İstehsalın iqtisadiyyatı və menecment


)Dövriyyə vəsaitlərindən istifadə göstəriciləri



Yüklə 134,87 Kb.
səhifə9/14
tarix05.01.2022
ölçüsü134,87 Kb.
#82598
1   ...   6   7   8   9   10   11   12   13   14
1,2,3,4-2

18)Dövriyyə vəsaitlərindən istifadə göstəriciləri

Dövriyyə istehsal vəsaitləri - Dövriyyə fondları istehsal prosesində istehlak olundurmaqla hazır məhsula çevrilir. Öz təyinatına görə 3 hissəyə bölünür:

İstehsal ehtiyatları istehsalın fasiləsizliyini təmin etmək məqsədilə alınan xammal, material, yanacaq və s.dir.

Bitməmiş istehsal və özünün istehsalı olan yarımfabrikatlar artıq texnoloji prosesə buraxılmış və emalın müəyyən mərhələsində olan material, istehsalı hələ başa çatdırılmamış hissə və məmulatlar, habelə özünün istehsalı olan yarımfabrikatlardır.

Gələcək dövrün xərcləri cari xərclər kimi nəzərdə tutulmuş və müasir dövrdə sərf olunan, lakin gələcəkdə xərc kimi məhsulun maya dəyərinə daxil edilməklə geri qaytarılan xərclərdir. Məsələn, icarəyə götürülmüş binanın illik icarə haqqı əvvəlcədən ödənilirsə, bu məbləğ gələcək dövrün xərclərinə aid edilir. Bu məbləğin hər aya düşən hissəsi maya dəyərinə daxil edilməklə, ilboyu hissə-hissə geri qaytrılır.

Tədavül fondları tədavül sferasına xidmət etməklə firmanın anbarındakı hazır məhsulundan, yola salınmış, lakin haqqı ödənilməmiş əmtəələrin dəyərindən, hesablaşmalardakı və bankların cari hesablarında olan pul vəsaitlərindən və debitor borclarından ibarət olur.

19)Firmada maddi resursların normalaşdırılması

Məsrəf norması nədir? Norma – məhsul vahidinin istehsalına materialdan maksimum yol verilə bilən, yaxud minimum məsrəfdir.

Materialdan məsrəf normasını il ərzində istehsal ediləcək məhsulun miqdarına vurmaqla materiala illik tələbatın həcmini tapırlar və bunun əsasında müəssisənin maddi-texniki təminat planını tərtib edirlər.

Mütərəqqi material məsrəfi normaları qabaqcıl təcrübəni, elm və texnikanın son nailiyyətlərini özlərində təcəssüm etdirməli və materiala faktiki qənaət səviyyəsini ötüb keçməlidir.

20)Tədavül fondları tərkibi quruluşu və yaradılma mənbələri




Yüklə 134,87 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə