İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə111/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   107   108   109   110   111   112   113   114   ...   142

– Eləmi? – Əfi başını yırğaladı.
Ağır-ağır soyunurdu, soyunandan sonra belə yenə çarpayının kənarında oturub qalmışdı. Yorğanı
qaldırıb yerinə girməyə xəcalət çəkirdi. Bu yorğanın altındakı onun arvadı idi, amma bir az bundan
əvvəl Səmoşla aralarındakı münasibəti açıqlayandan sonra onun üçün tamam başqa, yad qadın
olmuşdu. Sanki günah, qəbahət onun deyildi, bu qadınındı, gərək hər şeyi bildiyini açıb deməyəydi.
İndi də yorğanı qaldırıb bu yad qadınla yanaşı uzanmağa cəsarəti çatmırdı. Özü də demişdi, mənə
yaxın düşmə, toxunma. Əgər bir yataqda yatacaqdılarsa, qadın onun üçün başqa yerdə yatq
hazırlamamışdısa, demək, elə bir yataqda yatacaqlarını da düşünmüşdü, elə isə necə toxunmaya
bilərdi? Tərs kimi Əfi də demirdi, niyə oturubsan, niyə yatağına girmirsən?
Birdən Əfi yerin içində dikəldi, ona tərəf dönərək dedi:
– Sən bir əməlli danış. Nə cür yəni dəyişik saldın?
– Çox içmişdim, – Pori mızıldandı.
– Aydındır! – Əfi hiddətlə dedi. – Əvvəlcə otaqları dəyişik saldın, sonra da arvadını. Sən içmişdin,
özündə deyildin, bəs Səmoş? Etiraz eləmədi?
– Xatırlamıram, – Pori həqiqəti deməkdən boyun qaçırtdı.
– Sən cavab ver, etiraz elədi, ya yox?
– Eləmədi, – Pori ağır-ağır dedi.
– Nə əzilib-büzülürsən? – Əfinin səsində sonsuz nifrət, kinayə var idi. – Etiraz eləməyib ki, bir
yatağa giribsiz də. Niyə də etiraz eləsin, neçə illərdi gözləriylə yeyirdi səni. Pori, unutma, mən sənə
çox güzəştə getdim, amma bu bir son. Mənim damarlarımla başkəsənlərin qanı axır. Bardağın daşması
üçün bircə damla da kifayətdir.
– Hansı bardağın? – Pori gözlərini döyürdü.
– Hansı bardaqdan söhbət getdiyini bir də şortikindən Səmoşun maykasının, bədəninin qoxusu
gələndə biləcəksən. Bax, onda bardaq daşacaq. Pori, əvvəlki münasibətlərimizin bərpası üçün bizə
zaman gərək olacaq.
Canına qorxu düşmüş Pori bir az da gözlədi, Əfinin onu yatağa dəvət eləməyəcəyini görüb, cürətsiz
halda yorğanı qaldırıb altına girmək istədi. Ancaq Əfi onun üstünə çımxırdı, səndə ay üz var imiş ha!
Hələ də mənimlə bir yataqda yatmaq istəyirsən? Bütün bunlardan sonra? Adyal, balış götür, keç o
biri otağa. Divanda yatarsan. Dedim axı, bizim zamana ehtiyacımız var.
Bununla da onlar bir evdə, ancaq ayrı otaqlarda yatmağa başladılar. Evdə əvvəlki isti, ilıq münasibət
yoxa çıxmışdı. Əfi onunla danışanda səsində zərrəcə də emosiya olmurdu, sanki canlı insanla yox,
robotla danışırdı. Əvvəlki tək yemək bişirir, onun üçün süfrə açıb çay-yemək gətirir, oğluyla
oynamasına icazə verirdi, amma daha onunla bir süfrəyə oturmurdu.
İndi Rusiyətə getmək üçün Coni onu yox, o, Conini tələsdirirdi. Evdəki buz kimi soyuq münasibət,
ağır, bezdirici ab-hava onu sıxır, əzirdi. Çıxıb getmək, canını qurtarmaq istəyirdi. Əfi başını
kəsməyəcəyini demişdi, amma canlı insandan daha çox robota oxşayan bu qadının gecələrin birində
başını kəsməyəcəyinə əminliyi yox idi. Gecələr səksəkə içində yatır, qapının arxasına stul qoyur,
səhər oyanıb özünü salamat görəndə sevinirdi. Buz parçasına dönmüş qadınla bir evdə yaşamaq onun
üçün əzab, işgəncə idi.
Bayramları keçirtdilər, hər bayramda olduğu kimi qohumlar gəldi, arvad tərəfin qohumları bayram
payı gətirdilər, ocaqlar qalandı. Axar suların üstündən atıldılar.
Vaxt idi, Rusiyətə getmək qərarlarını arvadlarına açıqlamağı qərara aldılar. İlk olaraq Pori söz açdı.
Əfi etiraz eləmədi, amma narazılığını da bildirdi. Çayxanada işləriniz getmirsə, otur evdə. Mən


işləyirəm, bəsimizdir.
Pori razı olmadı, mən buna razı ola bilmərəm, dedi, dost-tanış başıma qaxınc eləyər. Hamının da
ağzını yumsam, başkəsənlərin ağzını yuma bilmərəm. Oturub-durub deyəcəklər, yeznəmiz arvad
çörəyi yeyir. Özü evdə oturub, arvadını işlədir. Qışa kimi işləyib qayıdacağam, bəlkə işlərim alındı.
Həmişə hirslənəndə olduğu kimi qadının gözləri işıldamağa başladı. Pori, sənə başkəsənlərin adını
tutmağı qadağan eləyirəm! Bütün bu olanlardan sonra sənin onların haqqında nəsə danışmağa yox,
adlarını tutmağa belə haqqın yoxdur! Onlar haqlıymışlar, sən başkəsənlərə layiq yeznə ola bilmədin!
Pori, sən əclaf oldun! Yalnız əclafların eləyə bildiklərini elədin!
Əfi evdə bir alov topu kimi fırlanırdı, ancaq bu çox çəkmədi, bir azdan sakitləşdi. Getməyin yaxşıdır,
dedi, bizim zamana, ən əsası da bir müddət ayrı yaşamağa ehtiyacımız var. Ondan sonra necə
yaşayacağımıza qərar verərik.
Coni ilə Səmoşun söhbəti isə uzun çəkdi, Səmoş hirslənmişdi. Sənin burda əlindən-başından bir iş
gəlmir, adi bir çayxananı işlədə bilmirsən, gedib Rusiyətdə neyləyəcəksən? Rusiyət duzəkənlər üçün
son mənzil olur. Orda səfeh işlərinizin, şorgözlüyünüzün qurbanı olursuz. Öləcəksən, meyitin də
qalacaq orda. Duzəkənlər gətirməyəcəklər, and içiblər. Qəlyançəkənlərə də neyləsəm, gəlməzlər,
yazıqlara bir üz qoyubsan ki, gedib meyitini də gətirələr?
Coni isə əminliklə deyirdi, Səmoş, oralarda ölüb-eləməyəcəyəm, mən ora ölməyə getmirəm,
işləməyə, çörək qazanmağa gedirəm. Ölüb-eləsəm də, arxamca heç kim gəlməsin. O boyda Rusiyada
qəbir qazıb məni torpağa basdıran tapılar. Öləndən sonra da qəbrimin harda olmasının mənim üçün
heç fərqi yoxdur.
Səmoş razılıq verdi, çörək dalısınca gedirsənsə, sözüm yoxdur. Amma sən mənə diqqətlə qulaq as,
sənin məndən xoşun gəlmir. Tayfama da nifrət eləyirsən. Elə mən də səndən bezmişəm, duzəkənləri
isə görən gözüm yoxdur. Səhərin gözü açılanda bir duzəkən görsəm, axşam yatana kimi əsəblərim
qaydaya düşməyəcək. Sanki mən qazanıram, duzəkənlər yeyirlər. Belə olan halda niyə birlikdə
yaşamalıyıq? “Başqalarına görə, – Coni fikirli halda dedi, – qoy deməsinlər, biri qaçıb getdi, o birisi
ilə də yaşaya bilmədi”. “Demək, biz öz istədiyimiz kimi yaşaya bilmərik, başqalarının fikirlərini
nəzərə almalıyıq, onlar istəyən kimi yaşamalıyıq? Coni, səni bilmirəm, mən öz istədiyim kimi
yaşamaq istəyirəm! Öz düşündüyüm kimi! Öz arzuladığım kimi!” “Boşanmaq istəyirsən?” “Sadəcə
istəyirəm biləsən ki, mən başqalarının fikrini, onların nə düşündüklərini vecimə də almıram. Bunu
yadında saxla və heç vaxt unutma!”
Coni arvadına baxır, onun nə demək istədiyini başa düşmürdü. Arvadı “öz arzuladığım kimi yaşamaq
istəyirəm” deyəndə nəyi nəzərdə tuturdu? Hər nəydisə səfər ərəfəsində ürəyinə xal saldı.
Beləcə getməyi qərarlaşdırdılar. Səhər getməliydilər, Poriyə Səmoşla son dəfə görüşməmiş getmək
ağır gəlirdi. Ola bilsin, bu onun son səfəri olacaqdı, arvadı getdikcə dözülməz olurdu, aldadılmasını
nə ona, nə də özünə bağışlaya bilirdi. Açıqca hiss olunurdu ki, ürəyiyumşaqlıq elədiyinə, onun başını
dərhal kəsmədiyinə görə peşman olub. Belə olan halda necə qayıda bilərdi? Buna görə də Səmoşu
son dəfə görmək, onunla olmaq, bu sevimli qadını sevmək, oxşamaq istəyirdi. Son günlər Əfi də
yaxın buraxmadığından bu istəyi daha dözülməz olmuşdu, nəyin bahasına olursa olsun Səmoşla
görüşmək istəyir, təhlükə, qorxu haqda düşünmürdü.
Günortaya yaxın Səmoşa mesaj göndərib onunla son dəfə görüşmək istədiyini yazdı. Çox keçmədən
cavab gəldi. “Özüm də görüşmək istəyirəm. Narahat olma, bir yolunu tapacağam. Fürsət düşən kimi
yazacağam”.
Dəqiqələr saat kimi ağır keçirdi, səbirsizliklə Səmoşdan cavab gözləyirdi, bir qulağı da telefonda


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə