İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə114/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   110   111   112   113   114   115   116   117   ...   142

İndi də Coni öz növbəsini gözləyirdi, amma nahaq yerə, qadın daha ayaqyoluna getmədi. Coni səhərə
kimi yuxusuz qalıb gözlədi, qadını söyür, Porini lənətləyirdi.
Səhər geyinib aşağı düşdülər, qadın yuyunmaq üçün çölə çıxanda yuxusuzluqdan gözləri qızarmış
Coni hirslə dedi, bu gecə məni aldatdız, Pori iki dəfə oldu, mənsə cəmisi bircə dəfə. Bu gecə ilk
olaraq növbə mənimdir. Azından iki dəfə olacağam.
Qız hirsləndi, başını daşa döyəcəksən! Daha səninlə qurtardıq, nədi məni növbəyə qoyubsuz?
Gördüm, yaxşı uşaqlara oxşayırsız, dedim, qoy kef çəksinlər. Məndən nə gedir? Sənsə növbə
yaradırsan. Bu axşam ancaq bu zolaqlı baş oğlan yanıma gələcək. Zəhləm getdi səndən.
Qızın ona zolaqlı baş oğlan deməsi Porinin ürəyincə olmadı, amma incikliyini büruzə vermədi. İndicə
qızın necə hirsləndiyini görmüşdü. Hirsləndirərsə, onu da yaxın buraxmayacağından qorxurdu. Coni
isə axşama kimi fürsət düşdükcə qızın könlünü almağa çalışdı. Amma qız yox deyib durdu. Adam, sən
heyvansan, deyirdi, sənə elə şərait yaradıram, sağ ol demək əvəzinə, məni günahlandırırsan. Buna
borcum var imiş, bununla olmaq üçün öhdəçilik götürübmüşəm, bir dəfə yox, iki dəfə verməliymişəm.
İndi qal yana-yana!
Axşam qadın ayaqyoluna gedən kimi, qız aşağıdan boylanıb Porini səslədi, zolaqlı baş oğlan, düş, tez
ol. Coni kəsilə-kəsilə qalmışdı, neyləyəcəyini bilmirdi. Bu gecə də qadın üç dəfə ayaqyoluna getdi,
qız da hər üçündə Porini çağırdı. Coninin yalvarışlarına, təkidlərinə məhəl qoymadı. Sən qanmaz
insansan, dedi, elə zənn eləyirsən, mən puluyla verən küçə fahişəsiyəm. Pulunu verdinmi, neçə dəfə
istədin eləyəcəksən. Mənsə yalnız sevdiyim oğlanlarla yatıram, xoşum gələnlərlə. Xoşum gəlməyən
kişiləri isə başımı da kəssələr yaxına buraxmaram! Zəhləm gedən birisinə heç vaxt iyrənc şeyini
qıçlarımın arasına salıb, içimdə boşalmasına icazə vermərəm!
Moskvada qatardan düşəndə birinci anası çamadanlarını götürüb kupedən çıxdı. Qız isə arxada
qalmışdı. Anası çıxandan sonra geri dönüb, yalnız Porini qucaqlayaraq dodaqlarınldan möhkəmcə
öpdü, sağ ol, deyib əlavə elədi, amma siz kişilər hamınız bir bezin qırığısınız.
- Necə yəni? – Pori gözlərini döydü.
- Sənə zolaqlı baş oğlan deməyim xətrinə dəyirdi?
- Hə də, - Pori etiraf elədi.
Bax, görürsən! Sənə elə şərait yaratmışdım, nəinki sənə zolqlı baş oğlan deməyim, heç söyməyim də
xətrinə dəyməməliydi. Sonrası da adam, zolaqlı başsan da, yalan demişəm!
Qız güldü, onları heyrətlər içində buraxaraq, çamadanını götürüb çıxdı.
Coni möhkəm incimişdi, fısıldayır, qıza bir söz deyə bilməzə də, onu məzəmmətləyirdi. Ürəyincə
olmuşdu, fürsət düşmüşdü əlinə. Bircə dəfə ağzını açıb xahiş eləmədin.
Moskvada iş tapa bilmədilər, gəzə-gəzə gəlib Uraldakı bir kəndə çıxdılar. Kənd meşənin içərisində
idi, yaxınlığından çay axırdı. Axşamtərəfi idi, günəş şam meşəsinin arxasına əyilir, ağacların başı
alov rənginə çalırdı. Kəndə kədərli sükut çökmüşdü.
Marina adlı orta yaşlı, amma hələ də üz-gözündən gənclik təravəti, qaynarlığı silinməmiş qadın
həyətində ikimərtəbəli bina tikdirmişdi, təmir elətdirib, yayda bura gələn turistlərə kirayə vermək
istəyirdi. Binanın təmirini, işıqlarının çəkilməsini, divarlarının suvanmasını, rənglənməsini beş min
dollara danışdılar.
Vaxt itirməyib işə başladılar, Coninin xahişi ilə qadın onlar üçün pivə və siqaret alıb gətirirdi. Pori
“Baltika” pivəsi içirdi, Coni isə “Baltika” pivəsi içir, “Kent” siqareti çəkirdi. Pivə içir, siqaret çəkir,
işləyirdilər. Coni deyirdi, işimizi qurtarıb pulumuzu alan kimi soraqlaşıb Qobini axtararıq, o çoxdan
buralara gəlib. Yəqin, indiyə tanışları da çox olar, bizə iş tapmaqda kömək elər.


Pori onun kimi ümidli deyildi. Hardan tapacaqsan, bu ölkə çox böyükdür. Burda təkcə adına görə
adamı tapmaq ot tayasında iynə axtarmaq kimi bir şeydir.
Bu balaca qəsəbədə müsəlman məscidi var imiş, meşənin kənarında, çayın sahilindəymiş. Günorta
çağı məsciddən azan verməyə başladılar. Azan səsi balaca rus qəsəbəsinin, rus evlərinin üzəriylə
yayılır, ilğımlanan havaya qarışaraq rus torpağına kədər səpirdi.
Axşam işdən sonra həyətdəki hamamda yuyundular, qovaq ağacının altındakı taxta oturacaqda
oturdular, qadın taxta masanın üzərində süfrə açmışdı, pivə içir, şam eləyirdilər. Marinanın uşaq
bağçasında tərbiyəçi işləyən Lena adlı qızı da gəlib çıxdı. Qızı görən kimi Porinin bədəninə titrətmə
düşdü. Sifəti, boyun-boğazı günəşdə yanıb tunc rəngi almışdı, gözləri Səmoşun gözləri kimi
mapmaviydi, qızılı saçlarını arxaya yığıb yoğun hörük hörmüşdü. Onlara başqa planetdən gələnlər
kimi maraq və heyrətlə baxırdı, onu görəndə həyəcanla səsləndi:
– Oy, barsuk!
– Hə, – Pori pərt halda mızıldandı, – porsuğam. Yəni, adım Porsuqdur, ancaq Pori deyirlər.
– Allah, Allah! – qızın heyrətinin sonu yox idi. – Yəqin, dostun da tülküdür?
– Yox, – Coni etiraz elədi. – Mən canavaram, amma insanlar üçün qorxu törətmirəm.
– Bu məni sevindirdi, – qız gülərək dedi, – ətrafında sülhsevər canavarın dolaşmasını duymaq gözəl
hissdir. Yoxsa həmişə canavarların yırtıcı olduqlarını təsəvvür eləmişik. Porsuğa gəlincə isə, nə
gizlədim, ilk dəfədir belə qəşəng porsuq görürəm.
Lena ağcaqayına oxşayırdı, əslində bütün rus qızları ağcaqayına oxşayırdılar, amma Lenada bu
oxşarlıq daha güclü idi. Cavan ağcaqayın ağacı kimi dübbədüz, elastiki idi, sifəti ağcaqayının
gövdəsi kimi ağappaq idi, qızılı saçları ağcaqayının xışıldayan yarpaqlarını xatırladırdı. Elə ilk
söhbətlərindən Poriyə daha çox maraq göstərməyə başladı, ondan Azərbaycan haqda, ordakı adətlər,
ənənələr, hətta yeməklər, havalar haqda ətraflı soruşurdu. Bu isə Conini cırnadırdı, candərdi Marina
ilə söhbət eləyir, onun suallarına qısa cavablar verir, hər vasitə ilə Lenanın diqqətini cəlb eləməyə
çalışırdı. Lena isə ona diqqət göstərmirdi, sanki onun varlığını unutmuşdu.
– Sənin qəşəng saçların var, – Poriyə dedi, – elə bil ağ boyayla rəngləyib üç ağ zolaq yaradıblar
başında.
Poriyə həyatında ilk dəfəydi gözəl saçı olduğunu deyirdilər. Yoxsa indiyə kimi bu saçlar, alnından
arxaya doğru uzanan ağ zolaqlar həmişə gülüş mövzusu olmuşdu.
Marina yatmağa gedəndən sonra Lena ürəkdən gülərək Coniyə dedi. Səni belə görürəm, bizi söhbət
eləməyə qoymayacaqsan. Qoy rəfiqəmi çağırım, qonşuluqda olur, elə bilirəm, onunla söhbət eləmək
sənin üçün maraqlı olar. Gözəl qızdır, şəndir, amma canavarla tanış olmağa, vaxt keçirməyə həvəsi
olacaqmı, orasını bilmirəm.
Lena zəng elədi, çox keçmədi dikburun, sifətində cəzbedici təbəssüm olan qəşəng bir qız gəldi. Lena
onu əvvəlcə Coni ilə tanış elədi, Nataşa, tanış ol, Coni, yəni Canavar. Narahat olma, sülhsevər
canavardır, iki saatdır mənimlə oturub. Həyatım üçün təhlükə hiss eləməmişəm, dedi və qəhqəhə ilə
güldü. Səni çağırdım ki, onun başını qatasan. Mən də Poriylə ürəyim istəyən kimi söhbət eləyim.
Etiraz eləmirsən?
Nataşa da gülürdü. Niyə etiraz eləməliyəm? Əksinə, mənim üçün insanlardansa, heyvanlarla vaxt
keçirmək daha maraqlıdır. İnsanlar bezdiriblər məni.
Nataşa onların hər ikisiylə görüşdü, əllərini möhkəmcə sıxdı, masanın üstünə baxdı, pivə şüşələri boş
idi, qaşlarını çatdı. Ortalıqda heç nə yoxdursa, bəs siz necə, ən əsası da nədən söhbət eləyirsiz?
Bəxtiniz gətirib, mən gündüzdən bir şüşə araq almışam, yoxsa indiyə dükan bağlı olar. Gözləyin,


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə