İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə116/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   112   113   114   115   116   117   118   119   ...   142

– Mənə? – Səmoş təəccübləndi. – Nəyi oxşayır?
– Ən çox gözləri, sənin gözlərin kimi mapmavidir. Elə saçı, sifəti də oxşayır.
– Demək, unutmayıbsan? – qadın köks ötürərək dedi və bir qədər gözləyib astadan dilləndi: –
Yataqda necə, məni xatırladırmı?
Pori belə sual gözləmirdi, çaşıb qaldı, nə cavab verəcəyini bilmirdi.
– Pori, yatdınmı? – dəstəkdə Səmoşun səsi cingildədi. – Səndən söz soruşdum axı!
– Yataqda sənin yerini heç kim verməz, – Pori dedi və dediyinə görə də xəcalət çəkdi, belə deməklə
əslində dolayısı ilə qızla yataqda olduğunu təsdiqləmiş olurdu. – Səmoş, inan mənə, düz sözümdür!
Mən yalnız səni sevirəm!
– İnanıram, – Səmoş boğuq səslə təsdiqlədi, – amma bu sənə qarşına çıxan qızlarla yatağa girməyə
mane olmur.
Səmoş da eynilə Əfi kimi onun nə deyəcəyini gözləmədən telefonu söndürdü. Porinin qanı qaraldı, ev
sahibinin qızı haqda Səmoşa niyə ətraflı danışmalıydı? Bu hardan onun ağlına gəldi?
Bundan sonra evlə təsadüfi hallarda danışırdılar, amma Pori Səmoşla azından həftədə bir dəfə
danışırdı. Coni şübhələnməsin deyə Səmoş onunla danışmaq üçün ayrıca nömrə almışdı. Səmoş
həmişə onunla gülə-gülə danışır, arada Lenanı soruşurdu. O da, qayınları demiş, quşu uçurtmuşdu,
daha dana bilməzdi, dilucu yaxşı olduğunu deyirdi.
Pori arvadı, oğlu üçün darıxmırdı, sanki onları hər gün görürdü. Bircə Səmoşdan ötrü darıxırdı,
ayrılanda qadının necə gözlərinin içinə baxması, nazik, qanı qaçmış dodaqlarının necə titrəməsi, bu
qadınla keçirdiyi anlar dönə-dönə xəyalında canlanır, gözlərini yuman kimi Səmoş gəlib dayanırdı
gözlərinin qabağında. Əfiylə sevişəndə keçirdiyi hissləri Lenayla olanda da keçirirdi, ona elə gəlirdi
Lenayla yox, Səmoşla sevişir və bu ona daha çox həzz verirdi.
Bir dəfə Pori Lenadan azanı kimin verdiyini soruşdu, qəsəbədə müsəlman yoxdusa bu azanı kim verir,
kimlər üçün verir?
Məlum oldu ki, azan verən bir azərbaycanlıdır. Azərbaycanın liman şəhərindən bura gəlib, rus qızı ilə
evlənib. Arvadı ərinə görə islamı qəbul eləyib. Burda yer alıb özlərinə ev, sonra da məscid tikiblər.
Bu adam özü çox gözəl usta olduğundan tikinti işlərinin hamısını özü görürmüş. Arvadı da ona kömək
eləyirmiş. Məscidə də arvadının adını verib, “Sara” məscidi, arvadı öləndən sonra onu məsciddə
dəfn eləyib – bu kənddəki yeganə müsəlman torpağında. O vaxtdan da ibadətlə məşğuldur, gündə üç
dəfə azan verir. Əvvəl adamlar buna kəskin reaksiya verirmişlər, sonra alışıblar. Daha indi bir kimsə
azan verilməsinə görə etiraz eləmir, narazılığını bildirmir.
Lenanın dedikləri onları kədərləndirdi, kənddəki sonuncu müsəlman öləndən sonra məscid
bağlanacaq, azan verən olmayacaqdı. Sərt rus iqlimində məscid uçub dağılacaq, azərbaycanlının özü
kimi torpağa qarışacaqdı.
Lena ilə Nataşanın hesabına elə də darıxmırdılar. Pori Conidən soruşanda ki Səmoş üçün
darıxırsanmı, Coni onun üstünə çımxırdı, dəlisən, Nataşa kimi qız yanımda ola-ola Səmoş üçün niyə
darıxmalıyam? Sən isə, yəqin, burda da Lena ilə əməlli vaxt keçirə bilmirsən. Əfinin
şübhələnəcəyindən ehtiyat eləyirsən.
– Əfi onsuz da… – az qala “Əfi onsuz da mənim Səmoşla olmağımdan şübhələnirdi, daha doğrusu,
Səmoşla olduğumu bilirdi”, – demişdi. Vaxtında susa bildi.
Coni ona heyrətlə baxırdı:
– Onsuz da nə?
– Onsuz da məndən şübhələnmir.


– Elədir, şübhələnməz, – Coni güldü, – gözünün odunu elə alıb, burda da qızlara yan gözlə
baxmayacağını bilir. Amma qadın ki, qadın, kişilərə bələd deyil.
İyulda işlərini qurtardılar, Marina onlara beş min əvəzinə üç min dollar verib dedi: “Biz beş minə
danışmışdıq, amma siz iki min dollarlıq pivə içib, siqaret çəkibsiniz. Mən sizə pivə, siqaret almağı
öhdəmə götürməmişdim”.
Etiraz eləyə bilmədilər, haqlıydı, nəyə görə də onlar üçün pivə, siqaret almalıymış. Getməmişdən
əvvəl qərara aldılar, məscidə getsinlər, molla ilə tanış olsunlar. Hamamlanıb, qüsl verib getdilər.
Uzun saqqalı ağappaq olan, sifətindən nur yağan qoca onları mehribanlıqla, sonsuz sevinclə qarşıladı.
Dedi:
– Son on ildə bura gələn yeganə azərbaycanlılar sizsiniz. Məscidin qapısını təsadüfi hallarda kənar
adamlar açırlar. Yalnız ayda bir dəfə Taqildən tatar iş adamı bir nəfərlə mənim üçün ərzaq və pul
göndərir, məscidin təmirinə kömək eləyir.
Coni ondan soruşdu:
– Sən burda çoxdan olursan, buralarda tanıdığın bir azərbaycanlı varmı? Bizim bir dostumuz illər
öncəsi Rusiyətə gəlib, amma onun yerini-yurdunu bilmirik.
– Sizə dedim, – molla cavab verdi, – bura son on ildə gələn ilk azərbaycanlılar sizsiniz. Mən başqa
bir azərbaycanlı görməmişəm. Amma payızda məni bir qəsəbəyə aparmışdılar, orda bir
azərbaycanlını dəfn elədim. Adı Qobi idi.
Eşitdikləri xəbərdən sarsılmışdılar, bir müddət özlərinə gələ bilmədilər. Sonra isə hər şeyi molladan
ətraflı soruşdular.
– Mənim bildiyim qədəriylə Qobini qan düşmənləri öldürmüşdü, – molla dedi, – rus dostu da
vəsiyyətinə əməl eləyərək onu dəfn eləmək üçün gəlib məni apardı. Çayın sahilində dəfn elədik.
Xristian qəbiristanlığında dəfn olunmaq istəməmişdi.
Söhbətin dostları Qobidən getdiyinə bir daha əmin oldular. Nəhayət, oğraşlar tayfasının adamları öz
istəklərinə çatmış, Qobini öldürə bilmişdilər. Söhbət qan düşmənlərindən gedirdisə, onu yalnız
oğraşlar tayfasının adamları öldürə bilərdi, Qobinin nə Azərbaycanda, nə də Rusiyada başqa qan
düşmənləri yox idi.
Qocadan qəsəbəyə necə getmək lazım olduğunu soruşub, onunla vidalaşaraq çıxdılar. Səhərisi
şeylərini də yığışdırıb avtobus dayanacağına getdilər. Lena onları ötürürdü. Nataşa isə gələ
bilməmişdi, xəstəxanada işləyən qıza icazə verməmişdilər və bu da Conini möhkəm dilxor eləmişdi.
Dayanacağa çatmağa bir az qalmış ayaq saxladılar. Pori Lenanı möhkəmcə öpdü və vidalaşıb
ayrıldılar.
Avtobusa minəndən sonra Pori pəncərədən çölə baxdı. Lena yolun kənarındakı çəmənlikdə
dayanmışdı, yaşıl otlar, uzun saplaqlı çiçəklər dizlərinə qədər qalxmışdı, qızılı saçlarını, donunun
ətəklərini yol boyunca əsən külək yelləyirdi. Sanki orda, yaşıl otların, çiçəklərin arasında dayanan
Lena deyildi, cavan ağcaqayın idi, bitmişdi rus yolunun kənarında. Pori baxa bilmədi, dolmuş
gözlərini pəncərədən çəkdi.
Günortadan sonra gəlib molla deyən qəsəbəyə çatdılar. Vanyanın marketini asanlıqla tapdılar. Vanya
onların kim olduqlarını öyrənəndən sonra Qobinin necə öldürülməsini danışdı, amma Nadya və uşaq
haqda heç nə demədi.
Vanya onları çayın sahilinə apardı. Təpəyə çıxıb qəbrin yanında dayandılar. Rusiyada harda
oldularsa, Qobini soruşdular, tanıyan, bilən, gördüm deyən olmadı. Axırda isə gəlib qəbrini tapdılar.
Bir vaxtlar onlarla döyüşən, yeyib-içən, oturub-duran Qobi rus çayının sahilində özünün son


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə