İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə113/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   109   110   111   112   113   114   115   116   ...   142

ayrı insanlarıq, torpağımız ayrı–ayrı məmləkətlərdən götürülüb!
Səhər tezdən yola düşdülər. Arvadları onları ötürmək üçün avtovağzala gəlmişdilər, oğlanlarını da
gətirmişdilər.
– Sizin üçün çox darıxacağam, – Pori arvadına dedi.
Əfi soyuq təbəssümlə gülümsəyirdi, Pori, yalan danışma. Sən bizdən çox Səmoş üçün darıxacaqsan.
Arvadının soyuqqanlılıqla dediyi bu sözlər qanadlarını sındırıb yanına saldı. Ayrılıq həyəcanı,
təşvişi bircə anda yoxa çıxdı. Hər şeyi unutdu, bayaqdan qəlbini didən, onu üşüdən ayrılığın
soyuqluğu daha onu üşütmürdü, amma bədəni soyuyub buza dönmüşdü. Çünki arvadı həqiqəti deyirdi
və onu donduran da bu həqiqətin ağırlığı, acılığı, reallığı idi. Doğrudan da, ən çox Səmoş üçün
darıxacaqdı.
Arvadını qucaqlayıb özünə sıxmaq istədi, amma Əfi, ayıbdır, görürlər, deyə imkan vermədi. Pori
yalnız oğlunun üzündən öpdü.
Səmoş isə Coniyə deyirdi. Coni, sözün düzü, məni elə də maraqlandırmaz, amma orda, eşitdiyimə
görə, bəs qədər ayağı sürüşkən qız var. Əmilərin kimi qızları qoyub meylini heyvanlara salmazsan.
Zavallı duzəkənlərin olub-qalan şərəflərini də sən iki paralıq eləmə. Vur öldür məni, əgər bir şey
anlayıramsa. Kəndlərdən cavanlar gedirlər ora, deyirlər, min şükür, canımız atdan-eşşəkdən qurtardı.
Sizinkilər isə kilometrlərlə yol gedib, orda atların-itlərin canına daraşırlar.
Coni arvadını arxayın eləyirdi, narahat olma, mən orda heyvanların həndəvərinə də fırlanmayacağam.
Atla, eşşəklə, itlə həmişə aramda bir kilometr məsafə olacaq.
Arvadının ona inanmadığı aydın hiss olunurdu. Səmoş gəlib onunla da görüşdü, qadının balaca, isti
əli ovcunda itmişdi, bu əldən bədəninə alov axırdı. Səmoş mənalı tərzdə dik onun gözlərinin içinə
baxırdı. Pori qadının əlini bir də sıxıb, onları gözləyən maşına doğru getdi. Maşına minmək
istəyəndə, birdən Coni dönüb geri qayıtdı, arvadını səslədi:
- Səmoş!
- Nəydi?
- Qarğalara dən verərsən!
- Verərəm, - Səmoş söz verdi.
Coninin gözlərində sonsuz, qəlb didən kədər var idi. İnanmıram, dedi, verməyəcək. Səmoş qarğaları
sevmir.
XXVII. Rusiya
 
 
“Mən sənə göstərəcəyəm!” - Qız kimisə hədələyirdi. “Xoşbəxt insan!” – həsədlə dedi. “Niyə
xoşbəxtmiş?” “ Göstərəcəksən, ona görə”.
Demək, mən göstərməklə xoşbəxt eləyə bilərmişəm?- deyə qız onun qolundan yapışıb yolun
kənarındakı ağcaqayın pöhrəliyinə apardı. Kolların arasında şalvarını, şortikini aşağı çəkib,
qarşısında fırlanmağa başladı. Onun dil-dodağı qurumuşdu, başı hərlənirdi.
Xoşbəxt oldunmu, ondan soruşanda, o yox cavabı verdi və qız hirsləndi, şalvarını yuxarı çəkib
nifrətlə dedi:
- Yalançı qaralar!
 
***
Yola düşdülər.


Ömür bitər, yol bitməz.
Moskvaya qatarla yola düşdülər. Dörd nəfərlik kupedə yer almışdılar, yuxarıda onlar, aşağıda isə ana
ilə qız gedirdi. Qız gözəl idi, bədənindən ehtiras və gümrahlıq yağırdı, nazik çit don geymişdi, hər
başını arxaya əyib yandırıcı qəhqəhə ilə güləndə döşlərinin yarıdan çoxu sinəsindən çöldə qalırdı.
Anası qızına gözünü ağartsa da, ona pıçıltıyla özünü ağır aparmağı tapşırsa da, bir şeyə nail ola
bilmirdi. Qız bildiyini eləyir, açıq-saçıq danışır, bədənlərinə od salan gülüşü ilə gülüb, döşlərini,
qüsursuz, gözəl sinəsini onlara göstərirdi. Anası deyirdi, heç iki ay deyildi ərə vermişdik, əri çıxıb
getdi Rusiyətə. Eşitmişəm gündə bir rus qızının dalısınca qaçır. Arvadını aparıram ki,daha gözü orda
burda qalmasın, pulunu urus matışkalarına xərcləməsin.
Düz eləyirsən, Pori də ürəyində deyirdi, bu qız olan yerdə ər qələt elər, gözü orda-burda qalmaz.
Birlikdə şam elədilər, qız onlara olan münasibətini gizlətmir, masanın altından Porinin dizlərini
çılpaq dizlərinin arasına alıb sıxır, hələ bir ehtirasla gülərək ona göz də vururdu. Pori də yana-yana
qalmışdı, qızarır, amma əlindən bir iş gəlmirdi. Anasının yanında qıza neyləyə bilərdi?
Bir qədər də oturub söhbət elədilər, sonra qadın qızına dedi, çölə çıxaq, bunlar soyunub yerlərinə
girsinlər. Sonra biz də gəlib yataq.
Elə də elədilər, soyunub yuxarıdakı yataqlarına qalxdılar. Qız Porinin ağlını başından eləmişdi.
Aşağıda elə bir qızın soyunub yatacağını fikirləşdikcə əzab çəkir, gözlərinə yuxu getmirdi.
Ana ilə qız da gəldilər, yataqlarını qaydaya saldılar, mən indicə gəlirəm, deyə anası qapını açıb
çıxdı. Qız aşağıdan yuxarı boylanıb dedi, ey, ordakılar, səhərdən ağzınızı açıb yuma bilmirsiz. Anam
ayaqyoluna getdi, ordan on dəqiqədən tez qayıtmayacaq, on dəqiqəyə hansınız bacararsa, düşsün.
Daha yubanmayın. Vaxtınızdan gedir.
Pori heç Coniyə özünə gəlməyə imkan vermədən, sürüşüb aşağı düşdü. Qız alt paltarını da çıxarıb
gözləyirdi. Əfiylə ayrıca otaqlarda yatmağa başlayandan vur-tut bircə dəfə, dünən Səmoşla görüşə
bilmişdi, həmişə qadınla olmaq fikri ona əzab vermişdi. Belə gənc, odlu-alovlu, ehtiraslı qızı
qucaqlayıb ona sahib olmağa başlayanda həzdən huşunu itirəcəyindən qorxub, hisslərini güclə ələ ala
bilirdi. Qız od tutub yanır, onu da yandırırdı. Bu dolu, isti bədənə boşalanda Pori indiyə kimi
yaşadığı həzzlərin ən gözəlini yaşayırdı.
İşini qurtarıb yuxarı qalxanda qız gülürdü, halal olsun, dedi, xoşum gəldi. Amma bekara elə tələsdin,
hələ vaxtın vardı. Narahat olmayın, anam azından gecə ərzində daha iki-üç dəfə gedəcək ora,
bağırsaqlarında problem var. Gedən kimi, mənim dəvət eləməyimi gözləmədən düşün. Yatmış olsam
da, işinizi görün.
Coni hirslənmişdi, vətəndə olanda səni heç cür qızların yanına apara bilmədim, amma burda
maşallahın var, əlini-ayağını görmək olmur. Qız sözünü qurtarmamış, balıq kimi sürüşüb getdin. Elə
bilirsən Əfi uzaqdadır, bilməyəcək. Ehtiyatlı ol, yerin də qulağı var. İndidən marıtdama, bu dəfə mən
düşəcəyəm.
Qadın yarım saatdan sonra yenidən ayaqyoluna getdi, Coni qızın dəvətini gözləmədən aşağı düşdü.
Aşığıdan gələn boğuq səslər, iniltilər, həzz dolu nidalar Porinin başını hərləndirirdi.
Qadın üçüncü dəfə də ayaqyoluna gedəndə yatmayıb növbəsini gözləyən Pori aşağı düşdü. Qız
yatmışdı, Pori nə qədər qızğınlıqla eləsə də oyanmadı, ancaq yuxuda da olsa ehtirasla gülümsəyir,
Porinin ağlını başından eləyirdi. Qurtarandan sonra isə üst-başını qaydaya salsın deyə silkələyib qızı
oyatmalı oldu. Qız oyandı, key baxışlarla ona baxır, nə baş verdiyini anlamırdı. Porinin ona sahib
olmasından heç xəbəri olmamışdı. Özünə haqq qazandırırdı, yorğunam, həm də yatdımmı, oyanmıram
ki.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə