İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə101/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   97   98   99   100   101   102   103   104   ...   142

çıxmağa başlayırdı. İndisə heç nə çıxmırdı. Coninin salamına başını da tərpətmədi.
Coni şirə, meyvə torbalarını stolun üstünə qoydu, qayınpedər, dedi, görürsən meyvə, şirə gətirən
oğlan belə gətirər. Ay mühafizəçi buraxmadı, ay it gəldi, örkən apardı kimi bəhanələrlə baş girləməz.
Gətirər, qoyar stolun üstünə. Eyni ilə mənim kimi! Nə qədər burdasan, meyvən, şirən mənim
boynuma. Tükətdinmi, xəbər elə!
Kişinin heç üz əzəzlələri də tərpənmədi. Coni isə davam elədi. Qayınpedər, sənə bir ağıllı söz demək
istəyirəm. Söz yox, qəlyançəkənlər ağıllı sözə qulaq asmazlar, ağıllı söz eşidəndə allergiya olurlar.
Heç olmaya sən eşit. Bura düşmüşkən, qoy bu sənin axırıncı dəfə xəstəxanaya düşməyin olsun.
Burdan çıxdın, nə olasıdır? Uzağı iki-üç ay sürünə-sürünə, öskürə-öskürə, bir əlin başında, bir əlin
böyründə vızqırdıb gedəcəksən qəlyançəkən babalarının yanına. Nə camaatın zəhləsini tök, nə özünə
əziyyət ver. Səmoş dedi təzyiqin qalxıb, düşmür, burda da düşürtməyə çalışırlar. Niyə düşürdürsüz?
Bir kərə yüksələn enmir, amma siz endirirsiz. Qoy qalxsın, qalxsın, dalıyca da sən özün qalx, qalx,
uç, get, otur, ulu babalarının qucağında. Yəni mən bunları sənin yaxşılığın üçün dеyirəm. Yoxsa nəyə
görə qızıl kimi vaxtımı burda boşuna xərcləməliydim?
- Alçaq Coni, - kişi dedi, - sənin vaxtın necə qızıl ola bilər ki, onun-bunun qabağına çay aparmağa
xərcləyib qəpik-quruş qazanırsan.
- Buyur, bu da ağıllı sözün cavabı. Qayınpedərlər yeznələrini görəndə bir kimsəyə hiss elətdirmədən,
yəni sağ əlin elədiyini sol əl bilmədən, çıxarıb ciblərinə bir miqdar pul qoyurlar, yeznə, deyirlər,
dünya beş günlükdür, ye, iç, şənlən. Mənim qayınpedərim isə məni görəndə elə bil qutuda ilan görür.
Ay belə zolladım! Ay belə uçurtdum! A kişi, sənin zollayan vaxtındır? Başın qarışacaq zollamağa,
ölməyi də yaddan çıxardacaqsan! Sənə azar demirəm, çor demirəm. Deyirəm, kişi kimi öl. Kişi kimi
ölməyini məsləhət görürəm. Mən kin saxlayan deyiləm, ölüm-itim adı gələndə öz evində mənə qarşı
elədiyin nakişiliyi belə unudaram.
Kişinin donuq gözləri canlandı, dikəlib oturdu, ayaqlarını çarpayıdan yerə salladı. Gəlib öz evimdə,
gözlərimin içinə pedər dedin, bağışladım. Dəfələrlə tərbiyəsizlik elədin, qanacaqsızlıq elədin,
bağışladım. Nəticəsi nə oldu? Gəlib xəstə yatağımda, mənə ölüm arzuladın. Gözlərimin içinə pedər
dedin, nakişi dedin. Yenə keçərdim, baş qoşmazdım. Amma and içmişəm, güzəşt eləyə bilmərəm.
Coni də əsib coşdu, a kişi, güzəşt eləməyib nə qələt eləyəcəksən?
Kişi ayağa sıçradı, xəstəxana paltarındaca Coninin qabağında atılıb düşür, başını əsdirir, çiyinlərini
oynadırdı. Hirsindən Coninin təpəsindən tüstü qalxırdı. Pedər, dedi, lişni sənin varını-yoxunu… Qoca
oğraş, nəyə atılıb düşürsən? Bu dəfə zollamaq növbəsi mənimdir! Sən öz xoşuna ölən deyilsən, bu
savab iş mənim köməyim olmadan başa gələnə oxşamır.
Tay-tuşları içində Coni kimi cəld birisi yox idi, dalaşanda əllərini görmək olmurdu. Amma indi nə
qədər çalışsa da, qayınpedərinə birini də vura bilmir, zərbələri boşa çıxırdı. Hara yumruq atırdısa,
adam orda olmurdu.
Yox, Coni, qayınpedəri hələ də özünü əsdirirdi, zollamaq mənim işimdir. Sən nə bilirsən! – dedi və
anidən Coninin çənəsinin altından necə zolladısa, Coni uçub qapıya dəydi, qapı açıldı, Coni dəhlizə
yıxıldı, sürüşərək gedib tibb bacısının ayaqlarına necə dəydisə, qız Coninin üstünə yıxıldı. Hay-küy
düşdü, tibb işçiləri qaçıb gəlirdilər.
Kişi yumruğunu havaya qaldırıb öpdü və zollama əməliyyatını davam elətdirmək üçün Coninin
arxasınca qaçdı. Güvənlik, tibb işçiləri Conini onun əlindən güclə aldılar. Adamlar nə qədər çox
olsalar da, qayınpedər Coniyə bir-ikisini də zollamağa fürsət tapdı. Gözlərində sonsuz heyrət ifadəsi
donub qalmış Coni hələ də nə baş verdiyinə, qayınpedərinin onu bircə zərbə ilə belə uçurtmasına,


belə asanlıqla yumruq altına salmasına inana bilmirdi. Kişi palataya qaçdı, Coninin gətirdiyi
torbaları dəhlizə vıyıldatdı. Bürüşmüş almalar torbadan çıxıb ağ üzlüklər döşənmiş dəhlizlə
diyirlənirdi.
Vay, oğraş, Coni həyətdə saxladığı maşınına minəndə inamsızlıqla səsləndi. Oğraş yenə zolladı. Belə
də iş olar, sən gələsən buna baş çəkməyə, hələ bir pul xərcləyib meyvə-şirə də alasan, amma oğraş
səni səni eləyə əski parası!
Coni axşam Səmoşa dedi, bu gündən də qayınpedərimlə qurtardım, ölsəm, üstümə gəlməsin, ölsə,
üstünə getməyəcəyəm. Mənim o adda qayınpedərim yoxdur! Məni adamlıqdan, kişilikdən saldı!
Xəstəxanada yüzlərlə adam var idi, indi bilirsən dalımca nə danışırlar? Mən başımı qaldırıb
adamların üzünə necə baxacağam? Çənəmi də elədi heç nə, bundan sonra daha kabab-filan yeyə
bilmərəm.
Səmoş isə onu günahlandırırdı, çənənin salamat qalmasını istəyirdinsə, kişini niyə hirsləndirirdin?
Niyə çöp götürüb yaralı yerini qurdalayırdın? Qurdaladın da nə oldu? Mitilinə vurdu! Sənə göstərdi
də nallayanlar necə nallayırlar! Hələ bəxtin çəkib, həkimlər orda olublar, yoxsa ordan salamat
qayıtmayacaqdın.
 
Aradan bir ay keçmiş Bilo maşınıyla çayxanaya gəldi, maşından bir rus qadını düşdü, orta yaşlı,
gözəl qadındı, yanında altı-yeddi yaşlı bir qızcığaz da var idi. Bilo onları tanış elədi, rus itlərinə
təlim keçən əmimizin rus arvadıdır. Nataşa. Səhər tezdən danışıb gələcəyini demişdi. Qızını da
gətirib. Qız burdakı qardaşıyla tanış olmaq istəyir. Onları əmimgilə aparmalıyıq.
Coni qadınla, qızla mehribancasına görüşüb özünü təqdim elədi, sonra isə sanki birdən yuxudan
ayıldı. Gülmayənin yanına? Bilo, sən, ən nəhayət, məni başa sal. Niyə bütün problemli əmim
arvadlarını mənim yanıma gətirirsən? Məndən başqa duzəkən yoxdurmu? Danışanda üz qaranız
oluram, amma mənsiz keçinə bilmirsiz. Bu qadın niyə gəlib? Gülmayənin ondan yanıqlı olduğunu
bilmirsənmi? Ya Gülmayəni tanımırsan? Əmimin də acığını bundan çıxar.
– Bilirəm, – Bilo dilxor halda dedi, – ona görə də sənin yanına gəlmişəm. Vəziyyət qəlizləşsə, gərək
müdaxilə eləyək.
– Nə cür? Bilo, mən müharibədə olmuşam, döyüş görmüşəm, amma qadın saçyoldusundan zəhləm
gedir. Sən müdaxilə eləmək deyəndə, yəqin, bu nərmə-nazik qadını Gülmayənin əlindən almağı
nəzərdə tutursan? Ala biləcəyimizə əminsənmi?
– Bəs neyləyək? Qadın təkid eləyir! Mən ona dedim, dedim ki, əmim arvadı bir az əsəbidir. Bizim
gəlişimizə xoşagəlməz reaksiya verə bilər. Qadınsa eşitmək istəmir, deyir, nə olmuş olsa belə mən
qızımın arzusunu yerinə yetirməliyəm. O, qardaşıyla tanış olmaq, atasının burdakı evini, arvadını
görmək istəyir.
Maşına oturdu və əmisigilə yola düşdülər. Qarşılanma mərasimini təsəvvür elədikcə Coninin tükləri
ürpəşirdi, ən çox da qızcığaza yazığı gəlir, qəlbi acıyırdı. Qardaşını, atanın qohumlarını görmək üçün
o boyda yol gələsən, burda da səni top-tüfənglə qarşılayalar. Biloya deyirdi, gəl qızı Səmoşgilin
yanında qoyaq, qadını Gülmayənin əlindən salamat qurtarsaq, gəlib qızı da apararıq.
Bilo isə başını yırğaladı, əsas qız getmək istəyir, razılaşmaz.
Gəlib çatdılar. Bilo qonaqlarını düşürdüb çöl qapısını açdı, həyətə keçdilər. Hər ikisinin ürəyi
əsirdi, burda onları nələr gözlədiyini bildiklərindən rəng-ruhları ağarmışdı. Elə qadın da həyəcanlı
görünürdü, qızcığaz isə sevinirdi, evə, həyətdəki üzüm çardağına, ağacların dibiylə axan arxa
maraqla, dörd gözlə baxırdı.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə