiyyat siyahisi:

Azərbaycan Dövlət İqtisad Universteti. İqtisadi nəzəriyyə.2004

BAKI 2009



anarfaracov@mail.az
Yüklə 28,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə