İstehsalın iqtisadiyyatı və menecment



Yüklə 134,87 Kb.
səhifə14/14
tarix05.01.2022
ölçüsü134,87 Kb.
#82598
1   ...   6   7   8   9   10   11   12   13   14
1,2,3,4-2

Rh = ( Mh:A )•100 ,

burada Mh – hesabi mənfəətdir.




  1. Məhsul vahidinin rentabellik səviyyəsi.

  2. Ümumi rentabellilik səviyyəsi.

  3. Hesabi rentabellilik səviyyəsi.

38)Qiymət anlayışı və onun funksiyaları.

Qiymət – əmtəə dəyərinin pul ifadəsi olub, onun kəmiyyət göstəricisidir. Dəyərin azalması ilə, bir qayda olaraq, əmtəənin qiyməti də azalır, onun artması ilə isə artır. Azərbaycan Respublikasında müstəqillik qazanandan sonra məhsulların qiyməti planlı qaydada mərkəz­ləşdi­ril­miş qaydada dövlət tərəfindən müəyyən edilirdi və onun iki növünü: pərakəndə satış və topdan satış (topdansatış qiy­­­məti özü də iki cür: sənaye topdansatış və müəssisə top­­dansatış qiymətləri formasında olurdu) qiymətlərini fərq­­­ləndirildi.

Sənaye müəssisələri məhsulun qiymətində nəinki maya dəyəri, habelə mənfəət və dövriyyə vergisi for­ma­sın­da cəmiyyətin sərəncamına keçən saf gəlir ifadə edil­miş olur. Sənaye məhsulunun qiymətləri dövlət tərəfindən plan üzrə, həmin məhsulun maya dəyərinə və rentabelliyin müəyyən səviyyəsinə əsasən təyin edilir.

Sənaye məhsulu üzrə bir neçə qiymət növləri var­dır: bunlar müəssisə topdansatış qiyməti, sənaye top­dan­sa­tış qiyməti və dövlət pərakəndə satış qiymətindən iba­rət­dir.

Müəssisə topdansatış qiyməti elə qiymətdir ki, bu qiy­mət əsasında dövlət müəssisələri, plana müvafiq olaraq öz məhsulunu bir-birilərinə, əsaslı tikintiyə və ya sə­na­ye­nin təchizat-satış təşkilatlarına verir. Müəssisənin sərf et­di­yi xərcləri ödəmək və onun gəlirli olmasını təmin et­mək üçün müəssisə topdansatış qiymətinə bir qayda olaraq hə­min məhsul növü üzrə plan maya dəyəri və plan üzrə müəy­yənləşdirilmiş mənfəət daxil edilir. Məsələn, əgər məh­sul vahidinin plan maya dəyəri 1000 manata bəra­bər­dir­sə və plan üzrə müəyyən edilən mənfəət 30 manatdırsa, on­da müəssisə topdansatış qiyməti 1030 manata bərabər ola­caqdır. Məhsul həmin qiymətlər üzrə satıldıqda müəs­sisə istehsal və satış üzrə plan məsrəflərini ödəyir və mən­fə­ət də əldə edir.


39)Qiymət növləri

Sənaye məhsulu üzrə bir neçə qiymət növləri var­dır: bunlar müəssisə topdansatış qiyməti, sənaye top­dan­sa­tış qiyməti və dövlət pərakəndə satış qiymətindən iba­rət­dir.

Müəssisə topdansatış qiyməti elə qiymətdir ki, bu qiy­mət əsasında dövlət müəssisələri, plana müvafiq olaraq öz məhsulunu bir-birilərinə, əsaslı tikintiyə və ya sə­na­ye­nin təchizat-satış təşkilatlarına verir. Müəssisənin sərf et­di­yi xərcləri ödəmək və onun gəlirli olmasını təmin et­mək üçün müəssisə topdansatış qiymətinə bir qayda olaraq hə­min məhsul növü üzrə plan maya dəyəri və plan üzrə müəy­yənləşdirilmiş mənfəət daxil edilir. Məsələn, əgər məh­sul vahidinin plan maya dəyəri 1000 manata bəra­bər­dir­sə və plan üzrə müəyyən edilən mənfəət 30 manatdırsa, on­da müəssisə topdansatış qiyməti 1030 manata bərabər ola­caqdır. Məhsul həmin qiymətlər üzrə satıldıqda müəs­sisə istehsal və satış üzrə plan məsrəflərini ödəyir və mən­fə­ət də əldə edir.

Sənaye topdansatış qiyməti elə qiymətdir ki, bu qiy­mət əsasında sənaye müəssisələri və təchizat-satış təş­ki­latları sənaye məhsulu dövlət və kooperativ ticarət müəssisələrinə satır. Sənaye topdansatış qiymətə müəssisə topdansatış qiyməti, sənayenin satış təşkilatlarının xeyrinə ticarət əlavəsi və dövriyyə vergisi şəklində cəmiyyətin sərəncamına keçən xalis gəlir daxil edilir.

40)Məhsula qiymətin təyin edilməsi

Fərz edək ki, məhsul vahidi üçün sənaye satış təş­ki­lat­larının xeyrinə ticarət əlavəsi gətirdiyimiz misalda 20 manat, dövriyyə vergisi isə – 200 manat təşkil edir. Bu zaman sənaye topdansatış qiyməti (manatla) aşağıdakı məbləği təşkil edəcək:



  1. Müəssisə topdansatış qiyməti..........................1030

  2. Satış təşkilatlarının xeyrinə ticarət əlavəsi........+20

  3. Dövriyyə vergisi.............................................+200

  4. Sənaye topdansatış qiyməti.............................1250

Satış təşkilatlarının xeyrinə ticarət əlavəsi məhsul sa­tı­şı üzrə olan xərcləri, yəni tədavül sferasında olan xərcləri ödə­mək üçün nəzərdə tutulur. Dövriyyə vergisi cəmiyyət üçün məhsulun elə bir hissəsinin pul ifadəsidir ki, o məh­sul realizə edildikdən sonra cəmiyyətin ehtiyaclarını ödə­mək üçün bilavasitə büdcəyə, dövlətin sərəncamına daxil o­lur.

Dövlət pərakəndə satış qiymətləri çox işlənən mallar, yəni ticarət təşkilatları tərəfindən əhaliyə satılan parça, ayaqqabı, paltar, ərzaq və başqa mallar üzrə tətbiq edilir.

Dövlət pərakəndə satış qiyməti sənaye topdansatış qiy­­məti ilə ticarət təşkilatlarının xeyrinə ticarət əlavə­sin­dən ibarət olur. Sənaye topdansatış qiymətlərinə edilən ti­ca­r­ət əlavəsi (və ya pərakəndə satış qiymətlərindən edilən güzəşt) ticarət təşkilatlarına çatır; bu məbləğlər ticarət təşkilatlarının plan daxilindəki tədavül xərclərini ödəyir və həmin təşkilatlarda işin yaxşılaşdırılması üçün təsərrüfat hesablı maraq yaratmaqdan ötrü mənfəət əmələ gətirir.

41)İstehsal prosesi haqqında anlayış, onun təsnifatı və səmərəli təşkili prinsipləri

İstehsal prosesinin elementlərindən – əmək vasitələri, əmək cisimləri və iş qüvvəsindən – istifadə olunmasının təşkili vəziyyəti, nəticə etibarilə, müəssisə iqtisadiyyatının inkişaf imkanlarının səviyyəsini müəyyən edir. Müxtəlif sənaye sahələrinə mənsub müəssisələrin istehsal prosesi haqqında ümumi bilikləri mənimsəməklə iqtisadçı, həm müəssisənin bütünlükdə və həm də onun istehsal sexləri və sahələrinin iqtisadi və təsərrüfat fəaliyyətini dərindən təhlil edə, mövcud vəziyyətlə bazarın tələblərinin uyğunluğu səviyyəsini müqayisəli şəkildə öyrənmək imkanı qazana bilər. Öz-özlüyündə aydındır ki, burada istehsal firmalarında istehsalın təşkilindən müfəssəl deyil, onun ən ümumi məsələlərindən bəhs olunacaqdır. İstehsal prosesinin təşkilinin mükəmməlliyi, tətbiq olunan texnika və texnologiyanın müasirliyi, son olaraq, rəqabət qabiliyyəti yüksək, dəyəri (qiyməti) nisbətən aşağı olan məhsullar istehsalı üçün həlledici rol oynayır. İstehsal prosesi nədir? İstehsal prosesi əsas, köməkçi və xidmətedici əmək və habelə təbii proseslərin məcmusu olub, onların qarşılıqlı təsiri və əlaqələri vasitəsilə xammal və ya materialın hazır məhsula çevrilməsi texnologiyasıdır.

42)İstehsal tipləri və onların texniki iqtisadi xarakteristikası.

43)Axınlı, fərdi və dəstəli istehsalın təşkili üsullarını xarakterizə edən əlamətlər

. İstehsalın təşkili üsuluna görə istehsal prosesləri axınlı, dəstəli və fərdi proseslərə bölünür. Bunlardan iqtisadi cəhətdən ən səmərəlisi axınlı istehsal prosesləridir, çünki belə istehsal üsullarının tətbiqi istehsalın kompleks mexanikləşdirilməsi və avtomatlaşdırılması üçün həlledici şərt olur. İstehsalın təşkilinin axınlı üsulu aşağıdakı əlamətlərlə xarakterizə olunur: – istehsal prosesinin böyük sayda əməliyyatlara bölünməsi; – ayrı-ayırı əməliyyatların icrası üçün iş yerlərinin dəqiq ixtisaslaşması; – avadanlıqların texnoloji xəritəyə müvafiq olaraq yerləşdirilməsi; – istehsal prosesinin fasiləsizliyinin səviyyəcə yüksək olması; – əmək predmetlərinin bir iş yerindən digərinə verilməsi üçün əməliyyatlararası xüsusi nəqliyyatın mövcud olması. Axınlı istehsal üsulunun əsas struktur vahidi axın xəttidir. Axın xətti texnoloji prosesin gedişi üzrə yerləşdirilmiş, təhkim olunmuş əməliyyatların yerinə yetirilməsi üçün nəzərdə tutulmuş və əməliyyatlararası nəqliyyat vasitələrilə əlaqələndirilən iş yerlərinin məcmusunu əks etdirir.


44)İstehsal prosesinin zamana görə təşkili, istehsal tsikli, onun quruluşu və qısaldılması yolları.

. İstehsal tsikli və onun tərkibi

İstehsal tsikli – xammal və materialların istehsal prosesinin ilk əməliyyatına daxil olduğu andan hazır məhsulun alınmasına qədər sərf olunan təqvim vaxtını əks etdirir. İstehsal tsiklinin əsasında müəssisənin istehsal-təsərrüfat fəaliyyətinin bir sıra vacib texnikiiqtisadi və iqtisadi göstəriciləri hesablanır. İstehsal tsiklinə məhsulun hazırlanması üzrə əməliyyatların yerinə yetirilməsi ilə bağlı və fasilələləri əhatə edən vaxtlar aiddir. Əməliyyatların yerinə yetirilməsinə sərf olunan vaxta texnoloji əməliyyatların, köməkçi və xidmətedici işlərin, nəzarət və nəqliyyat əməliyyatlarının yerinə yetirilməsinə sərf olunan və təbii proseslərin tələb etdiyi vaxtlar daxildir. Məhsulun emalı ilə əlaqədar olan əsas əməliyyatların yerinə yetirilməsinə sərf olunan vaxt texnoloji tsikli əks etdirir və bu, əmək predmetinə insanın birbaşa və ya dolayı təsirinin həyata keçirildiyi müddəti özündə əks etdirir. İstehsal tsiklinə nəqletmə və nəzarət işinə sərf olunan vaxtlar da daxildir. Müəssisədaxili nəqletmə vaxtını əmək predmetlərinin yerinin dəyişdirilməsinə və bununla əlaqədar olan yükləmə-boşaltma əməliyyatlarına sərf olunan vaxtları əhatə edir. Nəzarət işinə sərf olunan vaxt buraxılan məhsulların standartlara, texniki şərtlərə və fabrik-zavod normativlərinə uyğunluğunun yoxlanması ilə əlaqədardır. İstehsal prosesindəki fasilələr müəssisədə müəyyən edilmiş iş rejimi ilə əlaqədar və təşkilati-texniki səbəblərlə şərtlənən boşdayanmalar nəticəsində yaranır. Müəssisədə müəyyən edilmiş iş rejimi ilə əlaqədar fasilələrə qeyri-iş günləri və növbələri, növbələrarası və nahar fasilələri, işçilərin istirahəti ilə əlaqədar növbədaxili reqlamentləşdirilmiş fasilələr və s. aiddirlər. Təşkilati-texniki səbəblərlə şərtlənən fasilələrə isə müxtəlif iş yerlərində iş ritmlərinin fərqli olması, xammal və materialların, enerjinin və s.-nin olmaması ilə əlaqədar boşdayanmalar daxil edilir. Qeyd etmək lazımdır ki, istehsal tsiklinə müxtəlif səbəbdən baş verən boşdayanmalar deyil, müəssisədə müəyyən edilmiş iş rejimi ilə əlaqədar fasilələr aid olunur. Əvvəllər qeyd olunduğu kimi, istehsal tsikli xammal və materialların əsas istehsala buraxılmasından hazır məhsulun alınmasına qədər istehsalda qaldığı təqvim iş vaxtını (Ti.t) əhatə edir və aşağıdakı kimi hesablanır:

45)Firmanın satış siyasəti və onun elementləri

Firmada məhsulun satışının təşkili istehsalın təşkilinin sonuncu mərhələsidir, mürəkkəb və çox əməktutumlu bir işin yekunudur. Məhsulun reallaşdırılması prosesini dörd mərhələyə bölmək olar.

Birinci mərhələdə məhsulun göndərilməsi üçün müqavilələr bağlanır.

İkinci mərhələdə məhsulun reallaşdırılması və firmanın anbarında məhsul qalığı planı tərtib olunur.

Üçüncü mərhələdə istehlakçılara məhsulun yüklənib yola salınması işi həyata keçirilir.

Məhsulun reallaşdırması prosesi dördüncü mərhələdə – məhsulgöndərən müəssisənin hesablaşma hesabına pul vəsaitələrinin daxil olması ilə bitir.

Firmanın bazardakı müvəffəqiyyətinin ən başlıca amillərindən biri – satış şəbəkəsinin (sisteminin) düzgün qurulmasıdır. Belə ki, müəssisənin (firmanın) ümumi mal dövriyyəsinin həcmi və onun artım dinamikası, alınan gəlirin kütləsi bilavasitə satış şəbəkəsinin ölçülərindən və səmərəli işindən asılıdır. Odur ki, hər bir müəssisə (firma) özünün satış şəbəkəsinin formalaşması işinə xüsusi diqqət yetirməlidir. Çünki onun təsərrüfat fəaliyyətinin nəticələri özünün kommersiya fəaliyyətinin təşkili səviyyəsindən çox asılıdır. Məhsulların satışı sistemi marketinqin üzvü tərkib hissəsidir və o, firmanın məhsulun hazırlanması, mənimsənilməsi, istehsalı və istehlakçıya çatdırılması üzrə fəaliyyətinin sonuncu mərhələsini əhatə edir. Məhz bu mərhələdə istehlakçı, firmanın bütün cəhdlərini özü üçün ya faydalı və ya da faydasız hesab edir və, uyğun olaraq, onun məhsulunu və xidmətlərini ya alır və ya da onu almaqdan imtina edir. Eyni zamanda, artıq qeyd olunduğu kimi, məhsul satışını marketinqin əsas tərkib hissəsi kimi qəbul etmək lazımdır. Marketinqin digər elementlərinə məhsul, qiymət və məhsulların hərəkəti sistemi daxildirlər.

46)Firma məhsulunun satışında vasitəçilərin rolu

Əmtəələrin hərəkətinin planlaşdırılmasının vacib xüsusiyyətlərindən biri ticarətin təşkili formasının düzgün seçilməsidir. Bazarların böyük əksəriyyəti üçün məhsulun istehsalçısı ilə onun istehlakçısı arasında fiziki və (və ya) psixoloji məsafə o qədər çox və mürəkkəbdir ki, tələblə təklifi səmərəli əlaqələndirmək üçün vasitəçi tələb olunur. İstehsalçı, potensial alıcıların arzularına uyğun olan sərbəst mübadilənin tələblərindən yaranan öhdəlik və funksiyaları öz üzərinə götürmək iqtidarında olmadıqda – vasitəçilərin də daxil olduğu – satış şəbəkəsinin yaradılması zəruri olur. Firma, vasitəçilərə müraciəti nəticəsində kommersiya fəaliyyətinin müəyyən elementləri üzərində öz nəzarətini itirir. Buna görə, də satış şəbəkəsinin (paylaşdırma kanallarının) seçilməsi – strateji qərardır və bu, məqsəd seqmentində arzu olunanlarla yanaşı, həm də firmanın öz məqsədlərinə də uyğun olmalıdır. Satış kanalları üzrə problemlərin həlli ardıcıllığı aşağıdakı şəkildə verilmişdir Satış şəbəkəsini, məhsul və xidmətləri fərdi istehlakçılar və firmaların sərəncamına vermək məqsədilə rəqabətli mübadilə prosesində iştirak edən tərəfdaşların birgə səylərilə formalaşdırılan struktur kimi müəyyən etmək olar. Bu tərəfdaşlara istehsalçılar, vasitəçilər və son alıcılar – istehlakçılar aiddirlər.

İstənilən satış şəbəkəsi mübadilənin həyata keçirilməsi üçün müəyyən funksiyaları həyata keçirir ki, bunlara da aşağıdakılar aiddir:

– bazar seqmentləşdirilməsinin nəticələrinin öyrənilməsi və reklamın planlaşdırılması;

– istehlakçılarla və ya vasitəçilərlə müqavilələr bağlamaq;

– müqavilələrin yerinə yetirilməsinin uçotunu aparmaq və ona nəzarət etmək; – müştərilərə əmtəələrin göndərilməsini planlaşdırmaq;

– satış kanallarını müəyyən etmək;

– əmtəələrin qəbulunu, saxlanmasını, qablaşdırılmasını, çeşidlərə ayrılmasını və istehlakçılara göndərilməsini təşkil etmək;

– məhsul satışının informasiya, resurs və texniki təminatını həyata keçirmək; – satışı stimullaşdırmaq;

– istehlakçılarla əks əlaqələr yaratmaq və tənzimləmə.

47)Satış növlərinin təsnifatı

Satış növlərinin təsnifatı Təsnifləşdirmənin əsasən iki əlamətə söykənməsinə baxmayaraq, istehsal firması, kommersiya firması və istehlakçılar arasındakı münasibətlər müxtəlif növə və formaya malik ola bilər. Bu münasibətlərdə ən aktiv rol istehsalçı-firmaya məxsusdur ki, o, satış sistemini seçər. İstehlakçı İstehsalçı -firmaya məxsusdur ki, o, satış sistemini seçərkən, ilk növbədə, məhsulların göndərilməsidə yarana biləcək riskləri nəzərə alır, həmçinin satış xərclərini və mənfəəti özü qiymətləndirir. Müəssisədə (firmada) satış sisteminin təşkilinə görə birbaşa və dolayı satış fərqləndirilir. Birbaşa satış istehsalçı tərəfindən son istehlakçıya məhsulun bilavasitə reallaşdırılmasını, dolayı satış isə satış kanalında müstəqil kommersiya firmalarından istifadə edilməsini nəzərdə tutur. Birbaşa satış sistemi məhsulun son istehlakçıya bilavasitə reallaşdırılmasını nəzərdə tutur. Deməli, istehsalçı və istehlakçını birbaşa satış kanalı birləşdirir. Bu sistemin fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, firma-istehsalçı məhsulun son istehlakçıya qədər hərəkəti yoluna, həmçinin onun reallaşdırılması şərtlərinə nəzarət edir, kommersiya firması kimi də fəaliyyət göstərir. Lakin bu halda firma hazır məhsuldan ehtiyatların yaradılması ilə əlaqədar xeyli həcmdə xərclər çəkir və əmtəənin hərəkəti ilə bağlı riskləri öz üzərinə götürür, məhsulun son istehlakçıya bilavasitə çatdırılması üçün xeyli pul vəsaiti sərf edir. İstehsal firması mövqeyindən bu sistemin üstünlüyü istehsal edilən məhsulun satışından mümkün gəlirin hamısının əldə etməsidir. Birbaşa satış kanalının kommersiya gəliri öz məhsullarının satış bazarını bilavasitə öyrənmək, istehlakçılarla mütəmadi olaraq sıx əlaqələr saxlamaq, məhsul haqqında onların rəyini bilmək, məhsulun keyfiyyətini yüksəltmək üçün tədqiqatlar aparmaq, reallaşdırma sürətinə təsir etmək imkanını artırır.


48)Sənaye müəssisəsi ekoloji-iqtisadi sistem kimi

Təbiət insanın maddi və mənəvi tələbatlarının təmin edilməsinin başlıca mənbəyi, sənaye istehsalının iqtisadi artımı və inkişafının mühüm şərtidir. Lakin ətraf mühitin çirklənməsinin güclənməsi və bərpa olunmayan təbii resursların azalması, yeni-yeni ekoloji fəlakət zonalarının yaranması haqqında çox sayda məlumatlar cəmiyyətlə təbiətin qarşılıqlı münasibətlərindəki müasir meyli antropogen ekosid kimi, yəni Yer üzündə təbii həyat mühitinin insanlar tərəfindən dağıdılması kimi xarakterizə etməyə imkan verir. Maksimal mənfəət əldə etmək naminə resursların istehlakının və təbiətin dağıdılmasının sürətləndirilməsinə yönəlmiş müasir sosialiqtisadi inkişaf qlobal ekoloji fəlakət təhlükəsini doğurur.

Ətraf mühit və inkişaf üzrə BMT-nin 1992-ci ildə Rio-de-Janeyro şəhərində (Braziliya) keçirilmiş konfransında etiraf olunmuşdur ki, ətraf mühit və iqtisadi inkişaf problemlərinə artıq təcrid olunmuş şəkildə baxıla bilməz. 179 dövlətin liderləri və hökumət başçıları tərəfindən tarixi bir sənəd - «XXI - əsrin gündəliyi» - növbəti yüzillikdə ümumdünya əməkdaşlığının qlobal proqramı qəbul edildi. Bu proqram iki qarşılıqlı əlaqədar məqsədin harmonik əldə edilməsinə yönəlmişdir: ətraf mühitin yüksək keyfiyyəti və dünyanın bütün xalqları üçün sağlam iqtisadiyyat.

Həmin konfransın başlıca nəticəsi dünya birliyinin inkişafın yeni modelinə-ekoloji təhlükəsiz dayanıqlı inkişaf modelinə keçidin zəruriliyi böyük karbohidrogen və digər təbii ehtiyatlarla zəngin olan Azərbaycan Respublikasına bilavasitə aiddir.

1998-ci ildə Azərbaycan Respublikasının hökuməti ətraf mühitin mühafizəsi üzrə Milli Fəaliyyət Proqramını qəbul etmişdir.

Milli Fəaliyyət Proqramı ilə yanaşı inzibati-ərazi vahidləri, xalq təsərrüfatı sahələri, ayrıayrı müəssisələr və firmalar üçün də ekoloji təhlükəsiz inkişaf strategiyası hazırlanmalıdır. Ərazi təsərrüfat-təbiət kompleksləri və sənaye müəssisələri timsalında ekoloji təhlükəsiz inkişafın (ekoinkişaf) bəzi əsas prinsiplərinə baxaq:



  1. Sosial-iqtisadi inkişaf adamların həyatının keyfiyyətinin yaxşılaşdırılması, ətraf təbii mühiti mühafizə etməklə indiki və gələcək nəsillərin əsas həyati tələbatlarının ödənilməsi.

  2. Məhəlli və lokal vəzifələrin ekoinkişafın qlobal və milli məqsədlərinə tabe etdirilməsi («qlobal düşünüb lokal hərəkət etmək» prinsipi).

  3. İnkişafın ekoloji təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinin iqtisadi artım və iqtisadi səmərə məqsədlərindən üstün tutulması (ekoloji imperativ prinsipi).

  4. İqtisadiyyatın və ekologiyanın qarşılıqlı əlaqələrinin gücləndirilməsi, səmərəli, ekoloji təhlükəsiz təsərrüfatçılıq və istehsal fəaliyyətinin təbii tsikllərə uyğunlaşdırılmasını təmin edən vahid ekoloji-iqtisadi sistemlərin formalaşdırılması. Maddi istehsalın yerləşdirilməsi və inkişafının təbii mühitin bərpası qabiliyyətinə uyğunluğu (ekoloji-iqtisadi balanslaşdırma prinsipi).

  5. Bərpa olunan resurslardan qənaətlə istifadə, bərpa olunmayan resursların istehlakının azaldılması, tullantılardan maksimal dərəcədə təkrar istifadə edilməsi. Ekoloji təmiz məhsul buraxılışının genişləndirilməsi, aztullantılı, elmtutumlu, ekoloji təhlükəsiz istehsallara və texnologiyalara keçid (istehsalın ekologiyalaşdırılması prinsipi).

  6. Ekoinkişafın və təbiəti mühafizə fəaliyyətinin tənzimlənməsinin səmərəli iqtisadi mexanizminin yaradılması: təbii resursların istehlakı və ətraf mühitin çirklənməsi üçün ödənişlər, ekoloji fondlar, vergi güzəştləri və s. (təbiətin və istehsalın iqtisadiləşdirilməsi prinsipi).

  7. Ekoloji risklərin proqnozlaşdırılması, fövqəladə halların qarşısının alınması və operativ ləğv edilməsi, ziyanın azaldılması (xəbərdarlıq prinsipi).

49)Ətraf mühitə və insanın sağlamlığına sənaye müəssisələrinin təsiri

Müxtəlif sahələrin müəssisələri istehsalın həcminə, zərərli maddələrin atmosferə atılması həcminə, çirkab sularının axıdılması və sənayenin bərk tullantılarının atılmasına görə bir-birindən fərqlənirlər.

Təsirin xüsusiyyətinə görə hasilat və emal sənayesinin müəssisələri xüsusilə fərqlənirlər.

Hasilat sənayesi müəssisələrinin ətraf mühitə əsas təsirləri dağ süxurları massivinin tamlığının dəyişilməsində; torpaqların dağılmasında, relyefin antropogen formalarının əmələ gəlməsində; ərazinin su balansının pozulmasında; açıq hasilat zamanı partlayış işləri ilə əlaqədar olaraq atmosferə tozların qalxmasında; bütün landşaftın dəyişilməsində, torpaq örtüyünün, bitki aləminin və mikroorqanizmlərin əmələ gəlməsində öz əksini tapır.

Hasilat sənayesi müəssisələrinin təbiət kompleksinə təsirləri ümumi olsa da hasilat üsullarından (açıq və ya qapalı), hasilat texnologiyasından, hasil edilən resursun növündən, hasilatın aparıldığı ərazinin təbii xüsusiyyətlərindən asılı olan müəyyən fərqləri görmək olar.

Emal sənayesinin müəssisələri üçün atmosferin vəziyyətinə və yerüstü sulara daha böyük təsir göstərir. Atmosferə atılan sənaye tullantılarının ümumi həcmində emal sənayesinin payı 80%ə qədərdir, çirkab sularındakı payı isə təqribən 90%-dir. Emal sənayesinin müəssisələri onlarca sahəni təşkil edir ki, onlar təkcə texnoloji xüsusiyyətləri, ixtisaslaşmanın xarakteri, buraxılan məhsulun təyinatı ilə deyil, həm də atılan zərərli elementlərin çox böyük müxtəlifliyi ilə müəyyən edilən təsirlərin xüsusiyyətləri ilə fərqlənirlər.

Hasilat sənayesinin sahələri içərisində iri tonnajlı sahələrin fəaliyyəti daha çox tullantılarla əlaqədardır. Bu qrupa qara və əlvan metallurgiya, neft emalı, tikinti materialları sənayesinin müəssisələri daxildir. Bütün emal sənayesində atmosferə atılan zərərli tullantıların 80%-i məhz bu sahələrin payına düşür.

Emal sənayesinin bütün çirkab sularının 80%-dən çoxunu sellüloz-kağız, kimya və neftkimya sənayesi, maşınqayırma, qara və əlvan metallurgiya müəssisələri axıdır.

50)Müəssisənin ekoloji pasportu

Müəssisənin ekoloji pasportu istehsal gücü və ixtisaslaşdırma, texniki təchizat, xammalın alınması və buraxılan məhsul haqqında dəqiq informasiyanı əks etdirməlidir. Müəssisənin istehsal fəaliyyətinə aid olan geniş informasiyada təbiəti mühafizə tədbirləri ilə əlaqədar olan hissəsini ayırmaq lazımdır. Əsas informasiya bloklarına baxaq.



Müəssisə haqqında ümumi məlumatlar. Müəssisənin adı, tabeçiliyi, sahə mənsubiyyəti, müəssisənin yeri, şəhərdən məsafəsi, yaxınlıqdakı nəqliyyat magistralı. Əgər müəssisənin sexləri müxtəlif yaşayış məntəqələrində yerləşərsə, hər bir sexin yeri ayrıca göstərilməlidir.

Müəssisənin coğrafi mövqeyi, yəni onun ətraf əraziyə, müxtəlif təsərrüfat və təbiət obyektlərinə, yaşayış məhəllələrinə, digər müəssisələrin sahələrinə, kənd təsərrüfatı müəssisələrinin torpaqlarına, meşə-park zonalarına münasibəti, sanitar-müdafiə zonasının olmasına və s. münasibəti xüsusi qeyd olunmalıdır. Eyni zamanda meteoroloji şərait, anomal təbii hadisələrin (qasırğa, toz tufanları, fəlakətli daşqınlar və s.) baş verməsi imkanları haqqında da məlumat verilməlidir.



Müəssisənin tərkibi. Əsas sexlər. sahələr və bölmələr. Avadanlığın yaş tərkibi. Sənaye müəssisəsi mürəkkəb qurum olub, çox sayda əsas və köməkçi sexlərdən ibarətdir. Müəssisənin ayrı-ayrı bölmələri ətraf mühitə təsiri dərəcəsinə görə də eyni deyildir. Ona görə də müəssisənin strukturunu, ixtisaslaşması və istehsal gücləri göstərilməklə əsas sexlərin, istehsal sahələrinin və bölmələrinin siyahısını bilmək lazımdır.

Atılan zərərli maddələrin həcmi avadanlığın yaş tərkibindən də çox asılıdır. Köhnə avadanlıq, bir qayda olaraq, çox sayda qəza tullantılarının mənbəyi olur. 20 ildən artıq işləmiş, mənəvi və fiziki aşınmaya məruz qalmış avadanlıq xüsusilə təhlükəlidir.



Əsas məhsul növlərinin istehsalının texnoloji sxemi. İstehsalın seçilmiş texnoloji sxemi atılan maddələrin həcminə və təsirinin xüsusiyyətlərinə təsir göstərir. Ona görə də ekoloji təmiz, zərərsiz texnologiyaların seçilməsi müəssisənin təbiəti mühafizə problemlərinin həllində mühüm rol oynaya bilər. Məsələn, dağ-mədən işlərinin təsirini azaltmaq üçün geotexnologiyalar tətbiq edilir. Geotexnoloji metoddan istifadə zamanı hasilatı işçi reagentin (istilik daşıyıcısı, əridici) köməyilə quyu vasitəsilə aparılır. Geotexnoloji metodların bir növü də texniki mikrobiologiya metodlarıdır. Bu metodlar mikroorqanizmlərin bəzi növlərinin müəyyən şəraitdə mineral birləşmələri əritmək qabiliyyətinə əsaslanır.

Müəssisədə istehlak olunan xammalın. yarımfabrikatların və yanacağın əsas növləri. İstifadə olunmuş xammal və yanacaq ilə müxtəlif zərərli maddələrin atılması arasında birbaşa əlaqə mövcuddur. Yanacağın və ya xammalın hər hansı bir növünün hansı yataqdan götürüldüyü məlum olarsa ətraf mühitə atılacaq mümkün elementlər yığımını müəyyən etmək olar. Ona görə də müəssisənin ekoloji pasportunda xammalı, yarımfabrikatları və yanacağı göndərənlər haqqında, xüsusi təhlükəli elementlərin olması barədə məlumatlar olmalıdır.

51)Menecmentin mahiyyəti, prinsipləri, funksiyaları

Menecment - bazar iqtisadiyyatı şəraitində mövcud , olan maddi, maliyyə, əmək və s.

ehtiyatlardan səmərəli istifadə etməklə qarşıya qoyulmuş məqsədin əldə edilməsinə yönəldilmiş və peşəkarlıqla həyata keçirilən müstəqil fəaliyyət növüdür.

Menecment - bazar şəraitində idarəetmə prosesi olmaqla aşağıdakıları əks etdirir:


  • təşkilatı bazarın tələb və təklifinə, konkret istehlakçıların tələbatına, ən çox tələb olunan və təşkilata daha çox mənfəət gətirə biləcək məhsul növlərinin istehsalının təşkilinə səmtləndirmək;

  • istehsalın səmərəliliyinin yüksəldilməsinə, az xərclərlə optimal nəticələr əldə etmək üçün daim çalışmaq;

  • təşkilatın və ya onun bölmələrinin son nəticələri üçün cavabdeh şəxslərin qərarların qəbul edilməsində sərbəstliyini təmin etmək və onlara təsərrüfat müstəqilliyi vermək;

  • bazarın vəziyyətindən asılı olaraq müəssisənin məqsəd və proqramlarında daim təshihlər etmək;

  • bazarda mübadilə prosesində təşkilatın və ya onun təsərrüfatca müstəqil olan bölmələrinin fəaliyyətinin son nəticələrini aşkar etmək;

  • əsaslandırılmış və optimal qərarların qəbul edilməsində çoxvariantlı hesablamaları aparmaq üçün müasir kompüter texnikasını tətbiq etmək.

Menecment bazar təsərrüfatı sisteminin inkişafı qanunu ilə tənzimlənir və müəssisələrin istehsal-satış fəaliyyətlərinin bazarın dəyişən şərtlərinə çevik uyğunlaşmasına yönəldilir.

İdarəetmə elmi təşkilatın məqsədlərinin daha səmərəli əldə edilməsinə, daxili və xarici mühitdə yaranmış şəraitdən asılı olaraq əmək məhsuldarlığının və istehsalın səmərəliliyinin yüksəldilməsinə imkan verən yeni vasitələri və metodları hazırlayır. Nəticədə müasir şəraitdə idarəetmədə yeni yanaşmalar, o cümlədən idarəetmə proses kimi, sistemli və situasiyalı yanaşmalar yarandı.

İdarəetməyə proses kimi yanaşma idarəetməni birdəfəlik hərəkət kimi deyil, birbirilə qarşılıqlı əlaqədar olan fasiləsiz hərəkətlər seriyası kimi, yəni idarəetmə funksiyaları kimi əsaslandırır.

İdarəetmə elmi kimi menecmentin vəzifəsi tədqiqatların təcrübi əhəmiyyətini yüksəltməkdən bu və ya başqa şəraitdə təşkilatın fəaliyyəti problemlərini təcrübi olaraq həll etməyə imkan verən prinsiplərin və metodların hazırlanmasına səmtləndirməkdən ibarətdir

Menecment müəssisənin idarə edilməsinin təşkili kimi, sahibkarlıq fəaliyyətinin mənfəətin əldə edilməsinə yönəldilmiş istənilən növünü həyata keçirir. Beləliklə menecmentin məzmunu sahibkarlıq fəaliyyəti prosesində firmaya müəyyən nəticələri təmin etməkdən ibarətdir.

İstənilən təşkilatın məqsədləri son nəticələrin əldə edilməsi üçün ehtiyatların (kapital, materiallar, texnologiya, informasiya, əmək) çevrilməsini nəzərdə tutur. Onların həyata keçirilməsi üçün müxtəlif fəaliyyət növlərini – funksiyaları icra etmək lazımdır.

İdarəetmə orqanı dedikdə, adətən təşkilatı təmsil edən və onun adından hərəkət edən rəhbərlik başa düşülür.

İri təşkilat öz aparatında adətən üç səviyyəyə malik olur:

l. İdarəetmənin yuxarı həlqəsi.


  1. İdarəetmənin orta həlqəsi.

  2. İdarəetmənin aşağı həlqəsi.

52)Menecmentin prinsipləri

Menecmentin prinsipləri sistemə, idarəetmə prosesinin təşkilinə və strukturuna tələbləri müəyyən edir. Daha doğrusu, təşkilatın idarə edilməsi bütün səviyyələrdən olan menecerlərin rəhbər tutduqları ilkin əsas müddəalar və qaydalar vasitəsilə həyata keçirilir. Bu qaydalar menecerlərin davranışının ana xəttini təşkil edir.

Beləliklə, menecmentin prinsiplərini onun funksiyalarının həyata keçirilməsi üçün rəhbərlərin davranışının əsas ideyaları, qanunauyğunluqları və qaydaları kimi təsvir etmək olar.

Menecmentin prinsiplərinin təsnifatına müxtəlif yanaşmalar mövcuddur. Bu prinsiplərin ən dolğun izahını Q.Kuns və S.O.Donnel «İdarəetmə: idarəetmə funksiyalarının sistemli və situasiyalı təhlili» kitabında vermişlər. Müəlliflər planlaşdırmanın on, təşkilin on beş, motivasiyanın on , və nəzarətin on dörd prinsipini göstərirlər.

Qeyd etmək lazımdır ki, ilk dəfə səmərəli idarəetmənin prinsiplərini Amerikalı menecer Q.Emerson hələ 1912-ci ildə özünün «Məhsuldarlığın on iki prinsipi» kitabında şərh etmişdi. Lakin əməyin elmi təşkilinin banilərindən biri və «inzibatçılıq» nəzəriyyəsinin yaradıcısı A.Fayol göstərirdi ki, idarəetmə prinsiplərinin sayı qeyri-məhduddur, çünki bu və ya başqa ideyanın, qanunauyğunluğun və qaydanın prinsip kimi qəbul edilməsi konkret məqsəddən, şəraitdən və tədqiqatçının mövqeyindən asılıdır. Ona görə də menecmentin prinsiplərini iki qrupa bölmək məqsədəuyğundur: ümumi və xüsusi. Menecmentin ümumi prinsiplərinə tətbiqolunanlıq, sistemlilik, çoxfunksiyalılıq, inteqrasiya və dəyərlərə istiqamətlənmə daxildir.


53)Menecmentin metodları
Menecmentin metodları dedikdə, idarəetmə subyektinin idarəolunan obyektə təsiretmə üsullarının məcmusu başa düşülür. Menecmentin metodları idarəetmə məsələlərinin hansı üsullarla yerinə yetiriləcəyini göstərir. Menecmentin, metodlarından istifadənin əsasını obyektiv qanunların və onların təzahür formalarının tələbləri təşkil edir. Ona görə də metodlar cəmiyyətin obyektiv qanunlarının tələblərini təcrübədə reallaşdıran mexanizm rolunu oynayır. Metodlar menecmentin prinsiplərinə uyğun şəkildə həyata keçirilməlidir. İnsanların rəhbərlik fəaliyyətinin vasitəsi olmaqla metodlar menecmentin subyektiv tərəfini əks etdirir. Lakin onlar heç də sərbəst şəkildə seçilmir və ya uydurulmur. Onların tərkibi və məzmunu obyektiv surətdə, ictimai-iqtisadi münasibətlərin nəticəsi kimi əmələ gəlir.

Menecmentin metodları tərkibinə görə müxtəlif olub, əsasən məzmununa, işçilərə təsir mexanizminə və idarəetmə sisteminin ayrı-ayrı hissələrinə görə təsnifləşdirilir.

Məzmununa görə menecmentin iqtisadi, təşkilati - sərəncamverici (inzibati) və sosialpsixoloji (tərbiyəvi) metodları mövcuddur.

Təsir mexanizminə görə metodlar işçilərin fəaliyyətini stimullaşdırıcı və reqlamentləşdirici metodlara bölünür.

Menecment sisteminin ayrı-ayrı hissələrinə münasibətinə görə aşağıdakı metodlar vardır:

menecmentin ayrı-ayrı funksiyalarım həyata keçirən metodlar (planlaşdırma, uçot və s.), idarəetmə subyektlərinin fəaliyyəti metodları, idarəetmə obyektlərinin inkişafına rəhbərlik üçün istifadə olunan metodlar.


54)Təşkilat anlayışı

. Təşkilat anlayışı vaxt keçdikcə əhəmiyyətli dəyişikliklərə məruz qalmışdır. Başlanğıc mərhələdə təşkilat istənilən bir sistemin quruluşu kimi təsəvvür olunur. Menecment müstəqil bilik sahəsi kimi ayrıldıqca təşkilat sözü müəssisədə (firmada) qəbul olunmuş yolların, funksiyaların, hüquq və vəzifələrin müəyyən, verilmiş strukturu ilə eyniləşdirilməyə başlandı. Daha doğrusu, təşkilat dedikdə, müəssisə, firma, idarə və başqa əmək birləşməsi başa düşülür.

Təşkilatın çoxsaylı təriflərindən aşağıdakıları göstərmək olar:


  1. Təşkilat birgə əmək prosesində müəyyən yer tutan qarşılıqlı münasibətlərin, hüquqların, vəzifələrin, məqsədlərin, rolların və fəaliyyət növlərinin məcmusudur.

  2. Təşkilat ümumi məqsədə malik insanlar qrupudur və s.

Əmək birliyi təşkilat adlanması üçün aşağıdakı məcburi tələblərə cavab verməlidir:

  1. Ən azı iki nəfərin olması.

  2. Heç olmazsa bir ictimai faydalı məqsədin olması.

  3. Bütün məqsədlərin əldə edilməsi üçün bir yerdə çalışan işçilər qrupunun olması.

Deməli, təşkilat - ümumi məqsədin və ya məqsədlərin ləldə edilməsi üçün fəaliyyəti şüurlu surətdə əlaqələndirilən adamlar qrupudur.

Təşkilat müəyyən həyat tsiklinə malikdir və onun müvafiq fazaları və inkişaf xüsusiyyətləri vardır.

55)Təşkilatın formaları

Təşkilatın idarə edilməsinin səmərəliliyi onun təşkili formalarından çox asılıdır.

Menecmentin aşağıdakı təşkilat formaları mövcuddur:


  • xətti təşkilat forması;

  • funksional təşkilat forması;

  • kombinələşdirilmiş, yəni xətti-funksional təşkilat forması. Bəzən buna xəttiqərargah forması da deyilir;

  • matris forması;

  • məqsədli-proqram forması;

  • şöbə təşkilat forması.

Xətti təşkilat formasında təşkilatın istənilən miqyaslı özəyinin başında rəhbər durur. O, tabeliyindəki işçilərə tək-başına rəhbərlik edir və menecment üzrə bütün funksiyaları öz əlində cəmləşdirir. Rəhbərin özü isə fəaliyyətinin bütün məsələləri üzrə yuxarıda duran rəisə tabedir. Bunun əsasında da rəhbərlik iyerarxiyası (uyğun olaraq menecment üzrə pillələrin ayrılması) yaradılır. Məsələn, sahə ustası – sex rəisi – müəssisə direktoru. Bu zaman menecment üzrə ayrıayrı funksiyaların yerinə yetirilməsi üçün hər hansı bir mütəxəssislər aparatı olmur.
56)Təşkilatın inkişafının beş əsas fazası

Təşkilatın inkişafının beş əsas fazası mövcuddur və onlardan hər birinə müəyyən məqsədlər, əlamətlər, rəhbərlik üslubu, vəzifələr və əməyin təşkili xarakterikdir.

1 ci faza - təşkilatın yaranması. Bu fazaya aşağıdakılar xasdır: başlıca məqsədin müəyyən edilməsi, yəni yaşamaq uğrunda mübarizə; rəhbərlik üslubunun böhranı (bir şəxsin rəhbərliyi); əsas vəzifə - bazara çıxış, əməyin təşkili - mənfəətin maksimal artırılmasına cəhd etmək.

2ci faza - təşkilatın uşaqlığı və gəncliyi. Bu fazanın əsas xüsusiyyətləri aşağıdakılardır:

başlıca məqsəd-qısa- müddətli mənfəət və sürətlənmiş artım; ciddi (qəddar) rəhbərlik hesabına yaşamaq; əsas vəzifə - möhkəmlənmək və bazarın bir hissəsini zəbt etmək; əməyin təşkili - mənfəətin planlaşdırılması, əmək haqqının artırılması.

3cü faza - yetkinlik. Başlıca məqsəd - müntəzəm, balanslaşdırılmış artım və fərdi nüfuzun (imicin) formalaşması; səlahiyyətlərin paylaşdırılması (menecmentin qeyri - mərkəzləşdirilməsi) hesabına rəhbərliyin səmərəliliyinin artması; əsas vəzifə - müxtəlif istiqamətlər üzrə artım, bazarın zəbt edilməsi, müxtəlif maraqların nəzərə alınması; əməyin təşkili - əmək bölgüsü və kooperasiyası, fərdi nəticələr üçün mükafatın verilməsi.

4cü faza - təşkilatın qocalması. Mahiyyətcə bu, təşkilatın yetkinliyinin ən ali pilləsidir.

Bu zaman təşkilatın inkişafında başlıca məqsəd əldə olunmuş nəticələri qoruyub saxlamaqdır, daha doğrusu, qazanılmış mövqelərdə qalmaqdır; idarəetmə sahəsində səmərə fəaliyyətin əlaqələndirilməsi hesabına əldə edilir; əsas vəzifə - sabitliyin və əməyin təşkilinin sərbəst rejiminin təmin edilməsi, mənfəətdə iştirak.

5ci faza - təşkilatın intibahı. Başlıca məqsəd - bütün funksiyalar üzrə canlanmanın təmin edilməsi; onun artımı - kollektivçilik hesabına əldə edilir; əsas vəzifə - cavanlaşmadır; əməyin təşkili sahəsində isə əməyin elmi təşkilinin (ƏET) tətbiqi, kollektiv mükafatlandırma.

57)Təşkilat strukturunun layihələndirilməsi və təhlili üçün tətbiq olunan əsas metodlar



  1. analogiya metodu. Bu zaman qabaqcıl oxşar müəssisənin strukturuna analoji olan və ya sahənin müəssisələri üzrə nazirliyin hazırladığı təşkilat strukturu layihələndirilir;

  2. ekspert metodu. Bu halda mövcud sistem təhlil edilir, sonra isə ekspertlərin rəyi nəzərə alınmaqla strukturun təkmilləşdirilməsi və ya yenidən qurulması haqqında qərar qəbul edilir; bu zaman yaxın profilli ən yaxşı mövcud müəssisələrin təşkilat strukturları üzrə çoxlu statistik material azımdır;

  3. məqsədlərin strukturlaşdırılması metodu. Bu metod əvvəlcədən menecmentin məqsədinin müəyyən edilməsini və onun məqsədlər sisteminə (məqsədlər ağacı) qrafiki parçalanmasını (menecmentin pillələrinin sayı buradan üzə çıxır) nəzərdə tutur. Məqsədlər qrafikinə nəzərən struktur elə qurulur ki, bütün məqsədlərin yerinə yetirilməsi təmin edilsin, lakin bu halda idarəetmə aparatının hər bir pilləsi bir məqsədi və ya bir neçə qarşılıqlı əlaqədar məqsədləri yerinə yetirir;

  4. idarəetmə proseslərinin qrafik modelləşdirilməsi metodu. Bu metod idarəetmə proseslərinin və sistemin bölmələri arasındakı əlaqələrin təşkilat strukturları, operatorlar, sənəd axını, xətti qrafiklər, şəbəkə qrafikləri və s. şəklində qrafik təsvirinə əsaslanır. Həmin metoddan başqa metodlara əlavə kimi istifadə edilir; o, təşkilat strukturlarının təhlilini yüngülləşdirir və təklif edilən layihə qərarlarının doğurduğu dəyişiklikləri aşkara çıxarmağa imkan verir;

  5. riyazi modelləşdirmə metodu. Bu, təşkilat strukturunda səlahiyyətlərin və məsuliyyətin bölüşdürülməsinin formalaşdırılmasına (modelləşdirilməsinə), strukturun səmərəlilik dərəcəsinin kəmiyyət kriterilərinin müəyyən edilməsinə əsaslanır; həmin metoddan strukturların variantlarının müqayisəli qiymətləndirilməsi üçün istifadə edilir.

Bu metodlardan kompleks istifadə edildikdə onlar optimala yaxın həlli almağa imkan verir.

58)İdarəetmədə «Menecer» anlayışı

. Müasir anlamda menecer - rəhbər və ya idarəedicidir. O, bazar şəraitində fəaliyyət göstərən müəssisələrin fəaliyyətinin konkret növləri üzrə qərarların qəbul edilməsi sahəsində səlahiyyətə malik olan və daimi vəzifə tutan rəhbərdir və ya idarəedicidir. Menecerin qəbul etdiyi qərarlar kifayət qədər əsaslandırılmış olmalı və idarəetmənin ən yeni metodları əsasında hazırlanmalıdır.

«Menecer» anlayışı geniş yayılmışdır və aşağıdakılara şamil edilir:



  • ayrı-ayrı bölmələrdə və ya proqram-məqsədli qruplarda konkret iş növlərinin təşkilatçısına;

  • bütünlükdə müəssisənin və ya onun bölmələrinin rəhbərlərinə;

  • tabeçiliyindəkinə nəzərən rəhbərə;

  • idarəetmənin hər hansı bir səviyyəsində müasir metodlarla işləri təşkil edən inzibatçıya.

İstənilən səviyyənin menecerinə yüksək tələblər verilir. Aşağıdakı tələbləri xüsusi qeyd etmək lazımdır:

  • müəssisənin idarə edilməsi sahəsində ümumi biliklərə malik olması;

  • fəaliyyətinin növünə və xarakterinə görə müəssisənin aid olduğu sahənin istehsal texnologiyası məsələlərində səriştəliliyi;

  • təkcə inzibatçılıq deyil, həm də sahibkarlıq vərdişlərinə malik olması, bazarda vəziyyəti düzgün qiymətləndirməyi, təşəbbüskarlıq göstərməyi və müəssisənin ehtiyatlarını daha səmərəli tətbiq sahələrinə yönəltməyi bacarması;

59)Firma məhsulunun satışında vasitəçilərin rolu

Əmtəələrin hərəkətinin planlaşdırılmasının vacib xüsusiyyətlərindən biri ticarətin təşkili formasının düzgün seçilməsidir. Bazarların böyük əksəriyyəti üçün məhsulun istehsalçısı ilə onun istehlakçısı arasında fiziki və (və ya) psixoloji məsafə o qədər çox və mürəkkəbdir ki, tələblə təklifi səmərəli əlaqələndirmək üçün vasitəçi tələb olunur. İstehsalçı, potensial alıcıların arzularına uyğun olan sərbəst mübadilənin tələblərindən yaranan öhdəlik və funksiyaları öz üzərinə götürmək iqtidarında olmadıqda – vasitəçilərin də daxil olduğu – satış şəbəkəsinin yaradılması zəruri olur. Firma, vasitəçilərə müraciəti nəticəsində kommersiya fəaliyyətinin müəyyən elementləri üzərində öz nəzarətini itirir. Buna görə, də satış şəbəkəsinin (paylaşdırma kanallarının) seçilməsi – strateji qərardır və bu, məqsəd seqmentində arzu olunanlarla yanaşı, həm də firmanın öz məqsədlərinə də uyğun olmalıdır. Satış kanalları üzrə problemlərin həlli ardıcıllığı aşağıdakı şəkildə verilmişdir Satış şəbəkəsini, məhsul və xidmətləri fərdi istehlakçılar və firmaların sərəncamına vermək məqsədilə rəqabətli mübadilə prosesində iştirak edən tərəfdaşların birgə səylərilə formalaşdırılan struktur kimi müəyyən etmək olar. Bu tərəfdaşlara istehsalçılar, vasitəçilər və son alıcılar – istehlakçılar aiddirlər.

İstənilən satış şəbəkəsi mübadilənin həyata keçirilməsi üçün müəyyən funksiyaları həyata keçirir ki, bunlara da aşağıdakılar aiddir:

– bazar seqmentləşdirilməsinin nəticələrinin öyrənilməsi və reklamın planlaşdırılması;

– istehlakçılarla və ya vasitəçilərlə müqavilələr bağlamaq;

– müqavilələrin yerinə yetirilməsinin uçotunu aparmaq və ona nəzarət etmək; – müştərilərə əmtəələrin göndərilməsini planlaşdırmaq;

– satış kanallarını müəyyən etmək;

– əmtəələrin qəbulunu, saxlanmasını, qablaşdırılmasını, çeşidlərə ayrılmasını və istehlakçılara göndərilməsini təşkil etmək;

– məhsul satışının informasiya, resurs və texniki təminatını həyata keçirmək; – satışı stimullaşdırmaq;

– istehlakçılarla əks əlaqələr yaratmaq və tənzimləmə.

Qeyd olunan funksiyaların yerinə yetirilməsi mübadilə prosesinin iştirakçıları arasında qarşılıqlı əks istiqamətlərə yönəldilmiş kommersiya axınlarının yaranmasına səbəb olur. Satış kanalında bütünlükdə beş tip axın olur:

– mülkiyyət hüququnun axını: məhsula olan mülkiyyət hüququnun bir mülkiyyətçidən digərinə keçməsi;

– fiziki axın: məhsulların ardıcıl olaraq vasitəçilər tərəfindən istehsalçıdan son istehlakçıya fiziki yerdəyişməsi;

– sifarişlər axını: alıcılardan və vasitəçilərdən alınan sifarişlərin istehsalçıya istiqamətləndirilməsi;

– maliyyə axını: son istehlakçılardan istehsalçıya və vasitəçilərə müxtəlif ödəmələrin hərəkət etdirilməsi;

– informasiya axını: bu axın iki istiqamətdə yayılır

60)Firmada istehsalın təşkili formaları

İstehsalın təşkili formaları istehsal prosesinin elementlərinin arasında zaman və məkan baxımından yaranan sabit əlaqələr sisteminin müxtəlifliyini ifadə edir. Müxtəlif zaman və məkan strukturuna malik sistemlər istehsalın müxtəlif təşkili formalarını əmələ gətirir. Bunlara texnoloji, predmet, düzxətli, fərdi və qarışıq formalar aiddirlər.



İstehsal prosesinin təşkilinin texnoloji forması əmək predmetlərinin ardıcıl verilməsinə əsaslanan sex strukturları ilə xarakterizə olunur. Bu forma texnoloji prosesdə dəyişikliklərin baş verdiyi xırda seriyalı istehsallarda daha səmərəlidir. Eyni zamanda bu formanın bir sıra çatışmazlıqları da vardır. Belə ki, istehsalın təşkilinin bu formasında detalların say çoxluğu və onların emal prosesində hərəkətinin təkrar olunması bitməmiş istehsalın həcminin və emal ediləcək detalların saxlanma məntəqələrinin sayının artmasına gətirib çıxarır. İstehsal tsiklinin xeyli hissəsini istehsal sahələri arasındakı əlaqələrin mürəkkəbliyi ilə bağlı olan vaxt itkisi təşkil edir. İstehsalın təşkilinin predmet forması xammal və materialın istehsala verilməsinin paralel-ardıcıl ötürülməsi ilə qarışıq məkan strukturuna əsaslanır. Predmet strukturuna əsaslanan istehsal sahəsində texnoloji prosesin əvvəlindən axırına qədər detallar qrupunun emalı üçün zəruri olan bütün avadanlıqlar quraşdırılır. İstehsal sahələrinin predmet üzrə qurulması düzxətliliyi təmin edir və detalların hazırlanmasının istehsal tsiklini qısaldır. İstehsalın təşkilinin texnoloji formasına nisbətən bu forma detalların nəqli xərclərini və məhsul vahidinə düşən istehsal sahələrinə tələbatı azaltmağa imkan verir.
Yüklə 134,87 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə