İstehsalın iqtisadiyyatı və menecment



Yüklə 134,87 Kb.
səhifə6/14
tarix05.01.2022
ölçüsü134,87 Kb.
#82598
1   2   3   4   5   6   7   8   9   ...   14
1,2,3,4-2

Müəssisənin ləğvi mülkiyyətçinin və ya onun vəkil etdiyi orqanın yaratdığı ləğvetmə komissiyası tərəfindən müəssisə iflas elan olunduqda arbitraj məhkəməsinin qərarına əsasən həyata keçirilir. Onların qərarına əsasən ləğvetməni müəssisə özü onun idarə-etmə orqanı şəxsində həyata keçirə bilər.

Ləğvetmə komissiyası yaradıldığı vaxtdan müəssisəni idarə etmək səlahiyyəti ona verilir, müəssisəni idarəetmə orqanları isə ləğvetmə komissiyasının qərarlarını həyata keçirirlər.

Mülkiyyətçi, arbitraj məhkəməsi və ya müəssisə yaratmağa müvəkkil edilən orqan müəssisənin ləğv edilməsi barəsində qərar qəbul etdikdə ləğvetmə qaydasını və müddətini müəyyən edir, habelə müəssisənin ləğv edilməsi vaxtından iki aydan az olmayan kreditorların iddia qaldırması müddətini təyin edir.
11)İstehsal əsas fondlarının iqtisadi mahiyyəti və təsnifatı

Xərclər iqtisadi mahiyyətinə görə təsnifləşdirildikdə onun hansı məhsula sərf edildiyi məlum olmadığından bu təsnifləşdirmədən müəssisədə istehsal edilən hər bir növ məhsul vahidinin maya dəyərinin hesablanmasında istifadə olunması mümkün deyilidir. Buna görə də məhsul vahidinin maya dəyərinin hesablanmasında məsrəflərin kalkulyasiya maddələri üzrə təsnifləşdirilməsi sistemindən istifadə edilir.

12)Əsas fondların qiymətləndirilməsi

Əsas fondlar – istehsal prosesində uzun müddət ərzində, bütövlükdə iştirak edən “əmək vasitələri”nin dəyərlə ifadə olunmuş formasıdır. İstimar müddətində əsas fondlar “natural” formalarını saxlayaraq dəyərlərini istehsal edilən məhsulun üzərinə tədricən (hissə-hissə) keçirirlər. Azərbaycan Respublikası qanunvericiliyinə görə, dəyəri 100 manatdan yuxarı və ömür müddəti 1 ildən çox olan istehsal-texniki təyinatlı əmək vasitələrinin dəyəri əsas fondlara, dəyəri 100 manatdan və ömür müddəti isə 1 ildən az olanlar isə dövriyyə fondlarına aid edilir.

Müəssisənin uçotunda ƏF-ın qiymətləndirməsi “İlkin dəyər” ilə aparılır; buna həm də ƏF-ın “Balans dəyəri” deyilir. “Amortizasiya ayırmaları”nın hesablanması, İƏF-na “Əmlak vergisi”nin təyin edilməsi üçün qiymətləndirmənin bu növündən istifadə olunur.

13)Əsas fondların köhnəlməsi və amortizasiyası

Əsas fondlar prosesdə iştirak etdikcə tədricən aşınırlar və aşınan hissəni məhsulun maya dəyəri üzərinə keçirilər. Bu proses amortizasiya adlanır.

Amortizasiya – Əsas fondların fiziki və mənəvi aşınmasının pulla ifadəsinə deyilir.

14)Əsas fondlardan istifadə göstəriciləri

Praktikada avadanlığın əsas növlərindən istifadənin natural (texniki) göstəricilərindən də geniş istifadə edirlər. Bunlar müəssisənin texnoloji avadanlıqlarından istifadə dərəcəsini səciyyələndirən özünəməxsus göstəricilərdir. Bu göstəricilər həm faktik iş vaxtına nisbətən və həm də təqvim vaxtına görə müəyyən edilə bilər. Göstəricilər faktiki iş vaxtına görə müəyyən ediləndə əsas fondlardan istifadənin səviyyəsini tam əks etdirir, çünki faktik iş vaxtına görə hesablama avadanlığın yüklənmə intensivliyini və bütün təqvim dövründə onun faktiki olaraq necə istifadə olunduğunu səciyyələndirir.

15)Əsas fondlardan istifadənin yaxşılaşdırılması yolları

İstehsal əsas fondlarından istifadənin səmərəlilik səviyyəsi öz əksini həm də istehsal gücündən istifadədə tapır.




Yüklə 134,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə