İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə103/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   99   100   101   102   103   104   105   106   ...   142

uşaqları vardımı?
Styopa onların yaxşı məqsədlə soruşmadıqlarını bildiyindən demək istəmirdi, amma oğraşlar
tayfasının adamları avtomatların lülələrini ona doğru çevirəndə məcbur qalıb Qobinin evləndiyini və
bir oğlunun olduğunu dedi. Adamları şəhərə gətirib Nadya qalan evi onlara göstərdi.
Ordan isə birbaşa marketə, Vanyanın yanına qaçdı:
– Vanya, onlar Qobinin qəbrini murdarladılar, başdaşını gülləyə tutdular, sonra da çaya diyirlətdilər.
İndi də Nadyagilə gedirlər.
İşin nə qədər ciddi olduğunu başa düşən Vanya heç nə soruşmadı. Ehtiyata gizlətdiyi sonuncu avtomatı
götürüb Nadyagilə qaçdı. Evi əhatəyə almış çəpərə yaxınlaşıb həyətə baxanda başında tükləri biz-biz
durdu. Nadyanı evə salıb qapını bağlamışdılar. Qadın içəridə tükürpədən səslə qışqırır, köməyə
çağırırdı. Uşağı isə həyətdə yerə yıxmışdılar, tərpənməsin deyə biri qıçlarından möhkəmcə
yapışmışdı. O birisi isə uşağın başı üzərində dayanıb bıçağı avtomatın süngüsünə sürtərək itiləyirdi.
– Ey, neyləyirsiz? – Vanya qışqırdı. – Uşağı buraxın!
– Buraxa bilmərik, – bıçaq itiləyən Vanyaya tərəf dönüb dedi. – Uşağın başını kəsəcəyik. Qan
düşmənimizin nəsli yer üzündən silinəcək. Sən çıx get burdan, bu bizim öz işimizdir. Bir rus buna
qarışa bilməz.
Vanya başa düşdü ki, bir az da yubansa, uşağı xilas eləyə bilməyəcək, oğraşlar tayfasının adamları
uşağın başını kəsəcəklər. Çöl qapısının ağzındakı qovaq ağacının arxasında daldalanıb, dəqiq nişan
alaraq tətiyi çəkdi. Oğraşlar tayfasının adamları ortadan biçilən sünbüllər kimi həyətə səpələnirdilər.
Fürsətdən istifadə eləyən uşaq da ayağa qalxdı, çəpərin arasındakı deşikdən sivişib keçərək qonşu
evlərə tərəf qaçdı. Adamların başı onları gülləyə tutmuş naməlum döyüşçüyə qarışdığından bu
kimsənin diqqətini cəlb eləmədi.
Sağ qalanlar da Vanyanı atəşə tutmuşdular, amma onlar həm təcrübəsizdilər, həm də dəqiq atmırdılar.
Ağac Vanyanı güllələrdən qoruyurdu.
Vanya ağaca deyirdi, məni yaxşıca qoru, yayda hər gün sənə su verəcəyəm. Nə qədər ömrüm varsa,
bir kimsənin səni kəsməsinə imkan verməyəcəyəm.
Polislər gəlib çıxanda isə Vanyaya qarşı yalnız bir nəfər döyüşürdü. Onu da polis həbs elədi. Evin
qapısını açıb Nadyanı azad elədilər. Saçı dağılmış, gözləri hədəqəsindən çıxmış Nadya oğlunu
axtarır, “Oğlum!” – deyə qışqırırdı. Qışqırmaqdan səsi batmışdı. Polislərin gəldiyini, təhlükənin
arxada qaldığını başa düşən oğlan anasının onu çağırdığını eşidib geri qayıtdı. Hasarın deşiyindən
keçib həyətin ortasında dayandı. Anası özünü oğlunun üstünə atdı, uşağı qucağına sıxmış qadın
hıçqırır, sakitləşmək bilmirdi.
Onları polis şöbəsinə apardılar. Burda rəis eşitdiklərinə inanmayaraq oğraşlar tayfasının bu üzü
tüklü, sivri burun, gözlərindən həyasızlıq və qəddarlıq yağan döyüşçüsünə dedi, bütün olub-keçənləri
əvvəldən axıra kimi mənə danış.
Oğlan da danışmağa başladı. “Arvadıyla kef çəkməyimizə mane olduğu üçün, Qobinin qardaşını
öldürdük. Əsgərlikdən qayıdıb gələn Qobi bizimkiləri və qızı öldürdü. O, qaban idi, qabanlarda ağıl
olmaz. Başa düşmürdü ki, biz çoxuq və güclüyük, hara gedir getsin, dünyanın harasında olur olsun,
onu tapıb öldürəcəyik. Onu öldürməyə adamlar göndərirdik, Coni onları öldürür, qaçırdı. Sonda
Rusiyətə qaçdı. Elə düşündü, Rusiya genişdir, bizim burda ona əlimiz çatmaz, onu tapa bilmərik. Biz
bura da adamlar göndərdik, onu tapdılar və öldürdülər. Amma geri qayıtmadıqlarına görə bizi
göndərdilər. Biz gəlib murdar itin öldürüldüyünü öyrəndik. Qəbrini murdarladıq, başdaşını
gülləbaran eləyib, çaya diyirlətdik. Arvadının, oğlunun olduğunu öyrənəndə evinə getdik. Arvadıyla


işimiz olmadı, onu evə salıb qapını bağladıq. Qərara aldıq ki, cavanlarımızdan birini burda saxlayaq,
onu ələ alsın, onunla yaşasın. Oğlunun isə başını kəsib, Qobinin nəslini yer üzündən silmək istəyirdik.
Amma bu sarı it mane oldu. Bizimkilər yenə də gələcək, oğlanın başını kəsəcək, bu sarı iti öldürəcək,
nəslini yer üzündən siləcəklər”. “Gələ bilməyəcəksiniz, – rəis dedi, – səni burdan buraxmayacağıq.
Ömrünün sonuna kimi həbsdə yatacaq, ömrünü türmə divarları arasında başa vuracaqsan. Oğraşlar
tayfası da Qobinin uşağı olduğundan xəbərsiz olacaq. Lap elə xəbəri olmuş olsa da, heç qələt eləyə
bilməyəcəklər. Rusiya öz vətəndaşını hansısa bir tayfadan qoruya bilər. Bir kimsəyə gəlib burda uşaq
öldürməyə, uşaq başı kəsməyə imkan vermərik”.
Oğraşlar tayfasından olan bu cavan oğlanı həbsxanaya göndərdilər, Vanyanı isə buraxdılar. Rəis uşağı
gözgörəsi ölümdən qurtardığı üçün ona təşəkkür elədi və qəti tapşırdı. Bu tayfanın adamlarından bir
də şəhərin küçələrində görsən, dərhal polisə xəbər ver. Özbaşına iş görmə.
Vanyanın varlığını narahatlıq, həyəcan bürümüşdü. O heç vaxt polisə inanmamışdı, indi də inanmırdı.
Onların əlində uşaq başı kəsmək üçün səbirsizliklə azadlığa çıxmasını gözləyən qatil var idi və
Vanyanın bu qatilin həqiqətən də azadlığa çıxmayacağına, uşağın varlığı haqda öz tayfasına xəbər
verməyəcəyinə əminliyi yox idi.
Döyüşçü dostları ilə danışdı, dostlarından vaxtilə polisdə işləmiş biri onu həbsxananın nəzarətçisi ilə
tanış elədi. Etibarlı adamdır, dedi, onunla istədiyin işi görə bilərsən.
Vanya nəzarətçiyə dedi, orda, sizin əlinizdə birisi var, dünən atışmada onu öldürə bilmədim, amma
ölməyini istəyirəm.
– Mümkündür, – nəzarətçi dedi.
– Neçəyə? – Vanya soruşdu.
– On min dollara.
– Adamlar beləmi bahalaşıblar? – Vanya heyrətləndi.
– Yox, – nəzarətçi dedi, – özümüzkülər ucuzlaşıb. Onlar isə həmişə bahalı hesab olunublar. Getdikcə
də bahalaşırlar.
Vanya ona on min dollar verdi və səhərisi həbsxanada qatilin özünü asdığını eşitdilər. Vanya
arxayınlaşdı. Siz gəlirdiniz, dostum sizi öldürürdü, dedi, yenə gələcəksiniz, mən öldürəcəyəm.
Vanya meşəyə gedib Qobinin qəbrinə baxdı. Qəbrin üstündə başdaşı yox idi, üstünə, ətrafına xeyli
gilizlər səpələnmişdi. Şəhərə qayıdıb on nəfər fəhlə gətirdi. Fəhlələr linglərlə sahildəki ən iri daşı
diyirlədib təpənin üstünə gətirdilər, bu nəhəng daşı başdaşı qoydular. Vanya rahatlıqla köks ötürdü,
indi oğraşlar tayfasının hamısı da gəlsəydi, bu daşı yerindən tərpədə bilməzdilər.
Yenə də gedib daşyonan ustanı gətirdi. Dedi: “ Bu daşın üstünə dostumun adını, aşağıdan isə: “Rahat
yat, əziz dostum, sənin işini mən davam elətdirəcəyəm”, yazırsan. Daşyonan yenə də boyun
qaçırdırdı, bu daş yazı götürməz. Puldan da imtina elədi, ancaq yenə də tapança işə qarışanda
gözlərini döydü və razılıq verdi. Bir həftəyə Vanyanın dediklərini daşın üstünə yazıb pulunu aldı.
Bir dəfə Vanya qəbrin üstünə gələndə Tanya da ona qoşulub gəldi. Qəbrin üstündəki yazını oxuyub
heyrətləndi. Sən onun hansı işini davam elətdirəcəksən? Onların işini yalnız özləri davam elətdirə
bilərlər. Bir rus qan davasına qarışa bilməz. Qan davası bir millət kimi rusların işi deyildir.
Vanya qıza dedi, mən qan davasına qarışmıram, qarışmaq fikrim də yoxdur. Amma oğraşlar tayfası
yenə gə gəlib dostumun ailəsinə, qəbrinə zərər vermək istəsələr, onları öldürəcəyəm.
Öldürülən on bir nəfəri şəhərin morqunda saxlayırdılar, gəlib meyitlərini aparsınlar deyə adamlarına
da xəbər vermişdilər. Beş gündən sonra beş nəfər gəldi, içərilərində saç-saqqalı qar kimi ağappaq
olan qoca bir kişi də var idi, əsasına söykənib yeriyirdi. Qocanın bu qədər yolu sağ-salamat gəlməsi


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə