İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə115/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   111   112   113   114   115   116   117   118   ...   142

gətirirəm.
Nataşa getdi və bir şüşə araq, bir boşqab da qızardılmış kolbasa gətirdi. İçir, söhbət eləyirdilər.
Nataşa Conini sorğu-suala tutmuşdu, belə bir gözəl qızın gəlib çıxması Coninin kefini açmışdı,
həvəslə qızın suallarına cavab verirdi. Qızlar ayağa qalxıb vaxtdır deyəndə Coni Nataşanı evlərinə
ötürdü.
Pori də Lenayla evin qapısına qədər getdi, burda qız ayaq saxladı, sual dolu gözlərini ona dikmişdi.
Birdən gülməyə başladı: “Pori, mənə bir sözünmü vardı?” “Hə, – Pori qızararaq dedi. – Sən harda
yatırsan? Yəni hansı otaqda?” “Nəyinə lazımdır?” – qız gülür, gözlərində Səmoşun gözlərindəki kimi
dəcəl ifadə canlanırdı. “Bilmək istəyirdim, gecələr qapını bağlayırsanmı?” “Əlbəttə bağlayıram, –
qız işvəylə gülümsəyərək dedi, – amma belə görürəm, bu gecə bağlayası olmayacağam”.
Dərhal da qapının arxasında yox oldu, amma yenə də qapını açıb başını çölə çıxartdı, hələ də qapının
ağzında donub qalmış Poriyə dedi: “Az qala unutmuşdum. İkinci mərtəbədə, pəncərəsi çaya baxan
otaqda yatıram, dəhlizin sağındakı. Ehtiyatlı olarsan, yoxsa anamın otağı ilə qarışdırarsan”. “Narahat
olma, – Pori ixtiyarsız gülümsədi, – mən yalnız sərxoş olanda qarışdırıram”.
Pori gözlədi, gecədən bir qədər keçəndən sonra ikinci mərtəbəyə qalxdı, pəncərəsi çaya baxan otağın
qapısı açıq idi. Qız yatmamışdı, onu gözləyirdi. Soyunub yatağa girdi, qızın isti bədənini
qucaqlayanda ona elə gəlirdi ki, Səmoşu qucaqlayır.
Səhərə yaxın öz otağına qayıtdı, Coni yatağındaydı, heyrətləndi, bu nə tez qayıtmışdı? Ona Nataşa ilə
razılaşdığını və gecə onun yanına gedəcəyini demişdi. Amma yatmadığı hiss olunurdu, ufuldayırdı.
Coni, sənə nə olub? – soruşdu. – Nə tez qayıdıbsan? Nataşanın yanına getməmişdin?
Sanki Coninin çibanına qızmar şiş batırdılar, hirslə onun üstünə çımxırdı:
– Heç nə başa düşə bilmirəm, sən porsuğa oxşayırsan, amma hara gediriksə, harda qızlarla tanış
oluruqsa, ilk olaraq sənə bənd olurlar. Lena da sənə bənd oldu, mənim üçün Nataşanı çağırdı.
Nataşanı evlərinə ötürəndə dedi, gecədən bir qədər keçmiş çəpəri keçib gələrsən. Düz yataq otağımın
qarşısında qovaq ağacı var, – Coni arada ufuldayır, inilti ilə danışırdı. – Ağaca dırmaşıb, pəncərədən
içəri keçərsən. Pəncərəni açıq qoyacağam. Çəpəri keçdim, – Coni yenə də ufuldadı, – bunlar çəpəri
tikanlı tellə eləyiblərmiş. Tikanlı tel şalvarımı cırdı. Qıçımı da yuxarıdan dizimə qədər cırıb, qan
dayanmırdı. Birtəhər özümü ələ alıb, Nataşanın pəncərəsinin qabağına gəldim. Orda doğrudan da
qovaq ağacı var idi. Gəl indi bu vəziyyətdə ağaca dırmaş. İstədim qayıdam, dedim, qıza söz
vermişəm, yaxşı çıxmaz. Birtəhər özümü ələ alıb, ağaca dırmaşmağa başladım. Heç pəncərəyə
çatmamış ayağım sürüşdü, əl atıb budaqdan yapışmaq istəyəndə budaq da qırıldı. Ordan gəlib
guppultu ilə dəymişəm yerə. Hələ yaxşı ki, yer dizdən yaşıl otla örtülüb, yoxsa elə orda canımı
tapşıracaqdım. Qız da öz kefinə yatıb, o səs-küyə ayılmadı. Haçandan-haçana ayağa qalxıb gəlmişəm.
Qolum, alnım sıyrılıb, sağ böyrüm qançırdı. Pori, sən mənə dua elə, səni zorla Rusiyətə gətirdim.
Yoxsa vətəndə Əfinin qorxusundan qızlara gözucu da baxa bilmirdin. Burda isə cəsarətə gəlibsən.
Pori hirsləndi, Coni, sənin başınmı xarab oldu? Çəpəri keçə bilməyibsən, ağaca dırmaşa bilməyibsən,
əfəlin, kola dolaşanın birisənsə, mənim günahım nədir? Bəlkə gəlib ağaca dırmaşmaqda sənə kömək
eləməliydim? Məşədi İbadın hambalı kimi ağacın dibində belimi əyməliydim, sən də ayağını belimə
qoyub ağaca dırmaşmalıydın?
Coni səhərə qədər əməlli-başlı yatmadı, ufuldayır, inildəyirdi. Səhərisi Pori gedib kənd aptekindən
yara üçün krem aldı, Coni yaralarını dərmanlayıb sarıdı, daha bu gün işləyə bilmədi, onun yanında
oturub siqaret çəkir, pivə içirdi. Ayağını yerə basa, əməlli-başlı yeriyə bilmirdi.
Axşam yenə də həyətdəki masanın üstündə süfrə açdılar, qızlar da gəldi. Nataşa Coniyə tərəf heç


baxmır, onunla danışmaq istəmirdi. Amma işin nə yerdə olduğunu öyrənəndə uğunub getdi, Lena ilə
Pori də ona qoşulmuşdu. “Ay zavallı, – Nataşa gözlərinin yaşını silərək dedi, – deyirəm axı, bu necə
ola bilər, bir qaraya görüş təyin eləyəsən, o da gəlməyə? Gecə yarısına kimi gözümə yuxu getməyib,
bunu gözləmişəm. Mən canavarların belə fərsiz olduqlarını bilmirdim. Səndən əvvəl o çəpəri keçib,
ağaca dırmaşıb gələnlər olub. Amma heç birinin başına qəza gəlməyib”.
Bu gecə yatmaq üçün ayağa qalxanda Nataşa gülərək dedi:
– Coni, sən saf halında çəpəri keçə bilmədin, bu halında keçəcəyinə isə böyük şübhəm var. Daha
sənin gəlməyinə ehtiyac yoxdur.
– Nə cür yəni? – Coni gözlərini döyürdü.
– O cür yəni, – Nataşa qəhqəhə ilə gülürdü, – səni düşündürən, bircə an belə rahatlıq verməyən o işi
burda da görmək olar. Olmaya sənin burda ayrıca otağın yoxdur?
– Yoxdur, – Coni dillənməmiş Lena cavab verdi, – amma bu gecədən etibarən olacaq. Həm də necə
otaq! Pəncərəsi çaya açılır, ora külək səhərə kimi axar suların şırıltısını, meşənin qoxusunu gətirir.
Lena yuxarıdakı boş otaqlardan birini Coniyə verdi və bu, Coninin ürəyincə oldu. Sabahısı axşam
Lena Nataşadan: “Hə, necə oldu? Otaq xoşunuza gəldimi?” – deyə soruşanda Nataşa pıqqıldadı.
“Otağa söz ola bilməz! Eynilə sən deyən kimiydi, səhərə kimi suların şırıltısına qulaq asmışıq, meşə
qoxusuyla nəfəs almışıq. Vəssalam! Coni kara gəlmədi ki. Harasına toxundumsa, sız-sız sızıldadı”.
Beləcə gündüzlər işləyir, gecələr isə qızlarla olurdular. Marina həyətdəki taxta masanın yanında
manqal, samovar qoymuşdu. Yeməklərini çox vaxt özləri hazırlayırdılar. Marina qəsəbənin
bazarından onlar üçün nə lazımsa alır, Pori kartof qızardır, çığırtma bişirir, Coni isə bəzən axşamlar
manqalı yandırır, kabab bişirirdi. Marina şamını eləyən kimi televizora baxmaq bəhanəsiylə otağına
gedirdi, onlar isə gecədən xeyli keçənə kimi oturur, söhbət eləyir, sonra isə öz otaqlarına çəkilirdilər.
Çayın üzərindən əsib gələn, özüylə şam meşəsinin, rus evlərinin tutqun qoxularını gətirən sərin mehin
dolaşdığı balaca otaqda qızlar onlara bütün ağrı-acılarını, qəribçilik həsrətini unutdururdular.
Həftənin axırında Lena onlar üçün Rusiya nömrələri alıb gətirdi və evləri ilə danışdılar. Gələni fürsət
tapıb danışa bilməmişdilər, amma Pori Əfiylə danışdıqca qanı qaralırdı. Qadın onun suallarına
qısaca cavablar verir, sanki bu danışığın tezliklə bitməsini istəyirdi. Verdiyi cavablar da tikanlı,
atmacalıydı. Oğlunu soruşanda istehzayla dedi:
– Bax bunu səndən gözləmirdim, məncə, sən ilk olaraq Səmoşu soruşmalıydın.
Bayaqdan əsəblərini güclə cilovlayan Pori artıq dözə bilmədi:
– Eləmi? Demək, sən belə düşünürmüşsən? Onda soruşum da, Səmoş necədir?
– Yaxşıdır, – qadın etinasız səslə cavab verdi, – ancaq səndən ötrü çox darıxır.
Sözünü deyən kimi də telefonu söndürdü.
Pori dilxor olmuşdu, gərək elə danışmazdı, amma özüylə bacarmadı, Əfi onu hövsələdən çıxartdı.
Coninin də qanı qaralmışdı. “Beyinsiz insan, – özünü məzəmmətləyirdi, – sən niyə bununla
danışmalısan, niyə də səni lağa qoya? Məndən rus atlarını, itlərini soruşur, deyir xoşuna gəlirlərmi?”
Axşamüstü Pori ağacların arasına çəkilib Səmoşla da danışdı, qadının səsini eşidəndə həyəcandan və
sevincdən az qala ürəyi yerindən çıxacaqdı. Səmoş ona danışmağa imkan vermir, özü soruşurdu.
Vəziyyətini, işini, neylədiklərini. O da səbirlə cavab verirdi. Birdən, heç gözləmədiyi halda, soruşdu:
– Ev sahibinin qızı var?
– Var, – Pori təsdiqlədi.
– Gözəlmi qızdır?
– Gözəldir, – dedi və birdən nəyisə xatırlayıb tez də əlavə elədi, – inanmayacaqsan, sənə oxşayır.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə