İSTİ VƏ soyuq torpaqlarda



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə124/142
tarix10.11.2017
ölçüsü4,8 Kb.
#9616
1   ...   120   121   122   123   124   125   126   127   ...   142

onunla araq içən, amma yaxın buraxmayan qıza pul verər? Həm də iki yüz dollar! Pori, pulun batdı.
Sibirdən gələn tələbə qız sənə atdı. Onlar gözdən tük çəkirlər, sənin kimi qaz əllərinə düşdümü,
yolmamış buraxmırlar. Adama bax, əyni nazikmiş, üşüyürmüş deyə qıza iki yüz dollar verir. Bu
şəhərdə o qədər əyni nazik olan, üşüyən qız var! Sən Azərbaycandan bura onları qızındırmaq, onlara
isti paltarlar almaq üçün gəlibsən? Sən gəlməsəydin, necə olacaqdı, Sibirli qız küçəyə
çıxmayacaqdımı?
Coni o qədər danışdı, başı hərləndi. Əslində ona da elə gəlirdi, qız onu aldadacaq, pulu
qaytarmayacaq. Amma nə qədər qəribə olsa da, bu onu elə də narahat eləmirdi. Özünün pula bəlkə də
Sibirli qızdan daha çox ehtiyacı var idi. İşləmir, iş axtarırdılar. Tapa biləcəkləri də məlum deyildi və
belə olan halda iki yüz dollar onun üçün böyük məbləğ idi.
Qızla ara-sıra həyətdə rastlaşırdı, amma qız sıxılmasın deyə baxışlarını yayındırır, qız uzaqdan ona
salam verəndə özünü eşitməzliyə vururdu. Günlər keçirdi, amma qız gətirib pulu vermirdi. Ya atası
pul göndərməmişdi, ya da Coni deyən kimiydi, qız onu qazlamışdı. Lap belə olmuş olsaydı da, gedib
qızdan pul istəməyəcəkdi. Bir tərəfdən də tez-tez təzə tanışı Olqanın yanına düşən, onun yataqda necə
olduğunu bəzəyib-düzəyib ona danışan Coni də onu lağa qoyurdu. “Hə, Pori, mən deyən oldumu?
Oldu! Sənsə inanmırdın. Buranın qızları sənin kimi qazı göydə axtarırlar, sənsə yerdə əllərinə
düşürsən. Əlbəttə, yolacaqlar!”
Yenə də Coni iş axtarmağa getmişdi, Pori isə nahara toyuq qızardırdı. Qapı döyüldü, Pori qapını
açanda pilləkən meydançasında dayanmış Daryanı gördü. Darya, ilk dəfə qarşılaşdıqlarından fərqli
olaraq, qalın gödəkcə, isti çəkmə geyinmişdi. Bir əlində kağız torba var idi.
– Bu da mən! – qız şən səslə dedi.
– Xoş gördük, – Pori dilucu dedi.
– İçəri dəvət eləməyəcəksən?
Pori sanki yuxudan ayıldı, hə, dedi, keç. Qız içəri keçdi, gödəkcəsini soyunub asdı, çəkmələrini
çıxartdı. Kağız torbanı masanın üstünə qoydu. Bir şüşə araq və yaşıl alma gətirmişdi. Sonra nəyisə
xatırlayıb geri qayıtdı, gödəkcəsinin ciblərini axtarıb, iki yüz dollar pul çıxartdı. Al, dedi, çox sağ ol.
Atam dünən göndərib, amma mən nə lazımsa, sənin pulunla almışdım.
Pulu götürmək istəmirdi, qız təkid elədi və pulu aparıb dolabın üstünə qoydu.
Pori süfrə açdı, qız da kömək eləyirdi, almaları yudu, qabları, qədəhləri gətirdi. Yenə də oturub
yeyib-içir, söhbət eləyirdilər. İlk dəfəkindən fərqli olaraq, bu gün daha səmimi məclis idi. Qız özü
haqda, Sibirdəki kəndləri haqda danışırdı. Yeyib-içəndən sonra süfrəni yığışdırdılar, Pori çay
dəmlədi. Qız stəkanı ovcunun arasında saxlamışdı, maraq və dəcəllik yağan baxışlarını onun üzünə
dikmişdi:
– Hə, – gülümsəyərək dedi.
– Nə hə? – Pori bir şey başa düşməyib soruşdu.
– Neyləyək?
– Nəyi neyləyək? – Pori çaşıb qalmışdı.
– Vaxtımızı keçirtməliydik axı. Mənalı…
– Bəs sən məni tanıyacaqdın…
Qız ləzzətlə gülürdü, mən səni artıq tanıdım. Sənə bələd oldum və qərarımı verdim, səninlə yataqda
da olmaq olar, vaxt keçirmək də! Mən sənə iki yüz dollar borcluydum, atam pulu gecikdirirdi, pulu
qaytara bilmədiyimə görə xəcalət çəkirdim. Sənsə pulu istəmək əvəzinə, məni görəndə az qala qaçıb
gizlənir, mənim sıxılmağımı, pərt olmağımı istəmirdin. Bunu yalnız qəlbi, vicdanı olanlar eləyə


bilərlər.
Qızla yataqda istədikləri kimi vaxt keçirtdilər. Bu şəhərə gələni Porinin qadınlarla, qızlarla tanış
olmaq fürsəti əlinə düşməmişdi. Sifətindən gənclik təravəti, qızlıq həyası silinməmiş, qüsursuz gözəl
bədəni olan qızdan əl çəkmək istəmirdi və onun qızğınlığı qızı qorxudurdu. Qız geyinəndə gülürdü,
qorxurdum, məni buraxmayasan. İlk dəfə bu otağa gələndə məndən soruşurdun, birinci dəfəndir? İndi
də mən səndən soruşmaq istəyirəm, birinci dəfəndir? Heç mənə qədər qız, qadın görməmişdin?
Qız getməyə tələsmirdi, Pori çayı qızdırıb gətirdi. Oturub çay içir, söhbət eləyirdilər. Qız çayını içib
ayağa qalxdı, yanağını öpmək üçün ona uzatdı və o öpəndən sonra çəkmələrini, gödəkçəsini geyib
çıxıb getdi.
Coni gəlib yenə də boşalmış araq şüşəsini, xüsusilə də dolabın üstündəki iki yüz dolları görəndə
özünü itirdi. Demək, qız gətirib pulu verdi? Bircə bunu gözləmirdim. Bəxtin çəkib, əyalət qızları saf
olurlar. Şəhər qızlarından olsaydı, pul qaytarmaq nədir, heç bir daha bu tərəflərə fırlanmazdı.
Bu gündən başlayaraq gecələr şamdan sonra Pori Daryanın yanına gedirdi, Coni isə əri evdə
olmayanda Olqanın yanına düşürdü. Bəzən Olqa ilə Darya araq alıb onların otağına gəlirdilər, onlar
da yemək bişirir, meyvə, şirə alır, süfrə açırdılar. Sonra elə bu balaca, darısqal otaqdaca təkadamlıq
çarpayılarda sekslə məşğul olurdular. Bu Porini, Daryanı heç açmırdı, Coni ilə Olqa üçünsə fərqi yox
idi. Coni alışmışdı, Biloyla kafedə belə balaca otaqda, yanaşı çarpayılarda qızlarla sevişirdilər.
Olqa da deyirdi, mənim üçün fərqi yoxdur, əksinə, belə daha maraqlıdır. Yanında sevişənlərə baxıb
sevişmək adama daha çox ləzzət verir.
Nəhayət, iş tapdılar, çoxmərtəbəli binada onlara iki mərtəbənin suvağını təklif elədilər, münasib
qiymətə razılaşıb işə başladılar. Gündüzlər işləyir, işdən çıxanda araq, toyuq, kartof alıb yemək
bişirir, Darya ilə Olqanı da çağırır, ya da özləri onların yanına gedirdilər.
Coni deyirdi, tezliklə vətənə qayıtmalıyıq. Arvadlarımız, balalarımız qalıb orda. Qəlyançəkənlərin
ipi üstə odun yığmalı deyil. Düzdür, özü razılıq verib, hər telefonda danışanda da deyir, istədiyin
qədər qala bilərsən, amma şübhə içimi gəmirir. Bir dəfə başıma gəlib, başına gələn başmaqçı olar
deyiblər. Bu da qoşulub hansısa şərəfsiz qəlyançəkənə getsə, gərək onları da, özümü də öldürəm.
Pori isə Əfi ilə son söhbətlərindən, xüsusilə də Əfi Səmoş ilə aralarındakı münasibətləri bildiyini
açıqlayandan sonra vətənə qayıtmağa tələsmirdi. Evdə onu sıxıntılı günlər, sıxıntılı ab-hava
gözləyirdi, zaman keçdikcə Əfi ona olan xəyanəti bağışlamayacaq, qisasını almağa cəhd eləyəcəkdi.
Burda isə Rusiyanın ucqarından gəlmiş, kənd qızlarını xatırladan gözəl tələbə qız ona hər şeyi, hətta
vətən həsrətini də unutdururdu. Yalnız arada Səmoş üçün, oğlu üçün darıxırdı, burda rastlaşdığı qızlar
da Səmoşun yerini vermirdilər. Bu qadın qəribə ekzotik gözəlliyi, ehtiraslı gülüşü, ədaları ilə
yeganəydi.
Coni Rusiyətə gəlməyinin əsas səbəkarı Kəlbiqeyrəti hesab eləyirdi. Xalvar çata bilməməyimi
bəhanə eləməyib qızını mənə versəydi, mən də indi kənddəydim, qohum-əqrəbamın yanında. Maldan-
qoyundan saxlayıb, başımı girləyirdim. Gecələr də isti evimdə, isti sobanın yanında ləzzətlə yatırdım.
Bunu düşündükcə də hirslənirdi və günlərin birində oturub Kəlbiqeyrətə məktub yazdı.
 
“Şanlı məktub
Kəlibqeyrət oğraş! Bu məktubu sənə uzaq və soyuq Rusiyətdən yazıram. Sənin vəziyyətini
soruşmayacağam, onsuz da yaxşı olduğunu, qoca sümüklərini isti günəşdə qızdırdığını bilirəm. Çünki
bu dünya oğraşların dünyasıdır. Mənim vəziyyətimi soruşmaq istəsən, bərbadam, şaxta dara çəkir,
sümüklərimi dondurur. Ata-eşşəyə ot dərzlərini yükləyə bilmirəm deyə qızını mənə vermədin.


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə