İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə120/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   116   117   118   119   120   121   122   123   ...   142

düşünmədən qəbul eləməsinə özü də inana bilmirdi. Bəlkə anası deyən kimiydi, günəş qanını
qızdırmış, qanı cuşa gəlmişdi. Bunu oğlana deyəndə oğlan razılıqla gülümsədi. Bizim tayfanın bütün
kişiləri belədir, qürurla dedi, heç bir gözəl qadın bizim kişilərin təklifinə yox demir.
Onun belə razı, hətta bir qədər həyasızlıqla danışması Nadyaya toxundu, amma bununla belə, az qala
hər gün oğlanla onun kirayə qaldığı evə getməyə başladı. Burda oğlan ona həzz dolu gözəl anlar
yaşadırdı.
Nadya münasibətlərini ata-anasından gizli saxlayır, hələlik bunu onların bilməsini istəmirdi. Oğlan
onunla evlənmək istəyirdi, deyirdi, əgər razısansa, ata-anama da deyim. Nadya isə tələsməyin
tərəfdarı deyildi. Mən düşünməliyəm, deyirdi. Hələ bir az gözləyək, bir-birimizi yaxından tanıyaq.
Bir-birimizə bələd olaq, sonra valideynlərimizə deyər, evlənərik.
Bir aydan sonra anası daha buranın istilərinə tab gətirmədiyini deyərək getmək üçün hazırlıq görməyə
başladı. Atası da onunla getmək istəyirdi. Nadya isə öz sevgilisindən, sözün əsl mənasında ağlını
başından eləmiş oğlandan ayrılmaq istəmirdi. Ona görə də hələ bir müddət burda qalmaq istədiyini
dedi. Atası bir söz demədi, amma xəbərdarlığını da elədi. “Nadya, qızım, sənin damarlarından
azərbaycanlı qanı axsa da, buralarda səni rus qızı hesab eləyirlər. Burdakı cavan oğlanlar isə rus
qızlarına yüngül əxlaqlı, asanlıqla ələ keçirilə bilən qızlar kimi baxırlar. Səninlə tanış olmaq istəyən
çox olacaq, hamısı da sənə çoxlu şirin vədlər verəcəklər, amma istədiklərinə nail olandan sonra səni
də, verdikləri vədləri də unudub çıxıb gedəcəklər. Ehtiyatlı ol, hər sözə, hər vədə inanma”.
Nadya atasını arxayın eləyirdi. Sən heç narahat olma, mən uşaq deyiləm. Kişilərə də yaxşı bələdəm,
bir kimsə məni aldada bilməz.
Ürəyində isə düşünürdü, ata, heç də sən deyən kimi deyil, oğlanların içində sözünə əməl eləyən də
olur, biz tezliklə, lap tezliklə qərarımızı sizə açıqlayacağıq.
Atasıgil gedəndən sonra oğlan birdəfəlik Nadyanın yanına köçdü, gecələr də Nadya ilə qalırdı.
Oğlanın şirin dili var idi, Alikin də ondan xoşu gəlməyə başlamışdı. Gündüzlər oğlan işə gedir,
axşamçağılar işdən çıxıb onların yanına gəlirdi. Dənizdə çimir, restoranda şam eləyir, gecələr
qorxusuz-hürküsüz sevişirdilər. Oğlan indiyə kimi evlənməmişdi, ondan da keçmişini soruşanda
Nadya hər şeyi ətraflı danışdı. İkinci ərinin, Alikin atasının azərbaycanlı olmasını, amma
Azərbaycandan gələn qan düşmənlərinin onu öldürməsini də danışdı. O danışdıqca oğlanın gözləri
qəribə tərzdə işıldayırdı, Nadya hələ indiyə kimi onun gözlərində bu işartını görməmişdi.
– Nəydi ərinin adı?
– Qobi.
– Alik onun oğludur?
– Hə, birinci ərimdən uşağım olmadı.
Oğlan Nadyanın gözlərinin içinə baxaraq ondan soruşdu, sən oğraşlar tayfası haqda eşidibsənmi?
Nadya eşitdiyini dedi, artıq bədəninə üşütmə düşmüşdü, oğlan bu tayfanın adını deyirdisə, demək, bu
tayfanı tanıyırdı. Hardan tanıya bilərdi?
Oğlan onu intizarda qoymayıb dedi, mən oğraşlar tayfasındanam. Bizə ona görə oğraşlar tayfası
deyirlər ki, biz qadınları, qızları asanlıqla yoldan çıxarırıq. Qobi də bizim qan düşmənimiz idi.
Nadya az qala huşunu itirəcəkdi, bu tayfa haqda Qobi, Vanya ona danışmışdılar. Qobinin qan
düşmənləri bu tayfanın adamları idi, Qobini onlar öldürmüşdülər. Hələ Vanya olmasaydı, oğlunu
həyətin ortasındaca yıxıb başını kəsəcəkdilər. Bunca qorxunc və dəhşətli bir təsadüf ola biləcəyinə
inanmırdı. Azərbaycana gəlmiş, vur-tut bir oğlanla tanış olmuşdu, onun da oğraşlar tayfasından
olduğu məlum olmuşdu. Keçmiş həyatı haqda oğlana yerli-yataqlı danışdığına görə özünü


lənətləyirdi. Yalnız indi Vanyanın ona dedikləri yadına düşmüşdü, öz keçmişin haqda, xüsusilə də
oğlun haqda heç kimə danışma. O isə oğlana bütün varlığıyla vurulmuş, onu mələk zənn eləyərək
qadağaları unutmuş, hər şeyi danışmışdı. Bununla da oğlunun həyatını təhlükəyə atmışdı. Başa
düşürdü ki,qışqırarsa, mənasız yerə çığırıb-bağırarsa, təkcə oğlunun yox, öz həyatını da təhlükəyə
salacaq. Nadya cəsarətli, qorxmaz qız idi, ancaq mövzu oğlunun taleyi olunca həyəcandan əl-ayağı
əsirdi.
Oğlan onun əlindən yapışdı, Nadyuşa, dedi, mən səni aldatmamışam, fikrimdə çox ciddiyəm, biz
evlənəcəyik. Çoxlu da uşaqlarımız olacaq. Onları böyüdüb boya-başa çatdıracağıq, onlar oğraşlar
tayfasının ən ləyaqətli övladları olacaqlar. Özün də başa düşməlisən, düşmənin oğlunu ailəmizdə
saxlaya, onu böyüdə bilmərik.
– Neyləmək istəyirsən? – Nadya titrək səslə soruşdu.
– Bu uşaq ölməlidir, – oğlan qətiyyətlə dedi.
– Nə cür?
– Başını kəsəcəyəm.
Tir-tir əsən Nadya oğlanı dilə tuturdu, ancaq oğlan başını yırğalayırdı, Nadyuşa, bilirəm, sənin üçün
çətindir. Necə olsa, anasan. Amma məni başa düşməlisən. Mən qan düşmənimin nəslinin artıb
çoxalmasına imkan verə bilmərəm. Onlar artıb çoxalarlarsa, bizim öz balalarımızın həyatı təhlükədə
olacaq! Sən bir həqiqəti dərk eləməlisən, bu uşaq harda olmuş olsa, mən öldürməsəm də, nə vaxtsa
bizim tayfadan kimsə onu öldürəcək. Onun yaşamasına imkan verməyəcəklər. Ona görə də elə indi
öldürsəm yaxşıdır.
Oğlan stolun üstündən iri mətbəx bıçağını götürdü, Alikin otağına doğru getməyə başladı. Özünə əmin
idi, Nadyanın ona mane ola bilməyəcəyini düşünürdü. Bu ölüm idi! Səssiz addımlarla Nadyanın
oğluna doğru gedirdi.
Ölüm addım-addım oğluna yaxınlaşırdı!
Nadya göz gəzdirirdi, birdən stolun üstündəki rəngli çex güldanı gözünə sataşdı. Ani hərəkətlə
güldanı götürüb arxadan oğlanın başına vurdu. Oğlan səntirlədi, ancaq yıxılmadı. Nadya ikinci dəfə
də vurdu və oğlan ağzı üstə Alik yatan otağın qapısına dəyib, geri qayıdaraq gurultu ilə döşəməyə
sərildi.
Nadya yerə yıxılmış oğlanın başına güldanla iki-üçünü də vuraraq, təcili sənədlərini, pullarını
götürdü, daha paltarlarını yığmağa vaxt itirmədi, oğlunu da oyadıb geyindirdi. Uşağın əlindən
yapışaraq evdən çıxartdı. Yuxudan əməlli oyanmamış uşaq gecənin bu vaxtı hara getdiklərini başa
düşə bilmirdi. Nadya isə çaşqınlıq içindəydi, hara gedəcəyini, kimdən kömək istəyəcəyini bilmirdi.
Polisə gedə bilməzdi, buranın adamları polis haqda qorxunc əhvalatlar danışırdılar. Bəlkə elə oğlan
ölmüşdü, onda onu dərhal içəri atardılar. Onları inandıra biləcəyinə inamı yox idi.
Artıq boşalmış, təkdənbir adamların gözə dəydiyi küçəylə iti addımlarla gedir, düşünürdü. Aerporta
gedə bilməzdi, bəlkə oğlan ölməmiş, artıq ayılıb polisə zəng eləmişdi? Onda polislər onu həbs
elərdilər. Başqa tanıdığı, kömək istəyəcəyi adam da yox idi. Birdən Qobinin ona burdakı dostları
haqda dedikləri yadına düşdü. Azərbaycanın dağlıq bölgəsində, ucqar əyalət şəhərində olurdular. Ora
getməliydi, Qobinin dostları onu da, oğlunu da qoruyar, burdan sağ-salamat çıxıb getmələrinə
yardımçı olardılar.
Fikirli halda gedirdi ki, arxadan taksi gəldiyini gördü. Taksini saxladı və onu avtovağzala aparmasını
xahiş elədi. Avtovağzalda taksilər o şəhərə adamın birini on beş manata aparırdılar. Gecə vaxtı
tanımadığı sürücü ilə yola tək çıxmaq istəmirdi. Ora getmək istəyən bir tələbə də tapılanda sürücüyə


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə