İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.

səhifə123/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
1   ...   119   120   121   122   123   124   125   126   ...   142

 


XXIX. Şanlı məktub
 
 
Qız ona deyirdi, sən bir ölkəyə top-tüfənglə gedib oranı işğal elərsənsə, günlərin birində o ölkənin
adamları axışıb gələcək və topsuz-tüfəngsiz sənin ölkəni işğal eləyəcəklər. Rusların Qafqazı işğal
eləməsi buna sübutdur. Biz Qafqazı işğal elədik, amma indi orda demək olar ruslar yaşamırlar.
Qafqazlılar isə artıq bütün ölkəni işğal eləyiblər, şəhərlərimizdə, kəndlərimizdə ruslardan çox
qaralar gəzib-dolaşırlar. Hara baxırsansa, qara görürsən.
 
***
Beşmərtəbəli evin üçüncü mərtəbəsində birotaqlı evdə qalır, şəhəri dolaşıb iş axtarırdılar. İş yox idi,
iş axtaranların əlindən şəhərdə tərpənmək olmurdu, hara gedirdilərsə, öz yerliləriylə, ya da Orta
Asiyadan gələnlərlə rastlaşırdılar. Soyuqlar düşdükcə də iş axtarmaq ümidləri azalırdı. Şaxtanın hər
yeri dondurduğu bir vaxtda işi hardan tapacaqdılar? Marinanın verdiyi pulun adama min dollarını evə
göndərmişdilər. Hərəsində beş yüz dollar var idi, yeməyə qənaət eləyirdilər, amma arağa, “Baltika”
pivəsinə və “Kent” siqaretinə gələndə isə, israfçılığa yol verirdilər.
Bəzən Coni tək iş axtarmağa gedir, Pori isə evdə qalıb bazarlıq eləyir, yemək bişirir, Conini
gözləyirdi. Yenə də kartof qızardıb üstünə yumurta vurdu və çörək, araq almaq üçün geyinib küçəyə
çıxdı. Yağmurlu, soyuq havaydı. Yaxınlıqdakı dükandan lazım olanları alıb qayıdanda dükanın
girişində cavan bir qızın ayağı sürüşdü, o tutmasaydı, birbaşa beton səkiyə yıxılacaqdı. Qız çiskinli,
soyuq havaya baxmayaraq, nazik geyinmişdi, soyuqdan burnunun ucu qızarmışdı, qəşəng, zərif qızdı.
Ona təşəkkür elədi, məlum oldu, eyni binada qalırlar, onlardan bir mərtəbə yuxarıda kirayə otaq
tutub. Bura Sibirin ucqar kəndindən gəlib, institutda oxuyur.
Pori qızı otaqlarına dəvət elədi. Bizdə isti çay var, iç, qızın, dedi, islanıbsan, sənə soyuq olar.
Qız bir qədər tərəddüddən sonra razılaşdı. Evə keçdilər. Pori arağı açıb qız üçün balaca qədəhə araq
süzdü, bir dilim də şor xiyar qoydu, iç, qızın, dedi.
Qız ona maraq və heyrətlə baxırdı, amma bir söz demədən qədəhi başına çəkdi, sifətini turşudaraq
xiyardan bir dişləm yedi.
Pori qız üçün çay süzüb, kartof tavasını masanın üstünə qoydu, çörək doğradı. Qız getmək istədiyini
deyirdi, amma bunu könülsüz dediyi aydın hiss olunurdu. Pori buraxmadı, yeməyini ye, gedərsən,
dedi.
Qız razılaşdı, içəri isti olduğundan nazik gödəkcəsini çıxartdı və masa arxasına keçdi. Adı Darya
olan qız araqdan az içir, iştahla yeyirdi. Yaxşı bişiribsən, deyirdi, biz iki qız bir otaqda qalırıq, amma
kartofu sənin kimi ləzzətli bişirə bilmirik. Əslində, yemək bişirməklə heç birimizin aramız yoxdur.
Səhərlər çay dəmləyir, bulku və qoğalla içib instituta qaçırıq, çox vaxt da isti yemək bişirmək əvəzinə
kolbasa, sosiska, hazır suplar alırıq.
Pori ona deyirdi, mən həmişə dostumla özümə isti yeməklər bişirirəm, haçan istədin, gəl, otaq
yoldaşını da gətir.
– Yox, – qız güldü, – onun sevgilisi var, gəlməz. Boş vaxtı olanda onun yanına gedir.
– Havalar soyuyub, – qıza dedi, – paltarların nazikdir. İsti paltarlar almalısan.
– Elədir, – qız təsdiqlədi, – atam tikintidə çalovlu traktor işlədir, iki aydır maaşını ala bilmir.
Yaxınlarda verməlidirlər, alan kimi göndərəcək, nə lazımsa alacağam.


Yeməklərini yeyib çay içdilər, araqdan və isti yeməkdən sonra isti otaqda qızınmış qız özünə gəlmiş,
sir-sifəti açılmışdı, indi daha gözəl görünürdü. Sifətində əyalət qızlarına xas olan həya, utancaq
təbəssüm var idi. Pori onu yataq otağına dəvət eləyəndə qız boyun qaçırtdı, yanaqları qızarmış halda
başını yırğalayaraq etiraz elədi. Pori bunu öz bildiyi kimi yozdu. Nədi, birinci dəfəndir?
Qız hirslə dedi, qəribə adamlarsız! Şəhər büsbütün sizin adamlardır. Hansıyla bir stəkan çay içirsən,
sonda yatağa dəvət eləyir. Axı mən səni tanımıram, kim, nəçi olduğunu bilmirəm. Bunun üçün səni
daha yaxından tanımalı, necə birisi olduğunu öyrənməliyəm. Sən də məni tanımalısan.
Pori qızın xətrinə dəyməməyə çalışaraq yüngülcə etiraz elədi, Daşa, biz evlənməyə hazırlaşmırıq ki,
bir-birimizi yaxından tanıyaq. Düzdür, vətəndə mənim arvadım, hətta oğlum da var. Amma mən
cavanam, aylarla qadınsız yaşaya bilmərəm. Yəni razılaşsan, vaxtımızı mənalı keçirdərdik. Vur-tut bu
qədər sadə.
Qız ona heyrətlə baxırdı. İlk dəfədir sizin tərəflərdən kiminsə həqiqəti dediyini eşidirəm, dedi.
Sizlərdən kimlə tanış olursansa, subay olduğunu, əgər onunla olaramsa, mənimlə evlənəcəyini deyir.
Amma sənin dediyin kimi, vaxtımızı mənalı keçirtmək üçün, vur-tut bu qədər sadə iş üçün də bir-
birimizi yaxından tanımalıyıq.
Qız gedəndə Pori çıxarıb ona iki yüz dollar verdi, özünə isti paltarlar al, dedi, bir azdan havalar lap
soyuyacaq. Bu paltarlarla şəhərdə gəzmək nədir, heç çölə çıxa bilməzsən.
Qız yenə də heyrətlə ona baxır, gözlərini döyürdü. Başa düşmədim, sən mənə niyə pul verməlisən?
Əgər düşünürsənsə, buna görə səninlə vaxtımızı mənalı keçirtməyə razılaşacağam, yanılırsan. Siz
pulla istədiyiniz qızı ələ ala bilərsiniz, bircə məni yox!
Pulu az qala zorla qızın ovcuna qoydu, ay qız, sən nələr danışırsan?! Biz burda qonşuyuq, sənin bu
vəziyyətdə gəzib-dolaşmağına, ciyərlərini soyuq almasına razı olmadım. Bir halda atan tezliklə pul
göndərəcək, gətirib mənim pulumu verərsən.
Daha qızın nə deyəcəyini gözləmədən qapını çəkib bağladı.
Çox çəkmədi, Coni də gəldi, gözləri gülürdü, ac olmadığı hiss olunurdu. Ac deyiləm, dedi, Pori,
bəxtim gətirdi, bir mərtəbə aşağıda Olqa adlı bir qadınla tanış olmuşam. Əri çox vaxt işdə olur, başqa
şəhərlərə iş ezamiyyətinə gedir. Ona dükandan aldıqlarını gətirməyə kömək elədim, məni kofe içməyə
dəvət elədi. Təkcə kofe içməklə kifayətlənmədik. Heç bilirsən, necə qadındır?! Taqil qəribə şəhərdir,
mən burda bircə dənə də eybəcər qız, qadın görmədim. Elə bil hamısı gözəllik müsabiqəsindən
gəliblər.
Söz ola bilməzdi, Conini iş axtarmağa göndərirdi, o isə iş tapa bilmirdi, amma gözəllik
müsabiqəsindən gələn qızları tapmaqda isə xüsusi qabiliyyət göstərirdi.
Coni ona cavab vermək istəyəndə birdən gözü masanın üstündəki boşalmış araq şüşəsinə sataşdı.
Oho, görürəm, sən də burda vaxtını boş yerə keçirtməyibsən. Artıq Əfinin xofu canından çıxıb,
başkəsənlərdən uzaqda olmaq fürsətindən yararlanırsan. Necə oldu, kimdir?
– Coni, nələr uydurursan? Fürsətdən-filandan yararlanan olmadı.
– Necə yəni? – Coni duruxub qaldı. – Qızlar səni harda gördülər, yapışıb qopmurlar. Bu isə yedi,
səninlə araq içdi, amma yaxın buraxmayıb, qaçıb getdi?
– Eynən elə, – təsdiq elədi. – Tələbə qızdır. Sibirdən gəlib. Gərək məni yaxından tanıya, sonra. Hələ
mən ona pul da verdim. İki yüz dollar.
– Dəli olubsan? – Coni gözlərini bərəltdi. –Səninlə yatağa girmir, arağını içib gedir, sənsə ona pul
verirsən?
Coni onu lağa qoymuşdu. Rusiyət havası sənə düşməyib, sarsaqlayıbsan. Hansı ağlı başında olan




Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   142


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə