İstehza deyiLƏn züLM



Yüklə 484,8 Kb.
səhifə3/8
tarix08.04.2018
ölçüsü484,8 Kb.
#36736
1   2   3   4   5   6   7   8

Həqiqətən, Allah ağcaqanadı və ondan da üstün olanı məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən (gələn) haqdır. Küfr edənlər isə deyirlər: “Bu məsəllə Allah nə (demək) istədi?” Halbuki, O, bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır. (Bəqərə surəsi, 26)
Yuxarıdakı ayədə xəbər verildiyi kimi, Allah`ın bir ayəsində ağcaqanaddan bəhs etməsinin hikmətini inkar edənlər anlamamışlar. Sahib olduqları zəif dərrakəyə görə: "Allah bu örnəklə nə demək istəyir?" - deyərək, guya istehza edirlər. Ancaq bu gün elm dünyası insanların kiçik hesab etdiyi canlıların bir çox möcüzəvi xüsusiyyətlərə sahib olduqlarını ortaya çıxarmışdır. (daha ətraflı məlumat üçün baxın: Harun Yəhya, Ağcaqanad möcüzəsi). Allah bu canlıdakı heyrətamiz xüsusiyyətləri bundan 1400 il əvvəl xəbər vermiş və o dövrün inkarçıları bu məlumatlardan məhrum olduqları üçün sərf etdikləri istehzalı sözlərlə gülünc vəziyyətə düşmüşlər.

İnkar edənlərin Allah`a və Onun dininə qarşı qürurlu olmaları, xüsusilə də Allah`ın ayələri özlərinə oxunduqda və özlərinə ayələrlə nəsihət verildikdə ortaya çıxır. Allah`ın göndərdiyi elçilər və saleh müsəlmanlar qövmlərinə yaşadıqları batil sistemin yanlışlığını təbliğ edirlər. Tək doğru yolun Allah`ın endirdiyi din olduğunu izah edərkən onlara Allah`ın ayələrindən oxuyur və ayələrin hikmətlərini açıqlayırlar. Ayələrdəki məna o qədər mükəmməldir ki, inkar edənlər bu sözlərdəki fövqəladə yönü görür, lakin bu üstünlüyü sezmələrinə baxmayaraq, qürurları səbəbi ilə izah edilən gerçəkləri inkar edir və çağırışı rədd edirlər. Hələ bu azmış kimi, azğınlıq səbəbi ilə Allah`ın ayələrini istehza mövzusu edirlər. Quranda onların bu qürurlu rəftarları və istehzalı yanaşmaları belə izah edilir:
O, Allah`ın ona oxunan ayələrini eşidir və sonra sanki onları eşitməmiş kimi təkəbbür göstərərək inadkarlıq edir. Beləsini ağrılı-acılı bir əzabla müjdələ. O, ayələrimizdən bir şey öyrəndiyi zaman ona lağ edir. Məhz belələri üçün alçaldıcı bir əzab vardır. (Casiyə surəsi, 8-9)
Allah inkar edənlərin bu cür məsxərəsini bir çox ayəsi ilə xəbər vermiş və möminlərə belə şeylərlə qarşılaşdıqda nə edəcəklərini belə bildirmişdir:
Ayələrimizi lağlağıya qoyanları gördüyün zaman onlar başqa söhbətə keçənə qədər onlardan üz çevir. Əgər şeytan (bunu) sənə unutdursa, xatırladıqdan sonra zalım camaatla birgə oturma. (Ənam surəsi, 68)

İbadətlərə istehzalı münasibətləri
Allah`ın əmr etdiyi ibadətlərə, bu ibadətlərin hikmətinə və xüsusilə də namaz və oruca lağ etmək inkar edənlər arasında çox məşhurdur. Allah bir ayəsində inkar edənlərin ağılsız davranışlarını belə xəbər vermişdir:
Siz namaza çağırdığınız zaman onlar onu məsxərəyə qoyub oyun-oyuncaq sayarlar. Bu, ona görədir ki, onlar düşüncəsiz bir camaatdır. (Maidə surəsi, 58)
İnkar edənlərin ibadətlər mövzusundakı istehzalarına gündəlik həyatda da çox rast gəlmək mümkündür. Məsələn, belə bir insana beş vaxt namaz qılmasının və oruc tutmasının gərəkdiyini xatırlatdıqda buna istehza edər. Danışıq üslubuna, seçdiyi sözlərə, mimika və hərəkətlərinə, üz ifadəsinə tamamilə istehza hakim olar.

Bu məsxərəçi hərəkətlərinin əsl səbəbi digər insanların şüur altı olaraq dinə və dini dəyərlərə qarşı hörmətini azaltmaq istəmələridir. Beləliklə, möminlərin təbliğinə də guya mane olmaq istərlər. Xüsusilə din əxlaqını yaşayan gənc insan gördükdə istehzalı üslubları daha da diqqətə çarpar. Onu görüncə daha çox günahkarlıq hiss etdikləri üçün bu günahkarlıq duyğusunu ona lağ etməklə örtməyə çalışar, bu şəkildə, onu doğru yoldan çəkindirməyə cəhd edərlər.

"Cavanlığını keçir, gələcəkdə dini ibadətlərini yerinə yetirərsən", "bu yaşda dünyadan əlini üzmüsən" kimi eyhamlı və istehzalı sözlərlə qarşılarındakı insana lağ edərlər. "Orucunu poz, günahı mənim boynuma" ya da "namaz qılmağına nə ehtiyac var, hələ cavansan, qocalanda qılarsan" kimi axmaq sözlərlə onu doğru yoldan çıxartmağa çalışarlar. Halbuki, insan axirətdə ibadətlərini yerinə yetirib-yetirmədiyinə görə sorğu-sual olunacaq. Məsələn, beş vaxt namaz dəqiqliklə, tam vaxtında, şövq və huşu ilə yerinə yetirilməsi gərəkən ibadətdir. Peyğəmbərimiz (s.ə.v) də bir çox hədisində beş vaxt namazın əhəmiyyətinə diqqət çəkmişdir. Əbu Hüreyrədən (r.a) rəvayət edilən bir hədisdə Rəsulullah (s.ə.v) belə buyurur:

"Beş vaxt namaz böyük günahlardan çəkindikdə gələcək həftənin cüməsinə və gələcək ramazana qədər səhvlər üçün kəffarədir". (Müslim), (Riyazüs-salehin, İmam Nəvəvi, çevirən: Mehmet Əmrə, Bədir nəşriyyat, s. 698)

Din əxlaqının tələbi olan ibadətlərə lağ etməyə çalışanlar hər nə etsələr də, möminlərə zərər vermələri, onları hörmətdən salmaları mümkün deyil. Çünki möminlər inkar edənlərin Quranda yazılan bu rəftarları ilə qarşılaşdıqlarında daha da şövqlənər və ibadətlərinə daha həyəcanla davam edərlər.

İnkar edənlər lağ etməklə guya möminlərə zərər vermək istəyər, ancaq bu səylərində uğursuz olarlar, hətta bilmədən onların axirətdəki dərəcələrini yüksəltmiş olarlar. Yəni başqa sözlə, möminlərə xidmət etdiklərini demək olar. Ancaq bunu bilmədiklərinə görə, yuxarıdakı ayədə də diqqət çəkildiyi kimi, anlamaz olduqlarını yenidən büruzə verirlər.

Yenidən dirilməyi inkar etmələri
İnkar edənlərin lağ etdiyi digər bir mövzu isə yenidən dirilməkdir. Ölümdən sonra insanların yenidən diriləcəyi həqiqətini israrla və ağılsızlıqla rədd edərlər. Çünki bunu qəbul etsələr, din əxlaqı ilə yaşamağın lazım olduğunu görəcəklər. Bundan başqa, insanlar ölümdən sonra dünyada etdiklərinə görə hesab verəcək və o gün yalnız dünyada Allah`ın Quranda əmr etdiyi kimi yaşayanlar nicat tapacaqlar. Hesab gününün ardından, əlbəttə ki, Allah`ın sonsuz ədaləti təcəlli edəcək, günahkarlar cəzalandırılacaq, gözəl rəftar göstərən, Allah`a itaətli olanlar isə mükafatlandırılacaq. Bu, açıq həqiqətdir. Din günü inkar edənlərin yanıldıqları ortaya çıxacaq. Ancaq onlar dünyada etdiklərindən məsul olduqlarını qəbul etmək istəməyərək Allah`ı və hesab gününü unudurlar. Bunun nəticəsində, əvvəlcə, ölümün çox yaxın olduğunu ağıllarından çıxarmağa çalışarlar. Hətta bu mövzuda istehzalı söhbət və zarafatlar edərək mövzunun ciddi olmadığına özlərini inandırmaq istərlər. Ətrafdakı insanlara ölümün uzaq olduğunu, bunu düşünməyin isə lazım olmadığını işarə verərlər. Ancaq nə qədər unutmaq istəsələr də, ölüm qəti həqiqətdir. Ayədə belə buyurulur:
De: “Qaçdığınız ölüm sizi mütləq haqlayacaqdır. Sonra siz qeybi və aşkarı Bilənin hüzuruna qaytarılacaqsınız. O da sizə nə etdiklərinizi xəbər verəcəkdir”. (Cümə surəsi, 8)
Buna görə, yenidən dirilib hesab verəcəkləri həqiqətini rədd edərlər. Şübhəsiz, onların hesab gününü rədd etmələri onları o günlə qarşılaşmaqdan uzaqlaşdırmaz, ancaq yenə də bu mövzunu anlamazlıqdan gəlib xilas ola biləcəklərini zənn edərlər. Hətta daha da irəli gedərək bu mövzuya lağ da edərlər. Bu şəkildə, yenidən dirilməyə inanmadıqlarını və bu mövzunu ciddi qəbul etmək istəmədiklərini ətraflarına sübut etmək istəyərlər. Quranda onların lağlağı hərəkətlərinə nümunələr verilmişdir:
(Kimisi də) ata-anasına: “Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsillər gəlib-getdiyi halda, siz məni (qəbirdən) çıxarılacağımlamı hədələyirsiniz?”– deyər. Onlar Allah`dan yardım diləyərək: “Vay sənin halına! İman gətir, Allah`ın vədi haqdır!”– deyərlər. O isə: “Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir!”– deyər. (Əhqaf surəsi, 17)
Öz axmaq ağıllarını bəyənən və bundan çox əmin olan inkarçıların dirilmək haqqındakı bu cür suallarına və yanlış məntiqlərinə ən gözəl nümunə olaraq Quranda belə xəbər verilmişdir:
Məgər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o, indi açıq-aşkar mübahisə edir. O, Bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” De: “Onları ilk dəfə yaradan Özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir. (Yasin surəsi, 77-79)
İnsanı və yer üzündəki canlı-cansız bütün varlıqları yaradan Allah`dır. İnsan Allah`ın endirdiyi din əxlaqını yaşamaqla məsuldur və inkar etməsi onu bu məsuliyyətdən qurtarmaz. Bu vəziyyətdə din günü gəldiyində etdiklərinin cəzasını mütləq alacaqdır. Bunu da əlavə etmək lazımdır ki, Allah`a və Onun dininə istehza etmək çox böyük günahdır və heç şübhəsiz, bunun qarşılığı çox şiddətli olacaq. Bu insanlar Quranda belə təhdid edilirlər:
Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bununla xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məhkum etməsin. Allah`dan başqa onun nə bir hamisi, nə də bir havadarı olacaqdır. O, nə cür fidyə versə də, ondan qəbul olunmayacaq. Onlar qazandıqlarına görə məhvə məhkum olanlardır. Kafir olduqlarına görə, onlar üçün qaynar içki və üzücü bir əzab hazırlanmışdır. (Ənam surəsi, 70)
Qarşılaşacaqları bu əzabı görməzlikdən gələn insanlar həmişə olduğu kimi, yaşadığımız dövrdə də var. Bu şəxslər hər fürsətdə dini dəyərlərə və müqəddəs anlayışlara lağ etməkdən çəkinməzlər. Zarafat və lətifələrinin dini məzmunlu olması ilə yanaşı, karikaturalarda da dini dəyərlərə lağ edərlər. İstər içində yaşadığımız dövrdə, istərsə də tarix boyunca inkar edənlərin bu çirkin davranışlarının məqsədi həmişə eyni olmuşdur. Məsxərəçi yanaşmaları ilə həm iman edənləri çətinliyə salmaq istəyər, həm də insanlara şüur altı dini dəyərlər mövzusunda mənfi yöndə təsir etməyə çalışarlar. Ancaq unutmaq olmaz ki, müsəlmanlar üçün inkarçıların bu davranışları ilə qarşılaşmaq böyük bir şərəfdir. Çünki Allah Quranda saleh müsəlmanların bu cür davranışlara məruz qalavaqlarını və bunların qarşılığının özlərinə ən gözəl şəkildə veriləcəyini vəd etmişdir. Bundan başqa, Allah bu lağlağı insanların mövqeyini Quranda bildirmiş və möminlərin onlardan uzaq olmalarını əmr etmişdir:
Ey iman gətirənlər! Sizdən əvvəl Kitab verilənlərdən dininizi ələ salıb oyun-oyuncaq hesab edənləri və kafirləri dost tutmayın. Əgər möminsinizsə, Allah`dan qorxun. (Maidə surəsi, 57)

İNKAR EDƏNLƏR ƏBƏS YERƏ MÖMİNLƏRƏ İSTEHZA EDİRLƏR
Əvvəlki hissələrdə ifadə etdiyimiz kimi, inkar edənlər Allah`a təslim olmadıqları üçün vicdanları həmişə narahatdır. Buna görə də Allah`ın dinini yaşayan möminlərə qarşı kinayəli rəftar göstərərlər. Özlərinin səhv yolda, möminlərin isə doğru yolda olduqlarını bilmələri möminlərə qarşı kin bəsləmələrinə səbəb olur. Bir ayədə bu insanların möminlərə qarşı kinli olmaları belə izah edilir:
... Ey iman gətirənlər! Sizlərdən olmayanı özünüzə sirdaş tutmayın. Onlar sizə qarşı fəsad törətməkdən əl çəkməzlər, sizin sıxıntıya düşməyinizi istəyərlər. Düşmənçilikləri onların ağızlarından bəllidir. Kökslərində gizlətdikləri isə daha böyükdür. Əgər anlayırsınızsa, Biz ayələri artıq sizə bəyan etdik. (Ali-İmran surəsi, 118)
İnkar edənlərin möminlərə bu qədər kin bəsləmələrinin səbəblərindən biri onların Allah`a iman etməsidir. Tarix boyu Allah`ın əmrlərini yerinə yetirən, Allah`ın göndərdiyi kitablara və elçilərə itaət edən möminlər inkar edənləri qıcıqlandırmışdır. Yer üzündə inanan insanlar var olduqları müddətcə inkar edənlər bu narahatlığı yaşayacaq və bu qəzəbi daşıyacaqlar.

İnkar edənlər Allah`ın varlığını və üstünlüyünü görməzlikdən gəlmək istəyirlər. Yuxarıda da ifadə etdiyimiz kimi, əgər hər şeyin yaradıcısının Allah olduğunu, hər hadisənin Onun idarəsində reallaşdığını qəbul etsələr, Allah`a itaət etmələrinin lazım olduğunu görəcəklər. Bu həqiqətləri görməzlikdən gəlməyə çalışarkən möminlərin varlığı bütün səylərini boşa çıxarar. Möminlər inkar edənlərə və içində olduqları cəmiyyətə Allah`ın hər şeyin yaradıcısı olduğunu, bütün gücün Allah`a aid olduğunu, dünyadakı həyatın keçici, ölümün isə açıq-aşkar və qaçılmaz bir həqiqət olduğunu, qısacası inkarçıların unutmağa çalışdığı bütün həqiqətləri xatırladarlar. Buna görə, inkarçılar yer üzündə iman edən tək bir insanın belə qalmasını istəməzlər. Elə buna görə də iman edənlərə qarşı düşmən mövqeyi tutarlar.

Əlbəttə, öz ağıllarına görə bu düşmənliyi ifadə etməyin ən asan yollarından biri möminlərə dəyər vermədiklərini göstərməkdir. Halbuki, möminlərin onların dəyərlərinə heç bir şəkildə ehtiyacları yoxdur. Bunu da onlara qarşı kinayəli hərəkətlərlə hiss etdirməyə çalışarlar. Möminlərin iman etməsinə istehza etmək inkarçıların ən çox etdiyi əxlaqsızlıqdır. Quranda bunun bir çox nümunəsindən bəhs edilmişdir:
Onlara: “(Bu) insanlar iman gətirdiyi kimi siz də iman gətirin!”– deyildiyi zaman: “Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?”– deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin bilmirlər. Onlar möminlərlə rastlaşdıqda: “Biz iman gətirdik!”– deyirlər, öz şeytanları ilə təklikdə qaldıqda isə: “Biz sizinləyik. Biz (möminlərə) ancaq istehza edirik!”– deyirlər. (Bəqərə surəsi, 13-14)
Ayələrdən göründüyü kimi, inkarçılar danışıqlarında möminlərə aşağı baxdıqlarını ifadə edərlər. Bununla möminlərin şövqünü qırıb gücünü azaldacaqlarını zənn edirlər. Ancaq başqa mövzularda olduğu kimi, burda da yanılırlar. Çünki Allah`a iman edən bir insan şövqsüz və ümidsiz olmaz. Əksinə, iman edənlərə belə əxlaqsız hərəkətlərə məruz qalmaq böyük şərəfdir və bunlar möminləri daha da şövqləndirən hadisələrdir. Çünki Allah Quranda tarix boyu bütün müsəlmanlara qarşı bu cür münasibətlərin olduğunu xəbər vermişdir. Bunun qarşılığında inananlar da hər dövrdə bu hərəkətlərə səbir göstərdiklərində axirətdə bunun gözəl qarşılığını alacaqlarını bilməyin şövq və sevincini yaşamışlar.

Tarix boyu inkarçıları qıcıqlandıran mövzulardan biri də möminlərin Allah`ın göndərdiyi elçiyə itaəti olmuşdur. Möminlər "Biz hər bir elçini, Allah`ın izni ilə, ona məhz itaət edilsin deyə göndərdik..." (Nisa surəsi, 64) ayəsinin tələbi olaraq, Allah`ın elçilərinə və Onun yolunda mübarizə aparan saleh müsəlmanlara böyük hörmət göstərmişlər.

"Ey iman gətirənlər! Allah`a və Elçisinə itaət edin, həm də özünüzdən olan rəhbərlərə..." (Nisa surəsi, 59) ayəsinə uyğun olaraq itaət mövzusunda bir-birləri ilə yarışmış və bu mövzuda qəti şəkildə zəiflik göstərməmişlər:
Bunlar Allah`ın hüdudlarıdır. Kim Allah`a və Onun Elçisinə itaət edərsə, (Allah) onu altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur. Kim Allah`a və Onun Elçisinə asi olub Onun hüdudlarını aşarsa, (Allah) onu içində əbədi qalacağı (cəhənnəm) oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır. (Nisa surəsi, 13-14)
Bunun ən əhəmiyyətli nümunələrindən biri də peyğəmbərimiz (s.ə.v) dövründə müsəlman qadınların örtünmə ayələrinin enməsi ilə birlikdə göstərdikləri itaətdir. Allah Quranda örtünmənin mömin qadınları digərlərindən ayıran əhəmiyyətli bir xüsusiyyət olduğunu xəbər vermişdir:
Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin qadınlarına de ki, (naməhrəm yanında) çarşabları ilə örtünsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayandır, rəhmlidir. (Əhzab surəsi, 59)
“Nur” surəsindəki örtünmə ilə bağlı ayələr hicrətdən sonrakı dövrdə endirilmişdir:

Şeybə qızı Səfıyə deyir ki: Biz hz. Aişənin yanında olarkən bir neçə xanım qureyşli qadınların vəziyyətindən və fəzilətlərindən danışmışdılar. Bundan sonra hz. Aişə buyurdu ki: "Şübhəsiz ki, qureyşli qadınların üstünlüyü var. Amma Allah`a and içirəm ki, mən ənsarın qadınlarından daha çox Allah`ın kitabını təsdiq edən və Qurana inanan fəzilətli şəxslər görmədim. “Nur” surəsindəki "baş örtülərini yaxalarının üzərlərinə qoysunlar" ayəsi nazil olanda ərləri onların yanlarına getdilər və özlərinə Allah`ın bu mövzuda nazil etdiyi ayəni oxudular. Hər kəs arvadına, qızına, bacısına və yaxınlarına bu ayəni oxuyurdu. İçlərindən baş örtüyünü yaxalarının üzərinə qoymayan olmadı. Allah`ın endirdiyi kitabdakı hökmə inandıqlarından və təsdiq etdiklərindən örtülərinə büründülər..." (İbni Kəsr, Hədislərlə Qurani-kərim Təfsiri, 11-ci cild, s. 5880)

Peyğəmbərimiz (s.ə.v) dövründə mömin qadınlar Allah`ın təsəttür mövzusundakı əmrini böyük şövq və istəklə qarşılamış, dərhal itaət etmişlər.

Müsəlmanların bu sarsılmaz itaəti inkar edənləri hər dövrdə çox narahat etmişdir. Çünki onlar daim ən etibarlı, ən çox sözü küçən şəxslərin özləri olmasını istəmişlər. Bu səbəbdən, möminlərin Allah`ın seçdiyi insana itaət etməsi və bu mövzuda heç bir güzəştə getməməsi onların möminlərə düşmən olmasının səbəblərindən biri olmuşdur. Buna görə, möminlərə və onların itaət etdikləri elçilərə istehza dolu sözlərlə atmacalar atmışlar:
Onlar dedilər: “Sənə ən rəzil adamlar tabe olduğu halda, biz sənə inanarıqmı?” (Şüəra surəsi, 111)
Onun qövmünün kafir zadəganları dedilər: “Biz sənin özümüz kimi sadəcə bir insan hesab edir və içimizdən ancaq düşüncəsiz olan ən rəzil adamların sənə qoşulduğunu görürük. Həmçinin sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik”. (Hud surəsi, 27)
Ayələrdə də bildirildiyi kimi, inkar edənlərin ən böyük istəklərindən biri özlərinin ən üstün olmalarıdır. Ancaq onlar özlərini böyük görməklə ağılsızlıq edərlər və ən əhəmiyyətlisi isə qısa dünya həyatındakı mövqe, pul, mal və etibarı sonsuz axirət həyatına dəyişərlər. Bu da onların ağılsızlığının ən böyük dəlillərindən biridir.

İnkarçılar ilk öncə peyğəmbərləri hədəf alırlar

Tarix boyunca hər dövrdə inkar edən insanlar olmuş və bu şəxslər Allah`ın dininə və möminlərə qarşı mübarizə aparmışlar. Bu Allah`ın dəyişməz qanunudur. İnkar edənlərin inananlara qarşı istifadə etdiyi mübarizə üsulları məlumdur və bunların ən başlıcalarından biri də məsxərədir. Üstəlik, istehza taktikaları və sözləri də həmişə eyni olur. Bu həqiqət Quranda belə ifadə edilir:
Firon da, ondan əvvəlkilər də, alt-üst olmuş kəndlər də günah işlətmişdilər. Onlar öz Rəbbinin elçisinə asi oldular, O da onları artan bir əzabla yaxaladı. (Haqqə surəsi, 9-10)
Ayələrdə diqqət çəkildiyi kimi, əsrlər boyu inkar edənlər həmişə eyni üsyankar rəftarı göstərmişlər. Firon, Əbu Ləhəb, fironun qövmü, Nuh peyğəmbərin (ə.s) qövmü, Ad qövmü, Səmud qövmü, Lut qövmü və digərləri Quranda həmişə peyğəmbərlərə qarşı istifadə etdikləri azğın və məsxərəçi üslubla xatırlanan və sonunda məhv olan qövmlərdəndir. Bu insanlar yalnız peyğəmbərlərə deyil, dinə aid hər şeyə-ibadətlərə, namaza, dinin hökmlərinə lağ etmişlər. Amma, əlbəttə, Quranda xəbər verildiyi kimi, sonda ziyana uğrayan, həlak edilən də özləri olmuşdur.

Keçmiş qövmlərin elçilərinə qarşı olan bu münasibətləri Quranda tez-tez ifadə edilən bir həqiqətdir:
Vay qulların halına! Onlara elə bir elçi gəlməyib ki, ona istehza etməsinlər. (Yasin surəsi, 30)
Onlara elə bir elçi gəlməzdi ki, ona istehza etməsinlər. (Hicr surəsi, 11)
Göründüyü kimi, peyğəmbərlərə qarşı bu şəkildə nəzakətsiz davranmaq inkar edənlərin nəzərə çarpan xüsusiyyətidir. Hər dövrdə də bunu tətbiq etdikləri aydın olur. Bütün bu qövmlərin təkəbbürlənmələrinin və nəticədə, istehzaya yönəlmələrinin səbəbi isə şeytandır. Şeytan yer üzündə Quran əxlaqının yaşanmasını istəmədiyi üçün insanları əxlaqsızlığa, din əxlaqına zidd işlərə təşviq edir. İstehza da bu çirkin davranışlardan biridir. Buna qarşı peyğəmbərlər haqq dini yaşayan və təbliğ edən insanlardır. Onlar insanları şeytana və onun hiyləli oyunlarına qarşı xəbərdar edən və onlara şeytanın inkarçı sisteminə təslim olmamağı öyrədən şəxslərdir. Bu səbəblə də şeytan inkar edənləri, əvvəlcə, peyğəmbərlərə qarşı çıxmağa yönəldir. İnsanları peyğəmbərlərə qarşı üsyana və məsxərəçi davranışlara təşviq edir. Qövmlərin içində peyğəmbərlərə qarşı mübarizə aparan, onlarla lağ edən insanlar da şeytanın yolu ilə gedən şəxslərdir.

Amma unutmaq olmaz ki, şeytanın bu səyləri heç bir nəticə verməz. Əksinə, inkar edənlərin bu cür davranması, kinayəli sözlər söyləməsi elçilərin axirətdəki dərəcəsini artırar, Allah`ın razılığını və nemətlərini qazanmalarına səbəb olar. Bu mübarək insanlar özlərinə qarşı çirkin hərəkətlərə səbir etdikləri üçün Allah`dan gözəl bir qarşılıq umarlar. Necə ki, haqlının haqsızdan ayrılacağı din günü gəldiyində hər iki tərəf də etdiklərinin qarşılığını alacaqdır. Elçilərə və onlarla birlikdə olan möminlərə axirətdə mükafat verilərkən, dünyada onlara istehza edən inkarçılar isə cəzalandırılacaqlar. Bu son üçün yalnız Allah`ın onlara təyin etdiyi bir müddət var və bu müddət bitməlidir. Bu, Quranda bildirilən bir həqiqətdir:
Dünya həyatı kafirlər üçün gözəlləşdirildi. Onlar iman gətirənləri məsxərəyə qoyurdular. Halbuki, müttəqilər qiyamət günü onlardan üstün olacaqlar. Allah istədiyi kəsə hesabsız ruzi verər. (Bəqərə surəsi, 212)
Səndən əvvəlki elçilərə də istehza edilmişdi. Mən kafirlərə möhlət verdim, sonra isə onları yaxaladım. (Bir görəydin onları) cəzalandırmağım necə oldu! (Rəd surəsi, 32)
Ayələrdən aydın olduğu kimi, cahil insanların elçilərlə lağ etməsi Allah`ın Quranda bildirdiyi bir qanundur. Tarix boyunca bütün peyğəmbərlərin başına gələn bu hadisə onların ancaq şövqlərini və mübarizə əzmlərini artırmışdır. Peyğəmbərlər Allah`ın ədalətinə güvəndikləri üçün məsxərəçi inkarçıların axirətdə layiq olduqları qarşılığı alacaqlarından da əmindirlər. Bu səbəbdən, inkar edənlər və onların öndəri olan şeytan heç bir zaman məqsədlərinə çatmaz. Allah Quranda inkarçıların elçilərə qarşı mübarizəsinin onların ağılsız olduqlarını ortaya qoyduğunu belə xəbər vermişdir:
Biz elçiləri yalnız müjdə verənlər və xəbərdarlıq edənlər kimi göndəririk. Kafirlər isə batil ilə haqqı aradan qaldırmaq üçün mübahisə edirlər. Onlar Mənim ayələrimə və xəbərdar olunduqları şeylərə istehza edirlər. Rəbbinin ayələri yadına salınarkən onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri (günahlarını) unudan adamdan daha zalım kim ola bilər? (Quranı) anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəlməzlər. (Kəhf surəsi, 56-57)
Quranda inkarçıların hansı mövzularda belə bir üsluba əl atdığı, hansı üsullardan istifadə etdiyi də bir çox örnəklə bildirilmişdir. Sonrakı səhifələrdə inkarçıların tarix boyunca Allah`ın elçilərinə qarşı göstərdikləri məsxərəçi mövqe və bunun nəticəsində gördükləri alçaldıcı qarşılıqdan bəhs olunacaq.

Allah`ın seçdiyi elçini öz düşüncələrinə görə bəyənməmələri
Din əxlaqından uzaq cəmiyyətlərdə insanların dəyər ölçüləri mal, mülk, pul, şöhrət, məqam və mövqe kimi maddi mənfəətlər üzərində qurulmuşdur. Buna görə də həmin cəmiyyətlərə bir elçi göndərildiyində insanların çoxu bu meyarlarla qiymətləndirmə aparırlar. Əgər elçidə sayılan maddi xüsusiyyətləri kafi görməzlərsə, onu Allah`ın seçdiyini, özlərinə yol göstərici olaraq göndərildiyini qəbul etmək istəməzlər. Bu insanı Allah`ın seçməsi, onun təqva sahibi və gözəl əxlaqlı olması onların məntiqləri baxımından əhəmiyyətli olmaz. Elçidəki gözəl, üstün əxlaqı dərk edə bilmədikləri və qürurlu olduqları üçün onun seçilmiş biri olması xoşlarına gəlməz. Onun özlərindən üstün olduğunu, onları doğru yola dəvət etdiyini təsdiqləyib, ona təslim olmaq yerinə üsyankar və məsxərəçi mövqedə olmağı seçərlər. Allah Quranda inkar edənlərin bu mövqeyini belə bildirmişdir:
Onlar səni gördükdə ancaq sənə lağ edir (və deyirlər:) “Budurmu Allah`ın elçi göndərdiyi kəs? (Furqan surəsi, 41)
Ayədə göründüyü kimi, bu insanlar elçini öz yanlış düşüncələrinə görə qiymətləndirir və bəyənmirlər. Bu mövzudakı başqa bir ayə isə belədir:
Yüklə 484,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə