İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə105/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   101   102   103   104   105   106   107   108   ...   142

Eh, Vasya, Vasya, sən dərhal getməli, qəbri tapıb, qəbrin üzərindəki otların uzunluğunu ölçməli
olduğun halda mənə sual verirsən! Orda, o təpədəki qəbirdə mənim azərbaycanlı dostum Qobi yatır.
Bu payız onu öldürdülər. Vəsiyyətinə görə aparıb çayın sahilindəki o təpədə basdırdıq. Onun
qəbirinin üstündən bir qarış ot bitməsi mənim üçün həyati məsəslədir. Xoşbəxtliyim, gələcək həyatım
hamısı bundan asılıdır. Qəbiri göyərsə, otlar bir qarış uzunluğunda qalxsalar, mən dünyanın ən
xoşbəxt adamı olacağam. Göyərməsə, daha bir yazın gəlməsini gözləməliyəm.
Vasyanınsa dərhal gedib qəbri tapmaq niyyətində olmadığı hər halından məlumdu. Adamı payızda
öldürüblər, indisə yazdır, torpaq çökər, qəbir ot-alaq içində itər. Mən qəbri necə taparam?
– Vasya, sən əvvəlcə qəbri yox, təpəni tapacaqsan. Qəbrin baş tərəfində iri bir daş var, nəhəng daş.
Təpəyə çıxan kimi görəcəksən.
Vasya meşəyə girib rütubət və bahar qoxuyan cığırla getməyə başladı. Şam ağaclarının qaralan
gövdələrinin arasından ağcaqayınların gövdələri ağarırdı. Tünd qoxular Vasyanın başını hərləndirir,
onu sərxoş eləyirdi.
Vasya cığırla çaya kimi getdi. Təpəni tapdı. Təpəyə çıxan kimi də qəbrin baş tərəfindəki iri daşı
gördü. Daşın üzərində yazılar oyulmuşdu. Qəbir seyrək otların içində itmişdi. Otların uzunluğunu
ölçdü. Bir qarışdan artıq uzanmışdılar.
Vasya təpədə oturdu, siqaret çıxardıb yandırdı. Siqareti sümürür və düşünürdü: “Rus çayı, rus
meşəsi, rus torpağı, təpədə isə azərbaycanlı qəbri. Adam, sənin nə işin var idi burda? Damarlarından
axan isti qan səni öz isti ölkəndən bu soyuq ölkəyə gətirəndə burda səadətini yox, ölümünü tapacağını
bilmirdinmi? Babalarım xəz papaqlarını, aşılanmış qoyun dərisindən tikilmiş kürklərini, keçə
çəkmələrini geyib sənin ölkənə getmiş, orda isə papaqlarını, kürklərini, çəkmələrini çıxardıb atmış,
demişdilər: “Aman Allah, buralar müsəlmanların cəhənnəmi kimi qaynayır!”
Vasya siqaretin kötüyünü çaya atdı, lal ləpələrin kötüyü necə qovub aparmalarına bir xeyli baxıb
ayağa qalxdı. Tanış cığırla geri qayıdırdı. Xəzəllərin arasındakı bənövşələrdən, çəhrayı
dəvədabanlarından yığıb iri bir çələng bağladı. Meşədən çıxan Vasyanı uzaqdan biri görsəydi, daş
yola doğru insanın yox, bir topa gül-çiçəyin diyirlənərək getdiyini zənn elərdi.
Vanya hələ uzaqdan onu səslədi:
– Vasya, Vasya…a! Qəbri tapdınmı?
– Tapdım.
– Otları ölçdünmü?
– Ölçdüm.
– Bir qarış uzanmışdılarmı?
– Uzanmışdılar.
Vanyanın sevincindən ürəyi sinəsinə sığmırdı, maşına oturub birbaşa Tanyagilə sürdü. Maşından
düşüb naxışlı pəncərə qapaqları göy rəngdə olan taxta tirlərdən tikilmiş evə doğru qaçırdı, evin
çəpərinə çatanda az qala nəfəsi kəsiləcəkdi. Çəpərin əyilmiş payasına söykənərək nəfəsini dərdi,
yalnız bundan sonra Tanyanı çağırmağa başladı:
– Tanya! Tanya! Tanyuşa! Tanya, biz artıq evlənə bilərik! Evlənməməyimiz üçün heç bir səbəb yoxdur.
Qobinin qəbrinin üstündə bir qarış ot bitib!
Tanya artırmada oturmuşdu. Onun bu qədər sevinclə çatdırdığı xəbər Tanyanı elə də sevindirmədi.
Bunun artıq mənim üçün elə bir əhəmiyyəti yoxdur, dedi, Vanya, mən fikrimdən daşındım. Biz evlənə
bilmərik. Özün yaxşıca düşün, bir adam ki, evlənməyimiz üçün hansısa qaranın qəbri üstündə ot
bitməsini gözləyə, mən onunla necə evlənə bilərəm?


Heyrətdən Vanyanın sifəti uzandı:
– Nə cür yəni, indi belə çıxır, mən onu nahaq öldürmüşəm?
– Onu sən öldürmüşdün? – Tanya inamsızlıqla soruşdu.
– Bəs, səncə, onun ölməsi, qəbrinin üstündə bir qarış ot bitməsi sənlə məndən başqa kimə lazım ola
bilərdi?
Tanya özünə xas olan razılıqla dedi, bir daha düzgün qərar verdiyimə əmin oluram. Dostunun başı
xarab idi, qanunlar qoyurdu, bundan ötrü də onu öldürdülər. Sənin də başın xarabdar, səni də ya
öldürəcəklər, ya da sən yenə kimisə öldürəcəksən. Mən ziyalı birisiyəm, nəyə görə öz taleyimi
kriminal ünsürlərlə bağlamalıyam? Çıx get, Vanya, başının xarab olmasına görə səninlə evlənməməyə
qərar vermişdim. Amma sən həm də qatil imişsən. Qatillə heç evlənmərəm. Bir insan, səbəb nəyi
gətirirsə gətirsin, adam öldürürsə, qatildir.
Vanya Tanyadan ayrılıb birbaşa çayın sahilinə getdi. Qəbrin yanında oturub dizlərini qucaqladı.
– Belə-belə işlər, Qobi, – dedi, – səni nahaq yerə öldürmüşəm. Tanya onsuz da mənimlə evlənməyə
razı olmadı.
Aşağıdan ayaq səsləri eşidildi, dönüb baxdı, Sveta idi, bir qucaq çiçək gətirib qəbrin üstünə səpdi.
Onun bura gəlməsi Vanyanı heyrətləndirmişdi. Svetaya salam verdi, qız ona tərəf baxıb könülsüz
halda salamını aldı. Qəbrin yanında bir az dayanıb təpədən düşəndə Vanya arxadan gəlib ona çatdı.
– Mən maşınlayam, – dedi, – istəyirsən, səni də aparım.
Sveta ona heyrətlə baxırdı, Vanya yeni sevgilisi ilə gəzib-dolaşmağa başlayanı ona tərəf baxmağa
belə qorxurdu, xeyir ola, indi hətta maşınla aparmağı təklif eləyirdi. Yəqin, meşədə Tanyanın onları
görəcəklərindən ehtiyat eləmirdi.
Şəhərə gəldilər və Vanya Svetaya pivə içməyi təklif elədi. Qız imtina eləmədi. Birlikdə ağacların
arasındakı kafedə oturub pivə içirdilər. Vanya Svetanın işləriylə maraqlanır, Sveta isə dilucu
cavablar verirdi. Qız üçün özü haqda danışmaq yox, Vanyanın həyatındakı yenilikləri öyrənmək daha
maraqlı idi. Bunu hiss eləyən Vanya danışmağa başladı. “Sveta, mənimki Tanya ilə alınmadı. Ayrı-
ayrı adamlarmışıq, amma Qobi olmasaydı, az qala evlənəcəkdik. O evlənməyimizə icazə vermədi.
Onda Qobidən narazı qalmışdım, indisə sevinirəm. Belə bir qızla evlənsəydim də, evliliyimizin ömrü
uzun çəkməzdi. Sveta, mən çox peşman olmuşam, məni bağışla. Bəlkə yenidən əvvəlki
münasibətlərimizi bərpa eləyək? Həm də bu dəfə uzatmağa ehtiyac yoxdur. Dərhal nigahımızı
kəsdirib, toyumuzu eləyərik”.
Sveta qəribə bir təbəssümlə gülümsəyərək pivə içir, cavab verməyə tələsmirdi. Nəhayət, dilləndi:
“Vanya, sən mənə həmişə əlin çata biləcək ehtiyat variant kimi baxıbsan. Yəni Sveta heç hara qaçmır,
daha yaxşısını, daha gözəlini, başqasını axtarım. Alınarsa, lap yaxşı, alınmazsa, Sveta dayanıb
gözləyir, yenə onun yanına qayıdaram. Yox, Vanya, sən doğrudan da peşman ola bilərsən, mənsə
peşman olmamışam. Sənin kimi etibarsız, yalançı, sözünə əməl eləməyən birisindən vaxtında
ayrıldığıma görə çox sevinirəm”.
Sözünü deyib ayağa qalxdı, öz içdiyi pivənin pulunu da çıxarıb masanın üstünə qoydu. Vanya,
meşədən gətirdiyinə görə sağ ol, dedi, məni düz başa düş. Sən məni atıb Tanyaya vurulduğuna görə
sənə düşmən kimi baxmıram. Səninlə yenə də görüşə, oturub çay, pivə içə, söhbət eləyə bilərəm.
Amma bir şərtlə, bu söhbətlər əvvəlki münasibətlərimiz və bu münasibətlərimizi bərpa eləmək haqda
olmasın.
Sveta başını dik tutub gedirdi. Ağacların arasından süzülən günəş şüası tunc rəngli çiyinlərində
oynaşırdı. Birdən geri döndü:


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə