İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə106/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   102   103   104   105   106   107   108   109   ...   142

– Sular axıb gedib, Vanya, – dedi, – axan sular geri qayıtmır.
Sveta ağacların arxasında yox olandan sonra Vanya özünü hədsiz dilxor hiss eləyirdi, qanı qaralmış,
sonsuz kədər qəlbini didməyə başlamışdı. Bu gün birdən-birə iki qız onu rədd eləmişdi. Ən çox da
ona ağrıyırdı ki, hər iki qız onu haqqına rədd eləmişdi. Bunun üçün qızlara əsas vermişdi.
Bir aya yaxın Sveta Vanyayla gəzib-dolaşsa da, onunla birlikdə kafelərdə, restoranlarda nahar eləsə
də, bütün təkliflərinə yox cavabı verirdi. Vanya daha təkidlə bu haqda danışmağa başlayanda isə
ayağa qalxıb onu tərk eləyir, bir-iki gün görüşünə də gəlmirdi. Buna görə də Vanya növbəti
görüşlərdə ehtiyatlı olur, hər sözü ölçüb-biçib danışırdı.
Mayda yenə restoranların birində oturub nahar eləyəndə Vanya ondan soruşdu:
– Sveta, səncə, bəs deyilmi?
– Məncə, bəsdir, – qız dedi və qəhqəhə ilə ürəkdən güldü. Bu saf, təbii gülüş əvvəlki Svetanın gülüşü
idi.
Bircə həftənin içində nigahlarını qeyd elətdirib, toylarını elədilər. Toydan sonra Vanya arvadı ilə
birlikdə çayın sahilinə, Qobinin qəbrinin üstünə getdi. Gətirdiyi çiçəkləri qəbrin üstünə düzdü.
Başları üstündən sığırçınlar uçub keçirdi, meşədə qaratoyuq oxuyurdu. Külək çayın suyunu
ləpələndirir, sahildəki yamyaşıl otları dalğalandırırdı.
Rus yazının gözəl çağıydı.
 
 
 


XXV. Bilo
 
 
Soyuq torpaqlarda yaşayanlar günəşdə qızınmaq, isti dənizlərdə çimmək, isti torpaqlar, şirin sular
əldə eləmək üçün zaman-zaman müharibələr aparırdılar. Bu müharibələr bütöv xalqları yer üzündən
silir, min illərlə yaranan sivilizasiyaların üzərindən xətt çəkirdi. İsti torpaqlarda yaşayanlar isə
əsasən qan davaları aparırdılar. Bu davalar minlərlə insanın, ailələrin, tayfaların yoxa çıxması ilə
nəticələnirdi. Bütün müharibələr zamanla ara versə də, qan davaları ara vermirdi.
 
***
Bu payız havalar yağışlı, rütubətli keçirdi. Daşlar, cığırlar, yollar, evlər, ot tayaları göyərirdi.
Adamlar tayaların otunu biçib mal-qaraya verirdilər, amma səhərisi yenə də tayalar göyərir, ot
qalxırdı. Havadan rütubət və çürüntü qoxusu gəlirdi. Yağışlı yollarda yolçular, quşlar hərə öz dilində
öz mahnısını oxuyurdu. Coninin ayaqlarının altı da heç olmadığı kimi göyərirdi. Gündə iki dəfə,
səhər-axşam ayaqlarını çəpişə otladırdı.
Yağışlı havalarda saqqalının islanacağından ehtiyat eləyən qoca çölə çıxmırdı, hətta şəhərdə kimsə
ölərsə, ehsan yeməyə belə getmirdi. Yas sahibləri acından ölməsin deyə onun üçün ehsanı evə
göndərirdilər. Artıq şəhərdə onun ehsanla dolandığını, dilinə başqa heç nə vurmadığını bilirdilər. Bu
isə Conini hirsləndirirdi. Qoca məluna nə belə can yandırırsız? Qoy ölsün də! Bu adam yaşasın,
ölməsin deyə hər iki-üç gündən bir şəhərdə kimsə ölməlidir. Sizi inandırıram, o öləndən sonra
şəhərdə günlərlə, hətta həftələrlə heç kim ölməyəcək.
Bəzənsə dözə bilmir, qocaya ehsan gətirənlərin qabağını kəsirdi, əllərindəki qazançanı göstərib
soruşurdu:
– Bu nədir?
– Ehsandır, – ona deyirdilər.
– Kim üçün aparırsız?
– Qoca üçün.
– Niyə?
– Ölməsin deyə.
Coni qışqırırdı, bu cinayətdir, onun ölməsinə mane olmaqla digərlərinin ölümünə səbəb olursuz. İndi
siz seçim eləməlisiz, ya qoca ölməlidir, ya da siz, mən, qohumlarımız, balalarımız. Nə qədər ehsan
yeyəcəksə, bu adam ölməyəcək. Şəhərin bütün adamlarını o tərəflərə yola salacaq, hamının ehsanını
yeyəcək, sonra özü öləcək. Siz buna razısınızmı?
Səmoş da düşürdü onun üstünə. Zavallı qocadan nə istəyirsən? Niyə özündən yalanlar uydurur,
qocanı hörmətdən salırsan? Yağışlar başlayanı yazıq heç burnunu da evdən çölə çıxartmır, sənsə yenə
ondan əl çəkmirsən.
Coni arvadını inandırmağa çalışırdı, Səmoş, bu adam şərdir, şər elçisidir, onu Allah bu şəhərə bəla
göndərib. Bu adam şəhəri və onun adamlarını məhv eləyəcək. Bizsə şəri bəsləyirik, yedizdirib-
içizdiririk, ölməyə qoymuruq. Həmişə yağış yağmayacaq, mən də həmişə onun saqqalını islada
bilməyəcəyəm. Qoca yenidən başlayacaq öz şər əməllərinə.
Bu gün nə isə Coninin əhvalı düzəlmirdi. Daima özünü yorğun, əzgin hiss eləyirdi. Müştərilərə çay
aparanda yıxılıb çayı adamların üstünə dağıdacağından ehtiyatlanırdı. Nahardan sonra çayxanada


sakitlik olanda arxadakı balaca otağa çəkilib kresloda oturdu. Mürgüləyirdi. Telefonu zəng çalanda
diksindi, götürüb baxdı, Bilo idi. Könülsüz halda telefonu açdı. Bilo qırıq-qırıq, az qala zarıyaraq
dedi:
– Coni… Sahildəki tut bağına gəl… mən burdayam… Bağın kənarındakı yarğanın üstündə…
– Bilo, sənə nə olub? – deyə Coni qışqırsa da, daha Bilo cavab vermədi, telefonunda küləyin səsi
eşidilirdi, hardasa qarğa qarıldayırdı, amma Bilonun öz səsi gəlmirdi. Özü cavab verə bilmirdi.
Poriyə heç nə demədən onun heyrət dolu baxışları altında çölə qaçdı, maşına oturan kimi də motoru
işə salıb, tut bağına sürdü. Şəhərin darısqal, dolaşıq küçələriylə maşını sürətlə qovur, işıqforlara,
qaydalara əhəmiyyət vermir, kəsə yollardan istifadə eləyirdi. Telefonu da fasiləsiz zəng çalırdı, amma
telefona baxmağa vaxtı, macalı yox idi.
Maşını tut bağının qabağındakı meydançada saxlayıb yarğana doğru qaçdı, yarğana çatan kimi də
Bilonu gördü. Arxası üstə payız çəmənliyinə uzanmışdı, sinəsiylə şorranıb axan qan yaşıl otları, sarı
payız çiçəklərini qırmızıya boyayırdı.
Bilonun yanında yerə oturdu, başını qaldırıb qucağına qoydu. Coninin qucağında çoxlu döyüşçü
dostları can vermişdi. Bilonun da ruhunun bədənini tərk eləmək üzrə olduğunu başa düşürdü.
Bilonun gözlərindən sonu görünməyən yollar, rus çölləri, meşələri, şən, güləyən qızlar, lal axan
çaylar, ilğımlanan dənizlər, rus qızlarına bənzəyən, yol boyunca cərgə ilə düzülmüş ağcaqayın
ağacları keçib gedirdi. Sonra isə bu mənzərələri Azərbaycanın qüssəli çölləri, kənd və şəhərləri,
yazda göyərən kənd yolları, unudulmuş, kimsəsiz kənd evləri əvəz elədi. Bilonun sifətində artıq
sonuncu ümid və həyat işartıları sönmək üzrəydi.
Coni göz yaşlarını güclə boğaraq soruşdu:
– Bilo, səni kim vurdu?
– Sarı üzlü, sarı saçlıydılar. İki nəfərdilər.
– Niyə vurdular?
– Mən onların atını öldürmək istəmişdim.
Bilo gülümsəyirdi, bu sonuncu təbəssümə qəlb didən acı bir kədər də qarışmışdı. Bilo həyatla
vidalaşırdı.
– Əlvida, Coni, – dedi və ruhu bədənini tərk elədi.
Gözlərində payız küləyi əsən, yovşan və yarpız qoxuyan Azərbaycan çölü, ağappaq buludlu səma
donub qaldı. Coni onun gözlərini qapadı. Payız küləyi əsən, yovşan və yarpız qoxuyan Azərbaycan
çölü, ağappaq buludlu səma Bilonun gözlərində yoxa çıxdı.
Coni onun üzərinə əyilərək vəhşi səslə bağırırdı:
– Bilo!!!
Onun bağırtısı çöl boyunca yayılır, yarğanda boğuq uğultu qopardıb əks-səda verirdi.
– Bilo…o…o…o!!!
Kimsə xəbər veribmiş, polislər, təcili yardım maşını gəldi. Həkim Bilonun öldüyünü təsdiq eləyib,
dedi ki, meyiti xəstəxanaya aparıb niyə, nədən öldüyünü müəyyən eləməliyik və meyiti maşına qoyub
apardılar.
Coni başını nə qədər itirsə də, özünü tez ələ aldı, döyüşçü fəhmi ilə anlayırdı ki, əmisi oğlanlarının
da həyatı təhlükədədir. Bilonun deməyinə görə, onu Rusiyadan gələn adamlar öldürmüşdülər.
Rusiyadan bura adi killerlər yox, öz işini bacaran adamlar göndərərdilər. Əmisi oğlanlarına və
Poriyə vəziyyəti danışdı.
– Bilonu Rusiyətdən gələn xüsusi qrupun adamları öldürüblər, bunları da öldürəcəklər. Təcili olaraq


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə