İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə1/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
  1   2   3   4   5   6   7   8   9   ...   142



 
 
 
 
Aslan Quliyev
 
 
 
 


İSTİ VƏ SOYUQ TORPAQLARDA
 
roman
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Romanda müəllif özünə məxsus yazı tərziylə eyni gündə öldürülən qabanın, porsuğun və canavarın
ruhlarının can verdikləri, görünüşləri, xasiyyətləri ilə də bu heyvanlara oxşayan üç dostun isti və
soyuq torpaqlardakı maraqlı, gərgin, qəribə həyatlarından, insanlarla insanlar, insanlarla heyvanlar
arasındakı qan davalarından, həyəcanlı, təhlükəli eşq macəralarından, qeyri-adi adətləri ilə diqqət
çəkən insanlardan, tayfalardan, millətlərdən söz açır.
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 


Aslan Quliyev. İSTİ VƏ SOYUQ
TORPAQLARDA
Bakı, Qanunnəşriyyatı, 2017, 600 səh., 500 tiraj
 
ISBN 978-9952-36-315-9
 
© Qanun nəşriyyatı, 2017
© Aslan Quliyev, 2017
 
Qanun nəşriyyatı
Bakı, AZ 1102, Tbilisi pros., 76
Tel: (+994 12) 431-16-62; 431-38-18
Mobil: (+994 55) 212 42 37
e-mail: info@qanun.az
www.qanun.az
www.fb.com/Qanunpublishing
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


2
Dəniz sahillərindən gələnlər yerlilərdən fərqli olaraq balığın başını da yediklərindən onlara balıq
başı yeyənlər deyirdilər. Sifətləri ağ, saçları qızılı, sarı rəngdəydi. Zaman keçdikcə dağın cod, şaxtalı
havası, yandırıcı günəşi onların sifətini qaraltdı, saçları da qaraya çalmağa başladı. Amma əsrlər
sonrası belə bu tayfada qızılı saçlı, ağ üzlü uşaqlar dünyaya gəlirdilər. Ömrünün yarıdan çoxu dəniz
sahillərində keçən kəndin ən yaşlısı deyirdi ki, bunlar müsəlman deyillər, xaçpərəstdilər. Onların
qəcəbələrinə, kəndlərinə hələ uzaqdan yaxınlaşanda adamı mazut və balıq yağı qoxusu vurardu.
Torpaqları da, bu torpaqlarda əkilən, becərilən hər nə də balıq qoxusu verərdi. Ağ daşdan tikilmiş,
damına qamış döşənmiş alçaq daxmalarda yaşayardılar. Kilsələrinin girişində uca, ağ sütunlar olardı,
bu sütunları hardasa uzaq məmləkətdə yonub, gəmilərlə gətirərdilər. Mən onların dənizdən tutuduqları
balıqların başını hisdən qaralmış iri qazanlarda necə bişirib yemələrini öz gözlərimlə görmüşəm..
 
 
 
 
 
 
 
 
 
 


I. Qobi
 
Gəmilərdən enən silahlı adamlar sahildəki bütün canlıları güllələyir, balıqçı komalarını, heyvan
damlarını yandırırdılar. Qan və barıt qoxusu acı tüstüyə qarışaraq sahil boyunca yayılırdı. Adamlar
canlarını qurtarmaq üçün hara gəldi qaçırdılar. Bu dağ kəndinə gəlib çıxanda yağış yağırdı, yağış
onları çırpır, cırıq paltarlarından su süzülürdü.
Kənd sakinləri üst-başları tökülmüş, balıq yağı və duzlu su qoxusu verən adamlara heyrətlə
baxırdılar. Soruşdular:
– Hardan gəlirsiniz?
– Dənizdən, – dedilər. - Biz öz sularımızdan balıq tutar, hisə verib qurudar, dağlardan və şoran
torpaqlardan gələnlərə satardıq. Onlar adamlarımızı öldürdülər, odumuzu, ocağımızı söndürdülər.
 
***
 
Dəniz sahillərindən gələnlər yerlilərdən fərqli olaraq balığın başını da yediklərindən onlara balıq
başı yeyənlər deyirdilər. Ömrünün yarıdan çoxu dəniz sahillərində keçən kəndin ən yaşlısı deyirdi ki,
əslində bunlar müsəlman deyillər, xaçpərəstdilər. Onların qəcəbələrinə, kəndlərinə hələ uzaqdan
yaxınlaşanda adamı mazut və balıq yağı qoxusu vurardu. Torpaqları da, bu torpaqlarda əkilən,
becərilən hər nə də balıq qoxusu verərdi. Ağ daşdan tikilmiş, damına qamış döşənmiş alçaq
daxmalarda yaşayardılar. Kilsələrinin girişində uca, ağ sütunlar olardı, bu sütunları hardasa uzaq
məmləkətdə yonub, gəmilərlə gətirərdilər. Mən onların dənizdən tutuduqları balıqların başını hisdən
qaralmış iri qazanlarda necə bişirib yemələrini öz gözlərimlə görmüşəm.
Balıq başı yeyənlərin müsəlman, ya da xaçpərəst olduğunu bilən olmadı. Əslinə qalarsa nə xaçpərəst
kimi xaçpərəstdilər, nə də müsəlman kimi müsəlman. Xaç çəkmir, sinələrində xaç gəzdirmir, İsaya
sitayiş eləmir, xaçpəstlərin bayramlarını keçirtmirdilər. Amma namaz qılmır, oruc tutmur, məsçidə
getmir, kişilər sünnət olunmurdular. Burda saldıqları üzümlüklərdən üzüm yığıb şərab çəkir, şərab
içib qəmli mahnılar oxuyurdular.
Bu tayfanı beyini iflic eləyən xəstəlik tədricən yer üzündən sildi, yalnız iki nəfər sağ qaldı, Qobi və
böyük qardaşı. Qobi tərs, qaradinməz uşaq idi, hərəkətləri ləng və yöndəmsiz idi, heç kimə qulaq
asmır, öz bildiyini eləyirdi. Atası dünyasını dəyişdiyindən onun tərbiyəsini anasının tayfası,
gülsevənlər öz üzərlərinə götürmüşdülər. Onların fikrincə, uşağın tərbiyəsi üçün təsirli vasitələrdən
istifadə eləmək lazım idi və gülsevənlər təsirli vasitələr deyəndə yalnız döyməyi nəzərdə tuturdular,
bundan başqa təsirli vasitələri yox idi. Onu tərbiyələndirməyi özünə borc hesab eləyənlər o qədər
çox olurdu ki, döymək üçün növbəyə dururdular. Bir dəfə böyük qardaşı gəlib növbədəkilərin çox
olduğunu görəndə soruşmuşdu:
– Axırıncı kimdir?
Döyülməsi yox, qardaşının belə deməsi ona toxunmuş, onda heç vaxt sağalmayacaq psixoloji travma
yaratmışdı. Sonralar da hardasa növbə görəndə, kimsə “Axırıncı kimdir?” deyə soruşanda qeyri-
ixtiyari olaraq büzüşür, özünü xəyali zərbələrdən qorumaq üçün əlləriylə üzünü tuturdu.
Gülsevənlər nə təsirli, nə də təsirsiz cəza vasitələri ilə heç nəyə nail ola bilmirdilər. Böyük dayısı
hirslənir, deyirdi, xeyri yoxdur, bizə qədər qaban dönüb insan olmayıb, bizdən sonra da olmayacaq.
Qabanlar ən şüursuz heyvanlardır, insanlar onları ovlamaq, öldürmək üçün meşəyə gedirlər, bunu


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə