İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə112/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   108   109   110   111   112   113   114   115   ...   142

idi. Dərhal eşidə bilsin deyə telefonu köynəyinin döş cibinə qoymuşdu. Bəzənsə özünə inanmır,
telefonu açıb baxırdı, Səmoşdan mesaj gəlmədiyini görəndə varlığına ümidsizlik hakim kəsilirdi.
Coni onun əhvalını duymuşdu, sənə nə olub, elə bil köz üstə oturubsan?
– Sabah gedirik, – Pori də pərt və boğuq halda dedi, – ona görədir. Ayrılıq mənə ağır gəlir. Vətəndən,
doğmalarımızdan ayrılmaq.…Səhənd də böyüyüb, mənsiz darıxacaq.
– Mənəsə çox yüngül gəlir, – Coni etinasız halda dedi və mənalı tərzdə göz vurdu. – Orda başımız elə
qarışacaq, nə vətən, nə də doğmalarımız yada düşəcək.
Nahardan bir qədər keçmiş, ən nəhayət, Səmoşdan mesaj gəldi. “Əfi nəsə narahatdı, evə getdi, təkəm.
Bağçaya gəl”.
Conidən maşının açarını aldı, guya bazardan qıfıl alıb, qapıların qıfılını dəyişəcəkdi. Maşına oturub
bağçaya gəldi, bura tez-tez gəldiyindən onun bura gəlişi şübhə doğurmazdı, amma o indi bu haqda
düşünmürdü. Yalnız və yalnız Səmoşu nə vaxt görəcəyi, onu qucaqlayıb bağrına basacağı haqda
düşünürdü.
Səmoş otaqda təkdi, o keçən kimi də qapını içəridən bağladı və onun qucağına atıldı.
Səbirsizləşmişdi, qadının köynəyinin düymələrini açır, titrəyən əllərini isti, zərif bədənində
gəzdirirdi. Şalvarını da çıxardıb divanda oturtdu, Səmoşa özünə gəlməyə imkan vermədən ona sahib
olur, mavi gözlərindən, burnundan, şişkin, ehtiraslı dodaqlarından, balaca döşlərindən öpürdü.
Yalnız Coni zəng eləyib ondan harda qaldığını soruşanda getmək vaxtı olduğunu başa düşdü. Bu
qadından ayrılmağın onun üçün nə qədər çətin, əzablı olduğunu bir daha dərk eləyirdi.
Səmoş da qəhərlənmişdi, göz yaşlarını saxlaya bilmirdi. Pori, deyirdi, sənsiz neyləyəcəyimi
bilmirəm. Burda, gözümün qabağında olanda belə sənin üçün darıxırdım. İndi necə olacaq?
Son dəfə qadını öpdü və arxaya baxmadan dönüb otaqdan çıxdı, qadının onun göz yaşlarını görməsini
istəmirdi. Yalnız maşına keçəndən sonra hönkürtü ilə ağladı və motoru işə saldı. Şəhərin dolaşıq
küçələriylə çayxanaya doğru getdikcə də balaca otaq və çılpaq qadın dəfələrlə gözləri önündə
canlanır, bayaqkı anları təkrar-təkrar xatırlayırdı.
Axşamüstü çayxananı sahibinə təhvil verdilər, Coni qarğaları bu orta yaşlı, sifətindən nəciblik yağan
kişiyə tapşırdı. Ara-sıra dən səpərsən, yazıqdılar, ac qalmasınlar. Yazda-yayda yenə özləri dən tapa
bilərlər, qışda isə insanların ümidinə qalırlar. Kişi bir söz demir, başıyla təsdiqləyirdi, amma onlar
çayxanadan çıxanda sanki yuxudan ayıldı, onların arxasınca qaçdı.
- Ey, Coni, mən onları nəyə görə yedizdirməliyəm? Öz quşlarıma dən tapa bilmirəm, sənsə deyirsən
çölün quşlarını da yemləyim?
Coni ona cavab vermədi, elə deməyin baxma, Poriyə deyirdi, qarğaları ac qoymayacaq. Məndən də
yaxşı dənləyəcək.
Maşınla şəhəri bir xeyli gəzib dolaşdılar, bu doğma, balaca əyalət şəhəriylə vidalaşırdılar. Pori,
yaxşıca bax, Coni deyirdi, bəlkə bir də görmədik. Bədbinliyə qapılmıram, amma nəsə ürəyimə qara
şübhələr damır. Mənə elə gəlir bütün bunları, bu küçələri, evləri, ağacları son dəfə görürəm. Pori də
gövrəlmişdi, ayrılığı heç sevmirdi.
Coni maşını marketlərin birinin qabağında saxlayıb konfet, şokolad, mer-meyvə aldı. “Başkəsənlərin
kəndinə gedəcəyik” deyəndə heyrətdən Porinin ağzı əyildi.
– Düzmü sözündür, ya zarafat eləyirsən?
– Düz sözümdür, – Coni dedi və maşını başkəsənlərin kəndinə gedən yola doğru döndərdi.
Pori heyrətdən heç cür özünə gələ bilmirdi, Coninin başkəsənlərin kəndində nə işi ola bilərdi? O vaxt
başkəsənlərin kəndindən qayıdanda Coni də, o da özlərini ilanın ağzından qurtaran qurbağa kim hiss


eləyirdilər. Bəs indi niyə ora getmək eşqinə düşmüşdü?
Coni maşını Əfinin atası evinə sürdü, səsə çıxan böyük qayından onu gecə çaşıb səhvən getdiyi evə
aparmasını xahiş elədi. Həmişə olduğu kimi, böyük qayın sual vermədən onları həmən evə gətirdi.
İçəri keçdilər, Coni onları qarşılayanlarla görüşəndən sonra artırmada o vaxt onu ölümdən qurtaran
qocayla üzbəüz oturub dedi:
– O vaxt mən sizin evə alçaq niyyətlə gəlmişdim, amma bilmədən. Gecənin qaranlığında azmışdım.
Onda sən mənə dedin ki, günlərin birində sənin bu evə xoş niyyətlə gələcəyinə əminəm. Mən də
Rusiyətə getməmişdən əvvəl gəlib sizlərlə görüşmək, bu evə xoş niyyətlə gəldiyimi və bundan sonra
da qismət olarsa, həmişə xoş niyyətlə gələcəyimi demək, sizlərdən bir daha üzr istəmək üçün gəldim.
– Qonaq, biz elə kiçik işləri unudar, kin saxlamarıq, – qoca həmən gecə olduğu kimi hər cür
emosiyadan uzaq sakit səslə dedi, – amma yenə də sağ ol. Bundan sonra başkəsənlər, onların balaları,
nəvələri də sənin qapını yalnız xoş niyyətlə döyəcəklər!
Çaydan dərhal sonra Coni ayağa qalxıb getmək istədiklərini dedi, qoca isə əliylə ona oturmaq işarəsi
verdi. Qonaq, otur. Bu evə gəldinsə, duz-çörək kəsmədən səni buraxmazlar. Uşaqlar toğlu kəsiblər,
çörəyinizi yeyib gedərsiz.
Qocayla tanışlıqdan sonra Coni yalnız bir şeyi öyrənmişdi, asta səslə danışan bu qocaya bir kimsə
etiraz eləmir, o nə deyirsə, o da olur. Coni də etiraz eləmədi. Yeməklərini yeyib, çaylarını içib,
başkəsənlərlə vidalaşdılar. Qoca onları çöl qapısına kimi ötürüb, yaxşı yol arzuladı.
Maşına oturub yola düşdülər. Pori güzgüdə arxaya baxdı, qoca çöl qapısının qabağında dayanmışdı,
külək qar kimi ağappaq uzun saqqalını yelləyirdi. Evdən uzaqlaşandan sonra Pori üzünü Coniyə tutdu,
hə, Coni, danış. Sənin bu gözlənilməz təşrifin nəylə bağlıdır? Sən yüzlərlə adamla mənasız yerə
dalaşıbsan, yüzlərlə adamı incidibsən, heç birindən də üzr istəməyibsən. Başkəsən sevgisi,
başkəsənlərə vurğunluq səndə hardandır?
– Pori, illər öncəsi mən bu evə gələndə qoca adi, sakit səsiylə göstəriş vermiş, məni ölümdən
qurtarmışdı. O vaxtdan da mən nə o səsi, nə də o qocanı unuda bilmirdim. İnanmayacaqsan, elə bil o
səsdən mənə qəribə bir enerji ötürülmüşdü. O səsin sirri, sehri məni tərk eləmirdi. Düşünürdüm, nə
mən özüm, nə də mənim tayfamda bir kimsə bu qoca kimi hər sözü dinməzcə yerinə yetirilən birisi ola
bilməyəcəyik. Burdan gedərkən də düşündüm, ölüm-itim dünyasıdır, bu adamı bir də görməli, gündüz
işığında ona bir də baxmalıyam. Yəni məni bura çəkib gətirən qocanın səsinin sehri, ovsunu idi. Bir
də eşitməsəydim, sakitləşməyəcəkdim.
– Eşitdin, sakitləşdin? Heç nə başa düşə bilmirəm, bu qəddar tayfada nəsə var, bircə məndən başqa
kim bunlarla oturub-durursa, onu özlərinə maqnit kimi cəzb eləməyə başlayırlar. Nə onlar məni cəzb
eləyə bildilər, nə də mən onları. Mən bu adamlarda zərrəcə də maraqlı, adamı çəkən nəsə görə
bilmədim.
Coninin başkəsənlərin kəndinə getməsindən Səmoş çox narazı qalmışdı. Coni, səndə vicdan varmı?
Gedib başkəsənlərlə görüşürsən, yad adamlarla, şəhərlə vidalaşırsan, amma qayınatanla,
qayınananla, qohumlarınla vidalaşmaq yadına düşmür. Onlarla da görüşsəydin nə olacaqdı, üzüyünün
qaşı düşəcəkdi.
Coninin qəzəbdən sifəti əyildi, nə?! Mən deyirəm, ölsəm də qayınpedərimi üstümə qoymayın, sən
deyirsən, bəs onunla niyə vidalaşmırsan! Gedim, vidalaşım, yenə də kuvaltlarını salsın işə, vurub
şikəst eləsin? Məni xəstəxanada vurub dəhlizə uçurtmağını, mikroblar qaynaşan dəhlizlə necə
vıyıltıyla sürüşməyimi gecə yorğanın altında xatırlayanda belə ətim ürpəşir. Səmoş, atan da olsa, mən
bu adamla qurtardım! Ölən günə kimi! Nə mən onu görüm, nə o məni görsün! Bizimki alınmır, ayrı-


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə